Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-928/2023 02.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" MMC-nin Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı (üçüncü şəxslər: Dövlət Gömrük Komitəsi və Maliyyə Nazirliyi) qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-928/2023) (Açar sözlər: artıq ödəmənin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı (üçüncü şəxslər: Dövlət Gömr ük Komitəsi və Maliyyə Nazirliyi) “artıq ödəmənin geri qaytarılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 dekabr 2022-ci il tarixli, 2-1(103)-1470/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. "xxxx" MMC-nin adına idxal olunan invoys dəyəri 25310,68 ABŞ dolları olan yüklərə görə tərtib edilmiş **********5775 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli gömrük bəyyannaməsi üzrə hesablanmış ümumi gömrük dəyəri 115.391,95 manat əsas götürülməklə gömrük ödənişləri aşağıdakı kimi hesablanmışdır: Gömrük yığımları - 600.00 manat, idxal gömrük rüsumu – 5769,60 manat, əlavə dəyər vergisi – 21.917,08 manat, elektron gömrük xidmət haqqı – 60,00 mana t, elektron gömrük xidməti üzrə ƏDV – 10,80 manat olmaqla cəmi 28.357,48 manat. İddiaçı tərəfindən gömrük ödənişləri ödənilmişdir.
2. İddiaçının adına idxal olunmuş malların invoys dəyəri 25.310,68 ABŞ dolları olduğu (valyuta məzənnəsi 1,7000) halda ümumi gömrük dəyərinin 115.391,95 manat hesablanması cavabdeh tərəfindən izah edilməmişdir.
3. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə X1 qəbulu” üzrə elektron sistemindən çıxarışdan görünür ki, “Əlavə xərclər (daşıma, şığorta və s)” bölməsində mallara aid məlumatlar daxil edilərkən, “malın ümumi brutto çəkisi (kq)” qrafasında 8253,12 əvəzinə 339,30 daxil edildikdə sistem tərəfindən hesablama üçün əsas qismində 115.391,95 manat müəyyən edilmiş və 28.357,48 manat gömrük ödənişləri hesablanmış, lakin malların brutto çəkisi doğru (8253,12) daxil edildikdə hesablama üçün əsas qismində 46.003,15 manat müəyyən edilmiş və ümumilikdə 11.348,75 manat gömrük ödənişləri (gömrük yığımları – 240,00 manat, idxal gömrük rüsumu – 2.300,16 manat, əlavə dəyər vergisi – 8.737,79 manat, elektron gömrük xidmət haqqı – 60,00 manat, elektron gömrük xidməti üzrə ƏDV – 10,80 manat) hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi, daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" MMC tərəfindən artıq ödənilmiş 13.179,29 manat əlavə dəyər vergisinin qaytarılması barədə rəy tərtib edilməsi, artıq ödənilmiş 3.469,44 manat gömrük rüsumunun qaytarılması barədə rəy tərtib edilməsi və 360 manat gömrük yığımının qaytarılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən **********5775 nömrəli gömrük bəyannaməsi tərtib edilərkən texniki səhvə yol verilmiş, nəticədə 17.646 manat artıq vəsait gömrük rüsumu olaraq dövlət büdcəsinə ödənilmişdir. Belə ki, bəyannamənin “Əlavə xərclər” bölməsində nəqliyyat xərci qeyd olunarkən, ümumi “brutto” çəki 8253,16 kq əvəzinə, səhvən, 339,30 kq qeyd edilmiş, nəticədə avtomatlaşdırılmış proqram 17.646 manat məbləğində artıq rüsum hesablamışdır. Bununla bağlı dəfələrlə cavabdehə müraciət ol unmuş, birinci cavab xx.xx.2020-ci il tarixli, 1000-120/1xxxx/019912 saylı məktubla Komitə tərəfindən verilmiş, cavab məktubunda müraciətin araşdırılması Bakı Baş Gömrük İdarəsinə həvalə edilmiş, sonuncu tərəfindən iddiaçının xx.xx.2020-ci il tarixli müraciətlərinə xx.xx.2020-ci il tarixli, 1400-012/00424/008582 saylı məktubu ilə cavab verərək sadəcə bildirmişdir ki, **********5775 nömrəli gömrük bəyannaməsi təqdim edilmiş sənədlərə əsasən qanunamüvafiq qaydada rəsmiləşdirilərək, yükün buraxılışı təmin edilmişdir. Bundan sonra da iddiaçının xx.xx.2020-ci il tarixində müraciətinə Komitəsi tərəfindən xx.xx.2020-ci il tarixli, 100-170/1xx-xx/023318 saylı cavab məktubu ilə bildirilmişdir ki, müraciətin araşdırılması Bakı Baş Gömrük İdarəsinə tapşırılmışdır. Bakı Baş Gömrük İdarəsi tərəfindən x x.xx.2021-ci il tarixli, 1400018/00426/000634 saylı imtina cavabı verilərək bildirilmişdir (ona xx.xx.2021 ci il tarixində təqdim edilmişdir) ki, **********5775 nömrəli gömrük bəyannaməsi üçün ödənilən artıq vəsait VAİS proqramında aşkar edilməmişdir. Cavabdehin imtinası əsassızdır. Çünki, qeyd edildiyi kimi 08 iyun 2020-ci il tarixli, 432-05 saylı invoysa əsasən ölkəyə gətirilən yükün brutto çəkisi 8253,16 kq olmuş, səhvən 339,30 yazılmış və nəticədə deyilən VAİS proqramı artıq rüsum hesablamışdır.
6. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddia mümkün sayılmamalıdır. Etirazın əsaslarına görə **********5775 sorğu nömrəli gömrük bəyannaməsi iddiaçı tərəfindən təsdiq edilərkən bəyannamənin əsas vərəqinin 35ci qrafasında brutto çəki 7871.82 kq., əl avə vərəqinin 35ci qrafasında brutto çəki 381.30 kq. olaraq cəmi, 8253.12 olaraq göstərilmiş, bu isə iddiaçının elektron qaydada təqdim etdiyi bəyannaməyə əlavə etdiyi sənədlərdə göstərilən məlumatlarla eynilik təşkil etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2-1(112)-4950/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, (hakim: H.Ağalarov) "xxxx" MMC tərəfindən artıq ödənilmiş 13.179,29 manat əlavə dəyər vergisinin qaytarılması barədə rəy tərtib edilməsi, artıq ödənilmiş 3.469,44 manat gömrük rüsumunun qaytarılması barədə rəy tərtib edilməsi və 360,00 manat gömrük yığımının qaytarılması barədə qərar qəbul edilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə həvalə edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır.
9. Cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhk əməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(103)-1470/2022 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – Cahangir Yusifov, hakimlər – Mirzə Tağızadə və Zəki Babayev ) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2-1(112)-4950/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
13. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddia tələbinə qarşı etirazın və apellyasiya şikayətinin məzmunu ilə oxşardır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı iddiaçı "xxxx" MMC tərəfindən etiraz təqdim edilmişdir. Etirazda kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılması xahiş edilib. TƏTBİQ EDİLƏN HÜQUQ 15 Azərbaycan Respublikası Gömrük Məcəlləsi Maddə 224.1 bu Məcəllədə, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Gömrük tarifi haqqında”, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında”, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında və müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarında nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən aşağıdakı gömrük ödənişləri alınır: gömrük rüsumları; əlav ə dəyər vergisi; aksizlər; yol vergisi; gömrük yığımları; haqq; dövlət rüsumu (224.1.1 - 224.1.7.) Maddə 266.1 Gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri bu Məcəllənin 267.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır; Maddə 267.1 Məcəllənin bu Fəslinin müddəaları nəzərə alınmaqla gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri aşağıdakı hallarda qaytarılır: 267.1.1. mallar qüsurlu olduqda; 267.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 267.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. Maddə 267.2 Gömrük orqanları bu Məcəllənin 270.1-ci maddəsində qeyd olunan müddətlər ərzində gömrük ödənişlərinin qaytarılmalı olduğun u aşkar etdiyi halda, həmin ödənişlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır; Maddə 269 Gömrük ödənişlərinin hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda, yaxud gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə qaytarılır; Maddə 270.1 Gömrük ödənişlərinin bu Məcəllənin 267.1-ci maddəsində göstərilən hallar əsasında qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il ərzində gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər; Maddə 270.3 Gömrük ödənişlərinin qaytarılması, yaxud bundan imtina edilməsi haqqında qərar, ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün ərzində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmi n qərardan bu Məcəllənin 10cu fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər.
16. Azərbaycan Respublikası Vergilər Məcəlləsi. Maddə 87.4 Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
17. Müvafiq icra hakimiyyəti - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 fevral 2013-cü il tarixli, 25 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları” 6.1. gömrük ödənişlərinin qaytarılması barədə qərar onları tətbiq edən gömrük orqanı tərəfindən qəbul edilir; 6.7. gömrük orqanı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada gömrük rüsumunun qaytarılması barədə 4 nüsxədə rəy tərtib edir; 6.8. tərtib ol unmuş rəyin 2 nüsxəsi və ərizənin surəti gömrük rüsumunun dövlət büdcəsindən qaytarılması məqsədi ilə ərizə daxil olduğu tarixdən 15 (on beş) gün müddətində gömrük rüsumunun qaytarılmalı olduğu müvafiq maliyyə orqanına, 1 nüsxəsi ərizəçiyə göndərilir, 1 nüsxəsi isə gömrük orqanında qalır; 6.9.gömrük orqanı bu Qaydaların 6.2-ci bəndində qeyd olunan gömrük yığımlarının və haqqın qaytarılması haqqında qəbul etdiyi qərarın və ərizənin surətinin 1 (bir) iş günü müddətində Komitəyə göndərilməsini təmin edir; 7.1. maliyyə orqanı gömrük orqanı tərəfindən bu Qaydaların 6.7-ci bəndinə uyğun olaraq tərtib edilmiş rəyi və bu Qaydaların 6.10-cu bəndinə uyğun olaraq, Komitənin göndərdiyi müraciəti qəbul edir; 7.2. gömrük ödənişlərinin qaytarılması maliyyə orqanı tərəfindən həyata keçirilir.
18. Azərbayc an Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. La kin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... b) Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, mə hkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apel lyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
19. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya inst ansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız on a aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılmasıtəmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Hazırkı iş üzrə məhkəmələr tərəfindən aparılmış araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, xx.xx.2020-ci il tarixli malların “Qablaşdırma siyahı sı”ndan (Packing List), 16 iyun 2020-ci il tarixli invoys (“original”) sənəddən və xx.xx.2020-ci il tarixli Gömrük bəyannaməsindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən 8253.12 kq “brutto” çəkiyə malik (əsas və əlavə vərəqin vərəqin 35-ci qrafası üzrə 7871,82 kq+381,3, kq) 25310,68 ABŞ dolları invoys dəyərində mallar idxal olunmuşdur. İddiaçı tərəfindən idxal etdiyi malların gömrük ödənişlərini müəyyən edilməsi məqsədilə gömrük orqannın “VAİS” proqram təminatına malların göstərriciləri yerləşdirilərkən, “brutto çəki” 8253.12kq qeyd olunmalı halda, səhvən, 339,30 (“netto çəki”) qeyd edilmiş, ona ümumi invoys dəyəri 115.391,95 manat qeyd olunmaqla, aşağıdakı kimi gömrük ödənişləri hesablanmışdır: - 600.00 manat - gömrük yığımı; 5769,60 manat idxal gömrük rüsumu; 21.917,08 manat əlav ə dəyər vergisi; 60,00 manat elektron gömrük xidmət haqqı; 10,80 manat elektron gömrük xidməti üzrə ƏDV. Beləliklə də iddiaçı tərəfindən ümumilikdə 28.357,48 manat gömrük ödənişləri ödənilmişdir.
26. Eyni zamanda müəyyən olunmuşdur ki, - malların ümumi “brutto çəkisi (kq)” qrafasında 8253,12 kq əvəzinə 339,30 daxil edildikdə, sistem tərəfindən hesablama üçün əsas invoys göstəricisi qismində 115.391,95 manat müəyyən edilmiş və 28.357,48 manat gömrük ödənişləri hesablanır; - həmin malların doğru olan “brutto çəkisi” - 8253,12 kq daxil edildikdə isə hesablama üçün əsas invos dəyəri qismində 46.003,15 manat müəyyən edilərək mallara görə ümumilikdə 11.348,75 manat gömrük ödənişləri (gömrük yığımları – 240,00 manat, idxal gömrük rüsumu – 2.300,16 manat, əlavə dəyər vergisi – 8.737,79 manat, elek tron gömrük xidmət haqqı – 60,00 manat, elektron gömrük xidməti üzrə ƏDV – 10,80 manat) hesablanmışdır. Kollegiya hesab edir ki, bu halın həqiqiliyini müəyyən etmək üçün apellyasiya məhkəməsi tərəfindən haqlı olaraq Dövlət Gömrük Komitəsinə müvafiq məhkəmə sorğuları göndərilmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli sorğusuna - Komitə tərəfindən xx.xx.2022-ci il tarixli məktubu ilə cavab olaraq, **********5775 sorğu nömrəli gömrük bəyannamə üzrə malların ümumi brutto çəkisi 339,3 kq olarkən, həmçinin, 8253,12 kq olarkən - hesablanmış gömrük ödənişləri haqqında Dövlət Gömrük Komitəsinin vahid avtomatlaşdırılmış idarəetmə sistemindən (VAİS) çıxarışlar məhkəməyə təqdim edilmişdir: Həmin çıxarışlar tədqiq olunduqda həqiqətən də müəyyən olunur ki, sözügedən VAİS sisteminə malların idxal sənədlə rinə əsasən doğru olan- 8253,12 kq brutto çəkisi daxil edildikdə, malların ümumilikdə gmrük ödənişləri 11.348,75 manat təşkil edir: – 240,00 manat gömrük yığımları; – 2.300,16 manat idxal gömrük rüsumu; – 8.737,79 manat ƏDV, – 60,00 manat elektron gömrük xidmət haqqı; – 10,80 manat elektron gömrük xidməti üzrə ƏDV
27. Beləliklə, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 267.1.2 və 269-cu maddələrinin tələbləri təmin edildiyindən, başqa sözlə gömrük ödənişlərinin hesablanmasında səhvə yol verilməsi sübuta yetirildiyindən, artıq ödənilmiş 13.179,29 (21.917,08-8.737,79) manat əlavə dəyər vergisi, 3.469,44 (5769,60-2.300,16) manat gömrük rüsumu və 360,00 (600,00-240,00) manat gömrük yığımı qaytarılmalıdır.
28. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassı z olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olduğu üçün dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
29. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1470/2022 nömrəli, 01 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.