Məhkəmə qərarları › İş №2-1(102)-929/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-929/2020

11.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-929/2020 11.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi, X3 İdarəsinin neftboşaltma bazasında dülgər, bənna) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Fuad Fərhadovun, iddiaçının vəkili Gülnar Qulizdənin iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-2593/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kasasiya şikayətlərinə əsasən işə xx xxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1954-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Cavabdeh dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə q arşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 01.06. 1976-cı il tarixdə əmək fəaliyyətinə başlamış və xx.xx.2018-ci il tarixdə, yəni 63 yaşında təqaüdlə əlaqədar işdən çıxmışdır. xx.xx.1978-ci il tarixdən – xx.xx.1986-cı il tarixədək X2 Kəmərləri İdarəsinin Dübəndi neftboşaltma bazasında dülgər, bənna, xx xxxxxxx 1986-cı il tarixdən x xxxx 2018-ci il tarixədək NKİ X1 qəza-bərpa məntəqəsində zərərli işlər siyahısına aid olan peşələrdə çalışmış, lakin ona xx.xx.2018-ci il tarixdə (64 yaşı tamam olanda) DSMF-nin Bakı şəhəri Suraxanı rayon şöbəsi tərəfindən yaşa görə əmək pensiyası tə yin edilmişdir. Əslində isə, o, zərərli sahədə işlədiyinə görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququna malik olmuşdur. O, xx.xx.2019-cu il tarixdə məktubla cavabdehə müraciət etmişdir. Məktubunda xahiş etmişdir ki, qanunvericiliyin tələbinə müvafiq olaraq ona pensiya ümumi və zərərli iş sahəsində olan əmək stajı nəzərə alınmaqla x xxxxxx 2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları əsasında yenidən hesablansın. Cavabdehin xx.xx.2019-cu il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, təqdimedilmiş sənədlərə əsasən ona pensiya hüququ yarandığı xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Göründüyü kimi, cavabdeh məsələnin həllindən imtina etmişdir. Cavabdehin imtinası tamamilə qanunsu z və əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əmək kitabçasından aydın olur ki, o, x xxxx 1976-cı il tarixdən çalışmağa başlamış və işlədiyi illər xüsusi zərərli iş stajına daxildir. Həmin sənəddən məlum olur ki, o, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədə olduğu x xxxxxx 2006-cı il tarixədək güzəştli şərtlərlə pensiya hüququ üçün tələb olunan tam əmək stajı toplamışdır. Beləliklə o, xx.xx.2006-cı il tarixədək 28 il ümumi 20 ilzərərli iş stajını tam toplamışdır. Buna görə də, ona əmək pensiyası təyin olunarkən “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları tətbiq olunmalıdır. xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Onun işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahıda göstərilən “Xİİ. Qazma, neftin,qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şiştin emalı” bölməsində 2130200a – 18547 kodla nəzərdə tutulan “texnoloji qurğuların təmiri üzrə çilingər” peşəsinə uyğun gəlir. Cavabdehin imtinası tamamilə əsassız və qanunsuzdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13-cü maddəsinin “a” bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, “b” bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin mi nimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Qeyd olunan faktiki hallardan və hüquqi normalardan aydın olur ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 55 yaşdan hesablanmalı, pensiya məbləği isə orta aylıq əmək haqqının 65 faizi məbləğində təyin olunmalıdır. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli,2-1(82)-1452/2019 nömrəli (sədrlik edən hakim Rüstəm Kərimli) qərarı ilə iddianın qismən təmin edilməsi, iddiaçıya son 24 ayda aldığı əmək haqqının 65% nəzərə alınmaqla 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddianın isə rədd edilməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) qərardadı ilə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsi - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir. Apelyasiya instansiyası məhkəməsininxx.xx.2019-cu il tarixli,2-1(103)-2593/2019 nömrəli (hakimlər Afaq Nuriyeva - sədrlik edən və məruzəçi, Valeh Ağayev və Cahangir Yusifov) qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin e dilməsi, birinci instansiya məhkəməsininxx.xx.2019-cu il tarixli 2-1(82)-1452/2019 saylı qərarının qismən - iddianın son 24 ayda aldığı əmək haqqının 65% nəzərə alınmaqla birdəfəlik ödənilməsi hissəsində ləğv edilməsi və bu hissədə iddia tələbinin rədd edilməsi, qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əmək kitabçasından aydın olur ki, o, Neft Kəmərləri İdarəsinin X1 qəza-bərpa məntəqəsində təmirçi-çilingər peşəsində çalışıb.İddiaçının faktiki çalışdığı peşə ilə iddia etdiyi peşə arasında açıq fərq var: ona görə ki, iddiaçı təmirçi-çilingər peşəsində çalışıb; 2 nömrəli Siyahı isə, yalnız “texnoloji qurğuların təmiri üzrə çilingər” peşəsini güzəştli sayıb. İşdə iddiaçının peşəsinin güzəştli peşəyə aid olmasına dair arayış yoxdur. İşdə yalnız Neft Kəmərləri İdarəsinin xx.xx.2018-ci il tarixli arayışı vardır. Lakin həmin arayışda iddiaçının peşəsinin konkret olaraq məlum Siyahıdakı hansı kod altında nəzərdə tutulduğu qeyd edilməyib, heç həmin Siyahıya istinad belə olunmayıb. Göründüyü kimi, apelyasiya məhkəməsi iddiaçının çalışdığı peşəsini güzəştli sayarkən heç bir əsaslandırmaya yer verməyib, işdə bu barədə güzəştli arayışın olmaması da hüquqi qiymətləndirmədən kənarda qalıb. İddiaçının pensiya hüququnun 2011-ci ildə yarandığı ehtimalında belə, Qanunun 32.1-1 və 37.7-ci maddələrinin hazırkı mübahisəyə tətbiqi istisna edilmir. Ona görə ki, həmin maddələr pensiya hüququnun qazanılıb - qazanılmaması ilə deyil, pensiya hüququnun yaranmasına baxmaya raq alınmamış pensiya məbləğinin zaman baxımından məhdudlaşdırılması ilə bağlıdır. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019cu il tarixli, 2-1(103)-2593/2019 saylı qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsinə dair yeni qərarın qəbul edilməsini xahiş etmişdir. İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,Bakı Apelyasiya Məhkəməsinin mübahisə edilən qərarı qismən maddi və prosessual hüquqların pozulması ilə qəbul edilmişdir. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinəgörə yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işlərdə çalış an işçilərə 70 faizi, «b» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Məhkəmə Qanunun bu müddəasına qərarda istinad etsə də, sonra, yəni qət etdi hissəsində tamamilə fərqli münasibət bildirmişdir. Əsassız olaraq iddiaçının son 24 ayda aldığı əmək haqqının 65%-i nəzərə alınmaqla birdəfəlik ödənilməsi hissəsində ləğv etmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 21(103)-2593/2019 saylı qərarının mübahisə edilən hissəsinə ləğv edib, iddia tələbinin təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 kasasiya ş ikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən iddianı rədd etdiyi hissədə maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, iddiaçının kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-ci il tarixli qərarının mübahisə edilən hissəsinə ləğv edib, iddia tələbinin təmin edilməsi barədə qərarın qəbul edilməsini, cavabdehin kasasiya şikayətinin isə təmin edilməməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üç ün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının və cavabdehin kasasiya şikayətləri təmin edilməməli, apelyasiya instansiyası məhkəməsi xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası A zərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki,iddiaçının əmək kitabçasından aydın olur ki, o, Neft Kəmərləri İdarəsinin X1 qəza-bərpa məntəqəsində təmirçi-çilingər peşəsində çalışıb. İddiaçının faktiki çalışdığı peşə ilə iddia etdiyi peşə arasında açıq fərq var: ona görə ki, iddiaçı təmirçi-çilingər peşəsində ça lışıb; 2 nömrəli Siyahı isə, yalnız “texnoloji qurğuların təmiri üzrə çilingər” peşəsini güzəştli sayıb. İşdə iddiaçının peşəsinin güzəştli peşəyə aid olmasına dair arayış yoxdur. İşdə yalnız Neft Kəmərləri İdarəsinin xx.xx.2018-ci il tarixli arayışı vardır. Lakin həmin arayışda iddiaçının peşəsinin konkret olaraq məlum Siyahıdakı hansı kod altında nəzərdə tutulduğu qeyd edilməyib, heç həmin Siyahıya istinad belə olunmayıb. Göründüyü kimi, apelyasiya məhkəməsi iddiaçının çalışdığı peşəsini güzəştli sayarkən heç bir əsaslandırmaya yer verməyib, işdə bu barədə güzəştli arayışın olmaması da hüquqi qiymətləndirmədən kənarda qalıb. İddiaçının pensiya hüququnun 2011-ci ildə yarandığı ehtimalında belə, Qanunun 32.1-1 və 37.7-ci maddələrinin hazırkı mübahisəyə tətbiqi istisna edilmir. Ona görə ki, həmin maddələr pensiya hüququnun qazanılıb - qazanılmaması ilə deyil, pensiya hüququnun yaranmasına baxmayaraq alınmamış pensiya məbləğinin zaman baxımından məhdudlaşdırılması ilə bağlıdır. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd olunan dəlillər əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qab iliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Konstitusiyanın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi vəziyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası «Əmək pensiyaları haqqında» Qanununun 3.1-ci maddəsinə görə Azərbaycan Respub likasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.1-ci maddəsinin x xxxx 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 30.1-ci maddəsinə görə əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq ic ra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Həmin Qanunun 31.1-ci maddəsinin x xxxx 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 37.7-ci maddəsinin x xxxx 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, a y, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli xx xxxxxx 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsassən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 1.3-cü bəndində göstərilmişdir ki, 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciə t etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir Qaydaların 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. Azərbaycan Respublikası «Əmək pensiyaları haqqında» Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2006-cı il tarixli Fərmanının 2.3-cü bəndinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2016-cı il tarixli 853 nömrəli Fərmanı ilə Azərbaycan Respublkasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respub likasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2016-cı il tarixli 976 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında» Əsasnamənin 1.1-ci maddəsinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası, əhalinin əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər, kompensasiyalar və sosial yardımlarla təmin edilməsi, ahılların, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilita siyası, çətin həyat şəraitində olan şəxslərə sosial xidmət sahəsində tədbirləri həyata keçirən icra hakimiyyəti orqanıdır. Əvvəllər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan qanuna Azərbaycan Respublikasının xx xxxx 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 17-ci maddəsinə əsasən yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, «b» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Həmin Qanunun 67-ci maddəsinə görə mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına d axil edilir. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. İddiaçı kasasiya şikayətində qeyd etmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin mübahisə edilən qərarı qismən maddi və prosessual hüquqların pozulması ilə qəbul edilmişdir. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinəgörə yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərd ə tutulan işlərdə çalışan işçilərə 70 faizi, «b» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Məhkəmə Qanunun bu müddəasına qərarda istinad etsə də, sonra, yəni qət etdi hissəsində tamamilə fərqli münasibət bildirmişdir. Əsassız olaraq iddiaçının son 24 ayda aldığı əmək haqqının 65%-i nəzərə alınmaqla birdəfəlik ödənilməsi hissəsində ləğv etmişdir. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçının kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, işdə olan ARDNŞ Neft Kəmərləri İdarəsinin xx xxxx 2018-ci il tarixlıi arayışında aşağıdakılar bildirilmişdir: - İddiaçı həqiqətən ARDNŞ Neft Kəmərləri İdarəsində xx xxxxxx 1978-ci il tarixdən x xxxx 1986-cı il tarixədək X2 Kəmərləri İdarəsinin Dü bəndi neftboşaltma bazasında dülgər, bənna, xx xxxxxxx 1986-cı il tarixdən x xxxx 2018-ci il tarixədək NKİ Neft Kəmərləri İdarəsinin X1 qəza-bərpa məntəqəsində təmirçi-çilingər peşəsində işləmişdir. Əmək məzuniyyətinə çıxarkən ona Neft Kəmərləri İdarəsi üzrə zərərli və ağır iş şəraitinə görə əlavə məzuniyyət hüququna malik olan peşə və vəzifələrin siyahısına əsasən 6 təqvim günü əlavə məzuniyyət verilmişdir. “SOCAR-ın strukturuna daxil olan qurumlarda müəyyən edilmiş əmək şəraiti ağır və zərərli peşə və vəzifələrin siyahısı”na əsasən saatlıq tarif maaşına 1,04 əmsalı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2002-ci il tarixli 137 nömrəli “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqq ının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” qərarına əsasən su mənbəyindən uzaqda yerləşmə məsafəsindən asılı olaraq 1,20 əmsalı tətbiq edilmişdir. x xxxxxx 2018-ci il tarixdən tarif maaşına 3% iş stajına görə əlavə təyin edilmişdir. İddiaçı x xxxx 2018-ci il tarixdə təqaüdə çıxması ilə əlaqədar işdən azad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa u yğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Həmin Qərarla təsdiqlənmiş 2 nömrəli Siyahının “Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsində hazırkı İddiaçı x xxxxxx 2006-cı il tarixədək 12 il 6 aydan artıq işlədiyi peşə aşağıdakı kodla nəzərdə tutulmuşdur: -

2. Neft-qaz və qaz kondensatının hasilatı, texnoloji qurğuların təmiri üzrə çilingərlər (2130200a – 18547) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli Qərarı qüvvədən düşmüş hesab edilmişdir. İddiaçının müvafiq dövrdə işlədiyi vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli xx xxxx 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərdə tutulmasını, eləcə də x xxxxxx 2006-cı il tarixədək 25 ildən artıq ümumi, o cümlədən 12 il 6 aydan artıq zərərli əmək şəraitində əmək stajına malik olmasını nəzərə alınaraq, belə qənaət ə gəlmək olar ki, onun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan, yəni xx xxxxxx 2011-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Lakin nəzərə alınmalıdır ki, iddiaçının zərərli əmək şəraitində 12 il 6 ay iş stajı x xxxxxx 1997-ci il tarixdə toplanmamışdır. Ona görə də onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 55 yaşdan deyil, 57 yaşdan yaranır. İddiaçının xx xxxxxxx 1986-cı il tarixdən x xxxxxx 2006-cı il tarixədək iş stajı onun əmək kitabçasında əks olunmuşdur. Qeyd edilən əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfind ən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Qeyd edilməlidir ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. İddiaçı pensiya hüququnu xx.xx.2017-ci ilədək əldə etmiş, lakin pensiya təyinatı üçün xx.xx.2017-ci ildən sonra müraciət edib və ona pensiya Qanunun həmin tarixədək, yəni 2006-cı ilin 01 yanvar kimi qüvvədə olmuş normaları əsasında təyin olunmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunnanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunnanların fərdi hesabların sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının və cavabdehin kasasiya şikayətləri təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(103)-2593/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar