Məhkəmə qərarları › İş №2-1(102)-929/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-929/2022

24.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-929/2022 24.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işin hallarının hərtərəfli araşdırılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1964-cü il təvəllüdlü; FİN:xxxxxxx) cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Zərdab rayonu Gödəkqobu bələdiyy əsi) “onun ********** qeydiyyat nömrəli ərizəsinin rədd edilməsinə dair cavabdehin qərarının ləğv edilməsi, Gödəkqobu bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 16 nömrəli qərarı və Gödəkqobu bələdiyyəsi ilə onun arasında bağlanmış eyni tarixli icarə müqaviləsi ilə 2,60 ha torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2002-ci il tarixli, 2-1(107)-81/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Zərdab rayonu Gödəkqobu bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 16 saylı iclas protokolunun qərarından çıxarışa əsasən DT və XK-nin Zərdab rayon şöbəsinin sxem və rəyi nəzərə alınmaqla 2.60 ha torpaq sahəsinin iddiaçıya icarəyə verilməsi qərara alınmışdır.

2. Zərdab rayonu Gödəkqobu bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 16 saylı qərarı əsasında iddiaçı ilə bağlanmış eyni tarixli icarə müqaviləsinə əsasən 2.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 25 il müddətinə iddiaçıya icarəyə verilmişdir.

3. A seriyalı 378812 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədi Zərdab rayonu Gödəkqobu bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 16 saylı qərarı və xx.xx.2006-cı il tarixli 16 saylı icarə müqaviləsi ilə iddiaçının icarəsinə verilmiş 26000 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. X2 Kadastr kitabında xx.xx.2011-ci il tarixdə 300-cü nömrə ilə qeydiyyata alınmışdır.

4. İdd iaçı cavabdehə müraciət edərək yuxarıda qeyd olunan torpaq sahəsinin üzərində icarə hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

5. Cavabdeh xx.xx.2020-ci il tarixli, **********74 saylı cavab məktubu ilə bildirmişdir ki, qeyd olunan torpaq sahəsinə baxış keçirilən zaman torpaq sahəsi üzərində mübahisə olduğu aşkar edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında’’ Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahis ələr məhkəmə qaydasında həll edilir. Qeyd edilən çatışmazlıq aradan qaldırıldığı halda məsələyə baxıla bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək onun ********** qeydiyyat nömrəli ərizəsinin rədd edilməsinə dair cavabdehin qərarının ləğv edilməsi, üçüncü şəxsin xx.xx.2006-cı il tarixli 16 nömrəli qərarı və onunla bağlanmış eyni tarixli icarə müqaviləsi ilə 2,60 ha torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, üçüncü şəxsin 29 dekabr 2006-cı il tarixli, 16 saylı qərarı və aralarında bağlanmış eyni tarixli icarə müqaviləsi ilə 2,60 ha torpaq sahəsi 25 il müddətinə iddiaçının icarəsinə verilmişdir. Müqaviləyə uyğun olaraq tərəflər üzərlərinə düşən öhdəliyi yerinə yetirmiş, üçüncü şəxs torpağın naturada ayrılıb iddiaçının istifadəsinə verilməsini təmin etmiş, keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü işlənib hazırlanmış, bu barədə X1 kitabında 07 dekabr 2011-ci il tarixdə, 300-cü nömrə ilə uçota alınmış, A№378812 saylı sənəd verilmişdir. Lakin iddiaçı cavabdehə həmin torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət reyesterində qeydiyyata alınması üçün müraciət etsə də, onun müraciətinin icrasından əsassız olaraq imtina edilmişdir.

8. Cavabdeh tərəfindən iddia tələbinə qarşı verilmiş etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eynilik t əşkil edir.

9. Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(116)-129/2021 nömrəli qərardadı ilə Zərdab rayonu Gödəkqobu bələdiyyəsi üçüncü şəxs qismində icraata cəlb edilmişdir.

10. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-129/2021 saylı qərarı ilə (hakim İlqar Cabbarov) iddia təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı arxivə və inzibati nəzarət orqanına sorğular verilmiş, arxivdə və inzibati nəzarət orqanında üçüncü şəxsin xx.xx.2006-cı il tarixli, 16 saylı qərarının olmadığı aşkar olunmuşdur. Bundan başqa, üçüncü şəxsdən 2006-cı il üzrə bələdiyyə iclaslarının protokol kitabı və xx.xx.2006-cı il tarixli, 16 saylı qərar tələb olunsa da, məhkəməyə təqdim olunmamışdır. Həmçinin, iddiaçıya 2.60 ha torpaq sahəsinin icarəyə verilməsi barədə DT və XK-nin Zərdab rayon şöbəsinin rəyi şöbə müdiri A.Orucov tərəfindən imzalandığı halda, eyni tarixli qərar əsasında iddiaçıya 3.80 ha torpaq sahəsinin icarəyə verilməsi barədə rəyi (iş materiallarına əlavə edilmişdir) şöbə müdiri E.Məlikov imzalamışdır. 2011-ci il tarixində qeydə alınmış A seriyalı 378812 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədində isə şöbə müdiri E.Məlikov qeyd olunmuşdur. Ümumiyyətlə iddiaçının təqdim etdiyi Gödəkqobu bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 16 saylı iclas protokolunun qərarından bələdiyyə sədri R.İmanov və hazırki bələdiyyə sədri K.İxtiyarov tərəfindən təsdiqlənmiş çıxarışlar birbirindən fərqlidir. Qeyd olunan hallar və bələdiyyə qərarının əslinin olmaması iddia tələbinin təmin olunmasını istisna edir.

12. Həmin qərardan i ddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(107)-81/2022 saylı qərarına əsasən (sədrlik edən Rövşən Rəfiyev, Məlikxan Vəzirov və Günay Cavadova) Şəki İnzibati Məhkəməsinin qeyd olunan qərarı ləğv edilərək iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi təmin edilməklə iddiaçının ********** qeydiyyat nömrəli ərizəsinin rədd edilməsinə dair cavabdehin 04 iyun 2020- ci il tarixli qərarı ləğv edilmiş, üçüncü şəxsin xx.xx.2006-cı il tarixli 16 nömrəli qərarı və eyni tarixli icarə müqaviləsi ilə 2,60 ha torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət r eyestrində qeydiyyata alınması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, üçüncü şəxsin 4 fevral 2022-ci il tarixli məktubunda bildirilmişdir ki, iddiaçıya 29 dekabr 2006-cı il tarixli 16 saylı qərarı ilə bələdiyyənin ehtiyat fondundan 2,6 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarınin əkini üçün 25 il müddətinə icarəyə verilmişdir və həmin torpaq sahəsində heç bir vətəndaşın hüququ yoxdur. Həmin torpaq sahəsi iddiaçının icarəsindədir və halhazırda kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə edir. İddiaçı ilə üçüncü şəxs arasında müqavilənin şərtlərinə əməl olunur və heç bir qayda pozuntusu yoxdur. Belə olan halda, Azərbaycan Respublikasının Konstitutsiya Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarına və “Daş ınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci; 9.1.2-ci; 9.1.3-cü; 11.1-ci və 15-ci maddələrinə əsasən iddia tələbi əsaslıdır. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 6.5ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqa n bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun10-cu maddəsində hüquqların dövlət qeydiyyatı üçün təqdim edilməli olan sənədlərin siyahısı göstərilməklə bu maddəyə əsasən, hüquqların dövlət qeydiyyatı bu Qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; dövlət rüsumunun ödənilməsi barədə sənəd. Həmin Qanunun 10.2.1-ci maddəsindən görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil. Bununla yanaşı hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır. Qeyd olunan hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və m əzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Qeyd olunanlara əsasən, cavabdeh orqan tərəfindən torpaq sahəsinin qeydiyyata alınması ilə baglı Gödəkqobu kənd sakinlərin kütləvi mübahisə olduğu əsas gətirərək İddiaçı adına Zərdab rayonu, Gödəkqobu kəndində yerləşən 2.60 hektarr torpaq sahəsi üzərində icarə hüquqlarını qeydiyyata alınması barədə imtina etməsi əsasız və qanunsuzdur. Belə ki, inzibati orqanın mübahisəli torpaq sahəsi üzərində icarə hüquququn qeydə alınması barədə imtina etməsinə dair istinad etdiyi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun müddəallarında yuxarıda göstərilən əsasa görə hüquqların dövlət qeydiyyatına alınmasından imtina halı nəzərdə tutulmamışdır.

15. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

16. Kassator qeyd etmişdir ki, qanun bələdiyyə torpaqlarına icarə hüququnun qeydə alınması üçün hüquqi nəticə mənbəyi kimi icarə müqaviləsinə d eyil, bələdiyyənin qərarına üstünlük verir. Göstərilən halda isə məhkəməyə iddiaçı tərəfindən torpağın icarəyə verilməsi barədə bələdiyyə qərarı təqdim edilməmiş, məhkəmə tərəfindən verilmiş sorğulara alınan cavablara əsasən arxivdə həmin qərar aşkar edilməmiş, bələdiyyənin 2006-cı il üzrə bələdiyyə iclaslarının protokol kitabı təqdim edilməmiş, qərardan çıxarışın mötəbərliyi isə təsdiq olunmamışdır. Lakin məhkəmə kollegiyası torpağın icarəyə verilməsi barədə qərarın olmaması kimi təkzib edilməyən halı nəzərə almamışdır. İcarə müqaviləsi isə akt deyil, əqddir. Cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.5-ci maddəsinə əsasən haqlı olaraq iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Bundan başqa, üçüncü şəxs tərəfind ən verilmiş iclas protokolunun qərarından çıxarışda qeyd olunan torpağın kateqoriyası qeyd olunmamış və buna məhkəmə tərəfindən münasibət bildirilməmişdir. Eyni zamanda, məhkəmə həmin torpaq sahəsinin özlərinin ümumi istifadəsində olmasını qeyd edən şəxslər 3-cü şəxs qismində məhkəmə icraatına cəlb olunmamış və nəticədə hüquqlarına toxunması ehtimal olunan məsələyə onların iştirakı olmadan baxılmış, bununla yanaşı vətəndaşların hüquqlarına toxunub-toxunmamasını araşdırmamış və şəxsi mülahizəsinə əsasən vətəndaşların hüququna toxunmadığını qeyd etmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya instansiya məhkəməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Daşınmaz əml akın dövlət reyestri haqqında” Qanun: Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar … 19. “İnzibati icraat haqqında” Qanun Maddə

10. Hüquqi dövlətin ümumi prinsipləri Maddə

11. Qanunçuluq prinsipi Maddə

12. Bərabərlik prinsipi Maddə

13. Etimad hüququnun qorunması prinsipi Maddə

14. Diskresion səlahiyyətlərin həyata ke çirilməsi qaydası Maddə

15. Formal tələblərdən sui-istifadənin qadağan olunması Maddə

16. Hüququn tətbiqindən imtinanın qadağan olunması Maddə

17. Mütənasiblik prinsipi Maddə

18. Çoxun azı ehtiva etməsi prinsipi Maddə

19. Mötəbərlik prezumpsiyası... Maddə

24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxsləri n izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.

20. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat …. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə h aqlıdır.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər..... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə tam və hərtərəfli araşdırma aparmadan, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları müəyyənləşdirmədən və qiymətləndirmədən yekun nəticəyə gəlmişdir.

24. İşin hallarına, iddiaçının tələbinə, məhkəmələr tərəfindən mübahisə üzrə qəbul edilmiş aktlara və kassasiya şika yətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

25. İlk növbədə hazırkı iş üzrə iddiaçının tələbi onun ********** qeydiyyat nömrəli ərizəsinin rədd edilməsinə dair cavabdehin 04 iyun 2020- ci il tarixli qərarının ləğv edilməsi, üçüncü şəxsin xx.xx.2006-cı il tarixli 16 nömrəli qərarı və eyni tarixli icarə müqaviləsi ilə 2,60 ha torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdehin üzərinə qoyulmasıdır.

26. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, Zərdab rayonu Gödəkqobu bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 16 saylı qərarı əsasında iddiaçı ilə bağlanmış eyni tarixli icarə müqaviləsinə əsasən 2.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 25 il müddətinə iddiaç ıya icarəyə verilmiş və Zərdab rayonu Gödəkqobu bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 16 saylı qərarı və xx.xx.2006-cı il tarixli 16 saylı icarə müqaviləsi ilə iddiaçının icarəsinə verilmiş 26000 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı A seriyalı 378812 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir.

27. İş üzrə cavabdehin imtinasının və iddia tələbinə etirazının dəlili qeyd edilən torpaq sahəsi ilə bağlı digər şəxslərin iddialarının olması, başqa sözlə ərazinin mübahisəli olması ilə bağlı idi. Kassasiya şikayətinin əsas dəlilini isə torpaq sahəsinin verilməsinin kökündə duran bələdiyyə qərarının mövcud olmaması təşkil edir.

28. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın, inzibati orqanın hərəkətlərinin və ya hərəkətsizliyinin qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır.

29. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 10-19-cu maddələrində inzibati orqanlar tərəfindən müraciətlərə baxılmasının ümumi prinsipləri təsbit olunmuş, 24-cü maddəsində isə işin bütün hallarının obyektiv araşdırılması, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqanın öz təşəbbüsü ilə əlavə sübutları toplamaq vəzifəsi nəzərdə tutulmuşdur. Buraya digər mühüm prinsiplərə riayət etməklə bərabər, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları tam, hərtərəfli və obyektiv araş dırmaq, habelə təqdim edilmiş sübutlarla bağlı olmadan öz təşəbbüsü ilə əlavə sübutlar toplamaq borcu da daxildir. Qeyd edilən normalara uyğun olaraq, inzibati orqanın şəxslərin müraciəti ilə bağlı inzibati icraatın nəticələrinə dair yazılı cavabında müraciətin təmin olunmasından imtinanın səbəbləri ilə bərabər, müraciətdə istinad edilən (yaxud, belə istinad olmasa da, inzibati orqanın özünün xidməti vəzifəsinə görə müəyyən etdiyi) digər hallara da münasibəti aydın göstərilməlidir. Bu, həm də ona görə əhəmiyyət kəsb edir ki, maraqlı şəxs imtinanın faktiki və hüquqi əsaslarını, habelə onun müraciəti ilə bağlı hansı halların inzibati orqan tərəfindən ümumiyyətlə mübahisələndirilmədiyini cavabda aydın görmək, bununla da, cavabdehə qarşı irəli sürdüyü iddia tələbinin həcmini dəqiq müəyyən etmə k imkanına malik olmalıdır.

30. Bununla yanaşı nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu da müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iş üzrə iddia tələbinin təmini üçün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər.

31. Bu zaman isə məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur.

32. Məhkəmə kollegiyası razılaşır ki, hazırkı iş üzrə inzibati orqan tərəfindən aparılmış inzibati icraat yuxarıda qeyd olunan normaların və prinsiplərin tələblərinə uyğun olmayaraq aparılmış, natamam icraatın nəticəsində iddiaçıya imtina məktubu verilmişdir və nəticədə İPM-nin 12.1-ci maddəsi baxımından işin halları ətraflı araşdırılmalıdır. İşə baxan aşağı instansiya məhkəmələri tərəfindən İPM-nin 12.1-ci maddəsinin tələbinə əsasən araşd ırma aparılsa da, bu araşdırma iş üzrə yekun nəticəyə gələ bilmək üçün kifayət deyildir.

33. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən bələdiyyələrə məxsus olan daşınmaz əmlakın icarəsinə dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

34. Hazırkı iş üzrə iddiaçıya torpaq sahəsi Zərdab rayonu Gödəkqobu bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 16 saylı qərarı ilə ayrılmışdır. Lakin həmin qərarın özü isə iş materiallarında yoxdur. Onun əvəzində Zərdab rayonu Gödəkqobu bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 16 saylı iclas protokolunu n qərarından çıxarış iş materiallarına əlavə edilmişdir.

35. Qərarın əldə edilməsi ilə bağlı birinci instansiya məhkəməsi Zərdab rayon Dövlət Arxivinə sorğu vermiş, sonuncunun xx.xx.2020-ci il tarixli 24 nömrəli məktubunda qeyd edilmişdir ki, üçüncü şəxsin arxivdə mühafizə olunan sənədləri 2000-2004-cü illəri əhatə edir. Bundan əlavə, məhkəmənin sorğusuna cavab olaraq verilmiş Göyçay Regional Ədliyyə İdarəsinin xx.xx.2020-ci il tarixli 10-75 nömrəli məktubunda qeyd edilmişdir ki, Zərdab rayon bələdiyyələri tərəfindən qəbul edilmiş aktlar inzibati nəzarət qaydasında idarəyə xx.xx.2011-ci il tarixindən təqdim edilir. Bununla yanaşı, birinci instansiya məhkəməsi üçüncü şəxsdən 2006-cı ilin Bələdiyyə iclaslarının protokol kitabını tələb etsə də, təqdim edilməmiş, əvəzində prokoldan çıxarış qər arı təsdiqlənmiş formada təqdim edilmişdir.

36. Göründüyü kimi, işə baxan birinci instansiya məhkəməsi bələdiyyə qərarının özünün əldə edilməsi istiqamətində araşdırmanı natamam aparmış, bələdiyyə tərəfindən təsdiq edilmiş protokol qərarından çıxarışın nəyin əsasında təsdiqləndiyini, başqa sözlə bələdiyyə tərəfindən həmin protokol qərarından çıxarışın nə əsasında mötəbər sayıldığı araşdırılmamış, bələdiyyənin məhkəmənin sorğusu ilə bağlı etdiyi hərəkətsizliyə qarşı məhkəmə tərəfindən əlavə tədbirlər görülməmişdir. Nəticədə isə həmin qərarın özü tapılmamış, bu hal isə birinci instansiya məhkəməsinin iddianı rədd etməsi, apellyasiya instansiya məhkəməsinin isə iddianı təmin etməsi ilə nəticələnmişdir. Aşağı instansiya məhkəmələri eyni araşdırma əsasında fərqli qərarlar qəbul etsələr də, hər ikisinin apardığı araşdırma natamamdır və iş üzrə nəticəyə gəlinməsi üçün əsas deyil.

37. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni işin faktiki hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun hesab etmir. Kassasiya şikayətində irəli sürülmüş dəlillər apelyasiya instansiyası məhkəməsinin hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsasdır. Odur ki, apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulduğundan, kassasiya şikayəti təmin edilməli, apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

38. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi məhkəmənin yuxarıda qeyd olunan mövqeyini nəzərə almaqla işə baxmal ı, eyni zamanda iddiaçıya plan və ölçü sənədinin verilməsinin əsasında duran sənədlərin tələb edilməsi ilə bağlı cavabdehə sorğu verməlidir.

39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2002-ci il tarixli, 21(107)-81/2022 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar