Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-929/2023 02.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (apellyasiya şikayətinin mümkünlüyü, müddət ötürülməklə verilmiş apellyasiya şikayəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «qaraja dair texniki pasportun verilməsi tələbinə dair i nzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 dekabr 2022-ci il tarixli 2-1(103)-2748/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İ.Qutqaşınlı küçəsi 101 saylı evin həyətində yerləşən qaraj X2 məxsus olmuş və onun istifadəsində olmuşdur.
2. İ.K.İsmayılov həmin qarajı 2001-ci ildə İddiaçı istifadəsinə vermişdir.
3. Hal-hazırda İ.Qutqaşınlı küçəsi 101 saylı ünvanda yerləşən qaraj vətəndaş İddiaçı istifadəsindədir.” 4. “ANT LTD” birgə müəssisəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli, A3/74-04 saylı məktubdan görünür ki, iddiaçının 11 yanvar 2022-ci il tarixli müraciətinə cavab olaraq Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.200 2-ci il tarixli 188 saylı sərəncamı ilə Yasamal rayonu, İnşaatçılar prospekti, 533-cü məhəllədə yaşayış binasının layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. Tikinti aparmaq məqsədi ilə 0.524 ha torpaq sahəsi BM-nin istifadəsinə ayrılmışdır. Həmin torpaq sahəsinin bir hissəsində yüksək mərtəbəli yaşayış binasının tikintisi tam olaraq başa çatdırılmış və sakinlərin istifadəsinə verilmişdir. İddiaçı istifadəsində olan, 56,0 kv.metr sahədən ibarət qaraj sahəsi ANT LTD birgə müəssisəsi üçün ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşir. Qarajın yerləşdiyi torpaq sahəsində yeni binanın tikintisi layihələndirilmişdir. Həmin sahədə inşaat işlərinə başlanıldıqda iddiaçı ilə müvafiq qaydada daşınmaz əmlakın alıqı-satqı müqaviləsi bağlanacağı, həmçinin iddiamının istifadəsində ol an 56,0 kv.metr sahədən ibarət qaraja daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun alınmasına hər hansı etiraz və iddianın olmadığıni bildirmişlər.
5. İddiaçı cavabdehə müraciət edərək, istifadəsində olan qaraja dair çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir.
6. Cavabdehin imtina məktubunda qeyd edilmişdir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən qarajın yerləşdiyi torpaq sahəsi digər şəxsə ("xxxx" MTKya) icarə hüququ ilə verilmiş, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin JN2467 nömrəli şəhadətnaməsinin əhatə etdiyi ərazi daxilində yerləşir. Bundan əlavə, qeyriyaşayış binasına (qaraja) dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə uyğun olan hüquqmüəyyənedici sən ədlər idarəyə təqdim edilməmişdir. Bu səbəbdən ərizənin icrası cavabdeh tərəfindən mümkün olmamış İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvandakı evin həyətində yerləşən qaraja texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvandakı evin həyətində yerləşən qaraj 2001-ci ildən etibarən iddiaçıya məxsusdur. Əvvələr həmin qaraj X1 istifadəsində olmuş və həmin qarajı iddiaçı İ.K.İsmayılovdan almışdır (faktiki olaraq aralarında alqı-satqı münasibətləri baş vermişdir). Yasamal rayon 64 saylı Mənzil Kommunal İ stismar sahəsinin xx.xx.2021-ci il tarixli 04 saylı arayışına əsasən İ.Qutqaşınlı küçəsi, 101 saylı ünvandakı evin həyətində yerləşən qarajın İddiaçı məxsus olması təsdiq edilir. 2001-ci ildən etibarən qarajın kommunal xərcləri iddiaçı tərəfindən ödənilmişdir. xx.xx.2021-ci il tarixində həmin qaraja texniki pasportun verilməsi məqsədi ilə sənədləri cavabdehə təqdim etmiş, lakin xx.xx.2021-ci il tarixli **********32 №-li cavab məktubu ilə imtina edilmişdir. İddiaçı hesab edir ki, imtina məktubu əsassızdır. Çünki qarajın yerləşdiyi torpaq sahəsi digər şəxsin torpaq sahəsinin əhatə etdiyi ərazi daxilində yerləşir. Əvvəla, həmin torpaq sahəsi ümumi istifadədədir. Hesab etdikdə ki, qarajın yerləşdiyi torpaq sahəsi digər şəxsin istifadəsindədir, onda həmin şəxsin qarajın sökülməsini və ya ona verilməsi ilə bağlı tələbi olardı. Lakin belə bir hal yoxdur.
9. Cavabdeh tərəfindən iddiaya qarşı etiraz ərizəsində bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən qarajın yerləşdiyi torpaq sahəsi digər şəxsə (“ANT İnşaat”Birgə Müəsisəsinə) icarə hüququ ilə verilmiş, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin JN-2467 nömrəli şəhadətnaməsinin əhatə etdiyi ərazi daxilində yerləşir. Bundan əlavə, qeyri-yaşayış binasına (qaraja) dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə uyğun olan hüquqmüəyyənedici sənədlər idarəyə təqdim edilməmişdir. Bu səbəbdən, ərizənin icrası cavabdeh tərəfindən mümkün olmamış və bu barədə vətəndaşa **********32 saylı xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır.
10. Bakı İnzibati Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2-1(112)-1104/2022 nömrəli qərarı ilə (hakim F.Mədətli) iddia təmin edilmiş, ddiaçı İddiaçı məxsus ünvan 1 ünvandakı evin həyətində yerləşən qaraja texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.
11. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan qeyri-yaşayış binasına (qaraja) dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyini bildirsə də, iddiaçının sözügedən əmlak üzərində hüquqlarının qeydə alınması üçün əvvəlki sahibi ilə bağlanm ış faktiki alqı-satqı müqaviləsi mövcud olmuşdur. Belə olan halda cavabdehin irəli sürdüyü bu dəlil iddianın təmin edilməməsi üçün əsas deyildir.
12. Həmçinin məhkəmə hesab etmişdir ki, dövlət qeydiyyatından imtinanın əsaslarını nəzərdə tutan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilənhallar müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının qeyd olunan daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır
13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 de kabr 2022-ci il tarixli 2-1(103)-2748/2022 nömrəli qərarı ilə (hakimlər C.Yusifov – sədrlik edən və məruzəçi, A.Tanrıverdiyev və İ.Şirinov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəmənin 25 aprel 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılaraq İddiaçı iddia tələbi təmin edilməmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, mübahisəli qarajın tikildiyi torpaq sahəsinə dair iddiaçının qanunvericiliyin qeyd olunan tələbi qaydasında hüququnun olması müəyyən olunmur. “ANT İnşaat”LTD birgə müəssisəsinin tədqiq olunan məktubunun məzmunundan göründüyü kimi, həmin müəssisə ilə iddiaçı arasında mübahisəli qarajın tikildiyi torpaq sahəsinin sonuncuya istifadəyə və ya icar əyə verilməsi ilə bağlı hər hansı bir müqavilə bağlanmamışdır. Belə bir müqavilənin bağlanması isə yalnız, qanunvericiliyin müəyyən etdiyi şərtlər daxilində reallaşa bilər. Mübahisəli qarajın yerləşdüyi torpaq sahəsinin dövlət aktı əsasında verilmiş müvəqqəti istifadəçisi olan “ANT İnşaat”LTD birgə müəssisəsi həmin qarajla bağlı istənilən formada iddiaçının hüququnun reallaşdırılmasına (o cümlədən, onun adına texniki pasportun verilməsinə) o halda razılıq verə bilərdi ki, həmin torpağın mülkiyyətçisi, yəni, Bakı şəhər İcra Hakimiyyətinin timsalında, dövlətin razılığı olsun. Belə bir razılıq isə konkret halda mövcud deyil.
16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul e dilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayətində qeyd edilir ki, apellyasiya instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğundan və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları aydınlaşdırmadığından, iş üzrə məhkəmə qərarı qanuni və əsaslı sayıla bilməz. Məhkəməyə təqdim olunmuş, mübahisəli qarajın yerləşdiyi torpaq sahəsinin sahibi olan - “ANT İnşaat” LTD birgə müəssisəsinin iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli, A3/74-04 saylı məktubunda qeyd olunur kİ, müəssisəyə Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixli 188 saylı sərəncamı ilə Yasamal rayonu, İnşaatçılar prospekti, 533-cü məhəllədə yaşayış binasının la yihələndirilməsinə və tikintisinə icazə verilmiş və tikinti aparmaq məqsədi ilə 0.524 ha torpaq sahəsi istifadəsinə ayrılmışdır. Həmin torpaq sahəsinin bir hissəsində yüksək mərtəbəli yaşayış binasının tikintisi tam olaraq başa çatdırılmış və sakinlərin istifadəsinə verilmişdir. İddiaçı istifadəsində olan, 56,0 kv.metr sahədən ibarət qaraj sahəsi “ANT İnşaat” LTD birgə müəssisəsi üçün ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşir. Qarajın yerləşdiyi torpaq sahəsində yeni binanın tikintisi layihələndirilmişdir. Həmin sahədə inşaat işlərinə başlanıldıqda iddiaçı ilə müvafiq qaydada daşınmaz əmlakın alıqı- satqı müqaviləsi bağlanacaqdır. Müəssisənin iddiaçının istifadəsində olan 56,0 kv.metr sahədən İbarət qaraja daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun alı nmasına hər hansı etiraz və iddiası yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 85.1 Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir Maddə 87.2 Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. b) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu dur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. c) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.
21. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə tam və hərtərəfli araşdırma aparmadan, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları müəyyənləşdirmədən və qiymətləndirmədən yekun nəticəyə gəlmişdir.
23. Hazırkı işin hallarından müəyyən olunur ki, Bakı İnzibati Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2-1(112)-1104/2022 nömrəli qərarı 22 iyun 2022-ci il tarixdə cavabdehə rəsmi qaydada təqdim edilmiş (iş vər.88), cavabdeh tərəfindən həmin qərardan hazırkı qərarın “19a” bəndində qeyd olunan prosessual hüquq normasında nəzərdə tutulmuş müddət ərzində şikayət verilməmişdir.
24. Həmin qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 gün müddətində şikayət vermək hüququnun olmasına baxmayaraq cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş müddət keçdikdən sonra, 25 iyul 2022-ci il tarixdə apellyasiya şikayəti vermişdir.
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya icraatı zamanı apellyasiya məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozulmuş, cavabdehin şikayəti üzrə apellyasiyanın mümkünlüyü yoxlanılmadan şikayətə mahiyyəti üzrə baxılmışdır. Halbuki, apellyasiyanın mümkünlüyü yoxlanılmadan şikayətə mahiyyəti üzrə baxılması yolverilməzdir.
26. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
27. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2748/2022 saylı 22 dekabr 2022-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.