Məhkəmə qərarları › İş №2-1(102)-929/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-929/2024

16.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-929/2024 16.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi və işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1988, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2060/2023 nömrəli qə rarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2018-ci il tarixindən Xaçmaz Gömrük İdarəsinin Skanlaşdırma şöbəsinə inspektor vəzifəsinə 3 ay müddətli təyin edilməklə işə qəbul edilmiş, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 100/1220Ş nömrəli xx.xx.2018-ci il tarixli əmri ilə Komitənin sərəncamına götürülmüş, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 100/1219Ş nömrəli xx.xx.2018-ci il tarixli əmri ilə Xaçmaz Gömrük İdarəsinin Skanlaşdırma və texniki nəzarət vasitələrinin tətbiqi şöbəsinin inspektoru vəzifəsinə təyin edilmişdir.

2. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 1000/751ş saylı xx.xx.2021ci il tarixli əmri ilə iddiaçı “Gömrük orqanlarında xi dmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarından xaric edilmiş, həmin Əsasnamənin 120-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinə əsasən onun gömrük orqanlarında xidmətinə xitam verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

3. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Gömrük orqanlarından xaric olunmağına və xidmətinə xitam verilməsinə dair cavabdehin xx.xx.2021-ci il tarixli, 1000/751Ş saylı əmrinin ləğv edilməsi, iddiaçının gömrük orqanlarında əvvəlki vəzifəsinə bərpa olunmağı və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçının əsaslandırma sı:

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin skanlaşdırma şöbəsinə inspektor vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2018-ci il tarixdə Komitənin sərəncamına götürülmüş və həmin tarixdə Şimal Ərazi Baş Gömrük İdarəsi skanlaşdırma və texniki nəzarət vasitələrinin tətbiqi şöbəsinə inspektor vəzifəsinə təyin olunmuşdur. 5.Tərəfindən xidməti intizam hadisəsi törədilməsi əsası ilə araşdırma başlanılmışdır. Obyektiv olmayan araşdırmanın nəticələrinə görə törətdiyi xidməti pozuntuya uyğun gəlməyən intizam tədbiri ilə cəzalandırılmışdır və cavabdehin xx.xx.2021-ci il tarixli, 1000/751Ş saylı əmrilə “Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarından xaric edilmişdir. 6.Sözügedən əmrdə gömrük orqanlarından xaric edilməyinin əsası kimi "xx.xx.2021ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşı X1 idarə etdiyi "DAF XF 105.460” markalın 99UV655/99ZF655 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə "HCVG” markalı stasionar rentgen qurğusu vasitəsilə baxış keçirərkən nəqliyyat vasitəsinin yük yerində gömrük orqanına bəyan edilməyən siqaretlərin olduğunu aşkar edə bilməmiş, nəticədə 149800 ədəd siqaretin gömrük orqanına bəyan edilmədən Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə münbit şərait yaranmış, Şimal Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və təhqiqat şöbəsinin əməkdaşlarının sayıqlığı nəticəsində bu halın qarşısı alınmış, bununla da iddiaçının xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini kobud şəkildə pozmuşdur".

7. İşlədiyi müddət ərzində intizam xətasına yol verməmiş, əmək müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri qüsursuz yerinə yetirmiş və heç bir intizam tənbehi almamışdır, buna baxmayaraq, barəsində ən sərt (ağır) intizam tənbehi tətbiq edilmişdir. 8.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. 9.“Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnamənin 46-cı maddəsinə əsasən Vergi orqanının vəzifəli şəxsi xidməti intizam qaydalarım pozduqda ona aşağıdakı intizam tənbehlərindən biri tətbiq edilə bilər: 1) töhmət; 2) sonuncu xəbərdarlıqla şiddətli töhmət; 3) 6 ay müddətinə aşağı vəzifəyə keçirmə; 4) xüsusi rütbəni bir pillə aşağı salma; 5) vergi orqanlarında xidmətinə xitam verilmə. 10.Cavabdeh ona intizam tənbehi tətbiq edərkən onun şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi, əvvəllər intizam tənbehi almamağı, habelə ailə vəziyyətini nəzərə almamışdır. Xüsusilə nəzərə alınmalıdır ki, Əmək Məcəlləsi əmək funksiyası tam və ya qismən yerinə yetirməyən, yaxud keyfiyyətsiz yerinə yetirən, əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh t ədbiri kimi müəyyənləşdirmiş, alternativ tənbeh tədbiri kimi müəyyənləşdirmiş, alternativ tənbeh tədbirləri kimi töhmət və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, aşağı vəzifəyə keçirmə, xüsusi rütbəni bir pillə aşağı salma imkanlarını da nəzərdə tutmuşdur. Bu baxımdan iddiaçı hesab edir ki, hətta o iddia olunan pozuntuya yol vermiş olsaydı belə, həmin pozuntuya görə onun əmək müqaviləsinə xitam verilməsi həmin pozuntunun xarakterinə adekvat olmamışdır.

11. Yük nəqliyyat vasitəsinə "HCVG” markalı stasionar rentgen qurğusu vasitəsilə baxış keçirərkən nəqliyyat vasitəsinin yük yerində gömrük orqanına bəyan edilməyən siqaretlərin olduğunu aşkar edə bilməməyinə gəldikdə isə bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə, 16-17 radələrində xidməti otağında iş fəaliyyətini davam etdirərkən, ölkəyə idxal istiqamətində maşın yaxınlaşır. Həmin avtomaşını rentgendən keçirilməsi üçün HGB 62 aparatına daxil olur, iş yoldaşı Pirməmmədov Ceyhun bayırdan aparatı işə salır və aparat işləməyə başlayır. Onlara sürücülərlə ünsiyyətdə olmağı onlardan hər hansı bir sənədi əlbəəl almağa icazə verilmədiyi üçün iş yoldaşı avtomaşının nömrəsini ona bildirmişdir. Aparat maşını tam çəkib bitirdikdən sonra çəkilmiş fotoşəkillərdən maşını analiz edir. Analiz etdiyi zaman maşınla bağlı onda şübhə yaranır və o dərhal invoyslara açıb baxır invoyslardan müəyyən olunur ki, avtomaşında bir çox adlarda və keyfiyyətdə tikinti materialları vardır. Həmin mallar (skoçlar, döşəmə altı plyonka və.s) tikinti materiallarından ibarətdir. Eyniləşdirir malları və qənaətə gəlir ki, burda hər hansı invoysdan kənar mal lar yoxdur. Heç bir şübhə qalmadığı üçün təsdiq edib maşını buraxmışdır. Həmin andan 10 dəqiqə keçdikdən sonra əməliyyatçılar xidməti otağına daxil olaraq həmin maşından nə keçdiyini soruşduqda eyni formada onlara cavab vermişdir. Sonradan müəyyən olunur ki, avtomaşında qaçaqmalçılıqla tütün məhsulları keçirmişlər. cavabdehin etirazı:

12. Cavabdeh iddia tələbinə dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi Pərviz Rəhimovun xx.xx.2021-ci il tarixli raportunun araşdırılması ilə müəyyən edilmişdir ki, Şimal Ərazi Baş Gömrük İdarəsi Skanlaşdırma və texniki nəzarət vasitələrinin tətbiqi şöbəsinin inspektoru, gömrük xidməti baş leytenantı İddiaçı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşı X1 idarə etdiyi “DAF XF 105.460” markalı 99U V655/99ZF655 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə “HCVG" markalı stasionar rentgen qurğusu vasitəsilə baxış keçirərkən nəqliyyat vasitəsinin yük yerində gömrük orqanına bəyan edilməyən siqaretlərin olduğunu aşkar edə bilməmiş, nəticədə 149800 ədəd siqaretin gömrük orqanına bəyan edilmədən Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə münbit şərait yaratmış, Şimal Ərazi Baş Gömrük idarəsi Əməliyyat və təhqiqat şöbəsinin əməkdaşlarının sayıqlığı nəticəsində bu halın qarşısı vaxtında alınmış, bununla da, İddiaçı xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini kobud şəkildə pozmuşdur. Buna görə də, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi sədrinin 1000/751ş nömrəli əmri ilə xidməti vəzifəsinin icrasına la qeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini kobud şəkildə pozduğuna görə Şimal Ərazi Baş Gömrük İdarəsi Skanlaşdırma və texniki nəzarət vasitələrinin tətbiqi şöbəsinin inspektoru, gömrük xidməti baş leytenantı İddiaçı “Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarından xaric edilmiş və həmin Əsasnamənin 120-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinə əsasən onun gömrük orqanlarında xidmətinə xitam verilmişdir. (araşdırma materialları əlavə olunur). Məhkəmə sorğusuna cavab: 13.Cavabdeh məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilir ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, 17.11 2021-ci il tarixdə, saat 16:00 radələrində R usiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük idarəsinin Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan və Rusiya Federasiyası, Sverdlovskaya vilayəti, Aramil şəhəri, Reçnoy döngəsi 2A ünvanında qeydiyyatda olan "TPQ SOLİD” MMC-dən Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olan "Mil Tikinti” MMC-yə 1994 kq. çəkidə və 504816,48 Rus Rublu dəyərində “plastmasdan digər lövhələr, vərəqlər, plyonkalar, zolaqlar və ya lentlər, stirol polimerlərindən laminat altı döşəmə və plastmasdan plyonkalar” yüklərini daşıyan Azərbaycan Respublikası vətəndaşı X1 idarə etdiyi “DAF XF 105 460" markalı, 99UV655/99ZF655 dövlət nömrə nişanlı yüknəqliyyat vasitəsi stasionar rentgen aparatından keçdikdən sonra saxlanılaraq gömrük yoxlaması keçirilməsi məqsədilə "Samur” gömrük postuna geri qaytarılmışdır. Yoxlama zamanı, nəqliyyat vasitəsinin yük yerindən mal-müşayıət sənədlərində qeyd olunmayan 4990 qutu (99800 ədəd) “X5 Smell” markalı, 1000 qutu (20000 ədəd) “X6' markalı. 1000 qutu (20000 ədəd) “X8” markalı və 500 qutu (10000 ədəd) "Milano London” markalı siqaretlər aşkar edilərək götürülmüşdür. İş üçün əhəmiyyəti nəzərə alınıb, “bioloji və əmtəəşünaslıq" ekspertizası təyin edilməsi barədə qərardad tərtib olunmuş və ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. xx.xx.2021-ci il tarixdə Şimal Ərazi Baş Gömrük İdarəsinə daxil olmuş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/8461 saylı ekspertiza rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş “Milano London” ma rkalı siqaretin 1 qutusunun qiyməti 2 (iki) manat, “X8" markalı siqaretin 1 qutusunun qiyməti 2 (iki) manat, “X5 Smell" markalı siqaretin 1 qutusunun qiyməti 6 (altı) manat və “X6” markalı siqaretin 1 qutusunun qiyməti 6 (altı) manat olmaqla, 4 adda siqaretlərin ümumilikdə xx.xx.2021-ci il tarixə olan orta bazar qiyməti 38940,00 (otuz səkkiz min doqquz yüz qırx) manat müəyyən edilmişdir. X2 ərizə ilə müraciət edərək inzibati xətanın bilavasitə obyekti olan 4990 qutu (99800 ədəd) “X5 Smell" markalı, 1000 qutu (20000 ədəd) “X6” markalı, 1000 qutu (20000 ədəd) “X8" markalı və 500 qutu (10000 ədəd) “Milano London” markalı siqaretləri gömrük rəsmiləşdirməsindən keçirtmək üçün müvafiq sənədlərinin (lisenziya) olmadığına görə həmin siqaretlərdən dövlət nəfinə imtina etmiş və hüquqpozma predmeti o lan siqaretlər müvafiq tədbir görülməsindən ötrü 18.01,2022-ci il tarixli, 1700-013/0xxxx/000180 saylı məktubla Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinə təhvil verilmişdir.xx.xx.2021-ci il tarixdə X2 barəsində aşkar olunmuş malların dəyərinin 40 %-i həcmində yəni 15576,00 (on beş min beş yüz yetmiş altı) manat məbləğində inzibati cərimə olunması haqqında 01400/1922 saylı qərar qəbul olunmuş, lakin qərar X2 tərəfindən könüllü icra olunmadığından qanunla nəzərdə tutulmuş qaydada məcburi icraya yönəldilməsi üçün ərazi aidiyyəti üzrə Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinə göndərilmiş və xx.xx.2022-ci il tarixdə Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən icraata başlama haqqında qərar qəbul olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

14. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-627/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

15. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh Daxili Təhlükəsizlik İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə iddiaçının izahatı alınmış, iddiaçı öz izahatında “HCVG” markalı stasionar rentgen qurğunun qeydə aldığı fərqli cizgilərin həmin yük nəqliyyat vasitəsində olan mallara dair xx.xx.2021-ci il tarixli 310-4 nömrəli hesab-faktura sənədinin 1-ci mal mövqeyində göstərilən parket və laminat altı döşəmə adlı mala aid olduğunu düşünərək həmin hissədə gömrük orqanına bəyan olunmayan hər hansı bir mal olduğundan şübhələnməmişdir. İddiaçı izahatında yol verdiyi nöqsanı diqqətsizliyi ilə əlaqələndirmiş və səhvini səmimi etiraf etmişdir.

16. İddiaçı tərəfindən özünün inzibati icraat zamanı və məhkəmə iclasında verdiyi izahatlardan və iş materiallarından müəyyən olunur ki, 149800 ədəd siqaretin gömrük orqanına bəyan edilmədən Azərbaycan Respublikasının gömrük ərazisindən keçirilməsinə səbəb olduğu işin mübahisəsiz halıdır. Qeyd edilən hal da onun xidməti vəzifəsinin icrasına səhlənkar yanaşaraq vəzifələrini yerinə yetirərkən intizam qaydalarının tələblərini kobud şəkildə pozduğuna dəlalət edir.

17. Məhkəmə iddiaçının ilk dəfə yol verdiyi nöqsanla bağlı onun barəsində ən ağır intizam tənbeh tədbirinin tətbiq edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

18. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 44-cü bəndinə əsasən gömrük orqanının vəzifəli şəxsi aşağıdakıları etm əyə borcludur: Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər normativ hüquqi aktlarına riayət edilməsini təmin etmək; fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni maraqlarının müdafiəsini təmin etmək; gömrük orqanlarının rəislərinin səlahiyyətləri çərçivəsində verdikləri əmr və sərəncamlarını yerinə yetirmək; xidməti vəzifələri hüdudlarında fiziki və hüquqi şəxslərin müraciətlərinə vaxtında baxmaq; gömrük orqanlarında müəyyən edilən daxili intizam və xidməti informasiya ilə rəftar qaydalarını gözləmək, vəzifə təlimatlarını yerinə yetirmək; dövlət sirrini və qanunla qorunan digər sirləri qorumaq, xidməti vəzifələrini yerinə yetirərkən ona məlum olmuş məlumatları açıqlamamaq.

19. Həmin Əsasnamənin 69-cu maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsi bu Əsasnamən in 16-cı və 44-cü maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında ” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: 1) irad; 2) töhmət; 3) sonuncu xəbərdarlıqla şiddətli töhmət; 4) 6 ay müddətinə aşağı vəzifəyə keçirilmə; 5) xüsusi rütbənin bir pillə aşağı salınması; 6) vəzifədən azad etmə (bu halda gömrük orqanının vəzifəli şəxsi Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının sərəncamında ola bilər və həmin müddət ərzində onun gömrük orqanlarından xaric edilməsinə əsaslar olmazsa, o, gömrük orqanlarında işə təyin edilir); 7) gömrük orqanlarından xaric etmə; 8) qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada xüsusi rütbədən məhrum edilməklə gömrük orqanlarından xaric etmə. 20.Həmin Əsasnamənin 69-1-ci bəndinə əsasən bu Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı xidməti intizamın bir dəfə kobud surətdə pozulmasına və ya xidməti vəzifələrin müntəzəm surətdə yerinə yetirilməməsinə və ya bu Əsasnamənin 16-cı maddəsində nəzərdə tutulmuş gömrük orqanlarında xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər. 21. “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 8-ci bəndinə əsasən gömrük orqanının vəzifəli şəxsinin xidmətinə gömrük orqanlarından xaric edildikdə xitam ver ilə bilər. Bu halda gömrük orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilməsi Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının təşəbbüsü ilə həyata keçirilir.

22. Gömrük əməkdaşı tərəfindən yol verilmiş pozuntu barədə intizam tənbeh tədbirinin növünü müəyyən edərək tətbiq etmək cavabdeh inzibati orqanın özü seçiminə verilmişdir. Yəni yol verilmiş pozuntuya görə intizam tənbehlərindən biri tətbiq etmək cavabdeh inzibati orqanın diskresion səlahiyyətinə aid edilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, “Əsasnamə”də cavabdeh inzibati orqan tərəfindən intizam tənbehi vəzifələrin icrası zamanı xidməti intizamın bir dəfə kobud surətdə pozulmasına görə də tətbiq edilmə nəzərdə tutulmuşdur. 23.Beləliklə, qeyd edilənlərə əsasən iddiaçı tərəfindən vəzifələrin icrası zamanı xidməti intizamını kobud surətdə pozulması işin mübahisəsiz halı olduğundan və cavabdeh inzibati orqanın qeyd edilən pozuntuya bir dəfə də olsun yol vermiş əməkdaş barədə gömrük orqanlarından xaric edilmə intizam tənbeh tədbirinin tətbiq edilərkən səlahiyyəti qanunvericilikdə təsbit edildiyindən, yol verilmiş pozuntuya görə tətbiq edilən intizam tənbeh tətbirinin növünün müəyyən edilməsi inzibati orqanın diskresion səlahiyyətinə aid edildiyindən iddia əsassızdır və təmin edilə bilməz. 24.İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

25. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2060/2023 nömrəli q ərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

27. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iş üzrə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri 28. “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 2-ci bəndinin tələbi pozulmuşdur. Gömrük orqanlarında xidmət haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və Azərbaycan Respublikasının Gömrük Məcəlləsindən, bu Əsasnamədən və gömrük orqanlarında xidmətin qaydalarını tənzimləyən Azərbaycan Respublikasının digər nor mativ hüquqi aktlarından ibarətdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun vətəndaşların dövlət qulluğuna qəbul edilmək hüququna, qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin həmin Qanunun 15-1-ci maddəsi gömrük orqanlarına xidmətə qəbul edilən şəxslərə şamil edilir. Əmək münasibətlərinə dair bu Əsasnamədə nəzərdə tutulmayan məsələlər Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. 29.Əsasnamənin 69-cu bəndinin tələbi pozulmuşdur. Gömrük orqanlarının vəzifəli şəxsi bu Əsasnamənin 16-cı və 44-cü maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərba ycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: 1) irad; 2) töhmət; 3) sonuncu xəbərdarlıqla şiddətli töhmət; 4) 6 ay müddətinə aşağı vəzifəyə keçirilmə; 5) xüsusi rütbənin bir pillə aşağı salınması; 6) vəzifədən azad etmə (bu halda gömrük orqanının vəzifəli şəxsi Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının sərəncamında ola bilər və həmin müddət ərzində onun gömrük orqanlarından xaric edilməsinə əsaslar olmazsa, o, gömrük orqanlarında işə təyin edilir); 7) gömrük orqanlarından xaric etmə; 8) qanunvericiliklə müəyyən edil miş hallarda və qaydada xüsusi rütbədən məhrum edilməklə gömrük orqanlarından xaric etmə.

30. Əsasnamənin 16-cı bəndinin tələbi pozulmuşdur. Gömrük orqanlarının vəzifəli şəxslərinin: 1) sahibkarlıq fəaliyyəti ilə (o cümlədən vasitəçilərin köməyi ilə) məşğul olmağa; 1-1) “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş korrupsiya hüquqpozmaları və korrupsiyaya şərait yaradan hüquqpozmaları törətməyə; 2) gömrük məsələləri üzrə üçüncü şəxslərin müvəkkili olmağa; 3) müqavilə ilə mülki-hüquqi xarakterli gömrük işi ilə əlaqədar işləri yerinə yetirməyə; 4) öz xidməti vəziyyətindən istifadə etməklə üçüncü şəxslərə Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmayan hər hansı bir yardım göstərmək və bunun müqabilində haqq, imtiyazl ar və xidmətlər əldə etməyə; 5) təsərrüfat subyektlərinin idarə edilməsində bilavasitə və ya nümayəndə vasitəsi ilə iştirak etməyə; 6) tətillərin təşkili və onların keçirilməsində iştirak etməyə; 7) siyasi partiyalar yaratmağa və yaxud onların işində iştirak etməyə; 8) əvəzçilik şərti ilə istənilən haqqı ödənilən işi görməyə (elmi-tədris və yaradıcılıq fəaliyyətindən başqa) ixtiyarı yoxdur.

31. Gömrük orqanının vəzifəli şəxsi aşağıdakıları etməyə borcludur: Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər normativ hüquqi aktlarına riayət edilməsini təmin etmək; fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni maraqlarının müdafiəsini təmin etmək; gömrük orqanlarının rəislərinin səlahiyyətləri çərçivəsində verdikləri əmr və sərəncamlarını yerinə yetirmək; xidməti vəzifələr i hüdudlarında fiziki və hüquqi şəxslərin müraciətlərinə vaxtında baxmaq; gömrük orqanlarında müəyyən edilən daxili intizam və xidməti informasiya ilə rəftar qaydalarını gözləmək, vəzifə təlimatlarını yerinə yetirmək; dövlət sirrini və qanunla qorunan digər sirləri qorumaq, xidməti vəzifələrini yerinə yetirərkən ona məlum olmuş məlumatları açıqlamamaq. 32.Cavabdeh inzibati orqan xx.xx.2021-ci il tarixli, 1000/751Ş nömrəli əmrlə iddiaçını gömrük orqanlarından xaric etməkdə haqlı olmamışdır.

33. Əsasnamənin 44-cü bəndinin tələbi pozulmuşdur. Belə ki, işə baxmış birinci və apellyasiya instansiya məhkəmələri “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 2-ci, 16-cı və 69-cu bəndlərinə, eləcə də digər qanunvericilik aktlarına istinad edərək hesab etmişlər ki, gömrük əməkdaşı tərəfindən yol verilmiş pozuntu barədə intizam tənbeh tədbirinin növünü müəyyən edərək tətbiq etmək cavabdeh inzibati orqanın öz seçiminə verilmişdir. Yəni yol verilmiş pozuntuya görə intizam tənbehlərindən birini tətbiq etmək cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid edilmişdir. Həmçinin apellyasiya instansiya məhkəməsi öz qərarında qeyd edərək göstərmişdir ki, “Əsasnamə” də cavabdeh inzibati orqan tərəfindən intizam tənbehi vəzifələrin icrası zamanı xidməti intizamın bir dəfə kobud surətdə pozulmasına görə də tətbiq edilmə nəzərdə tutulmuşdur.

34. Bundan başqa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-ci maddəsinin 2ci bəndinə əsasən, bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən no rmativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. 35.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. İş materiallarında olan sənədlərlə də təsdiq olunur ki, iddiaçı gömrük orqanında işlədiyi müddət ərzində əmək funksiyalarını yerinə yetirərkən səhlənkarlığa, etinasızlığa yol verməmiş və cavabdeh təşkilata qəsdən heç bir ziyan vurmamışdır.

36. İddiaçı qeyd olunan nöqsana yol verdiyini səmi mi etiraf etmiş və buna görə baş vermiş hadisə ilə bağlı özünü tam təqsirkar bilməklə üzr istəmiş, gələcəkdə bir daha belə hallara yol verməyəcəyini bildirmişdir.

37. İddiaçı gömrük orqanlarında xidmətdən xaric edilərkən onun şəxsiyyəti, kollektivdəki nüfuzu və heç bir intizam tənbehi almaması nəzərə alınmamış və iddiaçıya ilk dəfə yol verdiyi irəli sürülən pozuntuya görə ən sərt tənbeh verilməklə xidmətdən xaric edilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

38. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 39.İnzibati Prosessual Məcəllə (İPM): Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Madd ə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəb ul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

40. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

41. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

42. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.

43. Məhkəmə kollegiyası hesab edir ki, ap ellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

45. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddia tələbinin əsaslarına dair məsələni də lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

46. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

47. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, iddiaçının kassasiya şikayətində istinad etdiyi maddi hüquq normalarının pozuntusuna dair qeydləri apellyasiya instansiyası məhkəməsinin qərarının əsaslılığını aradan qaldırmır, məhkəmənin iş üzrə gəldiyi nəticəyə təsir etmir. Belə ki, iddiaçının mübahisələndirdiyi inzibati aktın həmin maddi hüq uq normalarına uyğun qəbul edildiyi, o cümlədən, cavabdehin özünün diskresion səlahiyyətlərindən düzgün istifadə edib-etmədiyi apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılaraq qiymətləndirilmişdir.

48. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir. 49.Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2060/2023 saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar