Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-929/2025 01.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-929/2025) (Açar sözlər: üçüncü şəxs qismində cəlbetmə üçün əsas olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dö vlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: "xxxx" Firması və "xxxx" Firması) “daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması” tələbinə dair inzibati iş üzrə SOCAR-ın Heydər Əliyev adına X4 inzibati mübahisə üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi barədə ərizəyə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 noyabr 2024-cü il tarixli, 2-1(103)3548/2024 nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)-838/2019 saylı qərardadının qərar hissəsinin 1-ci bəndinin icra olunaraq, qeyd olunan qərardada əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli ********** nömrəli bölgü sxeminə uyğun ünvan 1 ünvanda yerləşən və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı, xx.xx.2017-ci il tarixli çıxarışa əsasən əmlak kompleksi kimi xüsusi mülkiyyətində olan 2.144 hektar torpaq sahəsinin 0.23 hektar ölçüdə olan və əmlak kompleksinə aid xx.xx.2013-cü il tarixli, **********69-12301 saylı texniki pasportunda göstərilmiş baş plan üzrə "avtoservis" qeyd yazısının qarşısında yerlə şən əsas giriş darvazasının sağ tərəfindən ölçüləri 74mx31m olan torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bununla bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3812/2023 nömrəli 14 iyul 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
3. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3548/2023 nömrəli, 15 noyabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(008)838/2019 saylı qərardadının qərar hissəsinin 1-ci bəndinin icra olunaraq, qeyd olunan qərardada əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli ********** nömrəli bölgü sxeminə uyğun ünvan 1 ünvanda yerləşən və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı, xx.xx.2017-ci il tarixli çıxarışa əsasən əmlak kompleksi kimi xüsusi mülkiyyətdə olan 2.1144 hektar torpaq sahəsi nin 0.23 hektar ölçüdə olan və əmlak kompleksinə aid xx.xx.2013-cü il tarixli, **********69- 12301 saylı texniki pasportunda göstərilmiş baş plan üzrə "avtoservis" qeyd yazısının qarşısında yerləşən əsas giriş darvazasının sağ tərəfindən ölçüləri 74mx31m olan torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bununla bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
5. Üçüncü şəxs "xxxx" Firması həmin qərardan kassasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda üçüncü şəxs müddətin bərpası barədə ərizə də təqdim etmişdir.
6. Maraqlarına toxunulan şəxs X3 həmin qərardan kassasi ya şikayəti verərək qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir.
7. Azərbaycan Respublikası Ali Məhkəməsininn İnzibati Kollegiyasının 2-1(102)2165/2024 saylı 08 avqust 2024-cü il tarixli qərardadı ilə üçüncü şəxs "xxxx" Firması tərəfindən verilmiş müddətin bərpası barədə ərizənin rədd edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 noyabr 2023-cü il tarixli, 2-1(103)-3548/2023 nömrəli qərarından üçüncü şəxs "xxxx" Firması tərəfindən verilmiş kassasiya şikayətinin mümkün sayılmaması, şikayətin qəbulundan imtina edilməsi və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 noyabr 2023-cü il tarixli, 2-1(103)-3548/2023 nömrəli qərarından X3 tərəfindən verilmiş kassasiya şikayətinin mümkün sayılmaması və şikayə tin qəbulundan imtina edilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Apellyasiya instansiyası məhkəməsində icraat
8. Ərizəçi SOCAR-ın Heydər Əliyev adına X7 vəsatət ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, onun üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir.
9. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən mülkiyyət hüquqlarının tanınmasını xahiş etdiyi torpaq sahəsi SOCAR-ın Heydər Əliyev adına X5 məxsus neft məhsulu nəql olunan DŞ-500 mm neft boru kəmərinin “Mühafizə zonasının 12.3 metrliyində yerləşir, həmin ərazidə DŞ-500 mm neft boru kəmərinə paralel DŞ-300 mm və DŞ-250 mm neft boru kəmərləri keçir, təyinatına görə sənaye təyinatlı torpaq sahəsidir.
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 noya br 2024-cü il tarixli, 2-1(103)-3548/2024 nömrəli qərardadı ilə (hakimlər: X.Cəmilova - sədrlik edən və məruzəçi, R.Səmədov və E.Əliyev) vəsatət təmin edilməmişdir.
11. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, mərhum iddiaçının üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb etdiyi əmlak üzərində məhz onun mülkiyyətçisi ("xxxx" müəssisəsi) sərəncam verərək, iddiaçı ilə bağladığı barışıq sazişinə əsasən özünə məxsus əmlakın bir hissəsini iddiaçının adına keçirmişdir. Hazırda Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3548/2023 nömrəli, 15 noyabr 2023-cü il tarixli qərarı icra olunaraq ünvan 2 ünvanda yerləşən torpaq sahəsi mərhum iddiaçının hüquqi varisi X1 adına xüsusi mülkiyyət hüququ əsasında cavabdeh inzibati orqan tərəfindən qeydiyyata alınmış və bu barədə reyestrdən çıxarış verilmişdir. Üçüncü şəxs qismində cəlb edilməsini tələb edən SOCAR-ın Heydər Əliyev adına X7 isə “cəlbetmə barədə” vəsatətində istinad etdiyi dəlilləri təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı, ərizəçi istinad etdiyi pozuntunun ona hansı vaxtdan məlum olduğunu da əsaslandıra bilməmişdir. Mərhum iddiaçının adına rəsmiləşdirilməsini tələb etdiyi torpaq sahəsi əvvəllər mülkiyyət hüququ ilə başqa hüquqi şəxsə malik olmuş və müvafiq məhkəmə qaydasında təsdiqlənmiş barışıq sazişinin icrası nəticəsində mərhum iddiaçının adına keçmişdir. Odur ki, keçmiş mülkiyyətçinin torpaqdan istifadəsi zamanı da qeyd olunan faktların ərizəçiyə məlum olması istisna edilmir.
12. Həmin nəticəyə gələrkən apellyasiya məhkəməsi “Azərbaycan Respublikası İnzibat i Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixi qərarına istinad emtişdir.
13. Ərizəçi həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və vəsatətin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətində qeyd edilmişdir ki, torpaq sahəsinin hansı təyinatda olması və ya təyinatı üzrə istifadə edilib-edilməməsi məsələsi apellyasiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Halbuki, sözügedən torpaq sahəsinin təyinatı sənaye təyinatlıdır və həmin torpaq sahəsinin üzərində tikinti aparmaq qanunvericiliklə qadağan edilmişdir. Torpaq Məcəlləsinin 9-cü maddəsinin 2-ci bəndində torpaqların kateqoriyalara bölünməsi göstərilmişdir. Həmin maddənin 3-cü bəndində göstərilir ki, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Qeyd olunan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətini isə Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 176 nömrəli xx.xx.1999-cu il tarixli Fərmanın 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Bu səbəbdən yuxarıda göstərilən torpaq sahəsinə yerli icra hakimiyyəti orqanları, bələdiyyələr və ya Daşınmaz Əmlakın Döv lət Reyestri Xidməti tərəfindən hüquqmüəyyənedici sənədlərin verilməsi yalnız Nazirlər Kabinetinin torpağın təyinatının dəyişdirilməsi barədə qərarı mövcud olduğu halda həyata keçirilə bilər. Lakin göründüyü kimi, Nazirlər Kabinetinin belə bir qərarı mövcud deyildir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin tələbinə əsasən sənaye obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericilikdə müəyyən edilmiş qaydada, ayrılan və ya əldə edilən torpaq sahələri sənaye təyinatlı torpaqlar kateqoriyasına aiddir. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır ki, həmin ərazidə tikinti işləri və ya hər hansı fəaliyyət növü ilə məşğul olmaq qadağandır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. İnzibati Prosessual Məcəllə: a) Maddə 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaəti nə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Maddə 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). b)Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
17. Avropa İnsan hüquqları Məhkəməsini n “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. 18. “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 17 fevral 2022-ci il tarixli Qərardadı
19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
21. Apelyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün haz ırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
23. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qan unvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
24. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə məhkəmə kollegiyası, aşağıdakıları qeyd etməyi zəruri sayır.
25. Üçüncü şəxs qismində icraata cəlb olunma institutunun mahiyyətinə görə, digər şəxslərin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunması üçün məhkəmə qərarı həmin şəxslərin qanunla qorunan maraqlarına toxunma ehtimalına və keyfiyyətinə malik olmalıdır. Yalnız belə hallarda, məhkəmə qulluq mövqeyinə görə öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir.
26. Bununla bağlı qeyd olunmalıdır ki, qanunverici tərəfindən üçüncü şəxs qismində cəlbetmənin iki növü müəyyən edilmişdir: zəruri və adi cəlbetmə. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs zəruri cəlbetmə qaydasında inzibati məhkəmə icraatına proses iştirak çısı kimi mütləq cəlb edilməlidir. Adi cəlbetmə məhkəmə qərarının digər şəxslərin maraqlarına toxunma intensivliyindən asılı olaraq həyata keçirilir və məhkəmənin diskresion səlahiyyətinə aiddir.
27. Məhkəmə qərarı ilə digər şəxslərin maraqlarına toxunma ehtimalı o zaman mövcud olur ki, üçüncü şəxs mübahisəli hüquq münasibətində birbaşa iştirak etmiş olsun və ya iddiaçının (cavabdehin) mübahisəni uduzduğu halda üçüncü şəxsin hüquqi vəziyyəti pozitiv və ya neqativ dəyişikliyə məruz qalsın. Belə hallar, bir qayda olaraq, ikili təsirə malik inzibati aktların qəbul edilməsinə yönəlmiş iddia icraatlarında mümkündür.
28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tari xli qərarında qeyd edilmişdir ki, inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.. Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə q ərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə uyğun həll edilməlidir.
29. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun İPM-in 28-ci maddəsinin şərh edilməsinə dair formalaşdırdığı hüquqi mövqeyinə görə məhkəmə qanuni qüvvəyə minmiş qərarın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə p ozulub-pozulmamasına xüsusi diqqət yetirməlidir.
30. Hazırkı işə baxan apellyasiya instansiyası məhkəməsi də həmin mövqeyə uyğun olaraq işin hallarını araşdırmış və hesab etmişdir ki, ərizəçinin hüquqları və qanunla qorunan maraqları pozulmamışdır.
31. Kassasiya şikayətinin dəlillərində məhkəmə qərardadının ərizəçinin hüquqlarına toxunduğu qeyd edilsə də, işin müəyyən edilmiş hallarından görünür ki, qəbul olunmuş məhkəmə qərarının hansı hissədə onun hüquqlarına və ya qanuni mənafeyinə toxunmasını, yəni əhəmiyyətli dərəcədə pozulduğuna dair sübutları məhkəməyə təqdim etməmiş, eləcə də maraqlarına toxunma ehtimalının nədə ifadə olunduğunu göstərməmişdir.
32. Bununla bağlı məhkəmə kollegiyası da qeyd edir ki, ərizəçi hüquqları və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulması öz təsdiqini tapmadığından onun üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunması və icraatın təzələnməsi məqsədəuyğun deyil.
33. Beləliklə, ərizəçinin iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi barədə ərizəsinin təmin olunmaması ilə bağlı apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı və düzgündür. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 noyabr 2024-cü il tarixli, 21(103)-3548/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.