Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-93/2021 26.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt Şəhər Şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 55 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil Şirzad oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhali nin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt Şəhər Şöbəsinə qarşı “əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(105)-315/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1960-cı ildə anadan olmuş, xx.xx.1977-xx.xx.1978-ci illərdə Sumqayıt şəhər 85 saylı Peşə məktəbində təhsil almış, xx.xx.1977-ci ildən əmək fəaliyyətinə başlamış, müxtəlif müəssisələrdə çalışmışdır və hazırda “X9”nin Sumqayıt şəhər Şöbəsində işləyir.
2. İddiaçının xx.xx.1985-ci ildə oğlu – X6 anadan olmuş, xx.xx.2008-ci il tarixində ona 6 saylı TSEK tərəfindən 2-ci qrup əlillik dərəcəsi təyin olunmuşdur. İddiaçı xx.xx.2019cu ildə ərizə ilə cavabdehə müraciət etmiş, xx.xx.1985-ci il təvəllüdlü sağlamlıq imkanları məhdud oğluna baxdığına və bu halın “Əmək pensiyaları haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən ona yaş həddi 5 il azaldılmaqla yaşa görə pensiya təyin edilməsi üçün əsas olduğuna istinad edərək ona 55 yaşı tamam olduğu tarixdən əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.
3. Cavabdeh xx.xx.2019-cu il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və imtinanın əsası kimi iddiaçının oğlu X2 uşaqlıqdan əlil olması barədə sənədin təqdim edilməməsi göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdehin üzərinə 55 yaşı tamam olan tarixdən, yəni xx.xx.2005-ci ildən etibarən əmək pensiyası təyin edərək ödəmək vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia ərizəsini belə əsaslandırmışdır ki, xx.xx.1985-ci ildə anadan olmuş oğlu X6 anadangəlmə xəstə olmuş, ümumi xəstəlik səbəbindən ona 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. S.Sadıkov xx.xx.2009-cu ildə, 24 yaşında “qaraciyər çatışmazlığı, Portal Sirroz” xəstəliyindən vəfat etmişdir. O, xx.xx.1999-cu ildən Sumqayıt şəhər X5 qeydiyyatda olmaqla ona 6 saylı TESK tərəfindən xx.xx.2008-ci il tarixində əlillik təyin olunmuşdur. Göstərilənlər ona 55 yaşından əmək pensiyası təyin edilməsi üçün əsas olsa da, cavabdeh orqan qanunsuz olaraq ona pensiya təyin edilməsindən imtina etmişdir.
6. Cavabdeh iddia ərizəsinə qarşı imtina məktubu ilə eyni məzmunlu yazılı etiraz təqdim etmişdir.
7. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək onun 1977-1978-ci illərdə Sumqayıt şəhərindəki 85 saylı Peşə məktəbində təhsil aldığı müddəti və əmək kitabçasında qeyd olunan müəssisələrdə işlədiyi dövrü sosial sığorta stajına daxil edilərək, İİ qrup sağlamlıq imkanları məhdud övladı X1 yaşına kimi qulluq etdiyini nəzərə alaraq, ona 55 yaşı tamam olduğu xx.xx.2005-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(118)-338/2020 saylı qərarı ilə (hakim – C.B.Məmmədov) iddianın qismən təmin edilməsi, İddiaçı 1977-19 78-ci illərdə Sumqayıt şəhərindəki 85 saylı Peşə məktəbində təhsil aldığı və əmək kitabçasında qeyd olunan müəssisələrdə işlədiyi müddətləri sosial sığorta stajına daxil edilərək, İİ qrup sağlamlıq imkanları məhdud övladı X1 yaşına kimi qulluq etdiyini nəzərə alaraq, xx.xx.2016-cı ildən etibarən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
9. Məhkəmə qeyd etmişdir ki, əmək kitabçasına görə iddiaçının 25 il 07 ay 08 gün əmək stajı var və sağlamlıq imkanları məhdud xx.xx.1985-ci il təvəllüdlü oğlu X6 anadan olduğu gündən vəfat etdiyi tarixədək anası İddiaçı himayəsində olmuşdur. Göstərilənlər ona pensiya təyin edilməsi üçün əsasdır. Lakin, “Əmək pensiyaları haqqında” Qanunun iddiaçının ona pensiya təyin edilməsi üçün cavabdehə m üraciət etdiyi xx.xx.2019-cu il tarixində qüvvədə olan 32.1-1-ci maddəsinə uyğun olaraq iddiaçıya pensiya 55 yaşı tamam olduğu xx.xx.2015-ci il tarixindən yox, pensiya təyin edilməsi üçün cavabdehə müraciət etdiyi tarixdən son üç il üçün təyin edilə bilər. Bu səbəbdən də iddia qismən təmin olunmalı, iddiaçının pensiya təyin edilməsi üçün müraciət etdiyi xx.xx.2019-cu il tarixindən 3 il əvvəlki tarixdən, yəni xx.xx.2016-cı il tarixindən yaşa görə əmək pensiyası təyin edilərək ödənilməlidir.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-315/2020 saylı, xx.xx.2020 -ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – F.G.Zeynallı, hakimlər – Z.İ.Məmmədov və F.Ə.Məmmədov) Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(118)-338/2020 saylı qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilərək iddianın rədd edilməsi qərara alınmışdır.
12. Məhkəmə qeyd etmişdir ki, iddiaçının oğluna ilk dəfə əlillik dərəcəsi xx.xx.2008ci il tarixində, yəni onun 23 yaşında təyin edilmişdir və o, həmin vaxtadək əlil hesab edilməmişdir. Odur ki, iddiaçının 2-ci qrup sağlamlıq imkanları məhdud övladı kimi X1 yaşına kimi qulluq etməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassızdır.
13. Məhkəmə qərarı xx.xx.2020-ci il tarixində iddiaçıya təqdim edilmişdir.
14. İddiaçı xx.xx.2020-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək kass asiya şikayəti vermək üçün dövlət hesabına vəkillə təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizəsi təmin edilərək iddiaçının vəkillə təmin edilməsi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosuna həvalə edilmişdir.
15. Həmin qərardad xx.xx.2020-ci il tarixində Sumqayıt şəhər 1 saylı Vəkil Bürosuna təqdim edilmişdir.
16. Cavabdeh xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verərək Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-315/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHAT LARİ a. Kassasiya şikayətinin dəlilləri
17. İddiaçının kassasiya şikayətinin dəlillərinə görə onun övladı psixi pozuntu ilə anadan olmuşdur. Bu baxımdan iddiaçı ona nəinki 8 yaşına qədər, ömrünün sonuna qədər qulluq etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 8.2-ci maddəsinə əsaən uşağın əlillik dərəcəsinin müəyyən olunması ilə bağlı hər hansı göstəriş yoxdur. Qanunvericiliklə müəyyən edilir ki, 8 yaşına qədər əlil olan uşağa xidmət göstərən şəxsin əmək pensiyasına çıxması üçün yaş həddi 5 il azaldılmalıdır. Məhkəmə isə göstərilənləri nəzərə almadan əsassız qərar qəbul etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə iclasında iştirak edən İddiaçı və i ddiaçının vəkili Vəkil Şirzad oğlu kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əmək pensiyaları haqqında” Qanunun 8.2-ci maddəsinə görə sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər d axilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 22. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin xx.xx.2015-ci il tarixinədək olan redaksiyasına görə əlillərə münasibət sahəsində sosial siyasət — həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. “Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil sayılır.
23. Həmin Əsasnamənin xx.xx.2015-ci il tarixindən sonra qüvvədə olan redaksiyasına görə əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüs urlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur (1.1 və 1.2-ci bəndlər).
24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
25. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİY ANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Cavabdehə xx.xx.2020-ci il tarixli məhkəmə qərarı xx.xx.2020-ci il tarixində təqdim edilmiş, bununla şikayətvermə müddəti başlamış, cavabdeh 21 gün sonra, xx.xx.2020-ci il tarixində dövlət hesabına vəkillə təmin edilmə barədə ərizə verdiyindən müddət axımı dayanmış, vəkillə təmin edilmə barədə ərizənin Sumqayıt şəhər 1 saylı Vəkil Bürosuna təqdim edildiyi xx.xx.2020-ci il tarixindən müddət axımı bərpa olunmuş, iddiaçı da xx.xx.2020-ci il tarixində, yəni müddət axımı bərpa edildikdən 8 gün sonra kassasiya şikayəti vermiş, bununla da qanunvericiliklə məhkəmə qərarından şikayət verilməsi üçün nəzərdə tutulmuş 1 ay müddətini ötürməmişdir.
27. Göründüyü kimi, kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış v ə şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Hazırkı qərarın 21-ci bəndlərində göstərilən normanın tələbindən görünür ki, sağlamlıq imkanları məhdud uşağ ını səkkiz yaşınadək tərbiyə etmiş anaların yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
31. Göründüyü kimi, qeyd olunan əsasla pensiya təyin edilməsi üçün ilk növbədə iddiaçının sağlamlıq imkanları məhdud uşağının səkkiz yaşınadək sağlamlıq imkanlarının məhdudluğu hazırkı qərarın 22 və 23-cü bəndində qeyd olunan maddi hüquq normasına uyğun müəyyən edilir. Sadalanan maddi hüquq normalarının tələblərinə görə iddiaçıya onun tələb etdiyi pensiyanın hesablanması üçün onun uşağının 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müvafiq qaydada müəyyən olunmaldır və müvafiq komissiya tərəfindən şəhadətnamə verilməlidir. Beləliklə, uşağın əlillik statusu onun əlilliyi müvafiq qaydada müəyyən edildikdən sonra verilir.
32. Kassasiya şikayətinin dəlillərində də iddiaçı oğlunun anadangəlmə xəstə olduğunu və oğlu vəfat edənədək onun himayəsində olduğunu bildirsə də, məhkəmə kollegiyası iddiaçının bu dəlillərini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas hesab etmir.
33. Belə ki, iddiaçı oğlunun anadangəlmə xəstə olduğunu bildirsə də, işin apellyasiya instansiyası məhkəməsində araşdırılan halları ilə oğluna ilk dəfə xx.xx.2008-ci il tarixində, yəni 23 yaşında olarkən əlillik təyin edildiyi müəyyən edilmişdir.
34. Göründüyü kimi, iddiaçının oğlu - X4 ilk dəfə qanunvericilikdə göstərilən qaydada 23 yaşında əlillik dərəcəsi təyin edilmişdir ki, bu da X6 8 yaşınadək sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi üçün əsas deyil. Belə ki, sağlamlıq imkanları məhdud olan şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qə bul edildiyi tarixdən sağlamlıq imkanı məhdud olan şəxs hesab olunur. Belə olan halda hazırkı qərarın 21-ci bəndində göstərilən və iddiaçının istinad etdiyi norma ona münasibətdə tətbiq edilə bilməz.
35. Odur ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin qərarını ləğv etmiş, iddianın rədd edilməsi barədə yeni qərar qəbul etmişdir.
36. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəl iyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı məhkəməyə bunun əksini təsdiq edən hər hansı sübut təqdim etməmişdir.
37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-315/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.