Məhkəmə qərarları › İş №2-1(102)-93/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-93/2022

19.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-93/2022 19.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: ( 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası, “ekskavator maşinistləri” peşəsinin 2 nömrəli Siyahıya uyğunluğu ) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi, Bəhman Qəribov, İlqar Dadaşovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat ü zrə Mərkəzi Filialına qarşı “iş illəri sığorta stajı kimi nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13.08.2021-ci il tarixli, 2-1(103)-1477/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1957-ci il tarixində doğulmuşdur. 03.02.1983-cü il tarixindən əmək fəaliyyətinə başlamış, müxtəlif vəzifələrdə çalışmışdır. 05.10.2011-ci il tarixdən hazıradək ekskavator maşınisti peşəsində işləyir.

2. İddiaçı 19.10.2018-ci il tarixində ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahi ş etmişdir. Cavabdeh 20.11.2018-ci il tarixli, **********4 nömrəli məktubla iddiaçının ərizəsinin təmin edilməsindən imtina olunduğunu bildirmişdir.

3. Cavabdeh imtinanı belə əsaslandırmışdır ki, iddiaçının 1983-cü il tarixindən 2011-ci il tarixinədək işlədiyi sahələr, eləcə də işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi nə iddia ərizəsi ilə müraciət edərək, 03.02.1983-cü il tarixindən 01.12.1988-ci il tarixinədək, 03.04.1989-cu il tarixindən 23.09.1994-cü il tarixinədək traktorçu, 08.05.1996-cı il tarixindən 04.10.2011-ci il tarixinədək ekskavatorçu, 05.10.2011-ci il tarixindən ekskavator maşınisti peşəsində işlədiyi müddətin sosial sığorta stajı kimi nəzərə alınmaqla ona 02.07.2014-cü il tarixindən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1957-ci il tarixində doğulmuşdur. 04.11.1974-cü il tarixindən bu günədək 45 ilə yaxın iş stajı toplamışdır. 03.02.1983-cü il tarixdən 01.12.1988-ci il tarixədək Gölkənd sovxozunda traktorçu, 0 3.04. 1989-cu il tarixdən 23.09.1994-cü il tarixədək 1 nömrəli Mexanizasiya müəssisəsində traktorçu, 08.05.1996-cı il tarixdən 07.10.1997-ci il tarixədək İcarə törəmə müəssisəsində ekskavatorçu, 07.10.1997-ci il tarixdən 04.10.2011-ci il tarixədək "xxxx" ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsində ekskavatorçu peşəsində işləmiş və 05.10.2011-ci il tarixdən hazıradək ekskavator maşınisti peşəsində işləyir. Ümumilikdə, 25 ilə yaxın güzəştli şərtlərlə zərərli əmək şəraitində iş stajı var. Onun zərərli əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır və ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh DSMF-nin Bakı şəhəri Nərimanov rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən məsələnin həllindən əsassı z imtina edilmişdir

6. Birinci instansiya məhkəməsinin 26.08.2019-cu il tarixli, 2-1(82)-1860/2019 nömrəli (hakim Rüstəm Kərimli ) qərarı ilə iddia təmin edilmişdir.

7. Məhkəmə hesab etmişdir ki, iddiaçının işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərdə tutulmuşdur və mövcud qanunvericilik şəxsin müvafiq vəzifədə işləməsini təsdiq edən əmək kitabçasının mövcud olduğu halda, başqa sənədin təqdim olunmasını zəruri saymır. Əmək kitabçasındakı qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilmədiy indən, həmin qeydlərdəki məlumatlar mötəbər sayılır. Odur ki, cavabdehin dəlilləri əsassızdır və iddiaçıya pensiya təyin edilməlidir.

8. Cavabdeh apelyasiya şikayəti verərək məhkəmənin həmin qərarının ləğv olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində birinci icraat

9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə-apelyasiya instansiyası məhkəməsi) 12.12.2019-cu il tarixli, 2-1(103)-2808/2019 nömrəli (hakimlər Ülvi Mayılov - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Kəmalə Abıyeva) qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 26.08.2019-cu il tarixli, 2-1(82)-1860/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya instansiya məhkəməsində birinci icraat

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01.07.2020-ci il tarixli, 2-1(102)-771/2020 nömrəli (hakimlər İspəndiyar Şəfiyev - sədrlik edən və məruzəçi, Zakir Quliyev və Rahib Nəbizadə) qərarı ilə kassasiya şikayəti qismən təmin olunmuş, apelyasiya instansiya məhkəməsinin 12.12.2019-cu il tarixli, 2-1(103)2808/2019 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat

13. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.12.2020-ci il tarixli, 2-1(103)-1605/ 2020 nömrəli (hakimlər Afaq Nuriyeva - sədrlik edən və məruzəçi, Cahangir Yusifov və Aida Hüseyn) qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26.08.2019-cu il tarixli, 2-1(82)-1860/2019 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

14. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. Kassasiya instansiya məhkəməsində ikinci icraat

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 10.03.2021-ci il tarixli, 2-1(102)-544/2021 nömrəli (hakimlər Nigar Rəsulbəyova - sədrlik edən və məruzəçi, İlqar Hüseynov və Kəmaləddin Bədəlov ) qərarı ilə kassasiya şikayəti qismən təmin olunmuş, apelyasiya instansiya məhkəməsinin 03.12.2020-cu il tarixli, 2-1(103)-1605/2020 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apelyasiya instansiyası məhkəməsində üçüncü icraat

17. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13.08.2021-ci il tarixli, 2-1(103)-1477/2021 nömrəli (hakimlər Elmira Nağıyeva - sədrlik edən və məruzəçi, Həmid Həmidov və Vaqif Mursaqulov) qərarı ilə apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26.08.2019-cu il tarixli, 2-1(82)-1860/2019 saylı qərarı ləğv edilmiş, yeni qərarın qəbul olunması və iddia tələbinin rədd edilməsi qərara alınmışdır.

18. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğ v edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş və iddiaçının işlədiyi peşələrin Nazirlər Kabinetinin 21.06.1993-eü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 1-ci bəndindəki 201Q1Q0a-14388 (ekskavator maşinistləri) bölməyə aid olmasını təsdiq edən "Azərsu” ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsi tərəfindən verilmiş 23.05.2018-ci il tarixli, 34 nömrəli arayış vardır. 2

0. Apelyasiya məhkəməsi həmin arayışın kifayət qədər əsaslandırılmadığını, iddiaçının işlədiyi peşə barədə ətraflı məlumat verilmədiyini qeyd etsə də, bununla bağlı “Azərsu" ASC-yə sorğu göndərməmişdir.

21. Məhkəmə kollegiyası "xxxx" ASC tərəfindən verilmiş arayışa şübhə ilə yanaşmış, həmin arayışla əmək kitabçası arasında olan ziddiyyəti aydınlaşdırmaq üçün heç bir tədbir görməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

23. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38 Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanu nla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qey də alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

25. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlav ənin 2.4.1. bəndində qeyd edilmişdir ki, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. 26. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin i şlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. (çıxarılıb) b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən, həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 a vqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.

27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 1.1. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barə də məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayət mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

29. Apelyasiya instansiyası məhkəməsini n qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. İşin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən apelyasiya məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, şikayət təmin edilməli, apelyasiya məhkəməsinin qərarı ləğv olunmalı, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin olunmalıdır. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin qərarının ləğvini və iddianın təmin olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

31. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra, işin müəyyən olunmuş halları və həmin hallara münasibətdə tətbiq edilməli maddi hüquq normalarının müddəaları baxımından qiymətləndirilməlidir. Bu onun xidməti vəzif əsindən irəli gəlir.

32. İş üzrə materiallardan görünür ki, iddiaçının tələbi və hüquqi marağı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir. Məhkəmə araşdırması bu çərçivədə aparılmış, iddiaçıya tələb etdiyi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş dispozisiya şərtlərinin, yəni tələb olunan yaş həddinin, eləcə də ümumi və xüsusi stajın ona münasibətdə mövcudluğu yoxlanılmış, eyni zamanda iddiaçının iş yerindən güzəştli arayış təqdim olunmuşdur.

33. İddiaçıya münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı dispozisiya şərtlərinin mövcudluğunun yoxlanılması və dəqiqləşdirilməsi ilə əlaqədar Ali Məhkəmənin əvvəlki qərarlarında da konkret göstərişlər nəzərdə tutulm uşdur. İş materiallarından görünür ki, həmin göstərişlərin yerinə yetirilməsi istiqamətində apelyasiya məhkəmələri tərəfindən müvafiq tədbirlər görülmüş, iş yerindən güzəştli arayışın təqdim olunması təmin edilmişdir.

34. İddiaçının ümumi və xüsusi stajının konkret müddətini mübahisələndirməyən cavabdehin qənaətinə görə, təqdim etdiyi sənədlər əsasında iddiaçının 1983-cü il tarixindən 2011-ci il tarixinədək işlədiyi sahələrin və peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmadığı, eləcə də onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi müəyyən olunur. Bu səbəbdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinasının düzgün olduğunu hesab edir.

35. Bununla bağlı nəzərə almaq lazımdır ki, yuxarıda istinad olunan normaya görə hazırkı mübahisəyə münasibətdə pensiya kapitalı ilə bağlı tələb irəli sürülə bilməz. Cavabdehin imtinasında istinad etdiyi həmin tələblə bağlı müddəalar “Əmək pensiyaları haqqında” AR Qanununun 9.1-ci maddəsinə “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə” 10.03.2017-ci il tarixli, 543-VQD nömrəli Qanunla əlavə edilmiş və 01.07.2017-ci il tarixdən qüvvəyə minmişdir. Halbuki, iddiaçı pensiya hüququ həmin tarixdən əvvəl yarandığı üçün ona “Əmək pensiyaları haqqında” Qan ununun 9.8-ci maddəsinə istinadən həmin tarixə qədər qüvvədə olmuş qanunvericiliyə əsasən pensiya təyin olunmasını istəyir.

36. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

37. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə münasibətdə bu Qərarın 24-cü bəndində istinad olunan normaların 01.07.2017-cı il tarixədək qüvvədə olmuş müddəaları tətbiq olunmalıdır. Həmin normalara əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

38. Hazırkı iş üzrə materiallardan görünür ki, iddiaçı 03.02.1983-cü il tarixdən 01.12.1988-ci il tarixədək Gölkənd sovxozunda traktorçu, 03.04. 1989-cu il tarixdən 23.09.1994-cü il tarixədək “Sənayetikintimexanizasiya” Trestinin 1 nömrəli Xüsusi Mexanizasiya İdarəsində traktorçu, 08.05.1996-cı il tarixdən 07.10.1997-ci il tarixədək “Sənayetikintimexanizasiya” X 1 müəssisəsində ekskavatorçu, 07.10.1997-ci il tarixdən 04.10.2011-ci il tarixədək "xxxx" ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsində (əvvəlki adı-Avtomobil Təmiri Müəssisəsi) ekskavatorçu peşəsində işləmişdir. 05.10.2011-ci il tarixdən hazıradək "xxxx" ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsində ekskavator maşınisti peşəsində işləyir.

39. Məhkəməyə iddiaçının iş yeri "xxxx" ASC tərəfindən təqdim olunmuş güzəştli arayışda iddiaçının ekskavator maşinisti işlədiyi, zərərli işə görə ona aylıq əmək haqqının 4 faizi məbləğində əlavə haqq və məzuniyyət zamanı 6 təqvim günü əlavə məzuniyyət verildiyi qeyd olunmuşdur.

40. Arayışda həmçinin iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti z ərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 1-ci bəndinin 2010100a-14388 şifrəsində nəzərdə tutulmuş ekskavator maşinistləri peşəsinə uyğun olduğu qeyd edilmişdir.

41. Arayışda əksini tapmış məlumatlar, həmçinin iddiaçının əmək fəaliyyətinə dair hallar iş üzrə toplanmış materiallarla təsdiq olunur. Bununla bağlı qeyd olunmalıdır ki, istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahıda, istərsə də 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Si yahısı”nın “Dağ-mədən işləri” adlanan İ bölməsinin 1-ci bəndində “Açıqda dağ-mədən işləri və “yer səthində işlər” yarımbaşlığı və həmin yarımbaşlıqda 2010100a-14388 şifrəsində ekskavator maşinistləri nəzərdə tutulmuşdur.

42. Məhkəmə kollegiyası qeyd edir ki, peşələrin uyğunlaşdırılması zamanı şəxsin işlədiyi sahənin xüsusiyyətləri, peşənin yerinə yetirildiyi şərait, məşğul olduğu peşə üzrə icra etdiyi əmək funksiyalarının məzmunu, həyata keçirdiyi fəaliyyətin xarakteri və davamlılığı nəzərə alınmalıdır. Hazırkı mübahisəyə münasibətdə nəzərə almaq lazımdır ki, "xxxx" ASC-nin mineral su mənbələrinin və su ehtiyatlarının müəyyən edilməsi və istehlakçılara çatdırılması ilə bağlı suyun nəqli marşrutlarının hazırlanması və çəkilməsi üzrə ekskavator maşinistinin məşğul olduğu fəaliyyət məzmun bax ımından müvafiq Siyahıda nəzərdə tutulmuş yer səthində görülən işlərə uyğundur. Bu baxımdan iddiaçının həmin qurumda məşğul olduğu peşə də Siyahıda nəzərdə tutulmuş yer səthində işlər üzrə 2010100a-14388 şifrəsinə, yəni ekskavator maşinistləri peşəsinə uyğun sayılmalıdır. Eyni zamanda qeyd olunmalıdır ki, linqvistik baxımdan ekskavatorçu və ekskavator maşinistləri anlayışları məzmun və leksik məna baxımından eyni məfhumu ifadə edir. Bu qayda hazırkı mübahisə üzrə iddiaçının işlədiyi ekskavatorçu və ekskavator maşinisti peşələrinə münasibətdə də tətbiq olunmalıdır.

43. Yuxarıda istinad olunan normalara görə, şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs 01.07.2017-cı il tarixədək müvafiq yaşa çatmalı, 25 ildən çox ümumi iş stajına, o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay xüsusi iş stajına malik olmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur.

44. Bu baxımdan, yuxarıda istinad olunan normalara əsasən iddiaçı ona 57 yaşı tamam olduğu tarixdən, yəni 02.07. 2014-cü ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı tələbində haqlı sayılmalıdır.

45. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyası nın 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

46. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, şəxsin pensiya hüququnun reallaşdırılmasını təmin etməyə məsul olan inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından əmək pensiyası ilə bağlı məsələnin həlli ilə əlaqədar hər bir halda, o cümlədən pensiyanın təyin olunması ilə bağlı hallarda, inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə, həmin icraatın yekununda qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırılmış qərar qəbul etməyə borcludur. Şəxs inzibati orqanın hansı hallara və qanunvericilik normalarına söykənərək müvafiq qərarı qəbul etdiyini həmin qərardan aydın görmək imkanına malik olmalıdır. Cavabdehin pensiyanın təyin olunmasından imtina edilməsi və ya təyin olunmuş pensiyanın ləğv edilməsi barədə iddiaçıya sadəcə olaraq məktubla cavab verməsi yetərli sayıla bilməz və şəxsin qanunauyğun qərarın qəbuluna, eləcə də obyektiv inzibati icraatın aparılmasına olan tələb hüququnun pozulması kimi qiymətləndirilməlidir. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.

47. Bundan əlavə, inzibati orqan icraat zamanı xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçin in icraat çərçivəsində şəxsin dinlənilmə hüququnu təmin etmək, qəbul olunması nəzərdə tutulan inzibati aktla (bir qayda olaraq imtina barədə əlverişsiz inzibati aktla) bağlı onun mülahizələrini və arqumentlərini dinləmək, habelə onun ziyanına olan halların araşdırılması məqsədi ilə, xüsusilə dövlət orqanlarına müvafiq sorğuların göndərilməsini, arayışların (arxiv arayışı, iş yerindən arayışı) tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

48. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, inzibati orqan, o cümlədən cavabdeh şəxsin tələbi ilə bağlı qəbul etdiyi qərarda göstərdiyi əsaslara bağlıdır və həmin əsasları məhkəmə icraatının gedişində hər dəfə dəyişərək yeni əsaslar irəli sürməkdə, o cümlədən də apelyasiya və kassasiya şikayətlərində tamamilə yeni və fərqli əsaslara istinad etməkdə haqlı sayıla bilməz. Belə yanaşma şəxsin müdafiə hüququnun səmərəli təşkili və həyata keçirilməsi ilə bağlı tələblər, habelə məhkəmə icraatının effektivliyi və prosessual qənaət prinsipləri baxımından yolverilməzdir.

49. Bu baxımdan, apelyasiya məhkəməsinin iddianın təmin olunmaması barədə gəldiyi nəticə yuxarıda qeyd edilən səbəblərdən qanunsuz və əsassız sayılmalıdır. Məhkəmə qərarı kassasiya şikayəti verilə bilən pozuntuya əsaslandığından, şikayət təmin edilməli, apelyasiya məhkəməsinin qərarı ləğv edilməli və iddia təmin olunmalıdır.

50. İddiaçı ilk dəfə 19.10.2018-ci il tarixində ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

51. Yuxarıda şərh edilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2021-ci il tarixli, 2- 1(103)-1477/2021 saylı qərarı ləğv edilir. İş üzrə yeni qərar qəbul edilir. İddia təmin edilir. İddiaçı 03 fevral 1983-cü il tarixdən 01 dekabr 1988-ci il tarixədək Gölkənd sovxozunda traktorçu, 03 aprel 1989-cu il tarixdən 23 sentyabr 1994-cü il tarixədək 1 nömrəli Mexanizasiya müəssisəsində traktorçu, 08 may 1996-cı il tarixdən 07 oktyabr 1997-ci il tarixədək İcarə törəmə müəssisəsində ekskavatorçu, 07 oktyabr 1997-ci il tarixdən 04 oktyabr 2011-ci il tarixədək "xxxx" ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsində ekskavatorçu peşəsində və 05 oktyabr 2011-ci il tarixdən ekskavator maşınisti peşəsində işlədiyi müddət sığorta stajı kimi nəzərə alınaraq 02 iyul 2014-cü il tarixdən 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və müraciət etdiyi 19.10.2018-ci il tarixdən əvvəlki 3 il üçün yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar