Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-93/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə (üçüncü şəxs “X3” MMC) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məcburi vergi uçotuna alınma; Vergi Məcəlləsinin 67-ci maddəsindəki ardıcıllığa riayət edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə (üçüncü şəxs “X3” MMC) qarşı “qərarın ləğv edilməsi və həmin qərar əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 iyul 2023-cü il tarixli, 2-1(106)-197/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Vergi orqanlarında olan məlumata görə, iddiaçı tərəfindən 2020-ci il ərzində malların alış aktlarına əsasən “ANC GROUP" MMC-yə (VÖEN **********), "xxxx" MMC-yə (VÖEN **********), "xxxx" MMC-yə (VÖEN **********), "xxxx" MMC-yə (VÖEN **********), "xxxx" MMC-yə (VÖEN **********), "xxxx" MMC-yə (VÖEN **********) və X2 (VÖEN **********) ümumi dəyəri 345.2880,6 manat olan kənd təsərrüfatı məhsulları təqdim edilmişdir.
2. Təqdim edilmiş malların həm çox çeşidli olması, həm də dəyərinin kifayət qədər iri məbləğ təşkil etməsi səbəbindən iddiaçının kənd təsərrüfatı məhsullarının istehsalçısı və ya tədarükçüsü kimi vergi orqanında uçotda olmasının zəruriliyi ilə bağlı qənaətə gələn vergi orqanı bununla əlaqədar iddiaçıya xx.xx.2021-ci il tarixli bildiriş-xəbərdarlıq göndərmiş, daha sonra isə göndərilmiş bildiriş-xəbərdarlığa heç bir münasibət bildirilmədiyi əsası ilə iddiaçını Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən vergi ödəyicisi kimi məcburi qaydada uçota almışdır (xx.xx.2021-ci il tarixdə).
3. Bundan sonra, Vergi Məcəlləsinin 151-ci maddəsinə əsasən, hüquqi şəxslər və fərdi sahibkarların rüb qurtardıqdan sonra 15 gündən gec olmayaraq cari ödəmələrin dövlət büdcəsinə ödəmələrinə dair öhdəlikləri və 49-cu maddəsinə əsasən, fiziki şəxslərin gəlir vergisi bəyannaməsini hesabat ilində n sonrakı ilin mart ayının 31-dək vergi orqanına vermələri xx.xx.2021-ci il tarixli, **********528400 nömrəli bildirişdə iddiaçının nəzərinə çatdırılmış, təqdim edilməmiş gəlir vergisi bəyannaməsinin təqdim edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli **********862700 nömrəli bildiriş göndərilmişdir.
4. Vergi ödəyicisi tərəfindən 2020-ci il üçün cari gəlir vergisi bəyannaməsi təqdim edilmədiyindən, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən, Nazirlər Kabinetinin 55 saylı qərarı əsasında vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarına uyğun olaraq 2020-ci il üzrə 115.096,02 manat ((3.452.880,6 / 6)×20%) gəlir vergisi hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********170400 nömrəli Qərar qəbul olunmuşdur. Həmin qərarda “qərarın hazırlandığı tarixə vergi və sığorta haqları üzrə öhdəlik” 126605,62 manat göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********170400 nömrəli qərarın ləğv edilməsi və həmin qərar əsasında hesablanmış 126605,62 manat məbləğində borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən barəsində kameral qaydada yoxlama keçirilərək, üzərinə əsasız olaraq 126605,62 manat məbləğində vergi borcunun ödənilməsi öhdəliyi qoyulmuşdur. Belə ki, o, “X3” MMC-nin satış meneceridir, həmin müəssisənin istehsal etdiyi kənd təsərrüfatı məhsullarını marketlərə təhvil vermişdir. Lakin pandemiya dövründə bankların məhdud fəaliyyəti olduğuna görə, həmin məhsullara onun adından alış qaiməsi verilmiş, həmin qaimələrin tərtib edilməsi ondan xəbərsiz olmuşdur. Marketlər tərəfindən buraxılmış səhv əsasında cavabdeh kameral vergi yoxlamaları apararaq “məcburi qaydada vergi ödəyicisi kimi qeydiyyatın aparılması haqqında qərar qəbul edib, onun üzərinə 126605,62 manat məbləğində vergi borcunun ödənilməsi öhdəliyi qoymuşdur. Dəfələrlə ərizə ilə 6 saylı Ərazi Vergilər Baş İdarə sinə müraciət edərək, onun mağazalara təhvil verdiyi məhsulların ona deyil, “X4” MMC-yə aid olduğunu bildirsə də (bu hal “X4” MMC tərəfindən təsdiqlənir) vergi orqanı tərəfindən bu hallar nəzərə alınmamışdır. Bundan əlavə, cavabdehin istinad etdiyi elektron qaimələrin surətindən görünür ki, “Sahil Trading" MMC, "xxxx" MMC, “X7" MMC, "xxxx" MMC öz mövqelərindən və səlahiyyətlərindən sui-istifadə edərək, onun şəxsiyyət vəsiqəsini ələ keçirib, onun tərəfindən marketə təqdim olunmamış mallara, onun adından alış aktı tərtib etmişdir. Bununla da, işçisi olduğu “X3” MMC-nin istehsal etmədiyi bir sıra məhsulların guya onun tərəfindən təqdim edildiyi göstərilərək başqa-başqa şəxslərin külli miqdarda vergidən yayınmasına şərait yaradılmışdır. Qaimələri əldə etdikdən sonra o, dərhal adı çəkilən marke tlərə müraciət edərək, ona açıqlama verilməsini xahiş etmiş və marketlərdən həmin qaimələrdə səhvən onun adını qeyd etdiklərini, həmin səhvləri aradan qaldıraraq onun adını sistemdən sildiklərini və həmin qaimələrdən adını pozduqlarını bildirmişlər. Marketlər qaimələrdə buraxdıqları səhvi aradan qaldırdıqdan sonra vergi orqanına müraciət edərək ona tərtib edilmiş borcun silinməsini xahiş etsə də, müraciəti nəticəsiz qalmışdır.
7. Cavabdeh iddia tələbinə etirazında işin hallarına istinad edərək bildirmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir.
8. Şirvan İnzibati Məhkəməsinin (hakim: O.N.İsmayılov) xx.xx.2021-ci il tarixli 21(120)-1423/2021 nömrəli qərardadı ilə “X3” MMC iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
9. Üçüncü şəxs “X5” MMC-nin təsisç isi və direktoru yazılı izahatında bildirmişdir ki, 28 dekabr 2019-cu il tarixdə “X5” MMC təsis olunaraq dövlət qeydiyyatına alınmış, 2020-ci ilin yanvar ayından başlayaraq istehsal etdikləri pomidor, xiyar, bolqar bibərini daxili bazarlarda satışa çıxarmışdır. İddiaçı onun doğma qardaşıdır. O, müəssisənin inkişafı üçün və gəlir bazasının artırılmasından ötrü könüllü olaraq, heç bir əmək haqqı tələb etmədən, “X3” MMC-yə məxsus olan istehsal olunmuş məhsulları marketlərə çatdırmışdır. Pandemiya ilə bağlı Bakı şəhərinə rayon sakinlərinin girişinə xüsusi razılıq tələb olunduğuna görə, Lənkəran rayonundan məhsulların Bakı şəhərinə aparılmasında ciddi maneələr yaranmışdır. “X3” MMC məcbur qalaraq iddiaçının könüllülük fəaliyyətindən istifadə edərək istehsal olunmuş məhsulların marketlərə verməs inə şərait yaratmışdır. “X5” MMC-nin istehsal etdiyi məhsulları təqdim edən zaman iddiaçının şəxsiyyət vəsiqəsi ilə qeydiyyat aparılmışdır. Alış aktlarında kənd təsərrüfatı məhsulları kimi alma, araxis, armud, badımcan, balqabaq, bibər, boranı, soğan, pomidor, xiyar və. s məhsullar qeyd olunmuşdur. Adları sadalanan məhsullardan pomidor, xiyar, bolqar bibəri “X3” MMC-yə aid olan məhsullardır. O cümlədən, bu adları sadalanan məhsullardan başqa digər məhsullar iddiaçı tərəfindən marketlərə verilməmiş və marketlər tərəfindən yanlışlığa yol verilərək iddiaçının adına əsassız olaraq elektron qaimələr tərtib edilmişdir. Müəssisələrinə hüquqi xidmət göstərən hüquqşünaslar tərəfindən marketlərlə əlaqə yaradılmış və nöqsanlar aşkarlanmışdır. Beləliklə, məlumat bazasında dəyişikliklər edilərək iddiaç ının adına qeyd olunmuş qaimələr bir sıra marketlər tərəfindən tamamilə silinmiş və bəzi marketlərdə təqdim olunmuş məhsullar qalmaq şərti ilə yenidən siyahılar Azərbaycan Respublikasının Dövlət Vergi Xidmətinə təqdim edilmişdir.
10. İddiaçı iddia tələbi üzrə prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(120)- 210/2022 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, buraxılmış prosessual müddət bərpa edilmişdir.
11. Şirvan İnzibati Məhkəməsinin (hakim: H.N.Nəcəfov) 27 yanvar 2023-cü il tarixli 2-1(120)-96/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2021-ci il tarixli, **********170400 nömrəli qərarı ləğv edi lmiş və həmin qərar əsasında hesablanmış 126605,62 manat borc məbləği silinmişdir.
12. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki: - cavabdehin iddiaçının sahibkarlıq fəaliyyəti göstərməsi, kənd təsərrüfatı məhsullarını tədavül edərək digər şəxslərə təqdim etməsi mövqeyi qanunvericiliyə uyğun olmamış, kənd təsərrüfatı məhsullarının tədavül edilərək digər şəxslərə təqdim edilməsi ehtimallara əsaslanaraq, iddiaçı kənd təsərrüfatı məhsullarının istehsalçısı və ya tədarükçüsü kimi qiymətləndirilmişdir. Bu zaman, iddiaçının vergi uçotunda olması da, iddiaçının vəziyyətini onun ziyanına dəyişmir. Belə ki, iddiaçının kənd təsərrüfatı məhsullarının istehsalçısı və ya tədarükçüsü əsası ilə vergi uçotuna alınması vergi qanunvericiliyin pozulması ilə həyata keçirilmişdir ki, hə r nə qədər iddia tələbində ayrıca göstərilməsə belə, məhkəmə qərarın ləğvi ilə bağlı iddia tələbinin mahiyyətinə, eləcə də işin digər faktiki hallarına da nəzər yetirdikdə müəyyən edir ki, hazırkı qərarın qəbulu şəxsin vergi uçotunda olması ilə birbaşa bağlıdır. Belə ki, şəxsin vergi uçotuna alınması onun kənd təsərrüfatı məhsullarının istehsalçısı və ya tədarükçüsü kimi fəaliyyəti ilə əlaqədar olmuşdur ki, iddiaçının qeyd edilən fəaliyyəti göstərib-göstərməməsi, eləcə də, hazırkı qərarın ləğv edilib-edilməməsi onun vergi uçotuna düzgün alınıb-alınmaması ilə bağlıdır. Başqa sözlə, necə ki, inzibati məhkəmə icraatı zamanı formalaşmış praktika qərarların ləğvi ilə bağlı işlərdə həmin qərarın qəbulu zamanı vergi və digər aidiyyəti qanunvericilik aktlarının pozulmasına (məsələn: sahibkarlıq fə aliyyəti üzrə yoxlamalarla bağlı reyestrdə məlumatın daxil edilməməsi, yoxlamaların keçirilməsinə dair qərarın qəbulunun əsassız olması, ekspertizanın təyini, aparılması ilə bağlı qaydaların pozulması və s), əsassız qərarların qəbul edilməsinə işin mahiyyəti üzrə həllini həyata keçirmək üçün münasibət bildirə bilirsə, məhkəmə hesab etmişdir ki, analoji hal tətbiq edilərək hazırkı mübahisələndirilən qərarın qəbulu üçün mühüm əhəmiyyət daşıyan, iddiaçının fəaliyyətinin kənd təsərrüfatı məhsullarının istehsalçısı və ya tədarükçüsü kimi fəaliyyəti olub-olmamasının müəyyən edilməsi üçün onun vergi uçotuna düzgün alınıbalınmamasının yoxlanılması da məhkəmə baxışının predmetini təşkil edir. Beləliklə, hazırkı iş üzrə mübahisələndirilən qərarın qəbulu zamanı iddiaçının vergi uçotuna alınması ayrıc a iddia tələbi kimi verilə bilsə də, vergi orqanının qərarının ləğvi ilə bağlı iddia tələbinin qiymətləndirilməsi zamanı da məhkəmə baxışının predmetini təşkil edə bilər. Bu səbəbdəndir ki, məhkəmə iddiaçının sahibkar və ya malların istehsalçısı, tədarükçüsü olub-olmaması, qərarın düzgün olub-olmamasının müəyyənləşdirilməsi üçün onun barəsində vergi uçotu ilə bağlı hərəkətlərin qiymətləndirməsini zəruri hesab edir. - Nəzərə alınmalıdır ki, vergi ödəyicisinin vergi uçotuna alınması, ona VÖEN və bunun əsasında şəhadətnamə verilməsi qanunvericilikdə müəyyən edilmiş prosedurlar çərçivəsində həyata keçirilir. Qanunvericilik vergi ödəyicisinin vergi orqanında uçota alınmasını, onun tərəfindən, forması Vergilər Nazirliyi tərəfindən təsdiq edilən ərizə verilməsi və ərizəyə şəxsiyyət vəsiqəsinin su rətinin əlavə edilməsi ilə şərtləndirmişdir. Vergi ödəyicisi tərəfindən və ya onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi tərəfindən ərizə şəxsiyyət vəsiqəsi ilə birlikdə vergi orqanına təqdim olunur, bundan sonra qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alınaraq VÖEN verilir və həmin andan həmin şəxs vergi uçotuna alınmış hesab olunur. Bu zaman verilən dövlət qeydiyyatı haqqında şəhadətnamə VM-nin məqsədləri üçün vergi ödəyicisinin vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamə hesab edilir. Vergi Məcəlləsinin 33 və 34-cü maddələrində fiziki şəxslərin məcburi qaydada vergi orqanlarında uçota alınması təsbit edilməmişdir. Vergi orqanında uçota alınması üçün vergi ödəyicisinin özünün Vergilər Nazirliyinə müvafiq ərizə ilə müraciət etməsi tələb olunur. Hazırkı işdən müəyyən ol unur ki, iddiaçı vergi ödəyicisi kimi uçota alınmasına dair ərizə ilə cavabdehə müraciət etməmiş, nə də cavabdeh iddiaçının belə ərizə verməsi barədə mübahisə açmamışdır. - Vergi Məcəlləsinin 102-ci maddəsinə əsasən, istehsalçının kənd təsərrüfatı məhsullarının satışından əldə etdiyi gəlirlər gəlir vergisindən azaddır. Belə ki, 2001-ci ildən 5 il müddətinə tətbiq edilən və indiyədək 4 dəfə müddəti uzadılan bu güzəştlər 2024-cü ilədək qüvvədədir. - Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı “X3” MMC-nin təsisçisi və direktoru olan X1 qardaşı və “X3’ MMC-nin satış meneceridir. O, qeyd edilən əməliyyatların bir qismi aparılan zaman “X3” MMC-də “könüllü fəaliyyət haqqında” müqaviləyə əsasən işləmiş, əmək müqaviləsi üzrə satış meneceri vəzifəsində olmuşdur. Üçüncü şəxs kim i cəlb edilən “X3” MMC tərəfindən məhkəməyə təqdim edilən ərizədə 28 dekabr 2019-cu il tarixində “X3” MMC-nin təsis olunaraq dövlət qeydiyyatına alındığı, iddiaçı - İddiaçı tərəfindən “X3” MMC-yə məxsus istehsal olunmuş məhsulların marketlərə çatdırıldığı qeyd edilmişdir. Həmçinin, həmin qeyd edilən məhsulların iddiaçı tərəfindən çatdırılma səbəbləri qeyd edilərək göstərilmişdir ki, 2020-ci ilin mart ayından başlayaraq, COVİD- 19 pandemiyasının zərərlərinin qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın qərarına əsasən, ölkə ərazisində pandemiya şəraiti elan olunaraq müvəqqəti qapanmalara üstünlük verilmiş, buna görə “X3” MMC istehsal etdiyi məhsulları dövriyyəyə buraxmaqda müvafiq çətinliklərlə üzləşmişdir. Göstərilən fəali yyətlə bağlı, Bakı şəhərinə rayon sakinlərinin girişinə xüsusi razılıq tələb olunduğuna görə, Lənkəran rayonundan məhsulların Bakı şəhərinə aparılmasında ciddi maneələr yarandığı üçün məcbur qalaraq iddiaçının könüllülük fəaliyyətindən istifadə edərək, istehsal olunmuş məhsulların marketlərə verməsinə şərait yaradılmış, “X3” MMC-nin istehsal etdiyi məhsullar təqdim edilən zaman yanlışlıq olaraq iddiaçının şəxsiyyət vəsiqəsi ilə qeydiyyat aparılmışdır. Bu səbəbdən həmin müəssisələrə müraciət edildikdən sonra bəzi alış aktları ləğv edilmiş, digərləri tərəfindən düzəlişlər edilmişdir. Həmin tədbirlər görüldükdən sonra məlumatlar cavabdeh inzibati orqana təqdim edilmişdir. İddiaçının qərarda yuxarı inzibati orqana etdiyi şikayətlərdə eyni məzmunda olmuşdur. - İş materiallarına əlavə edilən "xx xx" MMC-nin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubuna, "xxxx" MMC-nin Şirvan İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubuna və e-taxes.gov.az saytından əldə edilən e-qaimələrə əsasən, İddiaçı adına "xxxx" MMC və digər şirkətlər tərəfindən sistemə əlavə edilən alış aktlarının bir hissəsinin ləğv olunduğu müəyyən edilmişdir. - İddiaçı hər nə qədər vergi uçotuna alınmış olsa da, reallıqda kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olmamış, fərdi sahibkar statusuna malik olmamışdır. Bu səbəbdən, apardığı əməliyyatla bağlı hesabat və bəyannamə təqdim etmək vəzifəsi daşımamışdır. Nəticə etibari ilə mübahisələndirilən əlverişsiz inzibati aktın qəb ulu zamanı iddiaçının hüquqları, Vergi Məcəlləsinin və “İnzibati icraat haqqında” qanunun tələbləri pozulmuşdur. Belə olan halda, qanunvericiliklə müəyyən olunmayan əsas üzrə şəxsə vergi hesablanması ilə bağlı cavabdehin hərəkətləri əsaslı hesab edilə bilməz.
13. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
14. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: O.N.İsmayılov /sədrlik edən və məruzəçi/, S.İ.Mayılov və P.T.Əhmədov) 03 iyul 2023-cü il tarixli, 2-1(106)-197/2023 nömrəli qərarı ilə аpellyаsiyа şikаyəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “ANC GROUP" MMC-yə (VÖEN **********), "xxxx" MMC-yə (VÖEN **********), "xxxx" MMC-yə (VÖEN **********), X2 (VÖEN **********) təqdim edilmiş elektron alış aktları ləğv edilməmiş, "xxxx" MMC-yə (VÖEN **********), "xxxx" MMC-yə (VÖEN **********) təqdim edilmiş elektron alış aktları ləğv edilmiş, "xxxx" MMC-yə (VÖEN **********) ümumilikdə 843364,0 manat dəyərində təqdim edilmiş elektron alış aktlarından 352352,44 manat dəyərində olan hissəsi ləğv edilmişdir. Buna baxmayaq, cavabdeh qeyd olunan xüsusatları (alış aktlarının bir hissəsinin ləğv edilməsini) nəzərə almadan mübahisələndirilən qərarı qəbul etmişdir. Bundan əlavə, Vergi Məcəlləsin in maddələrinin tələbinə görə, Vergi Məcəlləsinin 67.1-ci maddəsində göstərilən səbəblərdən verginin hesablanması mümkün olmadıqda, həmin maddədə və bu maddə ilə əlaqəli olaraq Məcəllənin 83-cü maddəsində ardıcıllıqla vergilərin bir neçə hesablama qaydası müəyyən edilmişdir. Vergi orqanı qeyd olunan maddələrdə sadalanan ardıcıllığa riayət etməklə vergiləri hesablamalı və yalnız bir hesablama qaydası ilə hesablamanın aparılması mümkün olmadıqda, digər qaydanı tətbiq etməli idi. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsində təsbit edilmiş qaydalara əməl edilmədən əlavə vergi məbləği Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli Qərarına əsasən hesablamışdır. Vergi Məcəl ləsinin 67-ci maddəsinin tətbiqinin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan istifadə etməklə, eləcə də analoji fəaliyyət növü ilə məşğul olan vergi ödəyicisinə aid məlumatlara istinadən ödənilməli verginin məbləğinin hesablanılması qaydasının tətbiqini istisna edən əsaslar cavabdeh tərəfindən açıqlanmamışdır. Ümumiyyətlə, işin halları onu deməyə əsas verir ki, iddiaçının satdığı malların dəyərinin müəyyən edilməsi vergi orqanı üçün əlçatan olsa da, vergi orqanı həmin məlumatların əldə edilməsi istiqamətində heç bir araşdırma aparmamışdır.
16. Cavabdeh qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
17. Cavabde hin kassasiya şikayətində işin hallarına istinad edilmiş, əlavə olaraq qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını hərtərəfli araşdırmamış, həmçinin maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, kənd təsərrüfatı məhsullarının satışından əldə edilən gəlirlər o halda vergidən azaddır ki, həmin məhsulları digər şəxsə təqdim edən şəxs bilavasitə həm də istehsalçı olsun. Kənd təsərrüfatı məhsullarının tədavül edilərək digər şəxslərə təqdim edilməsi mövcud vergi qanunvericiliyinə əsasən vergiyə cəlb edilir. Müəssisələr tərəfindən məhkəmənin də qeyd etdiyi kimi, alış aktlarının bir qismi ləğv edilmişdir. Belə ki, məhkəmə qərar üzrə hesablanmış məbləğin tam ləğvinə əsas olan halları özü də məhkəmə araşdırmasında müəyyən etsə belə, qərarın tam ləğvinə əsas olmadığı halda iddiaçının iddiasını təmin etmiş və qərarı tam ləğv etmişdir. Əlavə olaraq bildirilir ki, iddiaçı tərəfindən, yuxarıda adları çəkilən müəssisələr tərəfindən alış aktlarının bir hissəsinin ləğvi ilə də bağlı vergi orqanına hər hansı bir müraciəti daxil olmamışdır. Bundan başqa, Vergi Məcəlləsinin 67-ci maddəsinin hissələrinin sıra ardıcıllığı ilə tətbiq edilməsi imperativ göstəriş kimi qanunda müəyyən olunmamışdır və həmin maddənin hissələri maddənin məzmunundan da göründüyü kimi, qarşılıqlı əlaqə şəklində tətbiq olunmalıdır. Həmçinin, məhkəmə Əmək Məcəlləsinin 7.2-3.4-cü maddəsini tətbiq etməmişdir. Belə ki, həmin maddəyə əsasən, tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarand ıqda, tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Belə olan halda, işəgötürən tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edilmiş şəxslərlə yaranan münasibətlərin əmək münasibətləri hesab edilməsi və əmək müqaviləsinin bağlanması Əmək Məcəlləsinin birbaşa tələbidir. Qeyd edilən maddənin digər bir xüsusiyyəti ondan ibarətdir ki, həmin norma, belə münasibətlərin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilməməsini açıq şəkildə bildirir. Yəni, məhkəmənin istinad etdiyi könüllü fəaliyyət haqqında 07/20 nömrəli xx.xx.2020-ci il tarixli müqavilə ilə də bu cür münasibətlərin rəsmiləşdirilməsi yolverilməzdir. Məhkəmə tərəfindən isə qeyd edilən norma nəzərə alınmamış, ona hər hansı müna sibət bildirilməmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
18. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikasının Vergi Məcəlləsi (mübahisələndirilən qərar qəbul edilən zaman qüvvədə olan redaksiya): Maddə
33. Vergi ödəyicilərinin uçotu... Maddə 33.3. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır.... Maddə 33.5. Bu Məcəllənin 33.3-cü maddəsində nəzərdə tutulmuş halda vergi orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verir.... Maddə
67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hes ablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hes ablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar... 67.14. bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır.... 20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.... Maddə
67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barəd ə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdi r. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquq i məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.
28. Hazırkı işin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçının adına müxtəlif müəssisələr tərəfindən tərtib edilmiş alış aktları vergi orqanında iddiaçının vergi uçotuna alınmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olması (kənd təsərrüfatı mallarını təqdim etməsi) və dövriyyəsinə uyğun vergiləri dövlət büdcəsindən yayındırması ehtimalını yaratmış və nəticədə, iddiaçı məcburi vergi uçotuna alınmaqla barəsində mübahisələndirilən inzibati akt qəbul edilmişdir. İddiaçının vergi uçotuna alınmasına dair cavabdehin hərəkətlərinin qanuniliyi
29. Hazırkı işdə aşağı instansiya məhkəmələri hesab edir ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı üçün vergi ödəyicisi kimi vergi orqanlarında qeydiyyata alınm aq məqsədi ilə könüllü şəkildə müraciət etmədiyindən, ona cavabdeh tərəfindən məcburi şəkildə qeydiyyat nömrəsi verilməsi və vergi ödəyicisi kimi qeydiyyata alınması qanunauyğun deyil. Aşağı instansiya məhkəmələri vergi uçotuna alınmanın qanuniliyinin hazırkı iş üzrə qiymətləndirilməsinin yolverilənliyini onunla izah edir ki, hazırkı iş üzrə mübahisələndirilən qərarın qəbulu zamanı iddiaçının vergi uçotuna alınması ayrıca iddia tələbi kimi də verilə bilsə də, vergi orqanının qərarının ləğvi ilə bağlı iddia tələbinin qiymətləndirilməsi zamanı da məhkəmə baxışının predmetini təşkil edə bilər. Odur ki, iddiaçının sahibkar və ya malların istehsalçısı, tədarükçüsü olub-olmaması, qərarın düzgün olub-olmamasının müəyyənləşdirilməsi üçün onun barəsində vergi uçotu ilə bağlı hərəkətlərin qiymətlənd irməsi zəruridir.
30. Məhkəmə kollegiyası da aşağı instansiya məhkəmələrinin mövqeyi ilə razılaşır və hesab edir ki həmin mövqe formalaşmış məhkəmə təcrübəsinə uyğundur. Belə ki, formalaşmış məhkəmə təcrübəsinə görə, vergi qanunvericiliyinin tələblərinə əsasən, (inzibati aktın qəbul edildiyi anda qüvvədə olan) vergi ödəyicisinin vergi orqanında uçota alınması, onun tərəfindən, forması Vergilər Nazirliyi tərəfindən təsdiq edilən ərizə verilməsi və ərizəyə şəxsiyyət vəsiqəsinin surətinin əlavə edilməsi ilə şərtləndirilmiş, lakin cavabdeh iddiaçının vergi ödəyicisi kimi uçota alınmasına dair ərizə verməsi barədə hər hansı sübut təqdim etməmişdir. Bundan əlavə, Vergi Məcəlləsinin 2023-cü ildən qüvvəyə minən dəyişikliklə 33.5-ci maddəsi yeni redaksiyada verilmişdir və yeni redaksiyaya əsasən, bu Məcəllənin 33.3-cü və 33.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, vergi orqanında uçota alınmaq üçün ərizə təqdim etməyən fiziki şəxsi vergi orqanı öz təşəbbüsü ilə vergi uçotuna alır və 5 gün müddətində ona vergi uçotuna alınması barədə bildiriş göndərir. İddiaçı 2021-ci ildə cavabdeh tərəfindən vergi ödəyicisi kimi uçota alındığından həmin norma ona tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə görə isə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2014-cü il tarixli Qərarında göstərmişdir ki, Konstitusiyanın həmin norması ümumi şəkildə aşağıdakı qaydaları müəyyən edir: normativ hüquqi akt yalnız gələcəyə dair qaydaları müəyyən edir, onun geriyə qüvvəsi yoxdur. Normativ hüquqi aktın geriyə qüvvəsinin olmaması qaydasının mahiyyəti ondan ibarətdir ki, məhkəmə, normativ hüquqi aktı, onun qüvvəyə minməsindən əvvəl baş vermiş faktlara (münasibətlərə), bu faktların yaratdığı hüquqi nəticələri dəyişmək və ya ləğv etmək məqsədilə tətbiq edə bilməz. Normativ hüquqi akt, onu qəbul edənin diktəsidir, bu isə yalnız gələcək zamana təsir edə bilər. Vətəndaşdan bilmədiyi qaydaya riayət edilməsini tələb etmək olmaz. Bu prinsip hüquq münasibətl ərinin subyektləri arasındakı münasibətlərin sabitliyini və hüquq qaydasının möhkəmliyini qoruyur. Yeni normativ hüquqi akt qüvvəyə mindiyi andan yalnız onun dərcindən sonra baş vermiş faktları və hadisələri əhatə edir.
31. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının onun müraciəti olmadan vergi uçotuna alınması qanunauyğun olmamışdır. Mübahisələndirilən inzibati aktın qanuniliyi
32. Cavabdeh iş materiallarında olan “Kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləği haqqında” Rəydə (İ cild: iş v.76) vergilərin hesablanmasının əsası kimi göstərmişdir ki, “Vergi ödəyicisi tərəfindən 2020-ci il üçün cari gəlir vergisi bəyannaməsi təqdim edilmədiyi üçün vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37-ci, 67ci və 83-cü maddələrinə əsasən, Nazirlər Kabinetinin 5 5 saylı qərarı əsasında Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarına uyğun olaraq, 2020-ci il üzrə 115.096,02 manat ((3.452.880,6 / 6)×20%) gəlir vergisi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********170400 nömrəli Qərar qəbul olunmuşdur”.
33. Göründüyü kimi, vergi orqanı Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən, yəni şərti rentabellik norması əsasında iddiaçıya gəlir vergisi hesablamışdır.
34. Formalaşmış məhkəmə təcrübəsinə əsasən, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, h əmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı həmin məlumatlardan istifadə etməklə hesablamanı aparmaq haqqına malikdir, lakin bunu həmişə etməyə borclu deyildir. Lakin hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı həm də bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Nəzərə almaq lazımdı ki, qanunverici tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığı həmin məqsədlərə xidmət edir və bu məqsədlər baxımından təfsir olunmalıdır. Gəlirin əldə edilməsi ilə bağlı xərclər barədə sənədlərin iddiaçı tərəfindən tam təqdim edilmədiyinə istinadən cavabdeh tərəfindən iddiaçıya münasibətdə şərti rentabelliyin tətbiqi əsassız sayılmalıdır. Nəzərə almaq lazımdır ki, həmin normanın müddəalarına görə, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı mütənasiblik prinsipinin tələblərinə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır. Bundan əlavə, Vergi Məcəlləsinin 67ci maddəsinin (67.1-67.4-cü maddələrinin) tətbiqinin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan istifadə etməklə ödənilməli verginin məbləğinin hesablanılması qaydasının tətbiqini istisna edən və şərti rentabellik institutunun birbaşa tətbiqini zəruri edən əsaslar cavabdeh tərəfindən açıqlanmalıdır. Əks hal, yəni birbaşa şərti rentabellik normasının tətbiqi ilə verginin hesablanması həmin hesablamanın qanunsuz sayılması üçün əsasdır.
35. Odur ki, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş ardıcıllığa riayət etməməsi vergi orqanının mübahisələndirilən qərarının məhkəmə qaydasında ləğvi üçün əsasdır (“İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinə əsasən) və inzibati aktın bu əsasla qanunsuzluğu kassatorun dəlillərinə (iddiaçının kənd təsərrüfatı mallarının istehsalçısı olmaması; alış aktlarının yalnız bir qisminin ləğv edilməsi; iddiaçı ilə üçüncü şəxs arasındakı münasibətlərin Əmək Məcəlləsinin müddəalarına zidd olması) qiymət verilməsinə lüzum qalmadığı anlamına gəlməyə əsas verir.
36. Qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün s ayılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 iyul 2023-cü il tarixli, 21(106)-197/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.