Məhkəmə qərarları › İş №2-1(102)-930/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-930/2019

23.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-930/2019 23.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Dadaşov Elvin Etibar oğlunun katibliyi, İddiaçı X1əkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X1 (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə (bundan sonra cavabdeh) qarşı “qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi vəzifəsinin cava bdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2907/2018 saylı, 13 dekabr 2018-ci il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 23 aprel 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı 12 fevral 2018-ci il tarixdə sığınacaq vəsatəti ilə cavabdehə müraciət etmişdir. İddiaçının vəsatəti 28-2018 saylı iş nömrəsi ilə qeydiyyata alınmış və iddiaçı ilə müsahibə aparılmışdır. İddiaçı müsahibəsində müəyyən sosial qrupa mənsubiyyətinə görə təqib oluna biləcəyinə istinad etmişdir. Cavabdeh 8 may 2018-ci ildə 47/3 saylı qərarı ilə iddiaçının sığınacaq vəsatətini rədd etmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, ina ndırıcılığın qiymətləndirilməsi zamanı bəzi ziddiyyətli məqamlar və uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, X8 Əfqanıstana gəldikdən sonra qaynının onları telefonla hədələdiyini desə də, oğlu Mustafa əmisinin onları dostları vasitəsilə təhdid etdiyini söyləmişdir. X2 xalası Adilənin köməkliyi ilə getdiklərini bildirsə də, ərizəçi Dilavər adlı tanışının köməkliyi ilə Pakistana getdiklərini qeyd etmişdir. Həmçinin ərizəçinin uşaqların qəyyumluğunun əmiləri tərəfindən tələb olunduqlarını və verməyəcəkləri halda ölümlə hədələndiklərini demələri mənşə ölkəsi haqqında məlumatlarla üst-üstə düşmür. İddiaçının və ailə üzvünün qaçqın statusu verilməsi ilə bağlı gətirdikləri dəlillər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu dəlillər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu” haqqında 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının 3-cü və 7-ci bəndlərinə əsasən onlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, iddiaçıya və ailə üzvlərinə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir. İddiaçı cavabdehin qərarından inzibati şikayət vermiş, 12 iyul 2018-ci il tarixdə cavabdehin şikayət instansiyası inzibati şik ayəti rədd etmişdir. 20 iyul 2018-ci il tarixdə cavabdehin şikayət instansiyasının qərarı rəsmi qaydada iddiaçıya təqdim edilmişdir. Bundan sonra iddiaçı 27 avqust 2018-ci il tarixdə iddia ərizəsi, sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdehin İQ-47/3 saylı, 08.05.2018-ci il tarixli və 60 saylı, 12.07.2018ci il tarixli qərarlarının ləğv edilməsi, iddiaçının “qaçqın statusu verilməsi haqqında” vəsatətinin təmin edilərək ona “qaçqın” statusunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1983-cü ildə X3 vilayətinin Tapgoz kəndində doğulmuşdur. İddiaçı etnik mənsubiyyətinə görə hazaradır (şiə). İddiaçının əri 14 il əv vəl Pakistandan səfərdən qayıdarkən təsadüfən atəş açılaraq öldürülmüşdür. İddiaçının onunla birlikdə Azərbaycana gələn iki oğlu vardır. Onun həmçinin 4 il əvvəl Pakistanda itkin düşən qızı vardır. İddiaçının üç qardaşı və dörd bacısı vardır. Onun bacıqardaşlarından biri İranda, digərləri isə Əfqanıstanda yaşayıblar. Onun hər iki valideyni vəfat etmişdir. Ərinin vəfatından sonra iddiaçı qaynı ilə yola getmədiyindən uşaqları ilə Pakistana getmişdir. Onlar Quetta şəhərinin Bururi rayonunda yaşamışlar və iddiaçı məktəbdə dini təhsil vermişdir. Pakistanda olarkən onlar qaçqın kimi qeydiyyata alınmışlar. İddiaçının ailəsinin hələ Pakistanda olduğu vaxt, 4 il əvvəl onun qızı Rizvana naməlum şəkildə itkin düşmüşdür (o ingilis dili kursundan geri qayıtmayıb). Bu hadisədən sonra iddiaçının qaynı Gh ulam Rasul iddiaçının qızını tapmaq üçün kömək etmək məqsədilə Pakistana gəlmişdir. O, iddiaçını Rizvananın itkin düşməsində günahlandıraraq onun digər uşaqlarını da aparmaq istəmişdir. Bu səbəbdən iddiaçı Əfqanıstana qayıtmış və dörd il Kabildə yaşamışdır. Bu müddət ərzində iddiaçı Pakistanda yaşayan qaynı tərəfindən davamlı olaraq təhdid olunmuşdur. İddiaçının qaynının onların yaşadığı yeri müəyyən etdiyini bildikdən sonra Pakistana qayıtmış və orada bir il yaşamışdır. İddiaçının maddi çətinlikləri olduğundan Əfqanıstana geri qayıtmışdır. Əfqanıstanda olduğu zaman o, xadimə işlədiyi yataqxanada yaşamışdır. Bu müddət ərzində də qaynı tərəfindən davamlı təzyiqə məruz qalmışdır. Bunlardan sonra iddiaçı ailəsi ilə birlikdə ölkəni tərk etmək qərarına gəlmişdir. 1 yanvar 2018-ci ildə iddiaçı A zərbaycana gəlmiş, 12.02.2018-ci il tarixdə “qaçqın” statusunun alınması barədə vəsatətlə cavabdehə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X4, 2-1(81)-3924/2018 saylı iş) 12 oktyabr 2018-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ləğv edilməsi tələb edilən qərarın qəbul edilməsinə əsas olmuş inzibati icraat materiallarından aydın olur ki, iddiaçı vətəndaşlığı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamış, vətəndaşlığı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Onun qorxu və həyəcanları ehtimallara əsaslanmaqla məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçı barəsində əsaslandırılmış təqibin mövcud olmadığı müəyyən edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X5məruzəçi, X7 və X9, 2-1(103)-2907/2018 saylı iş) 13 dekabr 2018-ci il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. İddiaçı 10 yanvar 2019-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Cavabdehin qərarı maddi-hüquqi və prosessual (formal-hüquqi) baxımdan qanuni deyil. Eləcə də həmin qərar əsassızdır (iş materialları əsa sında təkzib edilir). Cavabdeh tərəfindən qaçqın statusunun verilməsindən imtina edilməsinə dair inzibati akt qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasın səbəb olub. İPM-in 73.1-ci maddəsinə əsasən bu halda məhkəmə tərəfindən qaçqın statusunun verilməsi barədə qərar qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoymalıdır. Birinci instansiya məhkəməsi cavabdehin yol verdiyi pozuntuları aradan qaldırmayıb və öz qərarını cavabdehlə eyni əsaslarla əsaslandırıb. Bakı Apellyasiya Məhkəməsi ümumi sözlərlə apellyasiya şikayətini təmin etməmiş və şikayətin hətta əsas dəlillərinə belə cavab verməmişdir. Sığınacaq verilməsindən imtina edilməklə iddiaçının sığınacaq hüququ (Konstitusiya, maddə 70); inzibati icraat və ədalət mühakiməsi hüququ (Konstitusiya, maddə 60); pis rəftara məruz qalmamaq h üququ (AİHK, maddə 3); şəxsi həyata hörmət hüququ (AİHK, maddə 8); səmərəli vasitələr hüququ (AİHK, maddə 13) pozulub. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyinə görə çıxışlarda iştirak etməmişdir. əsaslandırma hissəsi: İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İddiaçı cavabdeh inzibati orqandan ona qaçqın statusu verilməsinə dair vəsatətinin təmin edilməsini xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə qaçqın statusunun verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1-ci maddəsinə görə qaçqı n-Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç a y ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Həmin Qanunun 13-cü maddəsində isə təsbit edilmişdir ki, şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. İPM-in 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olu nmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Yuxarıda göstərilən müddəaların tələbləri baxımından kollegiya qeyd edir ki, qaçqın statusunun verilməsi və ya onun verilməsindən imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir. Buna görə, cavabdeh bu səlahiyyətini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirdikdə məhkəmə həmin məsələyə müdaxilə edə bilməz. Bu mənada, belə işlərdə məhkəmə nəzarətinin həddi onunla məhdudlaşdır ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdi rmi? İddiaçı ərizəsində bildirir ki, Əfqanıstanın Qəzni vilayətinin Cağori rayonunun Təpqoz kəndində doğulub, 14 ilə əvvəl ərinin naməlum şəxslər tərəfindən qətlə yetirildikdən sonra qaynı ona problemlər yaratmış, uşaqlarını ondan almaq istəmişdir. Odur ki, qaynının uşaqları ondan almasından ehtiyat edərək əvvəlcə Pakistana, oradan da Azərbaycana gəlmişdir. İki oğlu və bir qızı olmuş, qızı Əfqanıstanda itkin düşmüş, iki oğlu isə onun yanındadır. Cavabdehin qaçqın statusunun verilməsindən imtina ilə bağlı qərarından görünür ki, iddiaçının qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı ziddiyyətli izahatlar verilmişdir. Belə ki, iddiaçı Pakistandan Əfqanıstana gəldikdən sonra qaynının onları hədələdiyini bildirsə də, oğlu Mustafa əmisinin onla rı dostları vasitəsilə təhdid etdiyini söyləmişdir. X6 İslam Respublikasına xalası Adilənin köməyi ilə getdiyini bildirsə də, ərizəçi Dilavər adlı tanışının köməyi ilə Pakistana getdiklərini bildirmişdir. Araşdırma zamanı iddiaçının uşaqlarının qəyyumluğunun əmiləri tərəfindən tələb olunması və uşaqlar verilməyəcəyi halda ölümlə hədələnməsi barədə fikirlər də ziddiyyətli olmuşdur. İddiaçının müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçi vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Göründüyü kimi, inzibati orqan qaçqın statu sunun verilməsi ilə bağlı irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusu müəyyən etməmişdir. Kollegiya hesab edir ki, cavabdehin gəldiyi bu qənaət əsaslı olmuşdur. Belə ki, bu qənaət ilk növbədə iddiaçının özünün verdiyi məlumatlara əsaslanmışdır. Qaçqın statusunun verilməsi ilə bağlı işlərdə inzibati orqanın üzərinə düşən vəzifə olduqca çətin şərtlərdə real əsaslı təqib qorxusunun mövcud olub-olmadığını aşkar etməkdir. Buna görə, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat sübut olunmadıqda şəxslər başqa əsaslara istinadla qaçqın statusu almaq hüququna mali k deyildirlər. Beləliklə, kollegiya hesab edir ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında qaçqın statusu verilməkdən imtina edilərkən diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdir. Bu mənada, kassasiya şikayətində göstərilən qaçqın anlayışının maddi hüquqi şərtlərinin iddiaçıya münasibətdə düzgün tətbiq edilmədiyi ilə bağlı bildirilənlər əsaslı deyildir. İddiaçı kassasiya şikayətində bildirmişdir ki, cavabdeh onun əsaslı təqib qorxusunun, yaxud real riskin olmamasına dair nəticəyə gələrkən əsaslandırma aparmamışdır. İddiaçı kassasiya şikayətində də qeyd etdiyi kimi işin faktiki hallarına görə o, yalnız ərinin vəfatından sonra övladlarının qaynı tərəfindən alınması ehtimalına əsaslanaraq təqib edilm ə riski ilə üz-üzə qaldığını bildirmişdir. İddiaçı azlıq etnik qrupa mənsub olduğuna görə təqib edilməsini nə iddia ərizəsində, nə də cavabdehə verdiyi müsahibəsində bildirməmişdir. İddiaçının uşaqlarını qaynına vermədiyinə görə hər hansı silahlı dəstə, yaxud qrup tərəfindən real təhdid olunmasını da bildirməmişdir. İddiaçının gətirdiyi dəlillər onun vətəndaşı olduğu ölkədə əsaslı təqib olunması üçün yetərli sayıla bilməz. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. Bəhs olunanlara əsasən kassasiya şikayətlərinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və pros essual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2907/2018 saylı, 13 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar