Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-930/2020 17.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət X7 Xüsusi X2rşı iş üzrə QƏRARİ (Açar sözlər: “neft və qaz hasilatı üzrə operatorlar” peşəsi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və X1 ibarət tərkibdə, Cavabdehin vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət X7 Xüsusi X2rşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019cu il 6 noyabr tarixli 2-1(103)-24 56/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 1950-ci il 28 iyun tarixdə doğulmuş, 1967-ci il 13 iyul tarixdə əmək fəaliyyətinə başlamış, 1969-cu il 10 may tarixdən 1971-ci il 25 iyul tarixə kimi hərbi xidmətdə olmuş, 1971-ci il 6 avqust tarixdən əmək fəaliyyətini davam etdirmiş, 1974-cü il 14 oktyabr tarixdən “X5nda” “neftin boşaldılması-doldurulması üzrə əmtəə operatoru”, 1978-ci il 1 mart tarixdən həmin Bazada “istehsal üzrə əmtəə operatoru”, 1986-cı il 14 may tarixdən “növbə rəisi”, 1986-cı il 9 iyul tarixdən 2012-ci il 30 noyabr tarixə kimi əmtəə operatoru vəzifəsində işləmişdir. İddiaçıya 2013-cü il 28 iyun tarixdə yaşa görə əmək pensiyası təyin e dilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona 2005-ci il 28 iyun tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmaqla pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh 2018-ci il 25 sentyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçıya 2013-cü il 28 iyun tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Ona yaşa görə əmək pensiyası təyin edilərkən güzəştli işdə işləməsi barədə müvafiq arayış təqdim etməmişdir. İddiaçı 2018-ci il 7 noyabr tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 5-ci bəndinə müvafiq olaraq ona 55 yaşdan, yəni 2005-ci il 28 iyun tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və həmin vaxtdan pensiyanın ödənilməsində yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, onun 45 ildən artıq ümumi iş stajı vardır. Həmin stajın 1974-cü il 14 oktyabr tarixdən 2012-ci il 30 noyabr tarixədək olan hissəsini o, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “X5”nda neftin hazırlanması və vurulması üzrə əmtəə operatoru vəzifəsində işləmişdir. Onun işlədiyi həmin vəzifə ağır və zərərli olmuşdur. Ona 2013-cü il 28 iyun tarixdə pensiya təyin edilərkən onun xüsusi iş stajı nəzərə alınmamış və ona yaşa görə əmək pensiyası təyin edilmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən o, 2005-ci il 28 iyun tarixdən, yəni 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olmuşdur. O, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “Xİİ. Qazma, neftin, qazın və qaz kondensantının hasilatı və emalı” bölməsinin 2-ci bəndində (Neft-qaz və qaz kondensatının hasilatı) 2130200a – 15824 kodu ilə nəzərdə tutulmuş “neft və qaz hasilatı üzrə operatorlar” peşəsində 12 il 6 aydan artıq işləmiş dir. İddiaçı göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 38, 149-cu maddələrinə, “Əmək pensiyaları haqqında” Qanunun 3.1, 9.8, 21, 30-32, 37.7-ci maddələrinə, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13 və 17-ci maddələrinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 19 iyun tarixli 2-1(82)-507/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 5-ci bəndinə müvafiq olaraq 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və həmin vaxtdan pensiyanın ödənilməsində yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan 25 il ümumi, 12 il 6 ay xüsusi iş stajı vardır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 23 sentyabr tarixli 2-1(103)-2456/2019 nömrəli qərardadı ilə cavabdeh Dövlət X7 Bakı şəhəri Xəzər rayon Şöbəsi, əsl cavabdeh Dövlət X7 X6 İdarəsi ilə əvəz edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 6 noyabr tarixli 2-1(103)-2456/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmiş, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və pensiyanın ödənilməsində yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi 2006-cı il 1 yanvar tarixdən hesablanmış, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə əsasən razılaşmaqla yanaşı, həmçinin hesab etmişdir ki, 2017-ci il 1 iyul tarixə qədər qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Qanunun 32.1-ci maddəsinə əsasən, əmək pensiyasının təyin edilməsi müddətləri, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla təyin edilir. Qanunun mənasından göründüyü kimi, vətəndaşa əmək pensiyasının onun müraciəti əsasında hüququnun yarandığı gündən təyin edilməsi müəyyən olunsa da, qanunverici əmək pensiyalarının “Əmək pensiyaları” haqqında Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla təyin edilməsini nəzərdə tutmuşdur. «Əmək pensiyaları haqqında» Qanun 2006-cı il 1 yanvar tarixdən qüvvəyə mindiyindən, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi 2006-cı il 1 yanvar tarixdən hesablanmalıdır. Məhkəmənin qərarı cavabdehə 2020-ci il 7 yanvar tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qər ardan 2020-ci il 3 fevral tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçıya 63 yaşının tamam olduğu 2013-cü ildən yaşa görə əmək pensiyası təyin edilib. İddiaçı bu haldan məlumatlı olub və ona ümumi əsaslarla pensiya təyin edilməsinə dair qərarı mübahisələndirməyib. Yəni həmin inzibati akt hazırda da qüvvədədir. İddiaçı keçən dövr ərzində ümumi əsaslarla əmək pensiyası alıb. Əgər iddiaçı bundan narazı idisə, onda həmin qərarı mübahisələndirə bilərdi. Bundan əlavə, məhkəmə, iddiaçının çalışdığı peşəni güzəştli saysa da, işdə bu barədə hər hansı sübut yoxdur. Çünki iddiaçı güzəştli iş stajı barədə hər hansı arayış təqdim etməyib. Halbuki, «“Əmək pensiyal arı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Fərz edilsə ki, iddiaçının çalışdığı peşə ona güzəştli pensiya hüququ verir, bu halda belə, “Əmək pensiyaları haqqında” Qanunun 37.7-ci maddəsinin tələbləri diqqətə alınmalı idi. Belə ki, həmin maddəyə görə, keçmiş müddət üçü n alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə görə, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Eyni zamanda, məhkəmənin ödənilməmiş pensiyanın birdəfəlik ödənilməsi vəzifəsini cavabdehin üzərinə qoyması “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə ziddir. Çünki həmin Qanunun 32.1-1-ci maddəsinin 2-ci cümləsinə əsasən, bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İşdə iştirak edən şəxslərin i zahatları: Cavabdehin vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırma hissəsi: İddiaçının məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal ba xımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4-cü maddələri). Şikayət qərarın ləğv edilməsi tələbinə aid hissədə əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 12-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutla r tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, iddiaçı 1986-cı il 9 iyul tarixdən 5-ci dərəcəli əmtəə operatoru işləmişdir və onun işlədiyi bu peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “Xİİ. Qazma, neftin, qazın və qaz kondensantının hasilatı və emalı” bölməsinin 2-ci bəndində (Neft-qaz və qaz kondensatının hasilatı) 2130200a – 158 24 kodu ilə nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaətini İPM-in 12-ci və 58.7-ci maddələrinin tələblərinə uyğun hesab etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin də istinad etdiyi 2 nömrəli Siyahıda 2130200a – 15824 kodu ilə “neft və qaz hasilatı üzrə operatorlar” peşəsi nəzərdə tutulmuşdur. İddiaçı isə “neftin boşaldılması-doldurulması üzrə əmtəə operatoru” peşəsində işləmişdir. Beləliklə, məhkəmə ilk növbədə iddiaçının işlədiyi müəssisənin fəaliyyətinin məhz “neftin hasilatına” aid olub-olmadığını müəyyən etməli idi. Bundan başqa, iddiaçı inzibati orqanın imtinası ilə razılaşmayaraq işlədiyi işin, peşənin və ya vəzifənin (hazırkı halda, adıçəkilən müəssisədə “neftin boşaldılmasıdoldurulması üzrə əmtəə operatoru”nun) güzəştli şər tlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verdiyini iddia edirsə, bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə normativ aktda (Siyahıda) bilavasitə nəzərdə tutulan və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. B elə ki, işin, vəzifənin və peşənin adının müəyyən və ya təyin edilməsi məhkəmənin səlahiyyətinə aid deyil. Cavabdehin də imtinasının, iddia tələbinə etirazının və məhkəmə qərarına qarşı şikayətinin əsas dəlillərindən biri ondan ibarətdir ki, iddiaçı güzəştli iş stajı barədə hər hansı arayış təqdim etməyib. Halbuki, «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.2.6cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilmə si üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Məhkəmə kollegiyası nəzərə alır ki, işçinin çalışdığı, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verən istehsalat sahəsinin və işin, peşənin və ya vəzifənin adı əmək kitabçasında aşkar olaraq (birmənalı) göstərilmişdirsə, həmin məzmunda əmək kitabçası cavabdehin də qeyd etdiyi “sənəd”lərə aiddir. Lakin hazırkı halda, iddiaçının çalışdığı istehsalat sahəsi və işlədiyi peşənin adı “Siyahı”da göstərilən peşənin adı ilə tam uzlaşmadığından, cavabdehin “arayış”la bağlı tələbi əsaslı olmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12-ci və 58.7-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv ediməli, iş təkrar baxılması və həmin norm aların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12-ci və 58.7-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin olunmaması tələbinə dair hissədə təmin oluna bilməz. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 6 noyabr tarixli 2-1(103)-2456/2019 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir. Sədrlik edən: Hakimlər: imza imza imza Əsli ilə düzdür: Ha kim İlqar Hüseynov İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov
Məhkəmə qərarları › İş №2-1(102)-930/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-930/2020
17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver