Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-930/2022 24.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icra nümayəndəsinin sərəncamı əsasında verilmiş torpaq sahəsinin mərhum şəxsə məxsus olması barədə arayışın verilməsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.2022-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “icra nümayən dəsinin sərəncamı əsasında verilmiş torpaq sahəsinin mərhum şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2022-ci il tarixli, 2-1(105)-126/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. AZ-İ №049430 saylı ölüm haqqında şəhadətnamə ilə müəyyən olunmuşdur ki, X4 10 iyun 2003-cü ildə vəfat etmişdir.
2. Quba Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin 7 yanvar 2021-ci il tarixli, 35 saylı məktubu ilə müəyyən olunmuşdur ki, İddiaçı ərizəsinə və 9 aprel 2018ci il tarixli, 2V-370 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, İddiaçı 10 iyun 2003-cü il tarix də vəfat etmiş X1 qanun üzrə vərəsəsidir.
3. Quba rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəsinin 14 sentyabr 1995-ci il tarixli, 58 saylı sərəncamı ilə müəyyən olunmuşdur ki, Quba şəhəri, 8 Mart küçəsi, 30 nömrəli evdə yaşayan X2 fərdi yaşayış evi tikmək üçün şəhərin Dəvədabanı ərazisində 500 kv.m torpaq sahəsi verilmişdir.
4. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, Quba şəhərində yerləşən 0.05 ha torpaq sahəsi üzərində mərhum X3 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına xahiş etmişdir.
5. Cavabdeh 9 mart 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, müraciətlə əlaqədar aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, ərizədə qeyd olunmuş 0.05 ha torpaq sahəsi Quba Ra yon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəsinin 14 sentyabr 1995-ci il tarixli, 58 saylı sərəncamı əsasında ayrılmışdır. Quba Rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəsinin qanunvericiliyə əsasən torpaq ayırmaq səlahiyyəti yoxdur. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
6. İddiaçı 17 may 2021-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Quba şəhəri Dəvədabanı yaşayış massivində yerləşən fərdi yaşayış evi tikintisi üçün ayrılmış 0.05 ha torpaq sahəsinə mülkiyyət hüququnun, vərəsəliyin rəsmiləşdirilməsi üçün anası, mərhum X3 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması, Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlak ın Dövlət Reyestrindən Çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
7. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Quba şəhəri Dəvədabanı yaşayış massivində yerləşən 0.05 ha torpaq sahəsinə mülkiyyət hüququnun mərhum anası X2 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Quba Rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəsinin 14 dekabr 1995-ci il tarixli, 58 saylı sərəncamı ilə onun anası X2 Quba şəhərinin “Dəvədabanı” yaşayış massivindən fərdi yaşayış evinin tikintisi üçün 0.05 ha həyətyanı torpaq sahəsi verilmişdir. N.Ağabəyova 10 iyun 2003-cü ildə vəfat etmişdir. O, həmin torpaq sahəsinin anasına məxsus olması və gələcəkdə vərəsəlik məsələlərinin həlli məqsədi ilə bütün müvafiq sənədlərini də əlavə etməklə, 1 mart 2021-ci ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin 9 mart 2021 -ci il tarixli, **********24 saylı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə məktubla müraciəti təmin olunmamışdır. Məktubda imtinanın əsası kimi Quba Rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinin qanunvericiliyə əsasən torpaqayırma səlahiyyətinin olmaması göstərilmiş, lakin bunun hansı qanunvericilik aktına əsaslandığı göstərilməmişdir.
10. Cavabdeh iddi a tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir.
11. Sumqayıt İnzibati Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2-1(118)1168/2021 nömrəli qərarı (hakim: X8) ilə iddia təmin edilmiş, Quba şəhəri Dəvədabanı yaşayış massivində yerləşən 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının mərhum anası X2 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının mərhum anasına torpaq sahəsinin səlahiyyətsiz şəxs tərəfindən ayrılması barədə cavabdeh inzibati orqanın imtina məktubunda göstərdiyi dəlili tamamilə əsassızdır və işin faktiki hallarına uyğun gəlmir. Mərhum N.Ağabəyovaya torpaq sahəsi ayrılarkən heç bir qanun pozuntusuna yol verilməmişdir və iddiaçının bu torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum anasına məxsusluğunun təsdiq olunmasını tələb etməsi qüvvədə olan qanunvericiliyə uyğun olduğundan, cavabdehin idarənin onun müraciətini rədd etməsini əsaslı hesab etmək olmaz. Quba rayon XDS-nin qərarına əsasən, Quba şəhərində vətəndaşlara fərdi mənzil tikintisi üçün ayrılacaq torpaq sahəsinin ölçüsü hər bir təsərrüfat üzrə 0.05 ha müəyyən edilmiş və rayon XDS Rəyasət Heyətinə vətəndaşlara həyətyanı torpaqların verilməsinin qanuniliyini yoxlamaq üçün komissiya təşkil edilməsi və yoxlamanın nəticələrindən əlavə olaraq tədbirlərin həyata keçirilməsi tapşırılmışdır. Bundan sonra, Quba şəhər RİHB-in şəhər üzrə nümayəndəliyinin torpaq bölgüsü komissiyasının 14 sentyabr 1995-ci il tarixli, 13 saylı protokolu nəzərə alınaraq X2 fərdi yaşayış evi tikmək üçün Dəvədabanı ərazisində 500 kv m torpaq sahəsinin verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsi ilə müəyyən edilmişdir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Daşınmaz əmlak üzərində hüquq əldə etmiş şəxsin həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü halda, bu əmlak üzərində mülkiyyət hüquq u barədə çıxarışın verilməsi ilə bağlı məsələdə yuxarıda qeyd olunan «Təlimat»ın müddəaları ilə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun müddəaları arasında ziddiyyət mövcuddur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.6-cı maddəsinə görə fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir.
13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2022-ci il tarixli, 2-1(105)-126/2022 nömrəli qərarı (hakimlər: X9 (sədrlik edən və məruzəçi), X5 və X10 ) ilə Sumqayıt İnzibati Məhkəməsinin 17 avqust 2021-ci il tarixli qərarı ləğv edilmiş, yen i qərar qəbul edilmiş, iddia rədd edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırmasına görə, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 15.1.1-ci bəndi məhz dövlət qeydiyyatı barədə müraciət olunan hüququn həmin qanuna əsasən dövlət qeydiyyatına alınmalı olmaması onu özündə ehtiva edir ki, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün istinad edilən Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, həmçinin torpaq sahəsinin planı və ölçüsünün əlavə olunması zəruridir. İddiaçı isə tələbinin əsası kimi yalnız Quba Rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəsinin 14 sentyabr 1995-ci il tarixli, 58 saylı sərəncamına istinad edir. Quba Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən Quba şəhəri üzrə nümayəndəyə həmin sərənca mı imzalamaq hüququ verilməsini təsdiq edən sübut iş materiallarında mövcud deyildir. İddiaçının mərhum anasına Quba Rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəsi tərəfindən torpaq sahəsi ayrılan vaxt qüvvədə olan “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında” Əsasnamənin 22-ci maddəsinin tələblərindən də göründüyü kimi, Quba şəhəri üzrə nümayəndənin torpaqayırma səlahiyyəti olmamış, nümayəndənin həmin maddədə qeyd edilən konkret səlahiyyətləri həyata keçirməklə yanaşı, İcra Hakimiyyəti başçısının səlahiyyətlərinin həyata keçirilməsinə kömək etmək və İH başçısının tapşırıqlarını yerinə yetirmək vəzifəsi olmuşdur. Hazırkı iş üzrə də Quba Rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəsinə torpaqayrılma barədə hər hansı bir tapşırıq və ya səlahiyyət verilməsi müəyyən edilməmişdir. 16.Qərarda həmçinin qeyd edilir ki, məhkəmə kollegiyasının sorğusuna əsasən, hazırkı iş üzrə əsas sənəd kimi istinad edilən Quba Rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinin 14 sentyabr 1995-ci il tarixli sərəncamının verilməsinə əsas olan sənədlər X12 filialından tələb edilmişdir. xx.xx.2021-ci il tarixli sorğuya cavab məktubuna əlavə edilmiş sənədlərdə Quba şəhərində fərdi mənzil tikintisi üçün torpaq sahəsi almaqdan ötrü növbədə olan vətəndaşlara torpaq sahəsinin ayrılması üçün müvafiq qərar qəbul edilməsi, heç də Quba Rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinə torpaq ayırma səlahiyyəti verməsi anlamına gəlməyə əsas vermir.
17. İddiaçı həmin qərardan kassasiya şikayə ti verərək qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
18. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin mövqeyi əsassızdır. Belə ki, qərarda Quba Rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinin qanunvericiliyə əsasən torpaqayırma səlahiyyətinin olmamasının göstərilməsi həqiqətə uyğun deyil və hüquqların dövlət qeydiyyatına alınmasından imtina olunması formal xarakterlidir. Belə ki, Qanunda birbaşa olaraq göstərilir ki, Azərbaycan Respublikasında bələdiyyə orqanları formalaşana qədər bu Qa nunla bələdiyyələrə ayrılan torpaqların idarə olunması müvafiq dövlət icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Ümumiyyətlə, dövlət reyestrində qeydiyyat hüququn yaranması kimi yox, bundan əvvəlki yaranmış hüququn sadəcə olaraq reyestrdə formal qeydə alınması kimi qiymətləndirilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında* 29 iyun 2004-cü il tarixli, 713-İİQ saylı Qanunun 4.1-ci maddəsinə əsasən, “2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Belə olduqda cavabdeh inzibati orqan Quba Rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəliyi tərəfindən verilmiş sərəncam əsasında mövcud olan hüquqları sadəcə olaraq qeydə almalı idi. İşə baxan apellyasiya instans iyası məhkəmə isə Qanunun yuxarıda göstərilən müddəalarını düzgün tətbiq edə bilməmiş və birbaşa olaraq Azərbaycan Respublikasının Konstitusiyasında göstərilən mülkiyyət və vətəndaş hüquqlarını pozan qərar qəbul etmişdir. 19. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 2 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunların uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında göstərilir ki, daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. b. kassasiya şikayətinə etirazın dəlilləri
20. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. ”Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri ü zərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 22. 9 noyabr 1991-ci ildən 25 iyun 1999-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə
7. Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxo zların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. Xalq deputatları Sovetləri onlara aid ərazidə torpağın verilməsinə və geri alınmasına dair müəyyən səlahiyyətlərini müvafiq icra orqanına verə bilərlər Maddə
11. Torpaq bu Məcəllənin 10-cu maddəsində göstərilən məqsədlər üçün xüsusi mülkiyyətə pulsuz verilir. Bu Məcəllə qüvvəyə minənədək vətəndaşların qanuni istifadəsində olmuş həyətyanı sahə, fərdi mənzil, fərdi bağ və fərdi qaraj tikintisi üçün torpaq sahələri onların xüsusi mülkiyyətinə keçirilir. Maddə
23. Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiy yətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; (-); Yerli icra hakimiyyəti orqanları torpaqların mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verilməsinə və geri alınmasına dair rayon, şəhər xalq deputatları Sovetləri qarşısında vəsatət qaldırır.
23. Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə qəbul edilənədək qüvvədə olmuş “Azərbaycan Respublikasının ray onlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında” Əsasnamə: Maddə
13. İcra hakimiyyətinin başçısı: (-); q) torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində: (); təbiəti mühafizə haqqında respublika qanunvericiliyinin pozulduğu hallarda müəssisələrin, təşkilatların və idarələrin təsərrüfat fəaliyyətini və obyektlərin tikintisini saxlayır, qanunla müəyyən edilmiş qaydada onların üzərinə inzibati məsuliyyət qoyur, torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir; (-). Maddə
22. Rayon tabeli şəhərdə, qəsəbədə və kənddə İcra Hakimiyyəti başçısının nümayəndəsinin səlahiyyətləri Şəhərin, rayonun İcra Hakimiyyəti başçısının nümayəndəsi: rayon tabeli şəhərin, kəndin, qəsəbənin sosial-iqtisadi inkişafı, rayon tabeli şəhərin, kəndin və qəsəbənin inkişafına dair ayrı-ayrı proqramların maliyyələşdirilməsi, idarəetmə ehtiyacları üçün ayrılan məbləğin müəyyənləşdirilməsi sahəsində İcra Hakimiyyəti başçısına təkliflər verir; vətəndaşları qəbul edir, onların müraciətinə baxır, pasport sistemi qaydalarının yerinə yetirilməsinə nəzarəti həyata keçirir; Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparır, qəyyumlar və himayədarlar təyin edir; kolxoz (kəndli) həyətlərinin ailə-əmlak bölgüsünü qeydiyyatdan keçirir; Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, notariat işlərini görür; vətəndaşlara onların şəxsiyyətini, ailə, əmlak vəziyyətini təsdiq edən arayışlar və qanunvericilikdə nəzərdə tutulmuş başqa arayışlar verir; İcra Hakimiyyəti başçısının səlahi yyətlərinin həyata keçməsinə kömək edir, onun tapşırıqlarını yerinə yetirir.
24. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verə n şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 26.Şikayətdə apellyasiya mə hkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvaf iq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə, apellyasiya məhkəməsi torpaq sahəsinə mülkiyyət hüququnun iddiaçının mərhum anasına məxsus olması barədə arayışın verilməsi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları p rosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də Kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
31. Əlavə olaraq qeyd edilməlidir ki, Quba Rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəsinin 14 sentyabr 1995-ci il tarixli, 58 saylı sərəncamı ilə müəyyən olunmuşdur ki, Quba şəhəri, 8 Mart küçəsi, 30 nömrəli evdə yaşayan X2 fərdi yaşayış evi tikmək üçün şəhərin Dəvədabanı ərazisində 500 kv.m torpaq sahəsi verilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən X12 filialına və Quba Rayon İcra Hakimiyyətinə 14 sentyabr 1995-ci ildə Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinin Quba şəhərində fərdi mənzil tikintisi üçün torpaq ayrılması ilə əlaqədar sərəncam vermək səlahiyyəti, istər əvvəllər mövcud olmuş Quba rayon XDS-i tərəfindən, istərsə də sonralar təsis edilmiş Quba Rayon İcra Hakimiyyəti tərəfindən verilməsinə dair adı çəkilən İcra Orqanları tərəfindən hər hansı sərəncam verilib-verilməməsi ilə bağlı sorğu təqdim olunmuşdur. X12 filialının 17 yanvar 2022-ci il tarixdə verilmiş cavab məktubunda qeyd edilmişdir ki, Quba rayon XDS Rəyasət Heyətinin və Quba Rayon İcra Hakimiyyətinin sənədlərində Quba şəhərində vətəndaşlara fərdi yaşayış evi tikmək üçün torpaq sahələrinin ayrılması haq qında Quba Rayon İcra Hakimiyyəti başçısı tərəfindən Quba şəhər nümayəndəliyinə səlahiyyət verilməsi haqqında məlumat aşkar edilməmişdir.
32. Həmçinin, iddiaçının mərhum anasına Quba Rayon İH başçısının Quba şəhəri üzrə nümayəndəsi tərəfindən torpaq sahəsi ayrılarkən hazırkı qərarın 22-ci bəndində istinad edilən “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında” Əsasnamənin 22-ci maddəsinin tələblərindən də göründüyü kimi, Quba şəhəri üzrə nümayəndənin torpaq ayırmaq səlahiyyəti olmamış, nümayəndənin həmin maddədə qeyd edilən konkret səlahiyyətləri həyata keçirməklə yanaşı, icra hakimiyyəti başçısının səlahiyyətlərinin həyata keçirilməsinə kömək etmək və icra hakimiyyəti başçısının tapşırıqlarını yerinə yetirmək vəzifəsi olmuşdur ki, h azırkı iş üzrə də Quba Rayon İH başçısının Quba şəhəri üzrə nümayəndəsinə torpaqayrılma barədə hər hansı bir tapşırıq və ya səlahiyyət verilməsi müəyyən edilməmişdir.
33. Beləliklə, yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2022-ci il tarixli, 2-1(105)-126/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.