Məhkəmə qərarları › İş №2-1(102)-930/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-930/2023

16.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-930/2023 16.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adının verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.N975-ci il təvəllüdlü, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “”Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-N(N03)-2593/2022 nömrəli, 22 dekabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ N. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.202N-ci il tarixli məktubda qeyd edilmişdir ki, ona “Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində «Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya»nın xx.xx.202N-cı il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmış və bildirilmişdir ki, Mərkəzi Arxivin xx.xx.202N-ci il tarixli, 9/2-N4N6 nömrəli və xx.xx.202N-ci il tarixli, 9/2-2600 nömrəli arayışlarına əsasən, iddiaçının hərbi xidməti tam (N994-cü il tarixdə müalicədən sonra N saylı hərbi hissəyə xidmət yerinə qayıtmağı və xx.xx.N996-cı ıl tarixdə N saylı hərbi hissəyə daxil olmağı) təsdiqlənmədiyinə görə, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur.

2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.202N-ci il tarixli 9/2-2600 saylı məktubunun surətindən görünür ki, N saylı hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli 88 nömrəli əmrində iddiaçının xidməti barədə məlumat aşkar olunmamış, N saylı hərbi hissə komandiri tərəfindən xx.xx.N996-cı il tarixdə 94 nömrəli əmr verilməmişdir.

3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.202N-ci il tarixli 9/2-N4N6 saylı məktubunun s urətindən görünür ki, N saylı hərbi hissə komandirinin yanvar-dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında iddiaçının xidməti barədə məlumat aşkar olunmamış, N saylı hərbi hissədə xidmət dövrləri (ay və il) dəqiq göstərilmədiyi üçün iddiaçının xidməti barədə araşdırma aparılması mümkün olmamışdır.

4. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.202N-ci il tarixli 9/2-N925 saylı arxiv arayışına əsasən: - Səbail RHK-dan çağırılmış 975-ci il təvəllüdlü iddiaçı N saylı hərbi hissə komandirinin N oktyabr N993-cü il tarixli 53 nömrəli əmri ilə (əsas: § N, sıra NN7, səh. 66, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir) hərbi hissənin tərkibinə daxil edilməklə, hər cür təminatlarla təmin edilərək 3- cü MAT-a təyin olunmuşdur. - N saylı hərbi hissə komandirinin 2N yanvar N994-cü il tarixli N8 nömrəli əmri ilə iddiaçı (əsas: § 5, sıra 272, səh 62, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir) bütün növ təminatlardan çıxarılaraq, xidmətini davam etdirmək üçün N saylı hərbi hissənin sərəncamına göndərilmişdir. - N saylı hərbi hissədən göndərilmiş, sıravi iddiaçı N saylı hərbi hissə komandirinin 2N yanvar N994-cü il tarixli N nömrəli əmri ilə (əsas: § 5, sıra 80) bütün növ təminatlarla təmin edilərək baş atıcı vəzifəsinə təyin olunmuşdur. - N saylı hərbi hissə komandirinin N0 mart N994-cü il tarixli 49 nömrəli əmri ilə sıravi İddiaçı (əsas: § 5, sıra 8, əmrdə vəzifəsi göstərilməmişdir) yaralandığı üçün hərbi hospitala müalicəyə göndərilərək xx.xx.N994-cü il tarixdən qazan təminatından çıxarılmışdır. - Əvvəllər hərbi hissəni özbaşına tərk etmiş iddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N996-cı il tarixli müvafiq əmrinə əsasən, N saylı hərbi hissə komandirinin N mart N996-cı il tarixli 92 nömrəli əmri ilə (əsas: § N0, sıra 509, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. - N saylı hərbi hissə komandirinin mart, iyul N996-cı il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında iddiaçının xidməti barədə məlumat aşkar olunmamışdır.

5. İddiaçıya məxsus AO serialı ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 334.N-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Milli Ordu sıraların da N il 6 aydan artıq müddətə xidmət etməsi, Respublikanın suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsi nəzərə alınaraq və şəraitin dəyişməsi ilə əlaqədar CPM-nin 40.2.3. və 2N2-ci maddələrinin tələblərinə əsasən Füzuli hərbi prokurorunun xx.xx.2004-cü il tarixli qərarı ilə barəsində cinayət işinin başlanması rədd edilmişdir.

6. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.202N-ci il tarixli Tələbnamədən görünür ki, iddiaçının əvvəllər məhkum olunmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur.

7. Füzuli Hərbi Prokurorluğu tərəfindən Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil ünvanlanmış xx.xx.202N-ci il t arixli məktuba əlavə edilmiş Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2004-cü il tarixli 26/2-N0N7 saylı məktubunun surətinə əsasən: - iddiaçı N saylı hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 53 saylı əmri ilə şəxsi həyət siyahısına daxil edilmiş və xidməti davam etmək üçün komandirin xx.xx.N994-cü il tarixli N8 saylı əmri ilə N saylı hərbi hissəyə göndərilmişdir. - N saylı hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N saylı əmri ilə iddiaçı hərbi hissəyə qəbul edilmiş və xidməti davam etdirmək üçün komandirin xx.xx.N996- cı il tarixli 9N saylı əmrilə N saylı hərbi hissəyə göndərilmişdir. - N saylı hərbi hissədən gəlmiş iddiaçı N saylı hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli N saylı əmrilə hissəyə daxil edilmiş və komandirin xx.xx.N996-cı il tarixli N89 saylı ə mrilə təminat növlərindən azad edilmişdir.

8. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsinin xx.xx.2022-ci il tarixli NN/N579 saylı məktubunda qeyd olunur ki, iddiaçının müalicədən sonra xidmət yerinə qayıtmaması qanuni əsaslarla ehtiyata buraxılması anlayışını ehtiva etmir. Yəni, iddiaçı müayinə və müalicə tədbirləri yekunlaşdıqdan sonra xidməti yerinə qayıtmalı və qanunla müəyyən edilmiş əsaslarla ehtiyata buraxılmalı idi. Bununla da, Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”sının xx.xx.202N-ci il tarixli qərarı ilə əsaslı olaraq iddiaçıya müharibə veteranı vəsiqəsinin verilməsindən imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

9. İddiaçı N7 may 202N-ci il ta rixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.202N-ci il tarixli imtinasını qanunsuz və əsassız hesab edərək ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. N0. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.N993-cü ildə Bakı şəhəri Səbail rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, xidmət etmək üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə göndərilmiş, xx.xx.N993-cü ildən xx.xx.N996-cı ilədək xidmət etmiş, N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 53 saylı əmri ilə şəxsi heyətin siyahısına daxil edilmiş, N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N8 saylı əmri ilə xidmətini d avam etdirmək üçün N saylı hərbi hissəyə göndərilmiş, N saylı hərbi hissədə xidmətdə olarkən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. İddiaçı Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda N72 nömrəli hərbi hissənin tərkibində aparılan döyüş əməliyyatlarında iştirakını təsdiq edən sənədləri toplayaraq bir neçə dəfə Səbail rayon Hərbi Komissarlığına müraciətlər etmiş, lakin onun müraciətlərinə heç bir cavab verilməmişdir. Sonuncu dəfə iddiaçıya Hərbi Komissarlıqdan N996-cı ildə hərbi hissəni özbaşına tərk etdiyi və bu səbəbdən onun barəsində cinayət işi olduğundan ona veteran adının və vəsiqəsinin verilməsinin mümkünsüz olduğu bildirilmiş və bununla bağlı, Azərbaycan Respublikasının Müdafiə Nazir liyinə müraciət etməsi tövsiyə olunmuşdur. İddiaçı cavabdehə müraciət etmiş, lakin müraciətin icrasından imtina edilmişdir. İddiaçı hesab etmişdir ki, cavabdeh tərəfindən verilən imtina məktubunda göstərilən faktların heç biri həqiqəti əks etdirmir. Qeyd etmişdir ki, o, N saylı hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli N saylı əmri ilə hərbi hissəyə qəbul edildikdən sonra xidmətdə olarkən aldığı güllə yarasının fəsadları sağlamlığına ciddi təsir etdiyindən, müalicə olunması üçün Müdafiə Nazirliyinin Gəncədə yerləşən Hərbi Hospitalına yerləşdirilmişdir. Uzun müddət hospitalda müalicə aldıqdan sonra Hərbi Hospitalın rəyi əsasında hərbi xidmətdən tərxis olunmuş, amma buna baxmayaraq, o, dövrdə hərbi hissə komandirlərinin səhlənkarlığı və özbaşınalığı nəticəsində hərbi hissəni tərk etm iş kimi qeydiyyata alınmışdır. NN. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, müharibə veteranı, silahlı qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi və “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 7 aprel 2006-cı il tarixli 90-İİİQD №-li Qanunu ilə “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə edilmiş əlavələr və dəyişikliklərə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin birinci hissəsində göstərilən “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə lər və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 №-li Fərmanının ikinci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabineti də özünün 22 sentyabr N995-ci il tarixli 2N6 №-li Qərarı ilə «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnaməni təsdiq etmişdir. Həmin Əsasnamənin N-ci bəndinin onuncu yarımbəndinə uyğun olaraq, «N988-ci il fevralın N-dən N99N-ci il oktyabrın 9-dək erməni milliyətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - keçmiş DQMV ərazisində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə - müdafiə, daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamənin N-ci bəndinin on birinci yarımbəndinə uyğun olaraq, “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən onların yara tdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. İddia tələbi əsassızdır. Mərkəzi Arxivin xx.xx.202N-ci il tarixli 9/2-2600 nömrəli arayışına əsasən iddiaçının hərbi xidməti tam (N994-cü il tarixdə müalicədən sonra N72 nömrəli hərbi hissəyə xidmət yerinə qayıtmağı və xx.xx.N996-cı il tarixdə N2 nömrəli hərbi hissəyə daxil olması) təsdiqlənmədiyinə görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Buna görə də, Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın qərarı əsaslı olmuşdur. “Müharibə veteranı” adının verilməsi üçün şəxsin hərbi hissəyə daxil edilməsi kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (təxris olunması) da şərtdir. Buna görə Azərbaycan Respublikası Na zirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə “Qeyd” hissəsi əlavə olunmuşdur. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul olunması məhkəmədən xahiş edilmişdir. N2. Bakı İnzibati Məhkəməsinin (hakim P.A.Hüseynov) 2-N(NN2)-N022/2022 nömrəli, 27 aprel 2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. N3. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan sənədlər əsasında iddiaçının hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılması öz təsdiqini tapmamışdır. İddiaçı qeyd olunan hallarla əlaqədar sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin arxiv arayışına və məhkəmə iclasında araşdırılmış digər sübutlara əsasən, iddiaçı hərbi hissəni özbaşına tərk etmişdir, eləcə də iddiaçının hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılması barədə məlumatlar aşkar olunmamışdır. Məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası əsaslı olmuşdur. N4. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat N5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, A.V.Tanrıverdiyev və İ.S.Şirinov) 2-N(N03)-2593/2022 nömrəli, 22 dekabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-N 022/2022 nömrəli, 27 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. N6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. N7. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri N8. Kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtina məktubunun və iddia ərizəsinə qarşı verilmiş etirazın dəlilləri ilə uyğunluq təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri N9. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

3. Müharibə veteranları. Aşağıdakı lar müharibə veteranları sayılırlar:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.... Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.... Maddə

7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.... 2N. “Hərbi xidmət haqqında” Qanun: Maddə N4. Hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır.

22. Azər baycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin N-ci hissəsinin 8-ci abzasına əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (So fulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxil i işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sü but edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd: bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.

23. İnzibati Prosessual Məcəllə:... Maddə N4.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.... Maddə 9N. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər Maddə 94.N. Kassasiya şika yəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin N3N.3-cü və N32.3-cü maddələrində nəzərdə tutulmuş hallarda N0 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə

96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yen i qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı Maddə 98.N. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.

25. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şi kayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

29. Hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının hüquqi marağı ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə yönəlmişdir.

30. İddiaçı tələbinin əsası olaraq xx.xx.N993-cü il tarixdə Bakı şəhəri Səbail rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılaraq Müdafiə Nazirliyinin N saylı hərbi hi ssəsinə göndərildiyini, həmin hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N8 saylı əmri ilə xidmətini davam etdirmək üçün N saylı hərbi hissəyə göndərildiyini və N saylı hərbi hissədə xidmətdə olarkən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyini göstərmişdir. 3N. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq hesab edir ki, cavabdeh iddiaçının xidmətdən tərxis olunması barədə qeydiyyatın olmamasına istinad etməklə, ona müharibə veteranı adının verilməsindən əsaslı olaraq imtina etmişdir.

32. Belə ki, Azərbaycan Respublikası İPM-nin N4.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şə rtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

33. Bu normanın tələbləri baxımından, iddiaçı “Müharibə veteranı” statusunu almaq üçün hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu sübut etməlidir. Çünki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr N997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). 34. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun N4-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətinin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Odur ki, iddiaçının hərbi hissəd ən qanuni əsaslarla tərxis olunması və siyahılardan çıxarılması barədə sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqənin verilməsindən imtina qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

35. İş materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinin xx.xx.202N-ci il tarixli 9/2-N925 saylı arxiv arayışından görünür ki, iddiaçı N saylı hərbi hissə komandirinin N0 mart N994-cü il tarixli 49 nömrəli əmri ilə hərbi hospitala müalicəyə göndərilərək xx.xx.N994-cü il tarixdən qazan təminatından çıxarılmış, lakin o, hərbi hissəyə qayıtmamış və N saylı hərbi hissə komandirinin N mart N996-cı il tarixli 92 nömrəli əmri ilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Onun N saylı hərbi hissə komandirinin m art, iyul N996-cı il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında xidməti barədə məlumat aşkar olunmamışdır.

36. Eyni zamanda, iddiaçının AO serialı ******* nömrəli hərbi biletinin surətinə əsasən müəyyən olunur ki, o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 334.N-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Milli Ordu sıralarında bir il altı aydan artıq müddətə xidmət etməsi, Respublikanın suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsi nəzərə alınaraq və şəraitin dəyişməsi ilə əlaqədar CPM-nin 40.2.3. və 2N2-ci maddələrinin tələblərinə əsasən Füzuli hərbi prokurorunun xx.xx.2004-cü il tarixli qərarı ilə barəsində cinayət işi başlanması rədd edilmişdir

37. Apellyasiya instansiyası məhk əməsi tərəfindən tədqiq olunan arxiv arayışında və hərbi biletin qeydləri üzrə üst-üstə düşən məlumatlardan göründüyü kimi, iddiaçı döyüş bölgəsində N saylı hərbi hissədə hərbi xidmətdə olarkən, fərariliyinin nəticəsi olaraq, həmin hərbi hissə komandirinin N mart N996-cı il tarixli 92 nömrəli əmri ilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır.

38. Həmçinin, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq vurğulamışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamədə göstərilən hüquqmüəyyənedici sənədlərə əsasən müharibə veteran adı və vəsiqəsinin verilməsinə əsas verən hallar mövcud deyildir. Bu baxımdan, iddiaçının onun məhkumluğunun olmadığını mübahisələndirən dəlilləri əhəmiyyətsi zdir.

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-N(N03)-2593/2022 nömrəli, 22 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar