Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-930/2024 13.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Yasamal rayon Qeydiyyat Şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddianın mümkünlüyü; subyektiv hüquq Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Yasamal rayon Qeydiyyat Şöbəsinə (üçüncü şəxslər: X4, X18 və X17) qarşı “doğum akt qeydində düzəliş edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 noyabr 2023-cü il tarixli, 2-1(103)-3409/2023 nömrəli qərarından üçüncü şəxs X4 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Volqoqrad şəhər XDS Krasnoarmeysk rayon İK-nın Nikah Evi tərəfindən 17 mart 1989-cu il tarixdə qeydə alınmış 331 saylı nikah akt qeydinin surətindən görünür ki, 8 may 1965-ci il təvəllüdlü X18 və 25 oktyabr 1966-cı il təvəllüdlü X13 arasında nikah bağlanmışdır. 2. 1994-cü il 2 yanvar tarixində doğulmuş X1 doğumu haqqında Bakı şəhəri Yasamal rayon VVAQ şöbəsi tərəfindən 15 mart 1994-cü il tarixdə 621 nömrəli akt qeydi tərtib edilmiş, akt qeydində “ata haqqında məlumat” qrafasında 8 may 1965-ci il təvəllüdlü X10, “ana haqqında məlumat” qrafasında 25 oktyabr 1966-cı il təvəllüdlü X17, “ata haqqında qeydin əsasları” qrafasında isə evlənmə şəhadətnaməsinin n ömrəsi “339”, tarixi 17 mart 1989-cu il, nikah aktının yeri kimi Volqoqrad şəhəri Krasnoarmeysk rayonu göstərilmişdir. Bakı şəhəri Yasamal rayon VVAQ şöbəsi tərəfindən verilmiş XVİİ ЖГ seriyalı 466332 nömrəli doğum haqqında şəhadətnamədə X1 2 yanvar 1994-cü il tarixdə Bakı şəhərində doğulduğu, atası X10, anası X17 göstərilmişdir.
3. Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 035930 nömrəli doğum haqqında şəhadətnamədə İddiaçı xx xxxxxx 2003-cü il tarixdə Bakı şəhərində doğulduğu, atası X10, anası X15 göstərilmişdir.
4. Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 019669 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 17 dekabr 2019-cu il tarixdə Bakı şəhərində ölmüşdür.
5. İddiaçı cavabdehə müraciət edərək, Paşazadə Turqayın ata adının doğum aktı qeydində ata adının “Səlahəddin” kimi göstərilməsi ilə bağlı yol verilmiş səhvə müvafiq düzəliş olunmasını xahiş etmiş, sonuncu xx.xx.2020-ci il tarixli məktubla bildirmişdir ki, həqiqətən 2 yanvar 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş Paşazadə Turqayın 5 mart 1994-cü il tarixli 621 saylı doğum haqqında akt qeydi tərtib olunarkən yol verilmiş texniki səhv nəticəsində ata adı “Səlahəddin” olaraq qeyd edilmişdir. Belə ki, Paşazadə Turqayın doğum akt qeydi Rusiya Federasiyasının Volqoqrad şəhərində 17 mart 1989-cu il tarixdə qeydə alınmış 331 saylı nikah akt qeydinə əsasən yazılmışdır. Sorğu əsasında Rusiya Federasiyasından göndərilmiş, Volqoqrad şəhəri Nikah Evi tərəfindən 17 mart 1989-cu il tarixdə qeydə alınmış 331 saylı nikah akt qeydindən görü nür ki, nikaha daxil olan şəxslər X18 və X8r. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.1-ci maddəsinə əsasən, öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Lakin bildirilir ki, qüvvədə olan qanunvericiliyə əsasən vətəndaş Paşazadə Turqayın müraciəti olmadan akt qeydinə hər hansı bir düzəlişin aparılması yolverilməzdir. Aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02 yanvar 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş X9 doğumu haqqında Bakı şəhəri Yasamal rayon VVAQ şöbəsində tərtib edilmiş 5 mart 1994-cü il tarixli 521 nömrəli akt qeydinin ata haqqında məluma t qrafasında “Səlahəddin”dən “Rafail”ə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun atası X10 17 dekabr 2019cu il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra o, miras qalmış əmlakı qəbul etmək üçün Bakı şəhəri 46 saylı Notariat Bürosuna, eləcə də ailə başçısını itirməyə görə əmək pensiyası təyinatı ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna müraciətlər ünvanlamışdır. Hər iki təşkilata müraciətindən sonra ona məlum olmuşdur ki, atasının əkiz qardaşı olan (əmisi) X14 övladı Turqay da X16in vərəsəsi olaraq mərhumdan miras qalmış əmlakdan pay almaqla bağlı və ailə başçısını itirməyə görə pensiya təyinatı üçün həmin qurumlara müraciət etmişdir. Həmçinin məlum olmuşdur ki, iddiaçının əmisi X6 doğum haqqında ş əhadətnaməsində ata qrafasında öz doğma atası Rafailin deyil, onun (iddiaçının) atası Səlahəddinin adı yazılmışdır. Buna görə də o, doğum haqqında şəhadətnaməyə istinadən X16in övladı olduğunu iddia edərək mərhumun vərəsəsi kimi mirasdan pay tələb edir. Paşazadə Turqayın doğum haqqında akt qeydində anası kimi qeyd edilən X17 həqiqətən də Turqayın doğma anasıdır. X24 Səlahəddinin deyil, əmisi Rafail Rzayevin arvadıdır və onun atası Səlahəddin Rzayevlə nikahda və faktiki nikah münasibətlərində olmamışdır. X16 heç vaxt Turqay Paşazadənin atası olduğunu bildirməmişdir. Hesab edir ki, Turqay Paşazadənin doğum haqqında şəhadətnaməsində ata qrafasında onun atası X5 adının yazılması absurddur və doğum akt qeydi həmin hissədə tamamilə səhvdir.
8. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etməmiş dir.
9. Bakı İnzibati Məhkəməsinin (hakim: R.Kərimli) 2-1(112)-127/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, 02 yanvar 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş X9 doğumu haqqında Bakı şəhəri Yasamal rayon VVAQ şöbəsində tərtib edilmiş 5 mart 1994-cü il tarixli 521 nömrəli akt qeydinin ata haqqında məlumat qrafalarında “Səlahəddin”dən “Rafail”ə düzəliş edilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulması qərara alınmışdır.
10. Məhkəmə qeyd etmişdir ki, İddiaçı hazırkı iddianı qaldırmaqda subyekti hüququ yaranır, ona görə ki, mərhum X5 miras əmlakına münasibətdə hazırkı vəziyyətdə onunla yanaşı X4 da vərəsə kimi çıxış edə bilər və sonuncunun miras əmlakdan payı onun marağı daxilindədir. Mübahisə predmeti olan 5 mart 1994-c ü il tarixli 621 nömrəli doğum akt qeydinin tərtib olunduğu dövrdə qüvvədə olmuş qanunvericilik normaları nikahda olan ata və ananın onların hər hansı birinin ərizəsinə əsasən doğum qeydi kitabında uşağın valideynləri kimi yazılmasını, valideynlər bir-biri ilə nikahda olmadıqda uşağın anası haqqında qeydin ananın ərizəsinə əsasən, uşağın atası haqqında qeydin isə uşağın ata və anasının birgə ərizəsinə, yaxud məhkəmə qətnaməsinə əsasən aparılmasını nəzərdə tutmuşdur. 5 mart 1994-cü il tarixli 621 nömrəli doğum akt qeydi tərtib edilərkən, VVAQ şöbəsinə uşağın (Turqayın) anası kimi X11 və atası kimi X5 birlikdə müraciət etməsi müvafiq (15 oktyabr 2021-ci il tarixli 4/1272 nömrəli) ekspertiza rəyi ilə təsdiq olunsa da, akt qeydində göstərilənlərə görə həmin şəxslər birgə nikahda olan valideynl ər qismində çıxış etmişlər. Bu qənaət ondan irəli gəlir ki, 5 mart 1994-cü il tarixli akt qeydində “atalığın müəyyən edilməsi” ilə bağlı hər hansı məlumat qeyd edilməmiş, əksinə, Volqoqrad şəhərində rəsmiləşdirilmiş 17 mart 1989-cu il tarixli 331 saylı nikah aktına istinad olunmuşdur. Bundan başqa, məhkəmə doğum haqqında həmin qeydin “ata haqqında məlumat” bəndinin atanın doğulduğu vaxt qrafasında “8 may 1965-ci il”, “yaşı” qrafasında “29” göstərilməsini xüsusi diqqətə çəkir. Nəzərə alınmalıdır ki, 8 may 1965-ci il tarixi həm 1994-cü ildə uşağın valideyni kimi birgə müraciət etmiş X5 (surəti işdə olan vərəsəlik işinə əsasən), həm də Volqoqrad şəhər XDS Krasnoarmeysk rayon İK-nın Nikah Evi tərəfindən 17 mart 1989-cu il tarixli 331 saylı nikah akt qeydi ilə Hüseynova (Rzayeva) Azadə Şirin qı zı ilə nikaha daxil olmuş X14 doğum tarixləridir. Sadalananları, xüsusilə də doğum akt qeydi yazılarkən atalığın müəyyən edilməsi üzrə ayrıca icraat aparmadan və bu barədə şəhadətnamə tərtib edilmədən “ata haqqında qeydin əsasları”na münasibətdə 17 mart 1989-cu il tarixdə Volqoqrad şəhərində bağlanmış nikaha istinad olunmasını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Yasamal rayon VVAQ şöbəsi tərəfindən 5 mart 1994-cü il tarixli 621 nömrəli doğum haqqında akt qeydi tərtib edilərkən, həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikasının Nikah və Ailə Məcəlləsinin və Azərbaycan SSR Nazirlər Sovetinin 25 mart 1985-ci il tarixli 93 nömrəli Qərarı ilə təsdiq edilmiş «Azərbaycan SSR-də vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası haqqında əlavə olunan Təlimat»ın tələbləri pozulmaqla səhvə yol verilmişdir və marağına toxunan şəxs kimi hazırkı İddiaçı müraciəti əsasında bu səhvə hazırkı cavabdeh Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi düzəliş etməlidir.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-127/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından üçüncü şəxslər X4, X18 və X17 apellyasiya şikayəti vermiş, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişlər. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: K.H.Əkbərov /sədrlik edən və məruzəçi/ M.A.Məmmədov və M.Ə.Rüstəmli) 16 noyabr 2023-cü il tarixli, 2-1(103)-3409/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhk əməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Üçüncü şəxs X4 həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
15. Hazırki iş üzə ana – X17 qeydiyyat şöbəsinə müraciət etmiş, nikah şəhadətnaməsini vermiş, yəni özünün nikahda olmasını gizlətməmiş, lakin uşağının atasının Səlahəddin olmasını bildirmişdir. X1 doğum qeydində ata adı həm də ananın ərizəsinə əsasən yazılmışdır. Hazırki işdə hər iki valideyn həm X17, həm də X10 qeydiyyat şöbəsinə birgə gedərək ərizə vermiş və özlərinin xx.xx.1994-cü il təvəllüdlü X1 valideynləri kimi yazılmasını istəmişlər. X5 qeydiyyat şöbəsində olması və müraciət etməsi Yasamal Rayon Prokurorluğunda aparılan araşdırma nəticəsində əldə edilmiş xx.xx.2021-ci il tarixli 4/1272 saylı xəttşünaslıq ekspertizasının rəyi ilə bir daha sübut olunur, hansı ki, doğum aktı qeydləri jurnalında X2 dair hissədə olan imzanın həqiqətən X7 məxsus olması təsdiqini tapmışdır. Hazırkı iş üzrə iddia tələbi X1 (üçüncü şəxs) doğum aktı qeydində ata adı bölməsində aparılmış qeydə düzəliş edilərək, “Səlahəddin” yerinə “Rafail” yazılması tələbindən ibarətdir. Lakin “Səlahəddin” və “Rafail” adlarının ayrı-ayrı şəxslərə aid olduğu nəzərə alınanda məlum olur ki, tələb qeydin düzəlişi deyil, şəxsin atasının kim olmasının müəyyən edilməsi ilə bağlıdır. Yəni, ata adında səhv yoxdur ki, ona düzəliş edilsin, tələb bir şəxsin adının silinib, yerinə digər şəxsin adının yazılmasıdır. İşə baxan məhkəm ə isə belə bir qənaətə gəlmişdir ki, doğum aktı qeydində guya texniki səhvə yol verilib. Yəni, sözügedən şəxs – X1 doğum şəhadətnaməsini alan valideynlər, bu 29 il ərzində bir dəfə də baxmayıblar ki, orada kimin adı yazılıb. Halbuki, T.Paşazadə 1995-ci ildən 2000-ci ilə kimi RF ərazisində çoxsaylı tibbi əməliyyatlar keçirmiş, Azərbaycandan gedəndə də Rafail yox, məhz atası Səlahəddindən icazə almışlar. Tibbi uçota götürüləndə də, məktəbə gedəndə də, ali təhsil alanda da, hərbi uçota duranda da, nəhayət şəxsiyyət vəsiqəsi alanda da, “texniki” səhvi əgər belə idisə, aşkar etməli idi. Deməli, şəxs ömür boyu Rafaili yox, Səlahəddini özünün atası kimi bilmiş və aralarında da həmişə ata-oğul münasibəti olmuş, mübahisələndirilən qeyd isə texniki səhv deyil, bilərəkdən atılmış addım olmuşdur. Doğu m haqqında şəhadətnamədə və doğum haqqında akt qeydində ata adının “Rafail” əvəzinə, “Səlahəddin” yazılması səhv deyil, qeydiyyat orqanının bilərəkdən yol verdiyi hərəkətdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan SSR-in 1969-cu il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş (Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli 781-İQ nömrəli Qanununa əsasən qüvvədən düşmüşdür) Nikah və Ailə Məcəlləsi (qeydin aparıldığı vaxt qüvvədə olmuşdur): Maddə
59. Nikahda olan valideynlərin qeydi Nikahda olan ata və ana onlardan hər hansı birinin ərizəsinə əsasən doğum qeydi kitabında uşağın valideynləri kimi yazılırlar. Maddə
61. Atalıq və ya analıq haqqında qeydə dair mübahisə Uşağın atası və ya anası kimi yazılmış şəxs aparılmış qeyddən xəbər tutduqdan və ya tutmalı olduğu vaxtdan sonra bir il ərzində həmin qeydə dair mübahisə edə bilər.
18. Ailə Məcəlləsi: Maddə
46. Doğum haqqında şəhadətnamədə uşağın valideynləri haqqında qeyd 46.1. Öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. 46.2. Valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Maddə
47. Atalığa, analığa dair mübahisə açma 47.1. Bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. 47.2. Bu Məcəllənin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz.
19. İnzibati Prosessual Məcəllə: Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanun la qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Al i Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Odur ki, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iddia mümkün sayılmamalıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.
21. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o c ümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir.
22. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə, inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
23. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyekti v hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə ilk növbədə, iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti yerinə yetirilmiş olmalıdır. 24. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyekt iv hüquqa malik olubolmamasını araşdırmalıdır.
25. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması, onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir. 26. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikas ı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir.
27. Göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olması və cavabdeh tərəfindən həmin hüququn pozulması ehtimalının mövcud olması mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə, iddianın bununla bağlı mümkünlük şərtlərini yoxlamalıdır.
28. Hazırkı işdə iddiaçı üçüncü şəxs Paşazadə Turqayın doğum haqqında şəhadətnaməsinin ata qrafasında yazılmış “Səlahəddin” qeydini, Paşazadə Turqayın bioloji atasının Səlahəddin deyil, Rafail olmasına istinad etməklə mübahisələndirir. Odur ki, iddiaçı nın tələbi faktiki olaraq, doğum aktında ata adı barədə qeydin mübahisələndirilməsidir.
29. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, üçüncü şəxsin sənədlərində ata adı olaraq “Səlahəddin” yazılmasından mərhum Səlahəddin özü məlumatlı olmuşdur (məhkəmə xətşünaslıq ekspertizasının 15 oktyabr 2021-ci il tarixli 4/1272 nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş 5 mart 1994-cü il tarixli 621 nömrəli doğum haqqında akt qeydinin “20”-ci bəndində “Məlumat verənin familiyası, adı, atasının adı, ünvanı və imzası” qrafasında “atası” yazısı qarşısında imza və həmin doğum haqqında akt qeydinin qeydiyyatdan keçdiyi jurnalda “466332” sıra nömrəsində “Пашазадə Тургаj 621 5.İİİ.94” yazılan qrafasındakı imza X10 tərəfindən icr a olunmuşdur).
30. Qeydin aparıldığı dövrdə qüvvədə olan qanunvericiliyə əsasən (Nikah və Ailə Məcəlləsinin 61-ci maddəsi) uşağın atası yazılmış şəxs aparılmış qeyddən xəbər tutduqdan və ya tutmalı olduğu vaxtdan sonra bir il ərzində həmin qeydə dair mübahisə edə bilər. Göründüyü kimi, X10 qeyddən məlumatlı olduğu halda bunu mübahisələndirməmişdir. Eyni zamanda, həmin dövrdə olan qanunvericilik ata adının sonradan mübahisələndirilməsi imkanını (şəxsin sağlığında məlumatlı olduğu qeydin mübahisələndirilməsini) vərəsələrinə tanımamışdır.
31. Bundan əlavə, hazırda qüvvədə olan Ailə Məcəlləsinin də qeyd edilmişdir ki, doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə u şaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər (mübahisələndirilən qeyd aparılan vaxt qüvvədə olan Nikah və Ailə Məcəlləsinin 61-ci, hazırda qüvvədə olan Ailə Məcəlləsinin 47.1-ci maddəsi).
32. Göründüyü kimi, hazırda iddiaçı atasının vaxtilə məlumatlı olduğu və razılaşdığı, o cümlədən mübahisələndirmədiyi qeydin dəyişdirilməsini tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qanunvericiliyə əsasən belə bir iddia tələbi ilə müraciət etməyə subyektiv hüququ yoxdur. Başqa sözlə, Paşazadə Turqayın iddiaçıya çatası miras əmlaka şərik olması ilə bağlı iddiaçının istinad etdiyi hal, hazırkı iddia tələbi üzrə ona münasibətdə subyektiv hüquq yarat mır. Nəzərə alınmalıdır ki, vərəsələr miras qoyana məxsus hüquqlar çərçivəsində hərəkət edə bilərlər. Hazırkı halda, X3 olsaydı, özünün belə, mövcud qeydi mübahisələndirmək imkanı olmadığı halda (mübahisələndirilən qeyd aparılan vaxt qüvvədə olan Nikah və Ailə Məcəlləsinin 61-ci, hazırda qüvvədə olan Ailə Məcəlləsinin 47.2-ci maddəsi), qeydi mübahisələndirmək hüququnu da vərəsələrinə ötürə bilməz.
33. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 noyabr 2023-cü il tarixli, 2-1(103)-3409/2023 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinə qarşı (üçüncü şəxslər X4, X18 və X17) “doğum akt qeydində düzəliş edilməsi” barədə iddia tələb