Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-931/2020 14.04.2020 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Dövlət Xidmətinin Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə (Açar söz: daşınmaz əmlaka çıxarışın verilməsi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Tərəflərin iştirakı olmadan, İddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Dövlət Xidmətinin Sumqayıt Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(105)-533/2019 nömrəli, 02.12.2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 14.04.2020-ci il tarixində yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin müəyyən edilən faktiki hallarından görünür ki, Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin 17.08.1989-cu il tarixli ** saylı protokoluna (qərarına) əsasən, Sumqayıt şəhəri, **-cü mikrorayon və X qəsəbəsi arasında, “X” ərazisində yerləşən 1,74 ha. torpaq sahəsi və **-cı mikrorayon ərazisində yerləşən 0,42 ha. torpaq sahəsi fərdi yaşayış evlərinin tikintisi üçün Sumqayıt X zavoduna ayrılmış, Sumqayıt X zavodu tərəfindən təsdiq edilmiş “X” qəsəbəsində mənzil alan işçilərin siyahısında 11-ci nömrə altında X1 adı qarşısında 23 saylı evin 2 saylı mənzili və 0,03 ha. qeyd edilmiş, 19.04.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, X1 Sumqayıt şəhəri, X qəsəbəsi 23 saylı evdə yerləşən 2 saylı mənzili iddiaçı satmış, iddiaçının həmin mənzilə mülkiyət hüququ DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Xx seriyalı, ****** nömrəli çıxarışla təsdiq olunmuş, daşınmaz əmlakın növü qrafasında “fərdi yaşayış evi” qeyd olunmuşdur. Sözügedən mənzil 0,013 ha. torpaq sahəsi üzərində yerləşir və DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən 23.04.2014-cü il tarixində tərtib edilmiş texniki pasportda həmin torpaq sahəsindən 0,0091 ha. tikintialtı hissəsi, 0,0039 ha. hissəsi isə digər sahələr kimi qeyd edilmiş, iddiaçı həmin torpaq sahəsini özəlləşdirmək məqsədi ilə cavabdeh orqana ərizə ilə müraciət etmiş, cavabdeh 31.08.201 8-ci il tarixli, ****** nömrəli imtina məktubu ilə bildirmişdir ki, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri ərizəyə əlavə olunmamışdır. Bununla razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Sumqayıt şəhəri, X qəsəbəsi, 23 saylı evin 2 saylı mənzilinin yerləşdiyi 0,013 ha. torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə g örə müvafiq icra hakimiyyəti orqanlarının daşınmaz əmlak, o cümlədən torpaq sahələrinin verilməsini təsdiq edən sənədləri olduqda daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alına bilər. Mübahisəli torpaq sahəsinin Sumqayıt X zavodu tərəfindən Iddiaçı ə verilməsinə dair Protokol olduğundan, iddiaçı da həmin torpaq sahəsində yerləşən mənzilə mülkiyyət hüququ əldə edərək sözügedən torpaq sahəsindən faktiki olaraq istifadəyə etdiyindən cavabdehin imtinası əsassızdır. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunun əsaslandırılmadığını sayılmamasını xahiş etmişdir. bildirmiş və bu səbəbdən iddianın mümkün Məhkəmələrin mövqeyi Sumqayıt İnzibati-İqtisadi Məhkəm əsinin 14.05.2019-cu il tarixli, 2-1(085)-169/2019 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 14.05.2019-cu il tarixli, 2-1(085)-169/2019 nömrəli qərarından cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02.12.2019-cu il tarixli, 2-1(105)-533/2019 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 14.05.2019-cu il tarixli, 2-1(085)169/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Prezidentinin ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə 13.01.2015-ci il tarixli, 439 nömrəli Fərmanının 2.6-cı bəndinə istinad edərək bildirmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfind ən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar daxildir. Bu səbəbdən də, hazırki iş üzrə Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin 17.08.1989-cu il tarixli 18 nömrəli protokolu (qərarına) iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması üçün hüquqmüəyyənedici sənəddir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02.12.2019-cu il tarixli, 2-1(105)-533/2019 nömrəli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə iddiaçının adına dövlət reyestrində qeydiyyata alınmış Sumqayıt şəhəri, X qəsəbəsi, ev 23, mənzil 2 fərdi yaşayış evi mənzil kimi yox, ev kimi qeydiyyata alınmışdır və göstərilən ünvanda fərdi yaşayış evinin ayrılması haqqında qərar mövcud deyil. Lakin, bu hal məhkəmə tər əfindən nəzərə alınmamış, mübahisələndirilən torpaq sahəsi üzərində iddiaçıya məxus ev yerləşsə də, məhkəmələr “Torpaq islahatı haqqında” Qanunun 9 və 10-cu, Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnaməyə istinad etmişlər ki, həmin normalarda isə mənzillərin yerləşdiyi torpaq sahələri nəzərdə tutulmamışdır. Apellyasiya instansiya məhkəməsi ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.6-cı bəndinə istinad etsə də, həmin bənddə mənzil tikintisi üçün ayrı-ayrı şəx slərə ayrılan torpaq sahələri üzərində deyil, mənzil-tikinti və bağ-tikinti kooperativlərinə ayrılan torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar göstərilir. Göründüyü kimi, iddia ərizəsində göstərilən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnu təsdiq edən qanunvericiliklə nəzərdə tutulmuş əsaslar mövcud olmadığı halda, işə mahiyyəti üzrə baxmış apellyasiya instansiya məhəməsi belə əsasların olmasını bildirmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qanunsuz və əsassız qərar qəbul etmişdir. Kassator, Mülki-Prosessual Məcəllənin 1.3, 4.3-cü, İnzibati-Prosessual Məcəllənin 35.1, 35.3, 96-cı maddələrini, həmçinin “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24.11.2005-ci il tarixli, 4 nömrəli qərarının 1, 2.1, 17-ci bəndlərini rəhbər tutaraq Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02.12.2019-cu il tarixli, 2-1(105)-533/2019 nömrəli qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları İşə tərəflərin iştirakı olmadan yazılı məhkəmə icraatı qaydasında baxıldığından tərəflərin izahatı dinlənilməmişdir. İşə yazılı məhkəmə icraatı qaydasında baxılacağı, bununla bağlı olaraq kassasiya şikayətinin mahiyyəti ilə bağlı mülahizə vermək hüquqları barədə tərəflərə bildiriş göndərilmişdir. Ali Məhkəmə kollegiyası işə yazılı qaydada baxılmasına dair tərəflərin etirazı olmadığını, kassasiya şikayətinin mahiyyətinə dair heç bir mülahizə təqdim edilmədiyini nəzərə alaraq işə yazılı məhkəmə icraatı qaydasında b axılmasını mümkün hesab edir. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02.12.2019-cu il tarixli, 2-1(105)533/2019 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçının X qəsəbəsində mənzili var və iddiaçının bu mənzilə mülkiyyət hüququ işin mübahisəsiz halıdır. Cavabdeh, kassasiya şikayətinin birinci dəlilində iddiaçının mülkiyyət hüququ əldə etmək istədiyi torpaq sahəsində fərdi yaşayış evi deyil, mənzil olmasını, apellyasiya instansiya məhkəməsinin isə işə baxarkən bunu nəzərə almadığını bildirmişdir. Məhkəmə kollegiyası cavabdehin bu dəli lini əsassız hesab edərək qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiya məhkəməsi sözügedən məsələni araşdıraraq müəyyən etmişdir ki, Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin 17.08.1989-cu il tarixli, ** saylı protokoluna (qərarına) əsasən Sumqayıt şəhəri, **-cü mikrorayon və X qəsəbəsi arasında, “X” ərazisində yerləşən 1,74 h. torpaq sahəsi və 16-cı mikrorayon ərazisində yerləşən 0,42 ha. torpaq sahəsi fərdi yaşayış evlərinin tikintisi üçün Sumqayıt X zavoduna ayrılmışdır. Sumqayıt X zavodu tərəfindən təsdiq edilmiş “X” qəsəbəsində mənzil alan işçilərin Siyahısında 11-ci nömrə altında Iddiaçı adı qarşısında 23 saylı evin 2 saylı mənzili və 0,03 ha. qeyd edilmişdir. Göründüyü kimi, cavabdehin son sənədə əsaslanaraq iddiaçının daşınmaz əmlakını məhz mənzil kimi qeydiyyata aldığını güman etmək olar. Cavabdeh orqan həmin vaxt bu məsələni – mənzilin və ya fərdi yaşayış evinin mülkiyyət hüququnun qeydə alınmasını mübahisələndirməmiş, lakin iddiaçı mənzilin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ əldə etmək istəyərkən bu əsasla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Apellyasiya instansiya məhkəməsinin bu məsələ ilə bağlı mövqeyini haqlı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, mənzil və ya fərdi yaşayış evinin qeydə alınması iddiaçının təqisiri üzündən baş vermədiyindən mübahisəli torpaq sahəsi üzərində yerləşən yaşayış sahəsinin “fərdi yaşayış evi” və ya “mənzil” kimi qeydiyyata alınması onun mülkiyyət hüquqlarına mane olmamalıdır. Odur ki, apellyasiya instansiya məhkəməsinin mübahisənin həlli ilə bağlı “Torpaq islahatı haqqında” Qanunun 9 və 10-cu, Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnaməsinə istinad etməsi məqsədəmüvafiqdir. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən, Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Vətəndaşların qanuni istifadəsindəki torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir və fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Yuxarıda göstərilən qanunvericilik normalarından görünür ki, fərdi yaşayış sahəsinin mülkiyyətçisinin həmin yaşayış sahəsinin üzərində yerləşdiyi torpaq sahəsinə qanuni istifadəyə və ya icarəyə götürdüyü ölçüdə mülkiyyət hüqu qu var. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə iddiaçının Sumqayıt şəhəri, X qəsəbəsi, 23 saylı evin 2 saylı mənzilinə mülkiyyət hüququnun olması işin mübahisəsiz halı olduğundan iddiaçının həmin mənzilinin yerləşdiyi 0,013 ha. torpaq sahəsinə mülkiyyət hüququ vardır. Cavabdeh, kassasiya şikayətinin ikinci dəlilində ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.6-cı bəndində mənzil tikintisi üçün ayrı-ayrı şəxslərə ayrılan torpaq sahələri üzərində deyil, mənzil-tikinti və bağ-tikinti kooperativlərinə ayrılan torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasların göstərildiyini istinad edərək bu Siyahının da hazırki iş üzrə tətbiq olunmasının mümkünsüzlüyün bildirsə də, məhkəmə kollegiyası cavabdehin bu dəlilini də əsassız hesab edir. Belə ki, həmin Siyahının 2.6-cı bəndinə əsasən, fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlərə aiddir. Yuxarıda qeyd olunan i şin apellyasiya tərəfindən müəyyən edilən hallarından da göründüyü kimi, Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin 17.08.1989-cu il tarixli qərarı ilə mübahisəli torpaq sahəsi tikinti işlərinin aparılması üçün Sumqayıt X zavoduna ayrılmışdır və yuxardıdakı normanın məzmunundan da görünür ki, Sumqayıt XDS İK-nin qərarı həmin torpaq sahəsinə dair sənəd hesab olunmaqla iddiaçının tələb etdiyi torpaq sahəsi üzərində onun hüquqlarının dövlət qeydiyyatı üçün əsasdır. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsində iddiaçının sözügedən mənzilə və torpaq sahəsinə mülkiyyət hüququnun yaranması iş materiallarına əlavə olunmuş sənədlər və işin faktiki halları ilə öz təsdiqini tapmış, cavabdeh isə bunun əksini sübut edə bilməmişdir və kassasiya şikayətinin dəlillərində qeyd etdiyi hallar əsassızdır. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Dövlət Xidmətinin Sumqayıt Ərazi İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02.12.2019-cu il tarixli, 2-1(105)-533/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-931/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-931/2020
14.04.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver