Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-931/2022 01.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: yaşa görə əmək pensiyasının təyini giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialına (bundan sonra mətndə cava bdeh) qarşı “1992-2004-cü illərdə AR Tikinti Nazirliyinin 2 saylı Trestinin 24 saylı Tikinti İdarəsində işlədiyi iş dövrlərinin sosial sığorta stajı hesab edilərək 65 yaşı tamam olan tarixdən yəni, 18 dekabr 2020-ci ildən yaşa görə əmək pensiyası verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-40/2022 saylı, 27 yanvar 2022-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx xxxxxx 1955-ci ildə anadan olmuş, xx.xx.1973-xx.xx.1977-ci illərdə Sumqayıt Politexnik Texnikumunda təhsil almış, xx.xx.1974-xx.xx.1975-ci illərdə hərbi xidmətdə olmuşdur. Əmək fəaliyyətinə 28 iyul 1975-ci ildə Sumqayıt 1 saylı İEM-də başlamış, xx.xx.1977-xx.xx.1978-ci illərdə Sumqayıt Kauçuk Sintez zavodunda, xx.xx.1978 - xx.xx.1981-ci illərdə Sumqayıt şəhər Daxili İşlər İdarəsinin Müəssisədənkənar Mühafizə İdarəsində və daha sonralar 17 saylı Texniki Peşə Məktəbində, 2 saylı Trestin 21 saylı Tikinti İdarəsində, sonra isə xx.xx.2004-cü il tarixinə qədər 24 saylı Tikinti İdarəsində işləmişdir. 2. 01.09.2020-ci il və xx.xx.2020-ci il tarixli Dövlət Arxivinin Sumqayıt filialının arayışları ilə iddiaçının Sumqayıt Politexnik Texnikumunda təhsil alması eyni zamanda xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilədək həqiqi hərbi xidmətdə olduqdan sonra texnikumda təhsilini davam etdirməsi əmrlər və hərbi biletindəki qeydlərlə təsdiq edilir.
3. İddiaçı 65 yaşı tam am olan tarixdə, yəni 18 dekabr 2020-ci ildə yaşa görə əmək pensiyası təyin edilməsi üçün sənədlərini Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Sumqayıt şəhər Şöbəsinə təqdim etmiş, lakin cavabdeh ayrı-ayrı vaxtlarda 3 dəfə müraciətindən imtina etmişdir.
4. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli imtina məktubda qeyd edilmişdir ki, əmək pensiyasının təyini üçün tələb olunan 25 il sosial sığorta stajına qarşı 24 il 04 ay sığorta stajı və tələb olunan sığorta kapitalı 28800,00 manata qarşı fərdi hesabında 18037,19 manat sığorta kapitalı vardır.
5. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, təqdim edilmiş əmək kitabçasında 1992-2004-cü illərin yoxlanması zəruriliyi yaranmış, sorğuya cavab gəldikdən sonra iddiaçının müraciətinə yenidən baxılacaqdır.
6. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda göstərilmişdir ki, iddiaçının 25 il sığorta stajına qarşı, 11 il 11 ay sığorta stajı olduğundan pensiya təyini qanuna ziddir. Həmçinin bildirilmişdir ki, xx.xx.1987-ci il tarixdən xx.xx.2004cü il tarixədək əmək kitabçasında qeyd olunan sığorta stajının yoxlanması mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialına qarşı “1992-2004-cü illərdə AR Tikinti Nazirliyinin 2 saylı Trestinin 24 saylı Tikinti İdarəsində işlədiyi iş dövrlərinin sosial sığorta stajı hesab ed ilərək 65 yaşı tamam olan tarixdən yəni, 18 dekabr 2020-ci ildən yaşa görə əmək pensiyası verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına” dair qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia onunla əsaslandırmışdır ki, iddiaçının ümumi iş stajı 31 ildir. Cavabdeh birbirinə zidd olan imtina məktubları ilə iddiaçıya yaşa görə əmək pensiyasına çıxmağına əsassız olaraq imkan verməmişdir. İddiaçı cavabdehin imtinasını aşağıda qeyd edilənlərə görə əsassız hesab edir. Belə ki, onun 31 il əmək stajı var və bunu ona məxsus ИT-İ № ******* və ИT-İ № ******* saylı əmək kitabçaları təsdiq edir. xx.xx.2006-cı ilə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna görə vətəndaşların təhsil dövrü (peşə məktəbi, texnikum, institut və s.) iş stajı hesab edilir. Həmçinin Azərbaycan Re spublikası Dövlət Arxivinin Sumqayıt Filialının xx.xx.2020-ci il tarixli 508 saylı arxiv arayışı ilə təsdiq edilir ki, o, xx.xx.1973-cü il tarixli əmrlə Texnikuma qəbul edilmiş və xx.xx.1977-ci ildə həmin məktəbi bitirmişdir. Ona məxsus H3 № ******* saylı hərbi biletə görə xx.xx.1974-xx.xx.1975-ci illərdə hərbi xidmətdə olmuşdur. Cavabdehin imtina məktubunda qeyd etdiyi illərdə, yəni 1992-2004-cü illərdə o, Sumqayıt şəhərində fəaliyyət göstərən AR-nın Tikinti Nazirliyinin 2 saylı Trestinin 24 saylı Tikinti İdarəsində (suvaqçırəngsaz, üzləyici) işləmişdir. İşlədiyi 24 saylı Tikinti İdarəsi dövlət müəssisəsi kimi fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə görə “İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab olunur”. “Əmək pensiyaları haqq ında” Qanuna əsasən “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması” Qaydalarının 3.1.1-ci bəndinə görə “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin qaydaların 4.2.7-ci bəndinə görə “Pensiya təyinatı sektorunun məsləhətçisi ərizəçi və ya onun nümayəndəsi tərəfindən təqdim olunan əmək kitabçası üzrə xx.xx.2006-cı il tarixədək olan dövrdə sığortaolunanın qeyri-dövlət müəssisələrində çalışmasını göstərən qeydlərin yerində qarşılıqlı yoxlanmasını həyata keçirir”. Qaydaların qeyd olunan bəndi yalnız qeyridövlət müəssisələrində çalışanlara şamil edilm əlidir. O, isə yuxarıda qeyd edildiyi kimi dövlət müəssisəsində işləmiş və bütün iş stajı dövlət müəssisələrinə aiddir. Hal-hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə görə “65 yaşına çatmış kişilərin və 62 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır”. Beləliklə, qanunun tələbinə görə onun xx.xx.2006-cı il tarixinə qədər 25 ildən artıq sosial sığorta stajını olduğuna görə əmək pensiyaları haqqında qanunun 7-ci maddəsinin 2-ci hissəsinə görə 65 yaşı tamam olan tarixdə yaşa görə əmək pensiyas ı hüququ vardır.
9. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti ilə bağlı inzibati icraatı apardıqdan sonra, iddiaçının 1992-2004-cü illərdə işlədiyini iddia etdiyi müəssisələrlə bağlı arxiv sənədlərinin qarşılıqlı yoxlamasının, yəni iddiaçının işə girmə və çıxma əmrlərinin əmək kitabçasındakı qeydlərlə uyğunluğunun, iddiaçının əmək haqqı alıb-almaması və iddiaçının həmin müəssisələrdə faktiki işləyibişləməməsi barədə məlumatların yoxlanılmasının mümkün olmaması səbəbindən, onun ərizəsinin təmin edilməsindən imtina etmişdir. Bundan sonra, İddiaçı Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialına qarşı “işlədiyi illərin sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliy inin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz iddiasında həmin illərə dair qeydlərin əmək kitabçasında mövcud olduğu üçün, sosial sığorta stajına əlavə edilməsini əsaslandırır. Hesab edirlər ki, iddiaçının pensiya almaq hüququ “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq xx.xx.2020-ci ildə yaranmış olsa da, xx.xx.2006-cı ilə qədər işlədiyi dövrün öz təsdiqini tapması üçün əmək kitabçası ilə yanaşı dövlət arxivinin arayışları da mövcud olmalıdır. Lakin inzibati icraat zamanı iddiaçının işlədiyini iddia etdiyi müəssisələrlə bağlı araşdırma aparılmış və müvafiq sənədlərin qarşılıqlı yoxlamasını həyata keçirmək mümkün olmamışdır. Hazırkı məhkəmə araşdırması zamanı iddiaçının işlədiyini iddia etdiyi müəssisələrl ə bağlı əlavə sorğular verilmiş və həmin sorğular cavablandırıldıqdan sonra, etiraza əlavə məhkəməyə təqdim olunacaq. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edirlər.
10. Məhkəmə kollegiyasının qərardadına əsasən Azərbaycan Respublikası ƏƏSMNnin tabeliyində DSMF-nin Abşeron-Xızı regional filialı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialının prosessual hüquq varisi kimi cavabdeh qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
11. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, "xxxx" ASC-i xx.xx.2000-ci ildə dövlət qeydiyyatına alınmışdır. Vergi ödəyicilərinin uçot-baza məlumatlarına əsasən cəmiyyətin fəaliyyəti xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixədək, xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixədək, xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək, xx.xx.2013-cü il tarixdən xx.xx.2015-ci il tarixədək, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək və xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək dayandırılmışdır.
12. Sumqayıt İnzibati Məhkəməsinin (hakim X3, 2-1(118)-684/2021 saylı iş) 3 iyun 2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırda qüvvədə olan qanunvericiliyə əsasən iddiaçıya yaşa görə əmək pensiya təyin edilməsi üçün 25 il sığorta stajı tələb olunur. İddiaçının əmək kitabçasında olan 1992-2004-cü illərdə qeyd edilən dövrlər nəzərə alınmadıqda isə qanunvericilikdə nəzərdə tutulmuş sığorta stajı yaranmır. Cavabdeh inzibati orqanın arxiv idarəsinə verdiyi sorğular və şahid ifadəsi ilə iddiaçının əmək kitabçasında qeyd edilən 1992-2004-cü illərdə işlədiyi müəssisələrin arxiv sənədlərinin olmadığı müəyyən olunur. İddiaçının əmək kitabçasında müvafiq qeydlər olsa da, onun həmin dövrlərdə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəməsi şərti ilə işləməsi arxiv sənədləri əsasında təsdiqi sübut olunmur. Bu isə inzibati orqanın imtinasının əsaslı olduğunu göstərir.
14. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Dövlət Vergi Xidməti apellyasiya ins tansiyası məhkəməsinin sorğusuna cavab olaraq bildirmişdir ki, "xxxx" ASC-i xx.xx.2000-ci il tarixində D-3093 nömrə ilə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmışdır. Əlavə olaraq o da bildirilir ki, "xxxx" ASC-i ləğv edilmiş "xxxx" Dövlət Şirkətinin Sumqayıt “Sənayekommunaltikinti” birliyinin 1 saylı filialının bazasında yaradılmış və onun hüquqi varisidir.
16. DSMF-nin 1 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1991-ci il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövr ərzində Sumqayıt şəhər şöbəsinə təqdim edilmiş 1-DSMF hesabatlarına əsasən sosial sığorta haqlarının ödənişləri məlumatlarına görə 21 saylı Tikinti İdarəsi 1991-1992-ci illərdə, 24 saylı Tikinti İdarəsi 1991-1996-cı illərdə, 2 saylı Trest 1996-1999-cu illərdə, Azərsən ayetikinti SC-nin 2 saylı müəssisəsi 1999-2004-cü illərdə məcburi dövlət sosial sığorta haqları əsasən kəsrlərlə ödənilmiş (ödənişlər cədvəldə göstərilir), Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 11 iyun tarixli 487 nömrəli Fərmanına uyğun olaraq 2003-cü il 01 noyabr tarixinə olan borc silinmişdir.
17. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X2-məruzəçi, X1 və X4, 2-1(105)-40/2022 saylı iş) 27 yanvar 2022-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 3 iyun 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə, iddia təmin edilərək iddiaçıya 18 dekabr 2020-ci ildən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
18. Apelyasiya ins tansiyası məhkəməsinin qərarının əsaslarına iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün 25 il sığorta stajı tələb olunur ki, həmin sığorta stajı iddiaçının əmək kitabçasında olan hallarla, habelə rəsmi sənədlərlə əmək kitabçasındakı qeydlərin üst-üstə düşməsilə təsdiq edilir. Yəni, iddiaçı xx.xx.1989-cu il tarixədək işlədiyi Tikinti Nazirliyinin 2 saylı Trestinin 21 saylı Tikinti İdarəsindən həmin Trestin 24 saylı Tikinti İdarəsinə köçürülməsilə bağlı işdən azad edilmiş, xx.xx.1989-cu ildən Tikinti Nazirliyinin 2 saylı Trestinin 24 saylı Tikinti İdarəsində işləmiş, sonradan həmin İdarə "xxxx" Dövlət Şirkətinin Sumqayıt “Sənayekommunaltikinti” birliyinin 1 saylı filialı adlandırılmış, daha sonra sonuncu İdarənin bazasında "xxxx" ASC-i yaradılmış və "xxxx" ASC-i ləğv edilmiş "xxxx " Dövlət Şirkətinin Sumqayıt “Sənayekommunaltikinti” birliyinin 1 saylı filialının hüquqi varisi olmuşdur. İddiaçı xx.xx.2004-cü ildə "xxxx" ASC-dən işdən azad olunmuşdur. Həmçinin, o da müəyyən olunur ki, "xxxx" ASC-i xx.xx.2012-ci il tarixədək fəaliyyət göstərmiş, bundan sonrakı tarixlərdə müxtəlif müddətlərdə fəaliyyətini dayandırmışdır. İddiaçının əmək kitabçasında göstərilən qeydlərə dair arxiv sənədlərinin bir-birilə əvəzlənən idarələrdə qorunub saxlanılmaması iddiaçının məsuliyyətinə aid deyildir.
19. Cavabdeh 1 mart 2022-ci il tarixdə qərarın surətini almış, 30 mart 2022-ci il tarixdə kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kasasiya şikayətinin dəlilləri
20. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etmiş, cavabdeh inzibati orqan iddiaçının müraciəti ilə bağlı inzibati icraatı apardıqdan sonra, iddiaçının 1992-2004-cü illərdə işlədiyini iddia etdiyi müəssisələrlə bağlı arxiv sənədlərinin qarşılıqlı yoxlamasının, yəni iddiaçının işə girmə və çıxma əmrlərinin əmək kitabçasındakı qeydlərlə uyğunluğunun, iddiaçının əmək haqqı alıb-almaması və iddiaçının həmin müəssisələrdə faktiki işləyib-işləməməsi barədə məlumatların yoxlanılmasının mümkün olmaması səbəbindən, onun ərizəsinin təmin edilməsindən imtina etmişdir. 21. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.
22. Sözügedən maddənin qeyd hissəsində müəyyən olunur ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci İl iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
23. Maddənin mətnindən aydın olur ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün, 2 əsas eyni anda mövcud olmalıdı r: - Vətəndaşın yaşı bu qanunda göstərilən yaş həddinə çatmalıdır; - fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir, yaxud azı 25 il sığorta stajı olmalıdır.
24. İddiaçının vəziyyətində ikinci əsasla bağlı qeyd olunmalıdır ki, iddiaçının mübahisələndirilməyən ümumi iş stajı 11 il 11 aydır. İddiaçının 1987-2004-cü illər arasında işlədiyini iddia etdiyi illər onun mübahisələndirilməyən ümumi iş stajına əlavə edildiyi təqdirdə, iddiaçının subyektiv hüquqi marağı - pensiya almaq hüququ yaranır. Lakin həmin illər iddiaçının ümumi iş stajına əlavə edilə bilməz.
25. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2011 -ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pen siyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alman sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: 3.1.1.Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Fərdi qaydada sahibkarlıq, əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, mülkiyyətindəki kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən şəxslərin iş stajı məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövr barədə arayışa (3 nömrəli əlavə) əsasən müəyyən olunur.
26. Yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi, şəxsin xx.xx.2006-cı ilə qədər işlədiyi dövrün öz təsdiqini tapması üçün əmək kitabçası ilə yanaşı dövlət arxivinin arayışları da mövcud olmalıdır. 27. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə görə, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müdd ətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.
28. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla, 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır.
29. Lakin, iş materiallarından məlum olur ki, inzibati icraat zamanı iddiaçının işlədiyini iddia etdiyi müəssisələrlə bağlı araşdırma aparılmış və müvafiq sənədlərin qarşılıqlı yoxlamasını həyata keçirmək mümkün olmamışdır.
30. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təkliflə ri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallan xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hər iki instansiya məhkəməsi inzibati icraatın əsas prinsiplərindən olan bu müddəanın tələblərini pozaraq, araşdırma aparmamış və nəticədə, düzgün olmayan qərar qəbul etmişdir.
31. Qanunvericiliyin tələbləri həmin iş illərinin sığorta stajına daxil edilməsini mümkünsüz etsə də məhkəmə bu hallara hüquqi qiymət verməmişdir.
32. Sözügedən mübahisə üzrə tam, hərtərəfli araşdırmanın aparılmasının təmin edilməsi, həqiqətin aşkara çıxarılması məqsədilə bu xüsusatların məhkəmə baxışı zamanı araşdırılmaqla sübut edilməsini iş üçün zəruri etsə də məhkəmə bu halları araşdırmadan, qərar qəbu l etmişdir.
33. Şikayətin maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 7, 21.1, 32.1, 31.2-1-ci maddələrinə istinad edilmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
34. İddiaçı kasasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 35. “Əmək pensiyaları haqqında” Qanun: Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 36. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu: Maddə
69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” (Nazirlər Kabinetinin 26 se ntyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır. 38. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi ş əxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
39. İnzibati Prosessual Məcəllə: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəfl ərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təq dim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəmə sinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
40. Kasasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
41. Kasasiya şikayətində apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖV QEYİ
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhk əməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
44. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə işin hallarının tam və hərtərəfli araşdırılması zəruri olan həddə təmin edilmiş, məhkəmə istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
45. Məhkəmə kollegiyası nəzərə alır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra Qaydalar) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış oldu qları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;...
46. Normaların tələblərindən göründüyü kimi, Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alındığı halda, 1 yanvar 2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün onların ümumi iş stajı əsas götürülür və həmin iş stajı işçinin əmək kitabçasının məlumatlarına əsasən müəyyən edilir.
47. İddiaçının əmək kitabçasının məlumatlarına əsasən o, cavabdehin mübahisələndirdiyi illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur.
48. İddiaçının işlədiyi dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinin tələbinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
49. İddiaçıya aid arxiv sənədlərinə və ona məxsus əmək kitabçasında qey d olunan məlumatlara əsasən xx.xx.1973-cü il tarixdən xx.xx.1977-ci il tarixədək Sumqayıt Politexnik Texnikumunda oxumuş və həmin müddət daxilində xx.xx.1974-dən xx.xx.1975ci ilədək hərbi xidmətdə olmuş (3 il 6 ay 20 gün), xx.xx.1977-ci ildən xx.xx.1977-ci il tarixədək (4 ay 25 gün), xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək (3 ay 03 gün), xx.xx.1978-ci ildən xx.xx.1987-ci il tarixədək (8 il 11 ay 13 gün), xx.xx.1987-ci ildən xx.xx.2004-cü il tarixədək (16 il 11 ay 11 gün) əmək fəaliyyəti olmuş və bunlar ümumilikdə 30 il 01 ay 12 gün (3 il 6 ay 20 gün + 4 ay 25 gün + 3 ay 03 gün + 8 il 11 ay 13 gün + 16 il 11 ay 11 gün = 30 il 01 ay 12 gün) təşkil edir.
50. Beləliklə apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdi r.
51. Kasasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
52. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialının kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2022-ci il tarixli, 2-1(105)-40/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.