Məhkəmə qərarları › İş №2-1(102)-931/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-931/2024

25.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-931/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: texniki pasportun dəyişdirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), X13 və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublıkasının İqtisadıyyat Nazırliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı əmlak kompleksinə dair texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-419/2023 nömrəli, 04 noyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Azər Avtonəqliyyat" DŞ LSTB Təmir Tikinti İdarəsinin Abşeron rayonu Xırdalan şəhərində yerləşən qeyri-yaşayış sahəsi barəsində Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnvertarlaşdırılması İdarəsi tərəfindən xx.xx.1998-ci il tarixdə texniki pasport tərtib edilmişdir.

2. Abşeron rayonu Təmir Tikinti İdarəsinin 499.9 kv.m binası xx.xx.2004-cü il tarixdə özəlləşdirilmiş və müəssisənin qanuni nümayəndəsi X7 tərəfindən xx.xx.2006-cı il tarixdə iddiaçının mərhum əri X1.

3. Daha sonra həmin əmlak qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında iddiaçının mülkiyyətinə keçmişdir. 4. 08 yanvar 2013-cü il tarixdə ünvan 1 ünvanında yerləşən 499.9 kv.m ölçülü anbar təyinatlı əmlak kompleksi İddiaçı adına xüsusi mülkiyyət kimi rəsmiləşdirilmişdir.

5. İddiaçı ünvan 1 ünvanında yerləşən əmlak kompleksinə texniki pastortun verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh 21 sentyabr 2022-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, müayinə zamanı əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin (6kvt) mühafizə zolağında ye rləşdiyi aşkar edilmişdir. Sözügedən əmlak kompleksi və yerləşdiyi torpaq sahəsi ASDNŞ-in kontrakt ərazisində yerləşir, həmçinin həmin inzibati binada qaçqın statusuna malik ailələr yaşayışlar. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cavabdeh Azərbaycan Respublıkasının İqtisadıyyat Nazırliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmlak kompleksinə texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən əmlak kompleksini qanuni şəkildə özəlləşdirmiş və mülkiyyət hü ququnu təsdiq edən çıxarış almışdır. Həmin əmlak kompleksi 499,9 kv.m olmaqla iddiaçının adına xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Qeyd edilən əmlak kompleksi iddiaçının adına qeydiyyata alınsa da, həmin əmlak kompleksinə dair iddiaçıya texniki pasport verilməmişdir. Texniki pasport əvvəlki mülkiyyətçi “Azər Avtonəqliyyat" DŞ LSTB TTİ-nin adında qalmışdır. Qeyd edilən əmlak kompleksinə iddiaçının adına texniki pasportun verilməsi üçün cavabdeh idarəyə müraciət etsə də, həmin idarə qanunsuz olaraq xx.xx.2022-ci il tarixli məktubla imtina etmişdir. İmtinada üç səbəb qeyd edərək cavabdeh bildirir ki, sözügedən inzibati binada qaçqın statusuna malik ailələrin yaşadığı müəyyən edilmiş, əmlak kompleksinin yerləşdiyi torpaq sahəsi Dövlət Neft Şirkətinin kontrakt ərazisində yerləşir və əmlak kompleksinin yerləşdiyi torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir. İmtinada göstərilən əsaslarla texniki pasportun verilməsindən imtina edilməsi qanunsuzdur. Çünki iddiaçı həmin əmlak kompleksini özəlləşdirərkən bunu həmin dövrdə aidiyyəti dövlət orqanı bilib müvafiq özəlləşdirməni aparmışdır. Özəlləşdirilən və hazırda mülkiyyətində olan yuxarıda göstərilən əmlak kompleksinə texniki pasportun verilməsi isə cavabdehin vəzifəsidir.

8. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən əmlak kompleksinə dair texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

9. Sumqayıt İnzibati Məhkəməsinin protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

10. Cavabdeh iddia tələbinə qarşı etiraz edərək bildirmişdir ki, aparılan araşdırma zamanı ünvan 3 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin torpaq sahəsinin 6 kV.t elektrik xəttinin mühafizə zonasında və əmlak kompleksi kimi müəssisə və müəssisənin altında olan torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft şirkətinin kontrakt ərazisində yerləşdiyi, habelə əmlak kompleksi kimi müəssisənin tərkib hissəsi olan inzibati binada qaçqın statusuna malik ailələrin yaşadığı, əmlak kompleksi kimi müəssisənin tərkib hissələrindən «A» inzibati binasından başqa digər binaların söküldüyü və ərazidə dörd ədəd birmərtəbəli binanın inşa etdirildiyi aşkar edilmişdir. Təyinatın konkretliliyi b axımından - təyinat çoxməqsədli olduğu halda funksiyaları cəmi bütöv bir vahid kimi qəbul edilir. Obyektin öz aralarında birbaşa əlaqəsi olmayan ayrıca baxılan funksional hissələri inventar obyekti deyildir. Bina və qurğuların təyinatından kənar, bu və ya digər məqsədlər üzrə istifadəsi texniki inventarlaşdırılma sənədlərində əks etdirilmir. Qeyd olunan binanın qeyri-yaşayış binası kimi qeydiyyatının aparılması üçün tikintiyə icazə verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının sərəncamı olmalıdır. Obyektin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənmiş layihəsi təqdim edilməlidir.

11. Sumqayıt İnzibati Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 2-1(118)-809/2023 saylı qərarı ilə (hakim X5) iddia təmin edilmiş, xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əm lakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən əmlak kompleksinə dair texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

12. Məhkəmə qeyd etmişdir ki, cavabdehin imtinası əmlakın iddiaçı tərəfindən özəlləşdirilməsinə maneə ola biləcək arqument kimi çıxış etmək ehtimalları vardırsa, həmin əmlaka dair texniki pasportun verilməsinədn imtina üçün əsas ola bilməz. Məlum olduğu kimi texniki pasport əmlakın texniki göstəricilərini (ölçüləri, sahəsi, hündürlüyü, yerləşdiyi torpaq sahəsinin ölçüləri və s.) əks etdirən sənəddir. Artıq əmlak üzərində mülkiyyət hüququ qeydə alınmışdırsa, həmin əmlakın Dövlət Neft Şirkətinin kontrakt ərazisi ndə, yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşməsi və ya inzibati binada qaçqın statusuna malik ailələrin yaşaması texniki pasportun verilməsi üçün əhəmiyyət daşımamalıdır. İddiaçıya verilən imtina cavabında qeyd olunmasa da, iddia ərizəsinə etirazda cavabdeh tərəfindən “əmlak kompleksi kimi müəssisənin tərkib hissələrindən «A» inzibati binasından başqa digər binaların sökülməsi və ərazidə dörd ədəd birmərtəbəli binanın inşa etdirilməsi” kimi daha bir dəlil əlavə edilmişdir. İddia tələbindən göründüyü kimi iddiaçı tələbində texniki pasportun məhz hansı göstəricilərə uyğun verilməsini qeyd etməmiş, o sadəcə mülkiyətində olan əmlaka texniki pasdportun verilməsini tələb etmişdir.Cavabdeh əmlakı mülkiyyət hüququnu qeydə aldıqdan sonra əmlaka texniki pasportu tərtib edərək vermək vəzifəsini daşıyır. Mülkiyyətçi dəyişdikdən sonra nəticə etibarı ilə texniki pasportun da yeni mülkiyyətçinin adına verilməsi labüddür.

13. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

14. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-419/2023 nömrəli iş üzrə 04 noyabr 2023-ci il tarixli qərarı ilə (hakimlər X2 (məruzəçi), X4 və X8) apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 2-1(118)-809/2023 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia qismən təmin edilmiş, xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəyə dair əvvəlki (xx.xx.1998-ci il tarixli) texniki pasportunda qeyd edilmiş və hazırda mövcud olan tikililər (A inzibati bina, 2 mərtəbəli, ümumi sahəsi 311,1 m2) nəzərə alınmaqla, texniki pasportun verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə olunmuş, iddia qalan hissədə təmin edilməmişdir.

15. İddianın təmin edilən hissəsi ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etmişdir ki, əmlak kompleksinə dair iddiaçının mülkiyyət hüququ mövcud olduğundan, bu hüquq dövlət qeydiyyatına alındığından, həmin kompleksinin yerləşdiyi torpaq sahəsinin yüks ək gərginlikli elektrik xəttinin mühafizə zolağında və müvafiq neft şirkətinin kontrakt ərazisində yerləşməsi halı həmin əmlaka dair texniki göstəricilərini əks etdirən sənədintexniki pasportun verilməsindən imtina üçün əsas qismində çıxış etməmiş, habelə cavabdeh tərəfindən bununla bağlı heç bir dəlilə istinad edilməmiş, buna dair heç bir hal əsaslandırılmamışdır. Bu baxımından cavabdeh inzibati orqanın qeyd edilən hissədə imtina və apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur.

16. İddianın təmin edilməyən hissəsi ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etmişdir ki, indiki halda əmlak kompleksinin tərkib hissəsi kimi yalnız ümumi sahəsi 311,1 kv.m olan 2 mərtəbəli A əsas inzibati bina mövcud olmuşdur. Bununla bağlı qeyd edilməlidir ki, əmlaka dair texniki pasport məhz həmin əml akın texniki vəziyyətini, texniki göstəricilərini ehtiva etməklə, buna dair məlumatları özündə ehtiva edir. İndiki halda isə həmin əmlak kompleksinin tərkib hissəsi kimi mövcud olmayan (sökülmüş) tikililərin onun texniki vəziyyətini müəyyən edən sənəddə nəzərdə tutulması onun mövcud vəziyyətini əks etdirməməklə, qanunvericilik normalarının tələbinə ziddir. Bu baxımından əmlaka dair əvvəlki texniki pasportda qeyd edilmiş tikililərdən sözügedən əmlak kompleksinin tərkib hissəsi kimi yalnız A əsas inzibati bina faktiki olaraq mövcud olduğundan, məhz həmin tikili qeyd edilməklə, texniki pasportun tərtib edilməsi mümkündür.

17. Apelyasiya instansiyası məhkəməsinin qərarından cavabdeh kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 noyabr 2023-cü il tarixl i, 2-1(105)-419/2023 saylı qərarını xx.xx.2013-cu il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçi İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerİəşən əmlak kompleksi kimi müəssisəyə dair əvvəlki (xx.xx.1998-ci il tarixli) texniki pasportunda qeyd ediİmiş və hazırda mövcud olan tikililər (A inzibati bina, 2 mərtəbəli ümumi sahəsi 311,1 m2) nəzərə alınmaqla, texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə olunması hissəsində ləğv edilməsi və iddianın həmin hissədə rədd edilməsi, qalan hissədə qərarın dəyişdirilmədən saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

18. Şikayətdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun un 2.1, 9.1.2-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”na istinad edilərək qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır.

19. Qeyd edilmişdir ki, ünvan 5 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin torpaq sahəsi 6KVt elektrik xəttinin mühafizə zonasında yerləşir. Həmçinin əmlak kompleksi kimi müəssisə və müəssisənin altında olan torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft şirkətinin kontrakt ərazisindədir və həmin inzibati binada qaçqın statusuna malik ailələr yaşayırlar. Eyni zamanda əmlak kompleksi kimi müəssisənin tərkib hissələrindən «A» inzibati binasından başqa digər binalar sökülmüş və ərazidə dörd ədəd birmərtəbəli binanın inşa edildiyi aşkar edilmişdir. Belə olan halda isə 4 saylı Ərazi İdarəsi haqlı olaraq imtina vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydi yyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikas ının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə

6. Ödənişlər... 6.1.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı ilə bağlı hərəkətlər:... 6.1.1.2. daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur” Qaydaları Bənd

3. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı sənədlərin dövriyyəsi... 3.9. Qeydiyyat şöbəsi tərəfindən maliyyə və təsərrüfat fəaliyyətini həyata keçirən şöbə ilə birgə ərizəçinin müraciətinə əsasən dövlət rüsumu və xidmət haqları üzrə ödəniş sənədləri yoxlanıldıqdan sonra ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş dövlət reyestrindən elektron çıxarış “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulmuş texniki sənədlər (texniki pasport, plan və ölçü) bu Qaydaların 2.5-ci bəndinə uyğun qaydada kağız formada ərizəçiyə təqdim olunması məqsədilə 1 (bir) gün müddətində sənədlərin qəbulu və verilməsi şöbəsinə göndərilir.

4. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sə nədlərin verilməsi 4.1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir. 4.2. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə il ə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələb i göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Apelyasiya məhkəməsinin qərarı qismən, iddianın təmin edilən hissəsi mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. X12 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin "Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. Məhkəmə kollegiyası bildirir ki, qanunvericiliyin yuxarıd a istinad olunan normaları baxımından iddiaçıya məxsus əmlak kompleksinə dair texniki pasportun verilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

30. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

31. Hazırkı işin hallarına görə iddiaçının hüquqi marağı mülkiyyətində olan əmlak kompleksinə dair texniki pasportun alınmasına nail olmaqdan ibarətdir.

32. Cavabdeh iddiaçının mövqeyini qanunsuz və əsassız hesab edərək kassasiya şikayətində aşağıdakı halları mübahisələndirmişdir:

1. Əmlak kompleksi kimi torpaq sahəsi 6 kv.t-lıq elektrik xəttinin mühafizə zonasında yerləşir

2. Əmlak kompleksi kimi müəssisə və müəssisənin altında olan torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kontrakt ərazisində yerləşir və inzibati binada qaçqın statusuna malik olan ailələr yaşayır.

3. Əmlak kompleksi kimi müəssisənin tərkib hissələrindən “A” inzibati binasından başqa digər binalar sökülmüş və ərazidə dörd ədəd birmərtəbəli bina tikilmişdir.

33. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinin hər birinə ayrı ayrılıqda münasibət bildirməyi məqsədə müvafiq hesab edir. Əmlak kompleksi kimi torpaq sahəsi 6 kv.t-lıq elektrik xəttinin mühafizə zonasında yerləşir

34. Məhkəmə kollegiyası qeyd edir ki, əmlak kompleksi kimi torpaq sahəsinin 6 kv.tlıq elektrik xəttinin mühafizə zonasında yerləşməsi həmin torpaq sahəsinin texniki göstəricilərinin müəyyən edilməsi üçün istisna hal deyil. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi" Qaydalarının 7-ci bəndinə əsasən, gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonalarının torpaq sahələri torpaq istifadəçiləri və ya mülkiyyətçiləri tərəfindən an caq bu Qaydaların tələblərinə riayət etməklə istifadə oluna bilər. Həmin Qaydaların 6-cı bəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər.

35. Məhkəmə kollegiyası qeyd edir ki, Nazirlər Kabinetinin yuxarıda adı çəkilən qərarından da göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında bəzi məhdudiyyətlər olsa da, onların xüsusi mülkiyyətdə olmasında, eləcə də xüsusi mülkiyyətdə olan torpaq sahəsi ilə bağlı texniki pasportun verilməsində heç bir qadağa yoxdur. Əksinə, həmin Qaydalara əsasən torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Əmlak kompleksi kimi müəssisə və müəssisənin altında olan torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kontrakt ərazisində yerləşir və inzibati binada qaçqın statusuna malik olan ailələr yaşayır.

36. Kassatorun bu dəlilini də əsassız hesab edən məhkəmə kollegiyası bildirir ki, hazırki halda mübahisə predmeti tikilinin texniki pasportunun tərtibi ilə bağlıdır. Tikilinin altında olan torpaq sahəsinin kimə məxsusluğu mübahisə predmeti olmadığından kassasiya şikayətinin dəlili qəbul edilən sayıla bilməz. Digər tərəfdən inzibati binada ailələrin məskunlaşması mülkiyyətdə olan tikilinin texniki göstəricilərini müəyyən etməyə mane sayıla bilməz. Əmlak kompleksi kimi müəssisənin tərkib hissələrindən “A” inzibati binasından başqa digər binalar sökülmüş və ərazidə dörd ədəd birmərtəbəli bina tikilmişdir.

37. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin bu dəlili də iş materiallarına və apelyasiya instansiyası məhkəməsi tərəfindən aparılmış araşdırmaya ziddir. İş materiallarından görünür ki, cavabdeh eyni dəlillərlə apelyasiya instansiyası məhkəməsinə müraciət etmiş və məhkəmə öz növbəsində bu xüsusat ətrafında araşdırma aparmış, aparılmış araşdırmanın nəticəsi olaraq iddia tələbini qismən təmin etmişdir.

38. Belə ki, obyektiv həqiqətə nail olmaq məqsədi ilə apelyasiya instansiyası məhkəməsi tərəfindən yerində baxış aparılmışdır. Həmin baxış zamanı tərtib edilmiş protokolun məzmunundan görünür ki, m übahisəli kompleksinin tərkib hissələrindən 2 mərtəbəli olan A əsas inzibati bina faktiki olaraq mövcud olmuş, B, V, Q, D tikililəri sökülmüş, B, V, Q tikililərin yerində sökülmüş tikili qalıqları, habelə 1 ədəd birmərtəbəli ev və 4 ədəd bir-birinə bitişik formada yerləşən, ayrı giriş-çıxış qapısı olan birmərtəbəli tikili mövcud olmuşdur.

39. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “ həmin əmlak kompleksinin tərkib hissəsinə aid olmayan 1 ədəd tikili və 4 ədəd fərdi evlər aşkar edilsə də, həmin tikilələrə dair sənədlərin (müvafiq rəy, icazə, layihə, istismara qəbul aktı və digər) mövcud olması halı müəyyən edilməmiş, habelə iddiaçı tərəfindən də bununla bağlı məhkəməyə heç bir sənəd təqdim edilməmişdir. Bu baxımından həmin tikililərin əmlak kompleksinin tərkib hissəsi kimi çıxı ş etmədiyindən, habelə həmin tikililərə dair müvafiq sənədlərin mövcud olması halı müəyyən edilmədiyindən, qeyd edilən tikililərin texniki pasportda əks olunması mümkün deyildir”.

40. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilən apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.

41. Beləliklə, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı mübahisə olunan hissədə dəyişdirilmədən saxlanılmalıdır. 42.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəmə sinin İnzibati Kollegiyasının 2-1(105)-419/2023 nömrəli, 04 noyabr 2023-cü il tarixli qərarı mübahisə olunan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar