Məhkəmə qərarları › İş №2-1(102)-931/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-931/2025

07.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-931/2025 07.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı QƏRARDADİ (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; şikayət üzrə kassasiyanın mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (üçüncü şəxs Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsi) qarşı “cavabdeh tərəfindən həqiqi hərbi xidmətə çağrılmağının qanunsuz hesab edilməsi, nəticədə iddiaçıya dəymiş maddi ziyanın 2700 manat pulun (2023-cü il üzrə minimum əmək haqqı əsas götürməklə) və 10000 manat məbləğində mənəvi ziyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(107)-479/2024 nömrəli, 5 noyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdə və xx.xx.2019-cu il tarixdə həqiqi hərbi xidmətə çağrılmağının q anunsuz hesab edilməsi, nəticədə iddiaçıya dəymiş maddi ziyanın 2700 manat pulun (2023-cü il üzrə minimum əmək haqqı əsas götürməklə) və 10000 manat məbləğində mənəvi ziyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixində həqiqi hərbi xidmətə çağrılmağının qanunsuz hesab edilməsi, onun nəticəsində iddiaçıya dəymiş 2700 manat maddi ziyanın (2023-cü il üzrə minimum əmək haqqı əsas götürməklə) və 10000 manat məbləğində mənəvi ziyanın ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə mə hkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(116)-145/2024 nömrəli qərardadı ilə icraata qəbul edilmişdir.

3. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(116)-145/2024 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

4. Şəki İnzibati Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 2-1(116)-145/2024 nömrəli qərarı ilə iddia qismən təmin edilərək, cavabdehin qanunsuz əməlləri nəticəsində iddiaçıya dəymiş 1725 manat maddi və 1000 manat məbləğində mənəvi zərərin, cəmi 2725 manat məbləğində vəsaitin İddiaçı ödənilməsi öhdəliyinin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2018-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış və xidmət keçmək üçün Naxçıvan MRdə yerləşən hərbi hissəyə göndərilmişdir. Lakin, cəmi N gün sonra hərbi hissədə sağlamlıq vəziyyəti təkrar yoxlanılmış və xidmətə qəbul edilmədən geri qaytarılmışdır. İddiaçı növbəti hərbi xidmətə çağırış zamanı yenidən müddətli həqiqi hərbi xidmətə çağırılmış, hərbi xidmətə yararlı hesab edilərək xidmət keçmək üçün müvafiq hərbi hissəyə göndərilmişdir. MN-in Silahlı Qüvvələrinin Baş Klinik Hospitalının xx.xx.2019-cu il tarixli Xəstəlik haqqında Şəhadətnaməsindən görünür ki, iddiaçıya “İ funksional sinif ürək çat ışmazlığı” diaqnozu qoyulmuş və “həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız” olması barədə qərar qəbul edilmişdir. Sonuncu Şəhadətnamədə qeyd olunan xəstəlik hərbi xidmət zamanı deyil, hərbi xidmətdən əvvəl də iddiaçıda mövcud olmuşdur. İddiaçının “Sağlamlıq vəziyyətinin müayinə edilməsi”nə dair Aktda da qeyd olunan xəstəlik aşkar edilmiş, xəstə müayinə və şəhadətləndirilmə üçün geri qaytarılmışdır. Lakin, cavabdeh inzibati orqan tərəfindən “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin müddəalarına uyğun olaraq iddiaçının sağlamlıq vəziyyəti doğru qiymətləndirilməmiş və nəticədə təkrar həqiqi hərbi xidmətə cəlb edilmişdir. İddiaçının sağlamlıq vəziyyəti ilkin və təkrar çağırış zamanı cavabdeh tərəfindən düzgün qiymətləndirilməmiş, xidmətə yararsız olduğu halda yar arlı hesab edilərək xidmətə göndərilmişdir. Göründüyü kimi, cavabdeh orqanın qanunazidd əməlləri ilə iddiaçıya dəymiş maddi və mənəvi ziyan arasında səbəbli əlaqənin mövcuddur. İddiaçının cavabdeh orqana qarşı olan tələbi iki hissədən ibarətdir: cavabdehin qanunsuz əməlləri nəticəsində ona dəymiş 2070 manat məbləğində maddi zərərin ödənilməsi, cavabdehin qanunsuz əməlləri nəticəsində ona dəymiş 10000 manat məbləğində mənəvi zərərin ödənilməsi. İddiaçının həqiqi hərbi xidmətdə olduğu dövr xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək, cəmi 5 aya yaxındır və maddi ziyan yalnız onun hərbi xidmətdə olduğu dövrü əhatə etməlidir. Maddi ziyanla bağlı cavabdehdən tutulacaq məbləğ iddiaçının iddia tələbində qeyd etdiyi, yəni iddia ərizəsinin verildiyi 2023-cü il üçün nəzərdə tutulmuş minimum əmək haqqı məbləğində hesablanmalıdır: 5 ay x 345 manat = 1380 manat. Minimum aylıq əmək haqqının məbləğinin artırılması və “Minimum aylıq əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilmişdir. İddiaçı, mənəvi ziyanla bağlı tələbini cavabdehlərin təqsiri üzündən keçirdiyi fiziki və mənəvi iztirablar nəticəsində hərbi xidmətə yararsız olduğu halda həkim komissiyasının səhlənkarlığı, işinə etinasız yanaşması, vəzifə borcunu lazımınca yerinə yetirməməsi nəticəsində qanunsuz olaraq hərbi xidmətə göndərilməsi və bunun nəticəsində beş ay ərzində xidmətə yararsız olduğu halda hərbi xidmət keçməsi və “xidmətə yararsız” hərbi biletlə evə qayıtması nəticəsində emosional psixoloji sarsıntı keçirməsi ilə əsaslandırmışdır. Nəzərə alınmalıdır ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Məhkəmə hesab edir ki mənəvi zərərlə bağlı üç əsas nüansa diqqət yetirmək lazımdır: Qanunsuz hərəkət və hərəkətsizlik; Zərərin mövcudluğu; Səbəb-nəticə əlaqəsi. İddiaçı, tələbində 10000 manat mənəvi zərərin ödənilməsini tələb etmiş, mənəvi ziyan məbləğinin məhz 10000 manat məbləğində ifadə olunmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, tələb edilən məbləğ ağla batan məbləğ deyildir. Eyni zamanda iddiaçı, şikayətinin əsası kimi istinad etdiyi halları həmin məbləğə münasibətdə əsaslandırmamışdır. Ona görə də məhkəmə şikayətin bu dəlilini qismən əsaslı hesab edərək bildirir ki, cavabdehdən iddiaçının xeyrinə 1000 manat məbləğində mənəvi zərərin tutulmalıdır.

6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının və xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Üçüncü şəxs Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsi həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edi lərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-479/2024 nömrəli, 5 noyabr 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

10. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

11. Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2, 96.296.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İ nzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

12. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır. 2.Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır. 3.Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mö vcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

13. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

14. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (Bununla bağlı bax: Azərbaycan Respublikası A li Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(102)-408/2025 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)606/2024 nömrəli, xx.xx.2022-ci il tarixli, 2-1(102)-1635/2022 nömrəli qərarları) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun 3.2-ci maddəsinə əsaəsn, Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir.

15. Həmin Qanunun 6.2-ci maddəsinə görə, vətəndaşlar müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınarkən onların hərbi xidmətə yararlılığını müəyyən etmək məqsədi ilə müvafi q icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həkim mütəxəssislər tərəfindən hökmən tibbi müayinə, habelə hərbi xidmət müddətində onlardan daha məqsədəuyğun istifadə edilməsini müəyyənləşdirmək üçün psixoloji müayinə edilməli, müvəqqəti yararsız hesab edilən şəxslər isə Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına dövlət tibb müəssisələrində mütləq qaydada müalicəyə göndərilməlidirlər.

16. Bundan başqa qeyd edilməlidir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında isə qeyd edilir: Məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquq larının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq p ozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. 10-cu bənd. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

17. Mənəvi zərər bilavasitə zərər v uran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır

18. Məhkəmə kollegiyası bildirir ki, apellyasiya məhkəməsi qərarında qeyd etmişdir ki, “sonuncu Şəhadətnamədə qeyd olunan xəstəlik hərbi xidmət zamanı deyil, hərbi xidmətdən əvvəl də iddiaçıda mövcud olmuşdur. İddiaçının “Sağlamlıq vəziyyətinin müayinə edilməsi”nə dair Aktda da qeyd olunan xəstəlik aşkar edilmiş, xəstə müayinə və şəhadətləndirilmə üçün geri qaytarılmışdır. Lakin, cavabdeh inzibati orqan tərəfindən “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin müddəalarına uyğun olaraq iddiaçının sağlamlıq vəziyyəti doğru qiymətləndirilməmiş və nəticədə təkrar həqiqi hərbi xidmətə cəlb edilmişdir. İddiaçının sağlamlıq vəziyyəti ilkin və təkrar çağırış zamanı cavabdeh tərəfindən düzgün qiymətləndirilməmiş, xidmətə yararsız olduğu halda yararlı hesab edilərək xidmətə göndərilmişdir. Göründüyü kimi cavabdeh orqanın qanunazidd əməlləri ilə iddiaçıya dəymiş maddi ziyan arasında səbəbli əlaqə mövcuddur. İddiaçının həqiqi hərbi xidmətdə olduğu dövr xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək, cəmi 5 aya yaxındır və maddi ziyan yalnız onun hərbi xidmətdə olduğu dövrü əhatə etməlidir. Maddi ziyanla bağlı cavabdehdən tutulacaq məbləğ iddiaçının iddia tələbində qeyd etdiyi, yəni iddia ərizəsinin verildiyi 2023-cü il üçün nəzərdə tutulmuş minimum əmək haqqı məbləğində hesablanmalıdır: 5 ay x 345 manat = 1380 manat. Minimum aylıq əmək haqqının məbləğinin artırılması və “Minimum aylıq əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilmişdir.”

19. Bundan əlavə apellyasiya məhkəməsi qərarında göstərmişdir ki, “mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərind ən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. İddiaçı tələbində 10000 manat mənəvi zərərin ödənilməsini tələb etmiş, mənəvi ziyan məbləğinin məhz 10000 manat məbləğində ifadə olunmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.”

20. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabd eh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.

21. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassas iya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

22. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-479/2024 nömrəli, 5 noyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasn və şikayətin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar