Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-932/2020 22.05.2020 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyası; vəzifələrin Siyahıya uyğun gəlməməsi GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili iştirakı ilə, İddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “pensiyanın təyin olunması” tələbinə dair Bakı Apellyasiya Məhk əməsinin İnzibati Kollegiyasının 2-1(103)-176/2020 nömrəli, 09.01.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 22.05.2020-ci il tarixində açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin faktiki halları: İddiaçı Iddiaçı **.**.1967-ci ildə anadan olmuş, 01.09.1982-ci ildən 10.06.1985-ci ilədək Sumqayıt şəhər 35 nömrəli orta texniki məktəbində əyani şöbədə təhsil almış, 10.06.1985-ildən 23.07.1987-ci ilədək hərbi xidmətdə olmuş, 08.01.1988-ci ildən 01.07.1989-cu ilədək Sumqayıt “X” İstehsalat Birliyinin Polietilen zavodunda xammal hazırlanması və göndərilməsi üzrə cihazçı, 01.07.1989-cu ildən 16.09.1990-cı ilə qədər həmin Zavodun konfeksiya sexində yükləyici boşaldıcı, 19.09.1990-cı ildən 16. 07.1991-ci ilədək Güzdək Tikinti Materialları Kombinatında fəhlə, 22.07.1991-ci ildən 09.09.1991-ci ilədək Təmir Tikinti İdarəsində betonçu, 16.09.1991-ci ildən 05.08.1994-cü ilədək maşinist, 05.10.1994-cü ildən 05.06.1996-cı ilədək “X” firmasında fəhlə işləmiş, 20.06.1996-cı ildən hazırki vaxta qədər isə “X kompressor qurğu maşinisti vəzifəsində işləyir. İddiaçı, göstərilən müddətlər nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan isə 21.06.2019-cu il tarixli məktubu ilə bundan imtina etmiş və imtinanın əsası kimi qeyd etmişdir ki, 01.01.2006-cı ilədək iddiaçının ümumi iş stajı 20 ildən azdır, qanunvericiliyə əsasən isə iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün onun 20 il ümumi staj ı, bu satjın ən azı 10 ili güzəştli işlərdə çalışmalı və 52 yaşı tamam olmalıdır (“Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsi). Bununla razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək ona 01.09.1982-ci ildən 15.05.1985-ci il tarixinədək Sumqayıt şəhər ** nömrəli orta texniki peşə məktəbində təhsil aldığı dövrün ümumi iş stajına daxil edilməklə 52 yaşı tamam olduğu tarixdən, yəni 04.06.2019-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı, cavabdeh orqana 01.09.19 8215.05.1985-ci il tarixlərində Sumqayıt şəhər ** nömrəli texniki peşə məktəbində təhsil alması barədə arxiv arayışı təqdim etsə də, cavabdeh orqan pensiya hesablanarkən bunu nəzərə almamış, beləliklə də iddiaçının əmək pensiyası hüququndan məhrum etmişdir. Məhkəmələrin mövqeyi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15.10.2019-cu il tarixli, 2-1(81)3166/2019 saylı qərarı ilə iddia təmin edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15.10.2019-cu il tarixli, 2-1(81)3166/2019 saylı qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-176/2020 nömrəli, 09.01.2020-ci il tarixli qərarına əsasən, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15.10.2019-cu il tarixli, 2-1 (81)- 3166/2019 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmələr hesab etmişdir ki, iddiaçının 01.01.2006-cı ilə qədər təhsil və hərbi xidmət müddəti də daxil edilməklə 22 il 6 ay 29 gün ümumi və 12 il 2 ay 8 gün güzəştli iş stajı mövcuddur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-176/2020 nömrəli, 09.01.2020-ci il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə “Əmək pensiyaları haqqında” Qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçı pensiya yaşına çatmalı, minimum sığorta stajı və həmin sığorta stajından qanunvericilikdə qeyd edilmiş müddətini güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işlərdə işləməlidir. “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixində isə iddiaçının 39 yaşı və 11 il 09 ay 13 gün güzəştli stajı olmuşdur ki, bu da həmin maddənin 10.03.2017-ci il tarixinə qüvvədə olan mətnində qeyd edilən yaşdan və güzəştli stajdan azdır. Eyni zamanda, iddiaçının hal-hazırda 52 yaşı olduğundan “Əmək pensiyaları haqqında” Qanunun hal-hazırda qüvvədə olan 9.1-ci maddəsi ona şamil edilə bilməz. Kassator, “Əmək pensiyaları haqqında” Qanuun göstərilən müddəalarını və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-176/2020 nömrəli, 09.01.2020-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak e dən cavabdehin vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır (maddə 96.2). Kassasiya mümkün sayıldıqda, şikayətlə bağlı qərar Ali Məhkəmə tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir (maddə 96.4). Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ali Məhkəmənin İnzibati K ollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-176/2020 nömrəli, 09.01.2020-ci il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işl ərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixinədək “Vətəndaşların pensiya təminatı haqqında” Qanun qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin a bəndinə görə axırı ncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1nömrəli siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Həmin maddəyə 13.06.1997-ci ildə edilmiş dəyişikliyə görə maddədə nəzərdə tutulmuş yaş həddi 01.08.1997-ci il tarixindən başlayaraq 01.08.2000-ci il tarixinədək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçının 01.01.2006-cı il tarixinədək 20 il ümumi iş stajı, 10 il güzəştli iş stajı olduğu halda 5 2 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə tələblərə baxılarkən məhkəmələr ilk növbədə iddiaçının çalışdığı peşənin müvafiq Siyahıya uyğun olub-olmadığını aydınlaşdırmalıdır. Apellyasiya instansiya məhkəməsi qərar qəbul edərkən “X” İstehsalat Birliyi “X” Zavodunun 03.06.2019-cu il tarixli 138 nömrəli və 137 nömrəli arayışlarına istinad edərək iddiaçının zəruri güzəştli iş stajının olduğunu bildirmişdir. Sözügedən arayışlara əsasən, iddiaçının 08.01.1988-ci ildən 30.06.1989-cu ilə qədər işlədiyi aparatçı vəzifəsi və 01.07.1989-cu ildən 16.09.1990-cı ilə qədər işlədiyi yükləyici-boşaldıcı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın VIII Bölməsindəki plastik kütlələr – 1080A010 şifrinə, 20.06.1996-cı ildən 31.12.2005-ci ilə qədər işlədiyi kompressor qurğu maşinisti vəzifəsi isə neft karbohidrogenləri – 1080A010 şifrinə uyğundur. İşin yuxarıda qeyd olunan hallarından görünür ki, apellyasiya instansiya məhkəməsində işə baxılarkən iddiaçının işlədiyi müəssisələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 saylı Siyahısında nəzərdə tutulan müəssisələrə uyğunluğu müəyyən olunsa da, peşələri n müvafiq Siyahıdakı peşələrə uyğun olması barədə araşdırma aparılmamışdır. Belə ki, göstərilən arayışlardan görünür ki, iddiaçı 08.01.1988-ci ildən 30.06.1989cu ilə qədər aparatçı, 01.07.1989-cu ildən 16.09.1990-cı ilə qədər yükləyici-boşaldıcı, 20.06.1996-cı ildən 31.12.2005-ci ilə qədər kompressor qurğu maşinisti vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın VIII Bölməsində isə tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələr inin fəhlələri, rəhbərləri və mütəxəssislərinin iş stajı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquq verən iş stajı kimi nəzərdə tutulmuşdur. Beləliklə, sözügedən Siyahıda göstərilən vəzifələrlə iddiaçının işlədiyi vəzifələr eyni olmasa da, apellyasiya instansiya məhkəməsi bu halı araşdırmamış, iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını əsassız olaraq dəyişdirmədən qüvvədə saxlamışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin M əcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini pozmuşdur. Belə olan halda, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-176/2020 nömrəli, 09.01.2020ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzi bati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi iddiaçının müvafiq illərdə işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın VIII Bölməsində nəzərdə tutulan vəzifələrə uyğun olub-olmadığını müəyyən etməli, nəticədən asl ı olaraq ədalətli qərar qəbul etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 96.5.1-ci maddəsini rəhbər tutaraq Ali Məhkəmə Kollegiyası QƏRARA ALDI: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-176/2020 nömrəli, 09.01.2020-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-932/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-932/2020
22.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver