Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-932/2022 15.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Elbrus oğlunun cavabdeh Naxçıvan şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (artırılmış əlavə yaşayış sahəsinin sökülməsinə görə kompensasiya tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı Elbrus oğlunun (xx.xx.1970-ci il təvəllüdlü; FİN: xxxxxxx ) cavabdeh Naxçıvan şəhər İcra Hakimiyyətinə qarşı “ünvan 1 ünvanında yerləşən 79.65 kv.m. sahəsi olan mənzilin sökülməsi nəzərdə tutulan 37 (otuz yeddi) kv.m. sahəsi müqabilində bazar d əyərinə müvafiq olaraq, hər kvadrat metr üçün 1000 (bir min) AZN və həmin sahənin bazar dəyərinin 20%-i məbləğində əlavə haqq kimi 7.400 (yeddi min dörd yüz) AZN olmaqla, cəmi 44.400 (qırx dörd min dörd yüz) AZN maddi ziyanın, 15.000 (on beş min) AZN mənəvi ziyanın ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması” tələbinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2022-ci il tarixli, 2-1(108)-2/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. ünvan 1 ünvanında yerləşən, İddiaçı məxsus 2 otaqlı mənzilin sahəsi 42.65 kv.m. olmuşdur. 2011-ci ildə həmin mənzilin sahəsi 37 kv. m. artırılaraq, ümumi sahəsi 79.65 kv.m. olmuşdur.
2. Hüq uqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 29 dekabr 2016-cı il tarixli, MH seriyalı, ******* nömrəli çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 79.65 kv.m. olan mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 12/19 nömrəli reyestr kitabının 3669 nömrəli vərəqində qeydiyyata alınmışdır.
3. Naxçıvan Şəhər İcra Hakimiyyətinin 21 avqust 2020-ci il tarixli, 19/107 nömrəli məktubu əsasında daşınmaz əmlakın dövlət reyestrində müvafiq düzəlişlər aparılmaqla, qeyd olunan yaşayış sahəsinin əvvəlki ölçüsü bərpa edilmişdir. Naxçıvan şəhər İcra Hakimiyyəti 2020-ci ildə apardığı araşdırma nəticəsində yenidənqurma və planlaşdırma işlərinin müvafiq icazə alınmadan həyata keçirildiyinə və Mənzil Məcəlləsinin 25.1.3 (yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi yaşayış sahəsindən təyinatı üzrə istifadəni təhlükəli və ya qeyri-mümkün edən dərəcədə yaşayış sahələri üçün qanunvericiliklə müəyyən olunmuş sanitariya və texniki norma və qaydalara uyğun olmadıqda) və 25.1.6-cı (yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi binanın xarici görünüşündə dəyişiklik edilməsini nəzərdə tutduqda belə dəyişikliyin binanın xarici görünüşü, arxitektura və təhlükəsizlik sahəsində qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab vermədiyi hallarda) maddələrində nəzərdə tutulmuş halların aşkar edildiyinə əsaslanaraq, həmin Məcəllənin 27.2.2-ci maddəsinə (bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar edildikdə yaşayış sahəsinin özbaşı na yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış mülkiyyətçisi və ya sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin kirayəçisi tərəfindən həmin yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsini tələb edərək bunun üçün əsaslandırılmış müddət və qayda müəyyən edir) müvafiq olaraq yaşayış sahəsinin və sahənin yerləşdiyi binanın əvvəlki vəziyyətinə qaytarılmasını qərara almışdır.
4. İddiaçı qanunvericiliyə müvafiq olaraq həmin sahələrin sökülməsi müqabilində ədalətli kompensasiya ödənilməsi barədə cavabdehə müraciət edilmişdir.
5. Cavabdeh tərəfindən 10 iyul 2020-ci il tarixli, 27/M-16 saylı məktubla iddiaçıya bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikasında, eləcə də onun paytaxtı Naxçıvan şəhərində aparılan kompleks quruculuq işləri ilə yanaşı yenidənqurma, ş əhər və rayonların abadlaşdırılması, bu sahədə görülən bütün tədbirlər əhalinin rahat və təhlükəsiz həyat şəraitinin təmin edilməsinə xidmət edir. Çoxmənzilli binada ümumi mülkiyyətin qorunmasının, yararlı vəziyyətə salınmasının, qurğuların dayanıqlılığının, yükdaşıyan rigellərin uzunömürlülüyünün və zəlzələyə davamlılığının təmin edilməsi məqsədilə şəhərin mərkəzi küçəsində yerləşən yaşayış binasının müəyyən edilmiş qaydada müasir üslubda təmir olunması nəzərdə tutulmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
6. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, 79.65 kv.m. sahəsi olan mənzilin sökülməsi nəzərdə tutulan 37 (otuz yeddi) kv.m. sahəsi müqabilində bazar dəyərinə müvafiq olaraq, hər kvadrat metr üçün 1000 ( bir min) AZN və həmin sahənin bazar dəyərinin 20%-i məbləğində əlavə haqq kimi 7.400 (yeddi min dörd yüz) AZN olmaqla, cəmi 44.400 (qırx dörd min dörd yüz) AZN maddi ziyan, 15.000 (on beş min) AZN mənəvi ziyan məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunmasına dair qərar qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 29 dekabr 2016-cı il tarixli, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, sahəsi 79.65 kv.m. olan mənzilin mülkiyyətçisidir. Yaşayış binasının abadlaşdırılması yenidən üzlənməsi məqsədilə binada təmir-bərpa işlərinin görülməsi və eləcə də, yaşayış sahələrinin balkon və bir sıra hissələrinin sökülməsi nəzərdə tutulmuşdur. Belə ki, ona mülkiyyətində olan mənzilin balkon və 37 kv.m. sa həsinin söküləcəyi bildirilmişdir. Halbuki, qeyd olunan çıxarışa əsasən həmin mənzil, o cümlədən sökülməsi nəzərdə tutulan sahələr mülkiyyət hüququ ilə ona məxsusdur və həmin sahələrdə onun tərəfindən əsaslı təmir işləri görülmüş, xeyli xərc çəkilmişdir. Hazırda yaşadıqları binada söküntü işləri aparılır və mənzilin yarıdan çox hissəsinin - 37 kv.m. sahəsinin sökülməsi normal həyat şəraitlərinə çox ciddi təsir göstərməklə, 5 nəfər ailə üzvünün həmin mənzildə yaşamasını, eləcə də həmin mənzildən faydalanmaq imkanlarını qeyri-mümkün etmiş, onları çıxılmaz vəziyyətə salmışdır. Belə olan təqdirdə, qanunvericiliyə müvafiq olaraq sökülməsi nəzərdə tutulan sahələrin müqabilində ədalətli kompensasiya ödənilməli və bununla da mülkiyyət və digər insan hüquqları təmin olunmalıdır. Müvafiq kompensasiy anın müəyyən olunaraq ödənilməsi üçün aidiyyəti orqanlara dəfələrlə şifahi və yazılı müraciətlər etsə də, bu günədək heç bir tədbir görülməmiş, kompensasiyanın ödənilməsindən imtina olunmuşdur. Cavabdeh tərəfindən müraciətinin əsasını təşkil edən məsələyə heç bir münasibət bildirilməməsi və bununla da yaşayış sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədin olmasına baxmayaraq, kompensasiyanın ödənilməsindən imtina edilməsi mülkiyyət hüququnun kobud surətdə pozulmasının bariz nümunəsidir. Cavabdeh tərəfindən onlara sadəcə maddi ziyan deyil, əhəmiyyətli şəkildə mənəvi ziyan da vurulmuşdur. Belə ki, mənzildə yaranmış narahatlıq səbəbindən qohumlarının evində yerləşməyə məcbur olmuş, cavabdehin qanunsuz və əsassız hərəkətləri qarşısında iddiaçı və ailə üzvləri ciddi şəki ldə əsəb, stressə məruz qalmışlar. Halbuki, görülən tədbirlər Naxçıvan şəhərində əhalinin mənzil-məişət şəraitinin və sosial rifahının yaxşılaşdırılması məqsədinə xidmət etməli, əsassız və qanunsuz olaraq mülkiyyət hüquqlarını məhdudlaşdırmamalıdır. Bu baxımdan iddiaçı cavabdeh tərəfindən vurulmuş mənəvi ziyanın məbləğini 15.000 (on beş min) AZN dəyərində qiymətləndirir.
8. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçıya məxsus olan mənzil 42.65 kv.m olmuş, 2011-ci il tarixdə nəzarətsizlik şəraitində tikinti normalarına əməl olunmadan, müvafiq orqan və təşkilatlarla razılaşdırılmadan binanın yükgötürən konstruksiyalarının zəiflədilməsinə səbəb olan, binanın qurğularının dayanıqlılığını, zəlzələyə davamlılığını, uzunömürlülüyünü azaldan tikinti-quraşdırma işləri həyata ke çirilmişdir və nəticədə binada yaşayan vətəndaşların həyat və sağlamlılığına təhlükə yaranmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində göstərilən sənədlərdən heç biri təqdim edilmədən, mövcud yaşayış sahəsinə qanunsuz artırmalar əsassız olaraq dövlət qeydiyyatına alınmışdır. ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə sonradan əlavə olunmuş 37 kv.m. sahə əsassız olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alındığından, qeydiyyat qanunvericilikdə nəzərdə tutulmuş sənədlər təqdim edilmədən aparıldığından, hazırda həmin qeydiyyat Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən ləğv olunduğundan iddia tələbi əsassızdır və təmin olunmamalıdır.
9. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəmə sinin 2-1(122)-89/2020 nömrəli, 24 dekabr 2020-ci il tarixli qərarı ilə (hakim S. Novruzov) iddia rədd edilmişdir.
10. Məhkəmə hesab etmişdir ki, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən Naxçıvan Şəhər İcra Hakimiyyətinin 21 avqust 2020-ci il tarixli, 19/107 nömrəli məktubu əsasında daşınmaz əmlakın dövlət reyestrində müvafiq düzəlişlər edilmiş, yaşayış sahəsinin əvvəlki ölçüsü bərpa edilmiş, daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyat ləğv olunmuş və bu barədə iddiaçıya məlumat verilmişdir. Milli qanunvericilikdə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq-hüquqi aktlarda mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqeyin mövcud olmasına baxmayaraq, hazırki işə münasibətdə mülkiyyətin toxunulmazlığı prinsipi ndən söhbət gedə bilməz. Belə ki, Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 40 nömrəli binanın 7 nömrəli mənzilinə sonradan artırılan 37 kv.m. sahə müvafiq inzibati orqan tərəfindən qanuna müvafiq qaydada qeydiyyata alınmadığından, 29 dekabr 2016-cı il tarixli, MH seriyalı, ******* nömrəli çıxarış ləğv olunmuşdur. Buna görə də iddiaçının artıq həmin daşınmaz əmlak üzərində mülkiyyət hüququ mövcud deyildir. Heydər Əliyev prospekti, bina 40, mənzil 7 ünvanında yerləşən 42.65 kv.m. yaşayış sahəsinə sonradan əlavə olunan 37 kv.m. genişləndirilmənin aparılması qanunvericiliyin tələblərinə zidd şəkildə həyata keçirilmişdir.
11. İddiaçı apellyasiya şikayəti verərək, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 2-1(122)-89/2020 nömrəli, 24 dekabr 2020-ci il tarixli qərarının ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat
12. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(108)13/2021 nömrəli, 19 may 2021-ci il tarixli qərarı ilə (hakimlər Ə. Xıdırov sədrlik- edən, S. Qarayev və M. Allahverdiyev) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 2-1(122)-89/2020 nömrəli, 24 dekabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. İddiaçı Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(108)-13/2021 nömrəli, 19 may 2021-ci il tarixli qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini v ə iddia tələbinin təmin olunmasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2021-ci il tarixli, 2-1(102)-1405/2021 nömrəli qərarı ilə (hakimlər Kəmaləddin Bədəlov - sədrlik edən və məruzəçi, Nigar Rəsulbəyova və İlqar Hüseynov ) Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(108)-13/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
16. Ali Məhkəmə hesab etmişdir ki, cavabdeh hal-hazırda iddiaçı tərəfindən aparılan yenidənqurma işlərinin qanunsuz və özbaşına olduğunu, Mənzil Məcəlləsinin 25.1.3 və 25.1.6-cı maddələrində nəzərdə tutulan halların aşkar edildiyini bildirsə də, bununla bağlı hər hansı mötə bər sübut təqdim etməmişdir. Bundan əlavə, iddiaçının mülkiyyət hüququnun qanunsuz olaraq qeydə alındığına dair cavabdehin iddiası ilə bağlı nəzərə alınmalıdır ki, iddiaçının mülkiyyət hüququnun qeydə alınmasına əsas elə məhz cavabdehin məktubu olmuş, başqa sözlə, cavabdeh buna razılıq vermişdir. Həmçinin qeyd olunmalıdır ki, qanunsuz olaraq qeydə alınma ilə bağlı iş materiallarına heç bir mötəbər sübut əlavə olunmamışdır. Bunun əks halı dövlət reyestrinin mötəbərliliyi prezumpsiyasına ziddir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsinə əsasən, dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Bundan başqa, hal-hazırda iddiaçıya məxsus çıxarışda düzəliş edilməsi, onun ge nişləndirilmiş mənzil üzərində qanuni mülkiyyət hüququnun olmamasına birbaşa dəlalət etmir. Beləliklə, hazırkı iş üzrə cavabdeh iddiaçının mülkiyyət hüququna müdaxilənin legitimliyini, müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənildiyini, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasibliyin mövcudluğunu əsaslandırmalı olduğu halda, bunu etməmiş, işə baxan apellyasiya instansiyası məhkəməsi isə bu hala qiymət verməmişdir. Həmçinin, sökülmənin legitimliyi və mütənasibliyi iddiaçıya dəymiş ziyanın aradan qaldırılmasını istisna etmir, əks hal, mülkiyyət hüququnun qanunsuz və əsassız pozuntusu kimi qiymətləndirilir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
17. Naxçıvan Muxta r Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(108)2/2022 nömrəli, 25 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər V. Kuimova - sədrlik edən, Ə. Allahverdiyev və F. Abbasov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 2-1(122)-89/2020 nömrəli, 24 dekabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
19. İddiaçı kassasiya şikayəti verərək Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(108)-2/2022 nömrəli, 25 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlill əri
20. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, mötəbər sübutların və hüquqi əsasların mövcudluğuna baxmayaraq, məhkəmə kollegiyası cavabdehin Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə ünvanlandığı məktubun Heydər Əliyev prospekti, 40 nömrəli binada təmir və yenidənqurma işlərinin onun tərəfindən aparılmasına dəlalət etmədiyini nəzərə almamış, habelə 7 nömrəli mənzilin 37 kv.metrdən ibarət artırma sahəsinin sökülməsi ilə əlaqədar hər hansı qərarın qəbul edilmədiyinə və təmir-tikinti işlərinin cavabdeh tərəfindən və onun sifarişi əsasında aparılmasının sübut olunmadığına dair cavabdehin uydurma və gülünc xarakter daşıyan uydurmalarını əsas götürmüşdür. Məhkəmə kollegiyası iş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əm lak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə ünvanladığı 19 oktyabr 2020-ci il tarixli, 464 nömrəli məktubda "Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən 2020-ci ildə araşdırma aparıldığı və binanın əvvəlki vəziyyətinə qaytarıldığı, Naxçıvan Şəhər İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli, 19/107 nömrəli məktubu əsasında daşınmaz əmlakın dövlət reyestrində müvafiq düzəlişlər edildiyi" barədə göstərilənləri nəzərdən qaçırmış, cavabdehin onun balansında və idarəetməsində olan ictimai yaşayış binasında (Heydər Əliyev prospekti, bina 40) yenidənqurma və təmir işlərinin aparılması, fasadının üzlənməsi və ya söküntü işlərinin həyata keçirilməsi və binanın fasadının yenidən üzlənməsi kimi irimiqyaslı tikinti işlərindən bixəbər olduğuna inam y aratmağa çalışmaqla qərəzli, ədalətsiz və qeyri-obyektiv mövqedən çıxış etmişdir. Bundan başqa, məhkəmə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 24-cü, 26-cı və 27-ci maddələrinin tətbiqində səhvə yol vermişdir. Belə ki, Heydər Əliyev prospektində yerləşən 40 nömrəli binada, o cümlədən mülkiyyətində olan mənzildə cavabdehin sifarişi və qərarı əsasında yenidənqurma işləri aparıldığından, yaşayış sahəsində yenidənqurma işlərinin aparılmasına icazə alınması və verilməsi və ya qəbul komissiyasının yaradılması və akt tərtib olunması kimi məsələlər də cavabdeh və digər aidiyyəti orqanlar tərəfindən həll edilmişdir və mənzilinə əlavə sahə artırılan bir neçə mülkiyyətçidən biri kimi iddiaçıya münasibətdə belə bir tələbin irəli sürülməsi yolverilməz və qəbuledilməzdir. Belə olan halda, məhkəmə nin heç bir əsas olmadan qeyd olunan maddələrə istinad etməklə mənzildə aparılmış tikintinin özbaşına tikinti olmasına dair mülahizələri iddiaçının mülkiyyət hüququnun və qanuni mənafeyinin kobud surətdə pozulmasının bariz nümunəsidir. Eyni zamanda, məhkəmə kollegiyası iddia tələbinin "vurulmuş mənəvi ziyanın əvəzi kimi 15.000 (on beş min) manat kompensasiyanın ödənilməsi’' hissəsinin rədd olunmasında da qanunsuzluğa yol vermiş, mənəvi zərərin ödənilməsi ilə bağlı qüvvədə olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun göstərişlərini nəzərə almamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlillər
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
22. Azərb aycan Respublikasının Konstitusiyası Maddə
13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə
29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqları ndan ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Vİ. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.
23. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 25.1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını razılaşdırmaqdan imtinaya aşağıdakı hallarda yol verilir:... 25.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi yaşayış sahəsindən təyinatı üzrə istifadəni təhlükəli və ya qeyri-mümkün edən dərəcədə yaşayış sahələri üçün qanunvericiliklə müəyyən olunmuş sanitariya və texniki norma və qaydalara uyğun olmadıqda;... 25.1.6. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi binanın xarici görünüşündə dəyişiklik edilməsini nəzərdə tutduqda belə dəyişikliyin binanın xarici görünüşü, arxitektura və təhlükəsizlik sahəsində qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab vermədiyi hallarda. Maddə 27.2. Razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyası özbaşına yenidən qurulma və (və ya) yenidən planlaşdırılma aparılmış yaşayış sahəsini tədqiq etdikdən sonra razılaşdırmanı həyata keçirən orqan aşağıdakıları həyata keçirir:... 27.2.2. bu Məcəllənin 25.1.3-25. 1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar edildikdə yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış mülkiyyətçisi və ya sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin kirayəçisi tərəfindən həmin yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsini tələb edərək bunun üçün əsaslandırılmış müddət və qayda müəyyən edir.
24. İnzibati icraat haqqında Qanun Maddə
13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xa rakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə
16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli g ələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Maddə
67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunl arı ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan is tifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələr i aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əs asən ödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
25. Azərbaycan Respubli kasının İnzibati Prosessual Məcəlləsi Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zər uri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdi rilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
27. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti əsaslıdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələbləri nə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamış və nəticədə müvafiq hüquq normalarının tətbiqində yanlışlığa yol verilmişdir. Bu baxımdan kassasiya şikayəti təmin edilməli və apelyasiya məhkəməsinin qərarı ləğv olunmalıdır.
29. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
30. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli və iş üzrə obyektiv qanunauyğun qərarın qəbulu üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübut lar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.
31. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid sənədlərin, faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apelyasiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmam ışdır.
32. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisəyə münasibətdə bu qərarın 24-cü bəndində istinad olunan normada təsbit edilmiş etimad hüququnun qorunması prinsipi ümumiyyətlə nəzərə alınmamış, həmin prinsipin tələbləri baxımından iddiaçının mübahisəli sahə üzərində mülkiyyət hüququnun yaranması və inzibati orqanların hərəkətinə onun etimadının yaranması ilə bağlı məsələlər, eləcə də ən azından həmin etimada əsaslanaraq mübahisəli sahənin təmir edilməsi, həmin sahədən istifadəyə imkan verən şəraitin, eləcə də həmin sahədə fərdi və ailə ehtiyaclarının ödənilməsi məqsədlərinə xidmət edən infrastrukturun yaradılması ilə əlaqədar iddiaçının məruz qaldığı müxtəlif xarakterli xərclər (məsələn, maliyyə məsrəfləri) tam araşdırılmamış və müəyyən edilməmişdir.
33. Mübahisəyə dair iş üzrə materiallardan mübahisəli sahə üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının və ona Reyestrdən 29 dekabr 2016cı il tarixli, MH seriyalı, ******* nömrəli müvafiq çıxarışın verilməsinin məhz cavabdehin 09 dekabr 2016-cı il tarixli, 19/138 saylı məktubu əsasında həyata keçirildiyi görünür. Belə ki, mübahisəli, yəni sonradan əlavə olunan 37 kv.m. sahənin iddiaçı tərəfindən qanunvericiliyin tələblərinə zidd şəkildə həyata keçirildiyini iddia edən cavabdeh, 09 dekabr 2016-cı il tarixli, 19/138 saylı məktubda həyata keçirilmiş abadlaşdırma tədbirləri ilə əhatə olunan binalarda mənzillərin sahəsində artımların olduğunu qeydiyyat orqana bildirmiş və bunun həmin mənzillərin dövlət qeydiyyatı zamanı nəzərə alınmasını həmin orqandan xahiş etmişdir. Müb ahisəli sahənin dövlət qeydiyyatının aidiyyəti qurum tərəfindən məhz bundan sonra aparıldığı və mübahisəli sahənin təmir edilməsi, həmin sahədən istifadəyə imkan verən şəraitin, eləcə də həmin sahədə fərdi və ailə ehtiyaclarının ödənilməsi məqsədlərinə xidmət edən infrastrukturun yaradılması ilə bağlı iddiaçı tərəfindən müəyyən miqdarda vəsait xərcləndiyi, habelə uzun müddət ərzində iddiaçının ailə üzvləri ilə birlikdə həmin sahədən istifadə etdiyi nəzərə alınmamış və həmin hallar araşdırılaraq onlara hüquqi qiymət verilməmişdir.
34. Bundan əlavə, hazırkı mübahisəyə münasibətdə iddiaçının etimad hüququnun qorunması baxımından cavabdehin Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə ünvanladığı 09 dekabr 2016-cı il tarixli, 19/138 nömrəli məktuba və həmin məktubda Naxçıvan şəhərində həyata keçirilən abadlıq və quruculuq işləri ilə əlaqədar bir sıra ictimai yaşayış binalarının, o cümlədən Heydər Əliyev prospekti 10, 22, 40 və sair nömrəli yaşayış binalarının mənzillərində yaşayış və ümumi sahələrdə dəyişikliklər edildiyinin təsbit olunması və ünvanları göstərilən binalarda mənzillərin yaşayış və ümumi sahələrində əmələ gələn dəyişikliklərin sənədləşmə zamanı nəzərə alınması barədə cavabdehin iradə ifadəsi faktına, Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən 2020-ci ildə araşdırma aparıldığı və binanın əvvəlki vəziyyətinə qaytarıldığı barədə Naxçıvan Şəhər İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli, 19/107 nömrəli məktubu əsasında daşınmaz əmlakın dövlət reyestrində müvafiq düzəlişlər edilməsi faktına da apelyasiya məhkəməsi tərəfi ndən hüquqi qiymət verilməmişdir.
35. Bununla bağlı nəzərə almaq lazımdır ki, cavabdehin 09 dekabr 2016-cı il tarixli, 19/138 saylı məktubu inzibati akt keyfiyyətinə malik hüquqmüəyyənedici sənəd olmasa da, hər bir halda mübahisəli sahəyə münasibətdə hakimiyyət iradəsini ifadə edir və məzmun baxımından artırmanın onun iradəsinə zidd olaraq inşa edilmədiyi qənaətini yaradır. Əks təqdirdə, cavabdeh bu məzmunda məktubla qeydiyyatı aparan reyestr xidmətinə müraciət etməzdi. Eyni zamanda, qeydiyyat orqanı hüquqmüəyyənedici sənəd keyfiyyətinə malik olmayan həmin sənəd əsasında qeydiyyat aparmağa və həmin qeydiyyatda xx.xx.2020-ci il tarixli, 19/107 nömrəli məktubu əsasında düzəliş etməyə haqlı sayılmasa da, həmin qeydiyyatın qanunsuzluğu iddiaçının deyil, qeydiyyat qurumunun məsuliyyət sferasına aid edilməlidir.
36. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, bu qərarın 24-cü bəndində istinad olunan normada təsbit edilmiş etimad hüququnun qorunması prinsipi yalnız inzibati orqanların inzibati aktlarına və ya yazılı vədlərinə münasibətdə deyil, həm də onların faktiki xarakterli hərəkətlərinə münasibətdə də tətbiq edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə görə, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Bu baxımdan cavabdehin qeyd olunan məktubunun, reyestr xidmətinin apardığı qeydiyyatın faktiki xarakterli hərəkət olması şəxsin həmin hərəkətlərə etimadının qorunmasını istisna edə bilməz. İddiaçı suveren hakimiyyət daşıyıcısı olan həmin icra hakimiyyəti orqanlarının hərəkətlərinə, xüsusən də uzun müddət ərzində (ən azından 2016-cı ildən 2020-ci ilə qədər olan müddət ərzində) təkzib edilməyən hərəkətlərinə etimad göstərməkdə (iş üzrə materiallardan şəxsin etimad hüququnu istisna edən hallar müəyyən olunmamışdır), həmin etimada güvənərək mübahisəli sahədə bu qərarın 32-33cü bəndlərində qeyd olunmuş şəraiti yaratmaqda haqlı sayılmalı, onun mübahisəli sahədə bununla bağlı çəkdiyi xərclər müəyyən olunmalı və nəzərə alınmalıdır.
37. Məhkəmə kollegiyası qeyd edir ki, Avropa İnsan haqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Başqa sözlə, mülkiyyət hüququ o nun əhəmiyyətinə baxmayaraq, mütləq xarakter daşımır və qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada məhdudlaşdırıla bilər və belə məhdudlaşdırma həmçinin ictimai, o cümlədən şəhərsalma məqsədləri üçün dövlət tərəfindən mülkiyyətə müdaxilə imkanını da nəzərdə tutur.
38. Bu mənada inzibati orqan (o cümlədən cavabdeh) müəyyən ərazidə ictimai məqsədlər (şəhərsalma məqsədləri) üçün abadlaşdırma işlərinin aparılması və şəhərsalma məqsədlərinə xidmət edən digər fəaliyyətin həyata keçirilməsi ilə bağlı müvafiq səlahiyyətlərə malikdir və həmin səlahiyyətlər çərçivəsində müvafiq tədbirlərin həyata keçirilməsində haqlı sayılmalıdır. Lakin inzibati orqan tərəfindən həmin səlahiyyətlər qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməli, yenidən planlaşdırma və abadlaşdırma tədbirlərinin hə yata keçirilməsi ilə bağlı şəxsin qanuni istifadəsində olan əmlaka müdaxiləyə (məsələn, əmlakın mülkiyyətçidən alınmasına) ehtiyac yarandığı hallarda, cavabdeh “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda nəzərdə tutulmuş qaydada hərəkət etməlidir. Belə hallarda da torpaqların dövlət ehtiyacları üçün alınması zamanı mülkiyyətə müdaxilə ilə bağlı nəzərdə tutulmuş tələblərin tətbiq olunması zərurəti nəzərə alınmalıdır.
39. Prinsip ondan ibarətdir ki, qanunvericiliyə uyğun olması üçün inzibati orqan tərəfindən mülkiyyətə müdaxilə qanuni hərəkətlər yolu ilə, qanunvericiklə nəzərdə tutulmuş tələblərə və şərtlərə uyğun şəkildə həyata keçirilməlidir. Bununla bağlı nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ konstitusiyanın qoruma sferası ilə əhatə olunduğundan, yalnız qanunla tə sbit olunmuş əsasların mövcud olduğu hallarda və qanunla müəyyən olunmuş prosedurlar çərçivəsində ona müdaxilə edilə, o cümlədən özgəninkiləşdirilə bilər. Belə müdaxilə həmçinin legitim məqsədlə həyata keçirilməli və həmin məqsədə mütənasib olmalıdır. Bu zaman, həm də nəzərə alınmalıdır ki, inzibati orqanın müdaxilə ilə güddüyü legitim məqsəd belə, müdaxilə üçün qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qaydalara əməl edilmədən həyata keçirilən müdaxiləyə haqq qazandıra bilməz. Bu qayda hüquqi dövlət prinsipinə, konstitusion hüquqi dəyərlərə bağlıdır və mütləq xarakter daşıyır.
40. Mübahisəyə dair işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, iddiaçının mülkiyyətində olan mənzilin mübahisəli 37 kv.m hissəsinin sökülməsi məhz cavabdehin qərarı və təşəbbüsü ilə həy ata keçirilmişdir. Bu səbəbdən mülkiyyətçiyə dəymiş ziyanın ödənilməsi cavabdehin məsuliyyət sferasına aid edilməlidir. Yuxarıda istinad olunan normaya görə, inzibati orqanlar qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə məsuliyyət daşıyırlar.
41. Vurulmuş ziyanın ödənilməsi zamanı ziyanın müəyyən edilməsi üçün (əsas meyarlardan biri kimi) iddiaçının məhrum olduğu yaşayış sahəsinin dəyəri, onun təmiri və müvafiq infrastrukturun qurulması ilə bağlı xüsusatlar nəzərə alınmalıdır. Bu zaman həm də nəzərə almaq lazımdır ki, cavabdeh tərəfindən mənzilin əhəmiyyətli hissəsinin sökülməsi iddiaçının və onun ailə üzvlərinin normal həyat şəraitinə çox ciddi mənfi təsir göstərmək imkanını özündə ehtiva edir. Mənəvi zərər müəyyə n edilərkən, məhkəmələr tərəfindən qeyd edilənlərdən əlavə, həm də şəxsin mülkiyyətindən məhrum olma şəkli, inzibati orqanın belə davranış şəklinin şəxsə neqativ təsiri kimi vacib xüsusatlar da məhkəmə tərəfindən qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsi barədə" 31 may 2002-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
42. Bundan başqa, qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin hazırkı mübahisəyə dair xx.xx.2021-ci il tarixli, 2-1(102)-1405/2021 nömrəli qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21(108)-13/2021 saylı, 19 may 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, qərarda işə təkrar baxan apellyasiya instansiyası məhkəməsinə göstərişlər nəzərdə tutulmuşdur. Ali məhkəmənin həmin göstərişləri apelyasiya məhkəməsi tərəfindən icra o lunmamışdır.
43. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən xüsusatların araşdırılması və müəyyən edilməsi iş üzrə düzgün qərarın qəbul olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Odur ki, işə təkrar baxılması zamanı apelyasiya məhkəməsi tərəfindən hazırkı qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməli, yalnız bundan sonra qərar qəbul olunmalıdır.
44. Beləliklə, apelyasiya məhkəməsi tərəfindən İPM-in 12, 48 və 58-ci maddələrinin tələblərinə əməl olunmadığından, kassasiya şikayəti təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilməlidir.
45. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96 -cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2022-ci il tarixli, 2-1(108)-2/2022 nömrəli qərarı ləğv olunur. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir.