Məhkəmə qərarları › İş №2-1(102)-932/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-932/2023

18.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-932/2023 18.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanın da Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-716/2022 nömrəli, 1 dekabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bağçılıq yoldaşlıq birliyinin 104 nömrəli, 1993-cü il tarixli üzvlük kitabçasının surətinə əsasən, F.S.Vəliyevaya Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ünvanda yerləşən 110 və 111 saylı (0,10 ha) bağ sahələri ayrılmışdır. 2. 491416 nömrəli nikah haqqında şə hadətnamənin surətinə əsasən, iddiaçının nikah bağlanmamışdan əvvəlki soyadı “Vəliyeva” olmuşdur.

3. İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdehə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ünvanda yerləşən 0,10 ha torpaq sahəsinə dair çıxarışın verilməsini xahiş etmişdir.

4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli **********02 saylı məktubdan görünür ki, qeyd olunan torpaq sahəsinə dair sənədlərin əsli təqdim edildiyi təqdirdə, iddiaçının müraciətinə baxılacaqdır.

5. Cavabdehin xx.xx.2020-ci il tarixli **********06 nömrəli məktubundan görünür ki, “Azneft kimyamaş” bağçılıq yoldaşlıq birliyi nəzdində X4 Bakı şəhəri, Xəzər rayonu, Türkan ərazisində bağ sahəsinin ayrılmasına dair məlumat mövcuddur. X2 Xəzər rayonu, Türkan bağ massivində bağ sahəsinin ayrılmasına dair sənəd İdarənin arxivində aşkar olunmamışdır.

6. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli **********47 nömrəli məktubdan görünür ki, “Azneft kimyamaş” bağçılıq yoldaşlıq birliyi nəzdində X4 Xəzər rayonu, Türkan bağ massivində bağ sahəsinin ayrılmasına dair sənəd (üzvlük kitabçası, protokoldan çıxarış və s.) İdarənin arxivində aşkar olunmamışdır. Bağçılıq yoldaşlıq birliyi üzvlərinin siyahısı ümumi olduğundan sənəd surətini vermək mümkün olmamışdır.

7. Cavabdehin xx.xx.2021-ci il tarixli, **********13 nömrəli məktubundan görünür ki, “Azərneftkimyamaş” (“X1” X10 Cəmiyyəti) bağçılıq yoldaşlıq birliyi nəzdində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 110 və 111 nömrəli bağ sahələrinin ayrılmasına dair sənəd (üzvlük kitabçası, protokoldan çıxarış və s.) İdarənin arxivində aşkar olunmamışdır. Sözügedən bağçılıq yoldaşlığı üzvlərinin arxiv qovluğunda mövcud olan siyahısında Vəliyeva F.S.(siyahıda olduğu kimi) adına 110, 111 nömrəli bağ sahələri göstərilmişdir. Həmçinin arxiv qovluğunda saxlanılan X7 heyətinin xx.xx.2006-cı il tarixli 3 nömrəli protokolu ilə istifadə olunmayan bağ sahələrinə dair üzvlük kitabçalarının hüquqi qüvvələrinin itirilməsi və bu barədə həmin üzvlərə rəsmi məktub və akt göndərilməsi qərara alınmışdır. Həmin protokolda istifadə edilməyən bağ sahələri kimi sorğuda bəhs edilən bağ nömrələri də qeyd edilmişdir.

8. X7 heyətinin iclasının 18 yanvar 2006-cı il tarixli 3 nömrəli protokoluna əsasən, institutun Türkan qəsəbəsində yerləşən kollektiv bağçılıq yoldaşlığının 18 üzvünün bağ sahələrindən (110 və 111 n ömrəli bağ sahələri də qeyd edilmişdir) 10 ildən çox müddətdə istifadə etmədiyi müəyyən olunmuş və boş torpaq sahəsi olan və 5 ildən artıq müddətdə istifadə olunmayan torpaq sahiblərinə rəsmi məktub və akt göndərilməklə onların bağçılıq üzvlüyündən xaric edilməsi və üzvlük kitabçalarının öz hüquqi qüvvəsini itiriməsi qərara alınmışdır.

9. Cavabdehin “Yerli baxış keçirilməsi və faktiki vəziyyət barəsində məlumat verilməsi barədə” **********69 nömrəli xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ünvanında yerləşən “110” və “111” saylı bağ sahəsinə yerli baxış keçirilmiş və faktiki vəziyyətdə göstərilən torpaq sahəsi Maşınqayırma Texnologiyaları İnstitutunun kollektiv bağçılıq yoldaşlığının qonşu bağ nömrələrinin ardıcıllığına əsasən 109110 say lı bağların ərazisinə uyğun gəlir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

10. İddiaçı 15 oktyabr 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 110 və 111 saylı, 0.10 ha bağ (torpaq) sahəsinin adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi və cavabdehin hərəkətlərinin (hərəkətsizliklərinin) qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun adına "Azneft kimyamaş" bağçılıq yoldaşlıq birliyi nəzdində Bakı şəhəri Xəzər rayonu Türkan ərazisində 10 sot ölçüdə 110 və 111 nömrəli bağ sahəsi ayrılmışdır. Onun qızlıq soyadı Vəliyeva olmuş, ərə getdikdən sonra Eminova soyadını götürmüşdür. "Azneft kimyamaş" bağçılıq yoldaşlıq birliyi tərəfindən ona bağ sahəsinin ayrılmasına dair adına 1993-cü ildə 104 nömrəli üzvlük kitabçası verilmişdir. Həmin üzvlük kitabçasını naməlum şəkildə itirmiş və bu barədə onda yalnız üzvlük kitabçasının surəti qalmışdır. Bu barədə 525-ci qəzetin 10 iyun 2020-ci il tarixli buraxılışında həmin kitabçanın etibarsız sayılması barədə elan vermişdir. 8 iyun 2020-ci il tarixdə Bakı şəhər Baş Polis İdarəsinə müraciət edərək sözügedən üzvlük kitabçasının tapılması barədə Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar bürosuna məlumatın daxil olubolmaması barədə ərizə vermişdir. Bakı şəhər Baş Polis İdarəsinin xx.xx.2020-ci il tarixli. 039928 1E-3220 saylı məktubunda Vəliyeva (Eminova) Firuzə Sülü qızına məxus olan "Azneft kimyamaş" bağçılıq birliyi nəzdində Bakı şəhəri, Xəzər rayonu, Türkan ərazisində 110 və 111 nömrəli bağ sahəsinə 1993-cü ildə verilmiş 104 nömrəli üzvlük kitabçasının tapılması barədə Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar bürosuna məlumatın daxil olmaması göstərilmişdir. Onun 1988-1990-cı illərdə "Azneft kimyamaş" da işləməsi əmək kitabçası ilə təsdiq olunur. Bundan başqa, X5 Həmkarlar İttifaqı Komitəsi tərəfindən təsdiq olunmuş siyahının 2-ci vərəqində sıra sayı 59-da (Velieva) F.C.-yə 110 və 111 nömrəli boş sahələrin ayrılması qeyd edilmişdir. Həmçinin, cavabdehə ünvanlanmış ərizələri ilə X5 Həmkarlar İttifaqı Komitəsi tərəfindən verilmiş siyahının və üzvlük kitabçasının surəti onlara göndərilməklə həm in siyahının və üzvlük kitabçasının surətlərinin təsdiq edilməsi xahiş edilmişdir. Sözügedən bağ sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdehə müraciət etsə də, İdarə tərəfindən ona əvvəlcə imtina verilmiş, sonrakı müraciətinə isə ümumiyyətlə cavab verilməmişdir. İddiaçı hesab etmişdir ki, cavabdehin xx.xx.2019-cu il tarixli imtinası və sonuncu müraciətinə cavab verməməsi (hərəkət və hərəkətsizlikləri) qanunsuz və əsassızdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. 12. xx.xx.2021-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 110 və 111 saylı, 0.10 ha bağ (torpaq) sahəsində göstərilən uyğunsuzluq aradan qaldırılmaqla (uyğunlaşdırılmaqla) adına mülkiyyət hüququ üzrə daşın maz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi və cavabdehin hərəkətlərinin (hərəkətsizliklərinin) qanunsuz hesab edilməsi barədə iddia tələbinin dəqiqləşdirilməsi barədə elektron ərizə daxil olmuşdur. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş və iş materiallarına əlavə olunmuşdur.

13. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazında xx.xx.2019-cu il tarixli, **********02 saylı imtina məktubunun dəlillərinə istinad etmiş, əlavə olaraq qeyd etmişdir ki, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı il ə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.

14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2151/2021 nömrəli, 21 ok tyabr 2021-ci il tarixli qərarı ilə (hakim A.P.Oruczadə) iddia təmin edilməmişdir.

15. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, “Vəliyeva (Eminova) Firuzə Sülü qızının adına “Azneftkimyamaş” (“X1” X10 Cəmiyyəti) bağçılıq yoldaşlıq birliyi nəzdində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində 110 və 111 nömrəli bağ sahələrinin ayrılmasına dair sənəd (üzvlük kitabçası, protokoldan çıxarış və s.) İdarənin arxivində aşkar olunmamışdır. Həmçinin faktiki vəziyyətdə göstərilən torpaq sahəsinin Maşınqayırma Texnologiyaları İnstitutunun kollektiv bağçılıq yoldaşlığının qonşu bağ nömrələrinin ardıcıllığına əsasən 109-110 saylı bağların ərazisinə uyğun gəldiyi müəyyən olunmuşdur.Bundan əlavə məhkəmə araşdırması zamanı təqdim olunmuş “X7 heyətinin xx.xx.2006-cı il tarixli 3 nömrəli protokolu ilə iddiaçının iddia tələbində qeyd etdiyi 110 və 111 nömrəli bağ sahələri də göstərilməklə istifadə olunmayan bağ sahələrinə dair üzvlük kitabçalarının hüquqi qüvvələrinin itirilməsi və bu barədə həmin üzvlərə rəsmi məktub və akt göndərilməsi qərara alınmışdır”.

16. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-716/2022 nömrəli, 1 dekabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, İ.S.Şirinov və X.A.Cəmilova) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2151/2021 nömrəli, 21 oktyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilmiş, cavabdehin hərəkətləri (hərəkətsizliyi) qanunsuz hesab edilərək, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 110 və 111 saylı, 0,10 ha bağ (torpaq) sahəsinə dair uyğunsuzluq aradan qaldırılmaqla (uyğunlaşdırılmaqla) iddiaçının adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 124 nömrəli sərəncamına əsasən, Bağçılıq yoldaşlıq ərazilərindən 5 ildən artıq müddət ərzində torpaq sahələri götürmələrinə baxmayaraq, həmin sahələrdə heç bir abadlıq və becərmə işləri aparmaya n - torpaq sahələri istifadəyə ayrılan vaxtdakı vəziyyətdə olan, vətəndaşların adlarından həmin torpaq sahələri X3 nümayəndəsinin və aiddiyyatı Bağçılıq Yoldaşlığının 3 üzvünün iştirakı ilə tərtib edilmiş akt əsasında silinməsi və bu vətəndaşlardakı üzvlük kitabçalarının öz hüquqi qüvvəsini itirmiş hesab edilməsi, torpaq sahəsindən istifadə etmək hüququnu itirmiş vətəndaşa X6 tərəfindən rəsmi bildirişin göndərilməsi qərara alınmışdır.

19. Qeyd edilənlərdən də göründüyü kimi, üzvlük kitabçaları öz hüquqi qüvvəsini X3 nümayəndəsinin və aiddiyyatı Bağçılıq Yoldaşlığının 3 üzvünün iştirakı ilə tərtib edilmiş akt əsasında itirir və bu barədə vətəndaşlara rəsmi bildiriş göndərilir. İş materiallarından görünür ki, “X7 heyətinin xx.xx.2006-cı il tarixli 3 nömrəli protokolu ilə istifadə olunmayan b ağ sahələrinə dair üzvlük kitabçalarının hüquqi qüvvələrinin itirilməsi və bu barədə həmin üzvlərə rəsmi məktub və akt göndərilməsi qərara alınmışdır. Lakin, Bakı şəhər İcra Hakimiyyətinin sərəncamında göstərilən qaydada aktın tərtib olunmasına dair iş materiallarında sübut mövcud deyildir, həmçinin bu barədə iddiaçıya rəsmi bildiriş göndərilməsi də məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.

20. Belə olan halda, məhkəmə kollegiyası üzvlük kitabçasının öz hüquqi qüvvəsini itirmədiyi qənaətinə gəlmişdir.

21. Bundan başqa məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qərarının əsaslandırma hissəsində Vəliyeva (Eminova) Firuzə Sülü qızının adına “Azneftkimyamaş” (“X1” X10 Cəmiyyəti) bağçılıq yoldaşlıq birliyi nəzdində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbə sində 110 və 111 nömrəli bağ sahələrinin ayrılmasına dair sənədin (üzvlük kitabçası, protokoldan çıxarış və s.) İdarənin arxivində aşkar olunmadığı qeyd edilmişdir. Lakin, kollegiya hesab etmişdir ki, qeyd olunan sənədin arxivdə aşkar olunmaması, iddiaçının iradəsindən asılı olan hal olmamaqla yanaşı, həmin sənədlərin saxlanılması cavabdehin vəzifələrinə aiddir.

22. Həmçinin, məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qərarında cavabdehin müvafiq məktubuna istinad edərək, faktiki vəziyyətdə göstərilən torpaq sahəsinin Maşınqayırma Texnologiyaları İnstitutunun kollektiv bağçılıq yoldaşlığının qonşu bağ nömrələrinin ardıcıllığına əsasən 109-110 saylı bağların ərazisinə uyğun gəldiyinin müəyyən olunduğunu qeyd etsə də, həmin məsələ ilə bağlı cavabdeh tərəfindən nə biri nci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə sübut təqdim olunmamışdır. Bundan başqa, hər hansı bir uyğunsuzluq mövcud olmuş olsa belə, həmin uyğunsuzluğun aradan qaldırılması cavabdehin səlahiyyətlərinə aiddir.

23. Məhkəmə kollegiyası son olaraq, iddiaçının cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi ilə bağlı tələbinə münasibətdə qeyd etmişdir ki, iddiaçı ilkin müraciətinə cavab aldıqdan sonra, cavabdehə yenidən müraciət etsə də, cavabdeh tərəfindən həmin müraciətə cavab verilməyərək, hərəkətsizlik göstərilmişdir. Bununla da, cavabdehin hərəkətsizliyi qanunsuz hesab olunmalıdır.

24. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

25. Kassasiya şikayətində işin halları və imtina məktubunun dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, arxiv məlumatlarına əsasən X7 heyətinin xx.xx.2006-cı il tarixli 3 nömrəli protokolu ilə istifadə olunmayan bağ sahələrinə dair üzvlük kitabçalarının hüquqi qüvvələrinin itirilməsi və bu barədə həmin üzvlərə rəsmi məktub və akt göndərilməsi qərara alınmışdır. Həmin protokolda istifadə edilməyən bağ sahələri kimi 110 və 111 bağ nömrələri də qeyd edilmişdir.

26. Bundan başqa, faktiki vəziyyətdə göstərilən torpaq sahəsi qeyd olunan bağçılıq yoldaşlığının qonşu bağ nömrələrinin ardıcıllığına əsasən 109-110 saylı bağların ərazisinə uyğun gəlir.

27. Cavabdeh Torpaq Məcəlləsinin 55, 67 və 68-ci maddələrinə, “Daşınmaz əmlakın dövl ət reyestri haqqında” Qanunun 2, 7, 8.0.7, 9 və 11.1-ci maddələrinə, həmçinin İPM-nin 90-96-cı maddələrinə istinad edilərək şikayətinin təmin olunması xahiş edilmişdir. b) kassasiya şikayətinə dair etirazın dəlilləri

28. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

29. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: -2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. -8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərr üfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; -12.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. -15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: -15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; -15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və mə zmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; -15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; -15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; -15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; -15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda 31. “İnzibati icraat haqqında” Qanun: -24.1. inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; -24.2. inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; -24.4. təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur;

32. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamı.

33. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu g ündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidi r. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

34. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

35. Apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdiril məsi üçün əsas yoxdur.

37. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

38. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

39. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

40. Hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının hüquqi marağı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 110 və 111 saylı, 0.10 ha bağ (torpaq) sahəsində göstərilən uyğunsuzluq aradan qaldırılmaqla (uyğunlaşdırılmaqla) adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi və cavabdehin hərəkətlərinin (hərəkətsizliklərinin) qanunsuz hesab edilməsindən ibarət olmuşdur.

41. İddiaçı sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrd ən çıxarışın verilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh iddiaçı tərəfindən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin əslinin təqdim edilmədiyi əsası ilə müraciətin icrasından imtina etmişdir.

42. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq apellyasiya instansiyası məhkəməsinin iddianın təmin edilməsi barədə gəldiyi qənaət ilə razılaşır. Belə ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 124 nömrəli sərəncamına əsasən, Bağçılıq yoldaşlıq ərazilərindən 5 ildən artıq müddət ərzində torpaq sahələri götürmələrinə baxmayaraq, həmin sahələrdə heç bir abadlıq və becərmə işləri aparmayan - torpaq sahələri istifadəyə ayrılan vaxtdakı vəziyyətdə olan, vətəndaşların adlarından həmin torpaq sahələri X3 nümayəndəsinin və aiddiyyatı Bağçılıq yoldaşlığının 3 ü zvünün iştirakı ilə tərtib edilmiş akt əsasında silinməsi və bu vətəndaşlardakı üzvlük kitabçalarının öz hüquqi qüvvəsini itirmiş hesab edilməsi, torpaq sahəsindən istifadə etmək hüququnu itirmiş vətəndaşa X6 tərəfindən rəsmi bildirişin göndərilməsi qərara alınmışdır.

43. Göründüyü kimi, sərəncama əsasən üzvlük kitabçaları öz hüquqi qüvvəsini X3 nümayəndəsinin və aiddiyyatı Bağçılıq yoldaşlığının 3 üzvünün iştirakı ilə tərtib edilmiş akt əsasında itirir və bu barədə vətəndaşlara rəsmi bildiriş göndərilir. Lakin, Bakı şəhər İcra Hakimiyyətinin sərəncamında göstərilən qaydada aktın tərtib olunmasına dair iş materiallarında sübut mövcud deyildir, həmçinin bu barədə iddiaçıya rəsmi bildiriş göndərilməsi də məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.

44. Bundan başqa, cavabdehin kassas iya şikayətində qeyd etdiyi və iş materiallarına əlavə edilmiş X7 heyətinin iclasının xx.xx.2006-cı il tarixli 3 nömrəli protokolundan da müəyyən edilir ki, 5 nəfər üzvün iştirakı ilə iclas keçirilmiş, arasında 110 və 111 saylı bağ sahələri də olmaqla bir sıra bağ sahələri barədə qərar qəbul edilmişdir. Həmin qərara əsasən, boş torpaq sahəsi olan və 5 ildən artıq müddətdə istifadə olunmayan torpaq sahələrinə rəsmi məktub və akt göndərilməklə onların bağçılıq üzvlüyündən xaric edilmələri və üzvlük kitabçalarının hüquqi qüvvəsini itirdiyinin bildirilməsi qərara alınmışdır.

45. Lakin, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış hallarına və cavabdehin məktubuna əsasən yuxarıda qeyd olunan məktub və akt mövcud olmadığından, məhkəmə kollegiyası üzvlük kitabçasının öz hüquqi qüvvəsini itirmədiyi qənaətinə gəlir.

46. Məhkəmə kollegiyası qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələbinə əsasən iddiaçının mübahisəli bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün iş materiallarına əlavə edilmiş Bağçılıq yoldaşlıq birliyinin üzvlük kitabçası və adının qeyd olunduğu siyahı əsasdır. 47. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun İİ fəslində daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının aparılması qaydası, 8-ci maddəsində isə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar müəyyən edilmişdir. Həmin Qanunun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının aparılması üçün əsasdır. Analoji qayda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1ci maddəsində də nəzərdə tutulmuşdur.

48. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin imtinası ilə bağlı gətirdiyi dəlillər və kassasiya şikayətində qeyd etdiyi sözügedən bağ sahəsinin faktiki vəziyyətinin uyğunsuzluq təşkil etməsi iddianın təmin edilməməsi üçün tutarlı əsas sayıla bilməz. Çünki, həmin hallar iddiaçının iradəsindən asılı deyil və bu uyğunsuzluğun aradan qaldırılması da cavabdehin səlahiyyətlərin dədir. 49. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini və ondan səmərəli istifadə edilməsinin vacibliyini nəzərə alaraq Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməlidir.

50. Odur ki, qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə hazırkı inzibati mü bahisə ilə bağlı məsələni apellyasiya məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Bağ sahəsinə hüququn qeydə alınması üçün qanunda nəzərdə tutulan iddiaçının adının olduğu kollektiv bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısı, siyahıya əsasən verilmiş üzvlük kitabçası mövcud olmuş, üzvlük kitabçası hüquqi qüvvəsini itirməmişdir.

51. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına prosessual hüquq normalarını düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin prosessual hüquq no rmalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

52. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-716/2022 nömrəli, 1 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar