Məhkəmə qərarları › İş №2-1(102)-933/2020

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-933/2020

31.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-933/2020 31.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X2rşı iş üzrə QƏRARDAD giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X6, X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət Sosial Müdafiə X5 Təyinat İdarəsinin vəkili X3 iştirakı ilə İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət Sosial Müdafiə X5 Təyinat İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı “pensiyanın yeni dən hesablanması və ödənilməmiş fərqin birdəfəlik ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-198/2020 saylı, x xxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti ilə bağlı işə Ali Məhkəmənin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona pensiya hesablanan zaman xx.xx.1997-ci il tarixdən qüvvəyə minmiş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin beşinci hissəsinin ilkin redaksiyasına uyğun olaraq səlahiyyət müddəti qurtardıqdan sonra pensiya yaşına çatmış sabiq hakimlərə axırıncı iş ye rlərində aldıqları vəzifə maaşlarının 80 faizi miqdarında pensiya verilir» müddəası əsas götürülməklə vəzifə maaşının 80 faizinin nəzərə alınması, eyni zamanda “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının x xxxxxxx 2010-cu il tarixli Qanuna əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələrinin hakimlərinin vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 106-cı maddəinə əsasən, ilk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərə hakimlik fəaliyyətinin birinci ilində bir dəfə aylıq vəzifə maaşının iki misli, sonrakı dörd il ərzində ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində birdəfəlik yardım, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 107 və 109-cu maddələrinə əsasən hakimlərə məzuniyyətə çıxdığı vaxt iki aylıq vəzifə maaşı məbləğində məzuniyyət haqqı və müalicə olunmaları üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş məbləğin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3950/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə iddianın qismən təmin edilməsi, iddiaçıya pensiya hesablanan zaman xx.xx.1997-ci il tarixdən qüvvəyə minmiş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin beşinci hissəsinin ilkin redaksiyasına u yğun olaraq səlahiyyət müddəti qurtardıqdan sonra pensiya yaşına çatmış sabiq hakimlərə axırıncı iş yerlərində aldıqları vəzifə maaşlarının 80 faizi miqdarında pensiya verilir» müddəası əsas götürülməklə vəzifə maaşının 80 faizi nəzərə alınmaqla, hakimlər məzuniyyətə çıxdıqda onlara iki aylıq əmək haqqı məbləğində verilən müavinət, il ərzində müalicə üçün verilən iki aylıq əmək haqqı həcmində pul məbləği, habelə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinə edilən dəyişikliyə uyğun olaraq birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15%-i miqdarında vergilərdən azad olunan aylıq pul təminatı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqinin birdəfəlik ödənilməsi vəzifəsi Azərbaycan Respublik ası Əmək və X4 Nazirliyi yanında Dövlət Sosial Müdafiə X5 Təyinat İdarəsinə həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı və vəkili məhkəmə kollegiyasına ərizə göndərərək iddia ərizəsini geri götürüdüklərini bildirmişlər. tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili ərizənin təmin edilməsi və iş üzrə icraata xitam verilməsinə etiraz etməmişdir. əsaslandırma hissəsi: İddiaçı və vəkili məhkəmə kollegiyasına göndərdikləri ərizədə işə baxılmasını istəmədiklərini və iddia ərizəsini geri götürdüklərini bildirmişlər. İddia ərizəsinin geri götürülməsi və iddi adan imtina edilməsinə dair hüquq norması İPM-in 55-ci maddəsi isə tənzimlənir. İPM-in 55.1-ci maddəsinə əsasən, məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.2. Şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir. 55.3. Məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.4. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götür ülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Ərizədə iddianın geri götürülməsi xahiş edilmişdir. Belə görünür ki, iddiaya baxılmasında iddiaçının hüquqi marağı yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hüquqi marağı olmadığından iş üzrə icraata xitam verilməlidir. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 96.10 və 98.1-cü maddələrini rəhbər tutaraq qərara aldı: Ərizə təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X9 Xüsusi X 2rşı “pensiyanın yenidən hesablanması və ödənilməmiş fərqin birdəfəlik ödənilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar