Məhkəmə qərarları › İş №2-1(102)-933/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-933/2021

18.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-933/2021 18.05.2021 ALİ MƏHKƏMƏ İddiaçının Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə (Açar sözlər: qaçqın statusu verilmədindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi, qaçqın statusunun verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.02.2021-ci il tarixli, 2-1(103)-540/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsas ən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Pakistan İslam Respublikasının vətəndaşı xx.xx.1994-cu il tarixli İddiaçı 18.12.2019-cu il tarixində Azərbaycana gəlmiş, 27.01.2020-cı il tarixində qaçqın statusunun verilməsi haqqında vəsatətlə cavabdehə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün qeydiyyata alınmış, adına şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, onunla ərizə-anket və müsahibə keçirilmişdir.

2. Cavabdeh 06.05.2020-ci il tarixli İQ-76/1 nömrəli qərarla iddiaçıya qaçqın statusu verilməsindən imtina etmişdir. İmtinanı belə əsaslandırmışdır ki, iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçının nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalm amışlar. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə (bundan sonra mətndə Xidmət) qarşı məhkəmədə iddia qaldıraraq Xidmətin İQ76/1 saylı 06.05.2020-ci il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarın qanunsuz hesab edilərək ləğv edilməsi, İddiaçı 27 yanvar 2020-ci il tarixli vəsatətini təmin edərək, İddiaçı qaçqın statusu verilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin Xidmətin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi belə əsaslandırlımışdır ki, o, xx.xx.1994-cü ildə Pakistan İslam Respublikasının Lahor şəhərində anadan olmuşdur. Milliyyətcə pəncabi, dini etiqadına görə xristian(protestat)dır. 12 illik orta təhsilini bitirdikdən sonra 2014-2017-ci illərdə İBL(The İnstitute of Business Leadershib) adlı kollecdə jurnalistika ixtisası, 2018- 2019-cu illərdə Pəncab universitetində Amerika ədbiyyatı üzrə təhsil almış, 2011 -ci ildən əmək fəaliyyətinə başlamış, müxtəlif məkanlarda ingilis dilini tədris etmiş, 2018-ci ilin noyabr ayından 2019-cu ilin noyabr ayınadək Malvik sığorta şirkətinin çağrı mərkəzində çalışmışdır. 19.09.2019-cu il tarixdə bacısı ilə birlikə dini etiqadını islamdan xristian dininə dəyişmişdir. Xristian dinini qəbul etdiyi və tez-tez bacısı Habiba ilə birlikdə kilsəyə getdikləri üçün qardaşları və dayısı tərəfindən fiziki təzyiqlərə məruz qalmış, öldürülməklə hədələndikləri üçün 18 dekabr 2019-cu ildə Pakistan İslam Respublikasını tərk edərək Azərbaycan Respublikasına gəlmişdirlər. İd diaçı və ailə üzvləri 18 dekabr 2019-cu ildə Azərbaycana gəlib. 27 yanvar 2020-ci ildə ərizəçi sığınacaq vəsatəti ilə müraciət edib. Dövlət Miqrasiya Xidməti (‘"DMX”) onun vəsatətini 20-2020 saylı iş nömrəsi ilə qeydiyyata alıb və iddiaçıyla müsahibə aparıb. İddiaçı bildirib ki, O və bacısı dini etiqadına görə bəzi həmyerliləri tərəfindən zorakılığa və təqibə məruz qalacağına görə Pakistana geri qayıtmaq istəmir. 06 may 2020-ci ildə DMX İQ-76/1 saylı qərarı ilə ərizəçinin sığınacaq vəsatətini rədd edib. DMX qərarını onunla əsaslandırıb ki, ərizəçinin əsaslı təqib qorxusu mövcud deyil. İddiaçı cavabdehin qərarından inzibati şikayət verib. 146 saylı 22.06.2020-ci il tarixli qərarla inzibati şikayət rədd edilib. Şikayət instansiyası qərarını İddiaçı tərəfindən verilmiş şikayətin əsassız olmas ı ilə (ümumi və qeyrimüəyyən sözlərlə) əsaslandırıb.

5. Bakı İnzibati Məhkəməsinin 14.10.2020-ci il tarixli, 2-1(112)-5312/2020 nömrəli qərarı ilə (hakim – Nəriman Abıyev) iddanın rədd edilməsi qərara alınmışdır.

6. Məhkəmə hesab etmişdir ki, iddiaçı qaçqın statusu alınması üçün əsas gətirdiyi hallar ehtimal üzərində qurulmuş və hər hansı bir mötəbər sübut təqdim olunmamışdır.

7. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.02.2021-ci il tarixli, 21(103)-540/2021 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – Vidadi Məmmədov, hakimlər – Elmira Nağıyeva və Xəyalə Cəmilova) apellyasi ya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 14.10.2020-ci il tarixli, 2-1(112)-5312/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

10. Məhkəmə qərarının iddiaçıya nə vaxt təqdim edildiyi göstərən hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir.

11. Məhkəmə qərarından iddiaçı 07.04.2020-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.02.2021-ci il tarixli, 21(103)-540/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

12. İddiaçının kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə işin mühüm faktlarını müəyyən etməyib və iş üzrə mühüm faktların mötəbərliyini qiymətləndirməyib. Belə ki, iş üzrə mühüm fakt iddiaçnın etnik-dini mənsubiyyətinə və müəyyən sosial qrupa mənsubiyyətinə görə təqib edilməsi riskidir. Cavabdeh iddiaçının əsaslı təqib qorxusunun yaxud real riskin olmamasına dair nəticəyə gələrkən əsaslandırma aparmayıb və şablon ifadələrdən istifadə edib. İşə baxan məhkəmə də öz növbəsində buna qiymət verməmiş, işi tam, hərtərəfli və obyektiv araşdırmadan qanunsuz və əsassız qərar qəbul etmişdir.

13. Bundan başqa, məhkəmə nəzərə almamışdır ki, kassator öz ölkəsinin h imayəsindən istifadə edə bilmir. İddiaçı qeyri-rəsmi qurumlar tərəfindən təqib edilir. X1 Respublikası qurumları onu qorumaq niyyətində deyil. Hazaralar adekvat müdafiə ilə təmin edilmirlər. İddiaçıya qarşı təqibi həyata keçirən şəxslər islam dininə mənsub həmyerliləridir. İddiaçının təqib olunmasının əsasını onun müəyyən sosial qrypa mənsubluğu və dini mənsubiyyəti təşkil edir. Belə ki, o, dini mənsubiyyətini islamdan xristian dininə dəyişdiyi üçün islam dininə mənsub şəxslər tərəfindən təqib edilən sosial qrupa mənsubdur. Hazırkı işə tətbiq edilməli beynəlxalq müqavilə - BMT Baş Məclisinin 28.07.1951-ci il tarixli qətnaməsi il qəbul edilmiş “Qaçqınların statusu haqqında” Konvensiyası və 31.01.1967-ci il tarixli qətnaməsi ilə qəbul edilmiş “Qaçqınların statusu haqqında” Protokoldur. Haz ırkı işə tətbiq edilməli olan digər beynəlxalq müqavilə Avropa İnsan Hüquqları Konvensiyası və onun 1, 4, 6, 7 saylı Protokolları və AİHK-i şərh və tətbiq edən orqan olan Avropa İnsan Hüquqları Məhkəməsinin müvafiq presedent hüququdur. İşin hallarından asılı olaraq AİHKnin 3 (İşgəncələrin qadağan edilməsi), 8 (Şəxsi həyata və ailə həyatına hörmət hüququ) və 13-cü (Səmərəli hüquqi müdafiə vasitələri hüququ) maddələri qaçqın işlərinə tətbiq edilə bilər. Apellyasiya instansiyası məhkəməsi isə işə baxarkən göstərilən normaları nəzərə almamış, eyni zamanda, Cenevrə Konvensiyasının da əlaqəli normalarına zidd davranmışdır. Belə ki, məhkəmə Cenevrə Konvensiyasına uyğun olaraq ərizəçinin əsaslı təqib qorxusunun olub-olmamasını aydınlaşdırmalı idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 1

4. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən qaçqın Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir.

17. Həmin Qanunun 10-cu maddəsinin birinci hissəsinə görə qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkədaxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müv afiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər; ikinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir.

18. Azərbaycan Respublikası Prezidentinin 13.11.2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”na əsasən “Qaçqın” statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində "Qaçqın” statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq ed ən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir.

19. Həmin “Qayda”nın 7-9-cu bəndlərinə əsasən “Qaçqın” statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Müsahibə zamanı şəxs “Qaçqın” statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona “Qaçqın” statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. 20. “Qaçqınların statusu haqqında” 1951-ci il Konvensiyasının 1-ci maddəsinə görə bu Konvensiyanın məqsədləri üçün “qaçqın” anlayışı: irqinə, dininə, milliyyətinə, konkret sosial qrupa mənsubluğuna və ya siyasi rəyinə görə təqib ediləcəyinə dair əsaslı qorxunun olması səbəbindən vətəndaşı olduğu ölkədən kənarda olan və həmin qorxunun ucbatından bu ölkənin müdafiəsindən yararlanmaq istəməyən, yaxud vətəndaşlığı olmayan və yuxarıdakı səbəblərlə bağlı hadisələr nəticəsində adətən əvvəllər yaşadığı ölkədən kənarda olan və ya həmin səbəblərlə bağlı qorxu ucbatından oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən istənilən şəxsə şamil olunur.

21. Həmin Konvensiyanın 3-cü maddəsinə görə razılığa gələn dövlətlər bu Konvensiyanın müddəalarını qaçqınlara irqi, dini əlamətə və ya mənşəcə mənsub olduğu ölkəyə görə heç bir ayrı-seçkilik qoymadan tətbiq edəcəklər. 22. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur

23. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

24. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

25. İnzibati Prosessual Məcəllənin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.

26. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. İddiaçının əsas dəlili cavabdeh tərəfindən inzibati icraatın qanunauyğun aparılmaması, iddiaçının Pakistanı tərk etməsinə və ora qayıda bilməməsinə dair dəlillərinin cavabdeh orqan tərəfindən tam, hərtərəfli araşdırılmamasıdır. Kassasiya şikayətinin dəlillərinə görə apellyasiya instansiyası məhkəməsi də qərar qəbul edərkən bu hallara qiymət verməmişdir.

31. Kassasiya şikayətinin dəlilləri ni əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 16-21-ci bəndlərində “qaçqın” statusunun anlayışı, həmin statusun verilməsi əsasları və proseduru göstərilmişdir.

32. İşin mübahisəsiz hallarına görə, iddiaçı müvafiq vəsatətlə cavabdeh orqana müraciət etdikdən sonra həmin orqan tərəfindən vəsatətin araşdırılması üçün şəxsi iş açılmış, iddiaçının təqdim etdiyi sənədlərin kserosurəti şəxsi işə əlavə edilmiş, iddiaçı və onun arvadı ilə müsahibə keçirilmiş, nəticədə iddiaçıya “qaçqın” statusunun verilməsi üçün əsasların olmadığı qənaətinə gəlinmişdir.

33. Göründüyü kimi, cavabdeh orqan həm “İnzibati icraat haqqında” Qanunun, həm də ““Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun tələblərinə əməl etmiş, həmin Qanunlarda nəzərdə tutulan prosedur qaydalara riayət etmişdir.

34. İddiaçı ölkəsini tərk etməsini Pakistanda qarşılaşdığı mənəvi və fiziki təzyiqlərlə əlaqələndisə də, nə cavabdeh tərəfindən inzibati icraat aparılan zaman, nə də işə məhkəmələr tərəfindən baxılarkən dini mənsubiyyətinə görə, məhz xristian dinini qəbul etdiyinə görə hər hansı cinayət təqibinə məruz qalmasını (polisdə saxlanılma, tavandan asma, zorlama ilə hədələmə, elektroşokun tətbiqi, başını suya salınması, döymə və bəndəni siqaretlə yandırma – bütün bunlar, şübhəsiz ki, 3-cü maddənin tələb etdiyi qəddarlıq səviyyəsinə çatan cəza praktikalarıdır, işgəncə və qəddar rəftar iddialarının səlahiyyətli orqanlar tərəfindən araşdırılmaması, şikayətlərinə baxmaqdan imtina edilməsi və məcburiyyət altında ittiham hökmlərini təmin etmək üçün alı nmış etiraflardan istifadə edilməsi), təsdiq edən hər hansı sübut təqdim etməmişdir.

35. Hazırkı qərarın 25-ci bəndində göstərilən normanın tələbindən də göründüyü kimi, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.

36. Hazırkı iş üzrə iddiaçı ona “qaçqın” statusunun verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu, yəni iddiaçının Pakistan İslam Respublikasına qayıdacağı təqdirdə işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qala biləcəyinə dair real riskin mövcud olmasını sübut edə bilməmişdir.

37. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassız olduğundan apellyasiya insta nsiyası məhkəməsi haqlı olaraq iddianın rədd edilməsi barədə birinci instansiya məhkməsinin qərarını dəyişdirmədən saxlamışdır.

38. Odur ki, iddiaçının kassasiya şikayətinin dəlilləri əsassız olduğundan kassasiya şikayəti rədd edilməlidir.

39. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.02.2021-ci il tarixli, 21(103)-540/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar