Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-933/2024 05.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxx qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; ödənişsiz məzuniyyət dövrünün 6 ay müddətinin sığorta stajına daxil edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1960-cı il) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “52 yaşdan, yəni xx.xx.2012-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 oktyabr 2023-cü il tarixli, 2-1(105)590/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilədək Sumqayıt şəhəri X1 Təhsili Məktəbində təhsil almış, xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək hərbi xidmətdə olmuş, xx.xx.1978 ildən xx.xx.2018-ci ilədək fasilələr ilə əmək fəaliyyəti ilə məşğul olmuşdur. 2. "xxxx"ASC tərəfindən verilmiş 31 saylı, 12 oktyabr 2016-cı il tarixli arayışa əsasən, iddiaçı xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək isti iş sahələrində məşğul olan kran maşinistləri (krançılar) (Siyahı №1, bölmə XVİİİ, yarımbölmə 18a, əlvan və qiymətli metalların emalı və təkrar emalı 1072101a13790); xx.xx.1981-ci ildən xx.xx.1982-ci ilədək isti iş sahələrində məşğul olan kran maşinistləri (krançılar) (Siyahı №1, bölmə XVİİİ, yarımbölmə 18a, əlvan və qiymətli metalların emalı və təkrar emalı 1072101a-13790); xx.xx.1983-cü ildən xx.xx.1993-cü ilədək ilə dək isti iş sahələrində məşğul olan kran maşinistləri (krançılar) (Siyahı №1, bölmə XVİİİ, yarımbölmə 18a, əlvan və qiymətli metalların emalı və təkrar emalı 1072101a-13790); xx.xx.1993-cü ildən xx.xx.2003-cü ilədək alüminium istehsalında anodçular (Siyahı №1, bölmə X, yarımbölmə 10a, ərimiş metalda elektorilitik üsulu ilə metalların alınması 1071200a10058). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarında pensiya siyahısı üzrə güzəştli şərtlərlə düşən peşələrin, vəzifələrin adları, bölmə və kodları göstərilmişdir.
3. İddiaçı ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh 29 sentyabr 2022-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, iddiaçı zəruri olan pensiya kapitalına və iş stajına malik deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 52 yaşdan, yəni xx.xx.2012-ci il tarixdən güzşətli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini işin hallarına uyğun olaraq əsaslandırılmış və qeyd etmişdir ki, onun ilə eyni vaxtda həmin müəssisədə eyni şə rtlərdə işləyən işçilərin hamısına güzəştli şərtlərlə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası "xxxx" ASC-nin “Sumqayıt Alüminium" istehsalat Sahəsində (keçmiş Sumqayıt Alüminium zavodu) işlədiyi vəzifələr zərərli iş şəraitində kran maşinisti və anodçu həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» üzrə 010300a—13790 kran maşinistləri (krançdar) və 1071200a—10058 alüminium istehsalında anodçular güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələr hesab olunur. İddiaç ı uzun müddət 16 il, 6 ay, 29 gün qeyd edilən vəzifələrdə xüsusilə ağır olan zərərli işdə işlədiyi üçün o əmək pensiyasını hələ xx.xx.2012-ci il tarixindən almalı olduğu halda, bu günə kimi cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində ala bilməmişdir.
6. Cavabdeh iddiaya dair imtina məktubuna uyğun yazılı etiraz verərək bildirmişdir ki, idddiaçının ümumi iş stajı 25 ildən az olduğu üçün iddiaçının müvafiq pensiyanın təyin edilməsi üçün subyektiv hüququ yaranmır. Həmçinin, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı ola n pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 34560,00 manat hesablandığı halda, fərdi hesabınn sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 30685,70 manat təşkil edir.
7. Sumqayıt İnzibati Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2-1(118)-985/2023 qərarı ilə (hakim L.Mirzəyeva) iddia qismən təmin edilərək, iddiaçıya 52 yaşının tamam olduğu xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və xx.xx.2019-cu il tarixdən ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
8. Məhkəmə hesab etmişdir ki, iddiaçının 52 yaşı tamam olduğuna, güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə 10 il xüsusi iş stajı və 20 il ümumi iş stajı olduğuna görə, onun pensiya hüququ yaranmışdır. Cavabdehin iddiaçının ona əmək pensiyası təyin edilməsi üçün zəruri olan pensiya kapitalına malik olmaması ilə bağlı dəlilinə münasibətdə qeyd edilmişdir ki, iddiaçıya əmək pensiyası təyin edilməsi üçün onun pensiya hüququ yarandığı dövrdə, yəni 52 yaşı tamam olduğu dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı” haqqında Qanunda güzəştli şərtlərlə pensiya kapitalı tələb olunmurdu. Məhkəmə qərarının icra ediləcəyi günə alınmamış pensiya məbləğinin hesablanmaqla ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə münasibətdə qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-ci maddəsinin əvvəlki redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərdilər. Qeyd edilən maddəyə 2017-ci ilin 10 mart tarixli Azərbaycan Respublikası Qanunu (01 iyul 2017-ci il tarixindən qüvvəyə minmişdir) ilə edilmiş dəyişikliyə əsasən, bu maddədən “heç bir müddət məhdudiyyəti” olmadan sözləri çıxarılmış, yeni məzmunlu 32.1-1-ci maddə əlavə edilmişdir. Həmin maddənin hazırda qüvvədə olan redaksiyasına əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərdə təyin edilir.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 okt yabr 2023-cü il tarixli, 2-1(105)-590/2023 nömrəli qərarı ilə (hakimlər: Z.Məmmədov - sədrlik edən və məruzəçi, H.Babayeva və G.Cabbarova) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 05 aprel 2023-cü il tarixli qərarı ləğv edilərək iddia rədd edilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının 1998-1999-cu illərdə ödənişsiz məzuniyyətdə olduğu dövrdə qüvvədə olmuş Əmək Qanunları Məcəlləsinin 74-cü maddəsində əmək haqqını saxlamadan qısamüddətli məzuniyyət verilməsi nəzərdə tutulmuşdur. 1999-2003-cü illərdə ödənişsiz məzuniyyətdə olduğu dövrdə qüvvədə olmuş Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci bəndinə görə işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Həmçinin həmin Məcəllənin 128-ci maddəsinə görə qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. İşin hallarından görünür ki, iddiaçının ödənişsiz məzuniyyəti qısa müddətli olmamış və ödənişsiz məzuniyyətin verilməsinə əsas olan hallar mövcud olmamışdır. Həm “Vətəndaşların pensiya təminatı haqqında” Qanunda, həm də “Əmək pensiyaları haqqında” Qanunda 1 yanvar 2006-cı ilədək ödənişsiz məzuniy yət dövrünün pensiya təyini zamanı ümumi staja aid etməsini nəzərdə tutmamışdır. Belə olan halda, iddiaçının 25 il sığorta stajı olmadığından cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır.
12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
13. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya məhkəməsinin iddiaçının ödənişsiz məzuniyyətdə olduğu xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan dövrü iddiaçının ümumi sığorta stajına daxil edilməməsi barədə yeganə arqumenti əsassız olmuşdur. Belə ki, Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə görə, işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Həmin Məcəlləsinin 146-cı maddəsinin müddəalarına görə:
1. Kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər - təbii jəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu ha lda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin 2 (iki) illik müddətinin cəmindən çox olmamalıdır. İşəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. İstinad edilən normaların tələbləri nəzərə alındıqda, ödənişsiz məzuniyyətin altı ayı qanuna uyğun hesab edilməklə iddiaçının əmək stajına aid edilə bilər. Lakin Sumqayıt Apellyasiya Məhkəməsi qərarında cavabdeh iddiaçının ümumi istajının 24 il 9 ay 1 gün olduğunu qəbul etdiyi qeyd etsə də, ödənişsiz məzuniyyətin 6 (al tı) ayını iddiaçının əmək stajına aid etməmişdir.
14. Kassator hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 38 və 149-cu, Əmək Məcəlləsinin 129 və 146cı, maddələrin tələbləri pozulmuşdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Cavabdeh kassasiya şikayətinə etiraz verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 oktyabr 2023-cü il tarixli, 2-1(105)-590/2023 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikası Konstitusiyası Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, i şsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
17. Əmək Məcəlləsi Maddə
129. Ödənişsiz məzuniyyətlərin növləri
1. Ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir.
2. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər 18. “Əmək pensiyaları haqqında” Qanun Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələ rin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə
32. Əmək pensiyasının təyin edilməsi müddətləri... 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə
37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları... 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. 19. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... a) bəndin ə əsasən: yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... Qeyd: “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən, həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.
20. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəs i ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şika yətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir.
24. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasları qeyd edir.
25. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı 52 yaşı nın tamam olduğu xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir.
26. İşin araşdırılmış hallarına əsasən iddiaçı qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmış, eləcə də 12 il 6 ay güzəştli staja sahib olmuşdur. Bu hal işin tərəflər arasında mübahisələndirilməyən hallarını təşkil edir.
27. Həmçinin apellyasiya məhkəməsinin araşdırılması ilə müəyyən olunmuşdur ki, cavabdeh iddiaçının ümumi stajının 24 il 9 ay 1 gün olduğunu qəbul edir.
28. İşin tərəflər arasında mübahisələndirilən halı iddiaçının ödənişsiz məzuniyyətdə olduğu xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan dövrün onun ümumi sığorta stajına daxil edilməməsi ilə bağlıdır.
29. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etsə də, apellyasiya instansiya məhkəməsi id dia tələbini rədd etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, həm “Vətəndaşların pensiya təminatı haqqında” Qanunda, həm də “Əmək pensiyaları haqqında” Qanunda 1 yanvar 2006-cı ilədək ödənişsiz məzuniyyət dövrünün pensiya təyini zamanı ümumi staja aid etməsini nəzərdə tutmamışdır.
30. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin bu mövqeyini əsaslı hesab etmir. Belə ki, apellyasiya məhkəməsinin özünün də istinad etdiyi, Əmək Məcəlləsinin 129cu maddəsinin 2-ci bəndinin 17 may 2009-cu il tarixdən qüvvədə olan redaksiyasına görə əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti 6 (altı) aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər.
31. İstinad edilən normaların tələbləri nəzərə alındıqda ödənişsiz məzuniyyətin ən çoxu ilk altı ayı qanuna uyğun hesab edilməklə iddiaçının əmək stajına aid edilə bilər. Belə olan halda, yuxarıda qeyd edildiyi kimi, iddiaçının ümumi stajının 24 il 9 ay 1 gün olduğunu məhkəmələr tərəfindən müəyyən edilmiş və cavabdeh tərəfindən də mübahisələndirilməmişdir. Həmin müddətə 6(altı) ay ödənişsiz məzuniyyət dövrü əlavə edildikdə iddiaçının tələb olunan 25 il ümumi stajı mövcud olacaqdır.
32. Göstərilənləri nəzərə almaqla məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini tələb etməkdə haqlı sayılmalıdır. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası, həmçinin iddianın rədd edilməsi barədə apellyasiya məhkəməsinin qərarı qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyas ının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
33. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçının yaşa görə əmək pensiyası hüququ 2 mart 2012-ci il tarixdə yaransa da, onun yaşa görə əmək pensiyasının təyin olunması barədə müraciəti 25 iyul 2022-ci il tarixdə cavabdeh inzibati orqana daxil olmuşdur. Belə olan halda hazırkı qərarın 17-ci bəndində qeyd olunan qanunvericiliyin normalarına əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası bu barədə müraciət etdiyi tarixdən, yəni 25 iyul 2019-cu il tarixdən əvvəlki üç il üçün ödənilməklə təyin edilməlidir.
34. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli qərarı hazırkı qərarın 16-20(a) bəndlərində göstərilən madd i və prosessual normalarına uyğun olmadığından ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi qismən təmin edilməli, iddiaçıya xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməli və həmin pensiyanın xx.xx.2019-cu il tarixdən ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 oktyabr 2023-cü il tarixli 2-1(105)-590/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və xx.xx.2019-cu il tarixdən ödənilməsi öhdəliyi cavabdeh Azərb aycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərar qətidir.