Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-934/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq vergisinin hesablanması barədə qərarların mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və X1 ibarət tərkibdə, İddiaçının vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X3, Cavabdehin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə qarşı “verg ilərin hesablanması barədə qərarların ləğv edilməsi və vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən borcun silinməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 17 dekabr tarixli 2-1(103)-2828/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 2019-cu 2 may tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən İddiaçı MMC-yə torpaq vergisinin qeyri-qanuni olması və əsassız olaraq torpaq vergisinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin 2018-ci il 10 avqust tarixli **********821300, **********819200 və **********800 nömrəli “vergilərin hesablanması barədə” qərarların ləğv edilməsi və vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən borcun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddianın əsaslarına görə, Abşeron rayon İcra Hakimiyyəti və ”xxxxxxxx” MMC arasında bağlanılmış 2007-ci il 17 iyul tarixli, 489 saylı “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqaviləyə əsasən, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozunun ərazisindən 4,4 hektar torpaq sahəsi tikinti və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə 99 il müddətinə İddiaçı MMC-yə icarəyə verilmişdir. Abşeron rayon İcra Hakimiyyətinin 2011-ci il 16 fevral tarixli,162 saylı məktubu ilə İddiaçı MMC-yə həmin torpaq sahəsinin üzərindəki icarə hüququnun özgəninkiləşdirilməsinə və girov qoyulmasına rəsmən icazə verilmişdir. 2016-ci il 12 iyul tarixdə İddiaçıMMC Abşeron rayon İcra Hakimiyyətinə məktubla müraciət edərək 2007-ci il 17 iyul tarixli 489 saylı “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqaviləyə xitam verilməsini xahiş etmişdir. Bununla əlaqədar Abşeron rayon İcra Hakimiyyətinin 2016-cı il 7 oktyabr tarixli, 202 saylı sərəncamı ilə ”İddiaçı” MMC-nin icarəsində qalmış, keçmiş 1 nömrəli Hövsan Zeytunçuluq sovxozunun ərazisində yerləşən 1,2329 ha torpaq sahəsi üzərində İddiaçı MMC-nin icarə hüququna xitam verilmişdir. Sərəncamın surətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Ərazi İdarəsinə və Vergilər Nazirliyinin 2 saylı X2 göndərilməsi Abşeron rayon İcra Hakimiyyətinin müvafiq struktur bölməsin ə tapşırılmışdır. Vergilər Nazirliyi tərəfindən 2016-2018-ci illər üçün “xxxxxxxx” MMC-yə torpaq vergisi hesablanmışdır. Abşeron rayon İcra Hakimiyyətinin birbaşa vergi orqanına ünvanlanmış 2016-ci il 10 oktyabr tarixli, 2760/1 saylı məktubu təqdim edilməsinə baxmayaraq, torpaq vergisinin hesablanması davam edir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsalarına görə, kameral vergi yoxlaması ilə araşdırma zamanı müəyyən olunmuşdur ki, müəssisəsinin mülkiyyətində və ya istifadəsində Bakı şəhəri, Abşeron rayonu ərazisində 4,4 ha torpaq sahəsinin olmasına baxmayaraq, 2016-2018-ci illər üçün torpaq vergisinin bəyannaməsinin təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirərək kənarlaşmaların yaranmasına səbəb olmuşdur. Vergi ödəyi cisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında” xx.xx.2018-ci il tarixli **********059500 nömrəli məktub göndərilmiş, müvafiq təsdiqedici sənədlər və müvafiq dövr üzrə bəyannamənin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər və ətraflı izahat məktubu təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən analoji qaydada torpaq vergisi üzrə 2016-2018-ci illər üzrə 6240,0 manat olmaqla cəmi 18720,0 manat əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə xx.xx.2018-ci il tarixli **********20821300, **********819200 və **********817800 nömrəli “Vergilərin hesablanması barədə” Qərarlar göndərilmişdi r. İddiaçı həmin qərarları mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini buraxmışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 19 sentyabr tarixli 2-1(81)2265/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı MMC-yə hesablanmış 24,722.88 manat borc məbləği, 2018-ci il 10 avqust tarixli **********821300, **********819200 və **********800 nömrəli vergilərin hesablanması barədə qərarların ləğv edilməsi və vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən borcun silinməsi cavabdehə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddiaçının mübahisələndirdiyi qərarların iddiaçıya rəsmi təqdim edilməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddianın mahiyyəti üzrə hesab etmişdir ki, iddiaçıya 2016, 2017, 2018-ci illər üçün 24,722.88 manat məbləğində torpaq vergisinin hesablanmasının qanuni əsasları mövcud deyildir. Həmin illər üzrə vergi borcunun hesablanması əsaslı olması sübuta yetirilməmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 17 dekabr tarixli 2-1(103)-2828/2019 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdı r. Məhkəmənin qərarı cavabdehə 2020-ci il 7 yanvar tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2020-ci il 29 yanvar tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan başqa, şikayətdə qeyd edilmişdir ki, icarə hüquqlarına xitam verilməsi barədə sərəncam qəbul edildiyi vaxt iddiaçıya məxsus 4.4 ha torpaq sahəsinin cəmi 1.2329 ha hissəsi onun icarəsində olmuşdur. Bu halda, qalan 3.1671 ha torpaq sahəsinin müqəddəratı ilə bağlı məsələ həll edilmədən qalmışdır. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi 2019-cu il 30 avqust tarixli 1358 nömrəli məktubda iddiaçının icarəsində qa lan 1,2329 ha torpaq sahəsi üzərində hüquqlarına xitam verilməsinin tarixi 2016-cı il 7 oktyabr (sərəncamın tarixi) göstərilmişdir. Vergi Məcəlləsinin 208-ci maddəsində qeyd olunur ki, torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir. Torpaq vergisini müəssisələr torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən illik olaraq hesablayır və mayın 15-dən gec olmayaraq hesablamaları vergi orqanına verirlər. Torpaq vergisi bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq ödənilir. Apellyasiya instansiya məhkəməsi 2016-cı il üçün hesablanmış vergi məbləği ilə bağlı məsələyə münasibət bildirməmişdir. Belə ki, vergi ödəyicisi 2016-cı il üzrə torpaq vergisini 2016-cı il 15 may tarixədək hesabla malı və 2016-cı il 15 avqust və 2016-cı il 15 noyabr tarixlərindən gec olmayaraq dövlət büdcəsinə ödəməli idi. Abşeron Rayon İcra Hakimiyyətinin 2016-cı il 7 oktyabr tarixli sərəncamı qüvvəyə mindiyi andan yaranan hüquq münasibətlərinə tətbiq edilməli olduğundan, heç bir halda geriyə şamil edilə bilməz. Bu halda, iddiaçıya 2016-cı il üzrə hesablanmış torpaq vergisinin ləğv edilməsi ilə bağlı tələb tamamilə əsassızdır, lakin məhkəmə bu məsələnin araşdırılmasına lüzum görməmiş və gəldiyi yanlış nəticəyə istinad edərək birinci instansiya məhkəməsinin mövqeyini düzgün saymışdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin normaların tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən pozulmuşdur. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin nümayəndəsi və vəkili şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdilər. İddiaçının vəkili kassasiya şikayətinə qarşı etiraz edərək, şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əsaslandırma hissəsi: Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4-cü maddələri). Şikayət qərarın ləğv edilməsi hissəsində qismən – 2016-cı ilin torpaq vergisinə aid hissədə əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Vergi Məcəlləsinin 208.2-ci maddəsinə əsasən, torpaq vergisini müəssisələr torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən illik olaraq hesablayır və mayın 15-dən gec olmayaraq hesablamaları vergi orqanına verirlər. Həmin Məcəllənin 208.5-ci maddəsinə əsasən, torpaq vergisi bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq ödənilir. Torpaq vergisi torpağın əvvəlki sahibi tərəfindən ödənilmədiyi halda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtına həmin torpağın sahibi tərəfindən ödənilir. Apellyasiya instansiyası məhkəməsinin də müəyyən etdiyi kimi, Abşeron rayon İcra Hakimiyyətinin 2016-ci il 7 oktyabr tarixli, 202 saylı sərəncamı ilə ”İddiaçı” MMC-nin icarəsində olan torpaq sahəsi üzərində İddiaçı MMC-nin icarə hüququna xitam verilmişdir. Cavabdeh haqlı olaraq qeyd edir ki, apellyasiya instansiya məhkəməsi 2016-cı il üçün hesablanmış vergi məbləği ilə bağlı məsələyə münasibət bildirməmişdir. Belə ki, vergi ödəyicisi 2016-cı il üzrə torpaq vergisini 2016-cı il 15 may tarixədək hesablamalı və 2016-cı il 15 avqust və 2016-cı il 15 noyabr tarixlərindən gec olmayaraq dövlət büdcəsinə ödəməli idi. İşin bu halları apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmamış, onla ra münasibət bildirilməmişdir. İPM-in 12.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin normaların tələbləri iddiaçının 2016-cı il üzrə vergi öhdəliyinə (**********817800 nömrəli “Vergilərin hesablanması barədə” qərara) münasibətdə təmin olunmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarı iddiaçının 2016-cı il üzrə vergi öhdəliyinə (**********817800 nömrəli “Vergilərin hesablanması b arədə” qərara) aid hissədə İPM-in 12.1 və 58.7-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən qərar həmin hissədə ləğv edilməli, iş həmin hissədə təkrar apellyasiya baxışına göndərilməlidir. İddiaçının 2017-ci və 2018-ci illərin torpaq vergisi üzrə öhdəliyinə dair cavabdehin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin dövrlərə münasibətdə gəldiyi nəticəni düzgün hesab edir. Belə ki, Abşeron Rayon İcra Hakimiyyətinin 2 saylı X2 ünvanladığı 2016-cı il 10 oktyabr tarixli, 2760/1 nömrəli məktubunda qeyd edilir ki, Abşeron rayonu 1 nömrəli Hövsan Zeytunçuluq sovxozunun ərazisindən İddiaçı MMC-yə 2007-ci il 17 iyul tarixli, 489 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” icarə müqaviləsi və digər torpaqayırma sənədləri əsasında a yrılmış 4.4 ha torpaq sahəsi üzərində hazırda İddiaçı MMC-nin icarə hüququ mövcud deyil. Oxşar məzmunlu məlumat Abşeron Rayon İcra Hakimiyyətinin birinci instansiyası məhkəməsinə ünvanladığı 2019-cu il 30 avqust tarixli, 1358 nömrəli məktubunda da ifadə edilmişdir. İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Cavabdeh iddiaçının 2017-ci və 2018-ci illər üzrə torpaq vergisi öhdəliyinin əsaslarını, buradan, mübahisələndirilən **********819200 və **********20821300 nömrəli qərarların qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. İddianın verilməsi ilə bağlı müddətin ötürüldüyünə dair şikayətin dəlilinə gəldikdə, məhkəmələ r haqlı olaraq qeyd etmişlər ki, cavabdeh iddiaçının mübahisələndirdiyi 2018-ci il 10 avqust tarixli **********20821300, **********819200 və **********817800 nömrəli “Vergilərin hesablanması barədə” Qərarların iddiaçıya rəsmi təqdim edilməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdehin kassasiya şikayətinə əlavə etdiyi və şikayətində istinad etdiyi iddiaçının vergi orqanına verildiyi bildirilən, lakin verilmə tarixi göstərilməyən yazılı müraciətinə dair sənədə gəldikdə, cavabdeh həmin sənədi sübutetmə vasitəsi kimi araşdırılması və qiymət verilməsi üçün birinci yaxud ən geci apellyasiya instansiyası məhkəməsinə təqdim edə bilərdi. Hazırkı halda bu, baş vermədiyindən, şikayətin həmin dəlili apellyasiya instansiyası məhkəməsinin qərarının iddianın verilməsi müddətinin ötürülməsi səbəbi ilə ləğvinə əsas vermir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2019-cu il 17 dekabr tarixli 21(103)-2828/2019 nömrəli qərarı 2016-cı il üzrə torpaq vergisinin hesablanmasına aid hissədə ləğv edilir. İş həmin hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: imza imza imza Əsli ilə düzdür: Hakim İlqar Hüseynov İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov
Məhkəmə qərarları › İş №2-1(102)-934/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-934/2020
23.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver