Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-934/2023 16.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bələdiyyə qərarı əsasında əldə edilmiş torpaq sahəsinə hüququn qeydə alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Masazır kəndinin Yeni yaşayış massivi ərazisində Masazır Bələdiyyəsinin 15 avqust 2007-ci il tarixli, 29 nömrəli qərarı ilə ona ayrılmış 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-570/2022 nömrəli, 18 noyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Abşeron rayonu Masazır Bələdiyyəsinin 24 sentyabr 2007-ci il tarixli, 22 nömrəli qərarı əsasında İddiaçı 0,06 ha torpaq sahəsi ayrılmışdır.
2. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin müdirinin iştirakı ilə qeyd olunan torpaq sahəsinin sxematik plan sərhədləri ölçülüb nişangah qoyulduqdan sonra İ ddiaçı təhvil verilmiş və bu barədə müvafiq sənəd rəsmiləşdirilmişdir. Hal-hazırda həmin torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir.
3. İddiaçı ona ayrılmış 0,06 ha torpaq sahəsi üzrə yaranmış mülkiyyət hüquqlarını qeydə alınması barədə cavabdehə müraciət etmişdir.
4. Cavabdeh hüququn qeydə alınmasından imtina edərək bildirmişdir ki, aparılan araşdırma zamanı Masazır Bələdiyyəsi tərəfindən iddiaçıya 0,06 ha torpaq sahəsinin 24 sentyabr 2007-ci il tarixdə, 32 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının 23 dekabr 2016-ci il tarixdə verildiyi müəyyən edilmişdir. Göstərilən səbəblərdən torpaq sahəsinin satışının qanunamüvafiq qaydada həyata keçirilmədiyi, müvafiq icra hakimiyyəti orqanının memarlıq şöbəsinin rəyinin qanunsuz olması, Abşeron rayonu Masazır Bələdiyyəsinin yerqurul uşu planından çıxarışının qanunamüvafiq qaydada təsdiq edilmədiyi, sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid edildiyi qeyd edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu Masazır kəndinin Yeni yaşayış massivi ərazisində Masazır Bələdiyyəsinin 15 avqust 2007-ci il tarixli, 29 nömrəli qərarı ilə ona ayrılmış 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsini cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. iddiaçının əsaslandırması:
6. İddiaçı tələbini onunla əsasl andırılmışdır ki, o, cavabdehə müraciət edərək, torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmiş, lakin cavabdeh imtina məktubu ilə müraciətini təmin etməmişdir. Bildirmişdir ki, Abşeron rayonu Masazır kəndinin Yeni yaşayış massivi ərazisində Masazır Bələdiyyəsinin 24 sentyabr 2007-ci il tarixli, 32 nömrəli qərarı ilə ona 0.06 ha torpaq sahəsi ayrılmışdır, torpağa görə nəzərdə tutulmuş satış qiymətinə uyğun ödəniş edərək, həmin sənədləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinə təqdim etmiş və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən 20 sentyabr 2007-ci il tarixli rəy verilmişdir. Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsi tərəfindən həmin torpaq sahəsi ilə bağlı 21 sentyabr 2007-ci il tarixli rəy verilmiş, eyni zamanda həmin torpaq sahəsi ona yerində təhvil verilmiş və bu barədə akt tərtib edilmişdir. Bundan sonra Masazır Bələdiyyəsi xx.xx.2016-cı il tarixdə cavabdehə müraciət edərək torpaq sahəsinin onun adına dövlət reyestrində qeydiyyata almağını xahiş etmişdir.
7. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinə dəqiqləşdirmə verərək, Abşeron rayonu Masazır Bələdiyyəsinin 24 sentyabr 2007-ci il tarixli, 32 nömrəli qərarı ilə Masazır kəndi ərazisində İddiaçı ayrılmış 0,06 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hü quqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. cavabdehin etirazları:
8. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı verilmiş etirazın dəlillərini imtina məktubunda göstərilənlər təşkil edir.
9. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-154/2022 nömrəli, 17 iyun 2022-ci il tarixli qərarı ilə (sədrlik edən hakim C.B.Məmmədov) iddia təmin edilmiş, Abşeron rayonu Masazır Bələdiyyəsinin 24 sentyabr 2007-ci il tarixli, 32 nömrəli qərarı ilə Masazır kəndi ərazisində İddiaçı ayrılmış 0,06 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Masazır Bələdiyyəsinin yerquruluşu planından çıxarışa əsasən müəyyən olunur ki, İdd iaçı ayrılmış torpaq sahəsi X4, X2 və X1 mülkiyyətində olan və yaşayış məntəqələrinin torpaqları sayılan torpaq sahələrinin sərhədi daxilində yerləşir. X7 yerquruluşu planından çıxarışda kənd təsərrüfatının prespektiv inkişaf fonduna aid torpaq sahələrin yaşayış məntəqələri torpaq sahələrindən sərhəd xətti ilə ayrıldığı müəyyən olunur və İddiaçı ayrılmış torpaq sahəsi yaşayış məntəqələrinin torpaqlarının ərazisində yerləşir. Bundan başqa, o da nəzərə alınmalıdır ki, İddiaçı torpaq sahəsi ayrılmamışdan öncə Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin 20 sentyabr 2007-ci il tarixli rəyində İddiaçı başqa adı qeyd olunmuş X5 da 0,06 ha torpaq sahəsinin ayrılmasına müsbət rəy verimiş və X3 həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb. İddiaçı ayrılmı ş torpaq sahəsinin Masazır Bələdiyyəsinin təsdiq etdiyi yerquruluşu planında kənd təsərrüfat təyinatlı göstərilməsi və İddiaçı sahibliyində olan torpaq sahəsinin qonşuluğunda olan torpaq sahələrinin dövlət reyestrində yaşayış məntəqələrinin torpaqları kimi qeydə alınması bir daha yuxarıda qeyd olunanları təsdiq edir.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-570/2022 nömrəli, 18 noyabr 2022-ci il tarixli (hakimlər Z.T.Məmmədov- sədrlik edən və məruzəçi, Z.İ.Məmmədov və F.Ə.Məmmədov) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsi nin qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
15. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 24 sentyabr 2007-ci il tarixli, 32 nömrəli qərarla torpaq sahəsi ayrılarkən iddiaçı ilə Masazır bələdiyyəsi arasında 0,06 ha torpaq sahəsinin satılması barədə alqı-satqı aktı (müqaviləsi) bağlanmamışdır. Torpaq sahəsinə dair alqı-satqı aktı yalnız 9 (doqquz) il sonra, 23 dekabr 2016-cı il tarixində bağlanmışdır. Bununla yanaşı, qeyd edilməlid ir ki, alqı-satqı aktı bağlanan zaman qüvvədə olan qanunvericiliyə əsasən yalnız alqı-satqı müqaviləsi bağlana bilərdi.
16. X6 Masazır Bələdiyyəsi tərəfindən 24 sentyabr 2007-ci il tarixli, 32 nömrəli qərarla ayrılmış 0.06 ha torpaq sahəsinın yerquruluşu planından çıxarışında o zamankı DT və XK Abşeron şöbəsinin və müvafiq icra hakimiyyəti orqanının memarlıq xidmətinin möhürü olmamışdır, yəni qanuna uyğun təsdiq edilməmişdir.
17. Masazır Bələdiyyəsinin 24 sentyabr 2007-ci il tarixli, 32 nömrəli qərarı ilə ayrılmış 0.06 ha torpaq sahəsi hüquqi rejimi və təyinatına görə kənd təsərrüfatı təyinatlı(örüş) torpaqlara aiddir və yalnız icarəyə verilə bilərdi.
18. Formalaşmış məhkəmə təcrübəsinə əsasən bu qəbildən olan işlər üzrə bələdiyyə qərarının qəbul edilməsindən sonra iddiaçıya ayrılan torpaq sahəsinin qanunvericiliyin tələblərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilib-keçirilməməsi (o cümlədən naturada müəyyən edilməsi), iddiaçıya verilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olub-olmaması və təyinatının müəyyən edilməsi, torpağın alqı-satqısına dair aktın qanunvericiliyin tələbinə uyğun olaraq tərtib edilib-edilməməsi (səlahiyyətli şəxslər tərəfindən imzalanması, möhürlənməsi) istiqamətində araşdırma aparılmalıdır. Yəni, təkcə bələdiyyə qərarının mövcudluğu torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına əsas verməməlidir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeyd iyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. 21. “İnzibati icraat haqqında” Qanun: Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
22. İnzibati Prosessual Məcəl lə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKMƏSİNİ N MÖVQEYİ
25. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır.
27. Məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edir.
28. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı, iddia olunan torpaq sahəsi ilə bağlı işdə olan sübutlar və apellyasiya instansiyası məhkəməsinin sorğusu əsasında əldə edilmiş məlumatlar, o cümlədən, torpaq sahəsinin müayinə aktının təsdiq edilmiş surəti, ortofoto görüntüsü və elektron kadastr baza məlumatlarından çıxarış apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış və onlara qiymət verilmişdir. Cavabdeh tərəfindən tərtib və təqdim edilmiş həmin müayinə aktında iddiaçıya satılmış torpaq sahəsinin təyinatının (kateqoriyasının) “həyətyanı” olduğu, yol və qonşu torpaq sahələri ilə həmsərhəd yerləşdiyi, torpaq sahəsindən kommunikasiya xətlərinin keçmədiyi, sahənin ümumi hasarda yerləşdiyi qeyd olunmuşdur.
29. Yuxarıda qeyd olunduğu kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 30. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinin tələbinə görə, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
31. Masazır Bələdiyyəsinin 24 sentyabr 2007-ci il tarixli, 22 nömrəli qərarı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində nəzərdə tutulan inzibati akt hesab olunur, həmin inzibati akt geri çağırılmamış, ləğv edilməmiş, hər hansı səbəbə görə qüvvədən düşmüş hesab edilməmişdir, hazırkı halda da hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
32. Beləliklə, iddiaçının yuxarıda istinad edilən normaların məzmunund an irəli gələn hazırkı məzmunda tələb hüququ vardır.
33. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-570/2022 nömrəli, 18 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.