Məhkəmə qərarları › İş №2-1(102)-935/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-935/2020

17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-935/2020 17.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət X5 Nərimanov rayon Şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 61 yaşına çatmış qadına yaşa görə əmək pensiyasının təyin edilməsi; 2006-cı il 1 yanvar tarixədək əmək/sığorta stajının əmək kitabçasına və arayışa əsasən müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və X1 ibarət tərkibdə, İddiaçı, Cavabdehin vəkili (nümayəndəsi) Vəkil2 oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Dövlət X5 Nərimanov rayon Şöbəsinə qarşı “yaşa görə əmək pensiyasının tə yin olunması” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 17 dekabr tarixli 2-1(103)-2848/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 1958-ci il 20 fevral tarixdə doğulmuş, 1975-ci il 23 sentyabr tarixdən 1976-ci il 11 fevral tarixədək Yüngül Sənaye Nazirliyi Komvol Birliyində, 1976-cı il 11 fevral tarixdən 1979-cu il 6 avqust tarixədək Bakı şəhəri Oktyabr Rayon Komitəsində, 1979-cu il 21 avqust tarixdən 1981-ci il 16 mart tarixədək Bakı Məişət Kondisionerləri zavodunda, 1981ci il 16 aprel tarixdən 1982-ci il 26 fevral tarixədək Şüşə zavodunda, 1982-ci il 4 mart tarixdən 1986-cı il 27 mart tarix ədək Qeyri-standart əşyaların hazırlanması və təmiri zavodunda, 1986-cı il 16 aprel tarixdən 1986-cı il 25 avqust tarixədək X3 zavodunda, 1986-cı il 28 noyabr tarixdən 1990-cı il 5 may tarixədək “AZON” zavodunda, 1990-cı il 8 may tarixdən 1990-cı il 31 avqust tarixədək Qeyri-standart cihazların təcrübieksperimental zavodunda, 1990-cı il 4 oktyabr tarixdən 1990-cı il 22 oktyabr tarixədək Metallurgiya zavodunda, 1991-ci il 1 may tarixdən 1995-ci il 14 fevral tarixədək “AZON” zavodunda, 1995-ci il 15 fevral tarixdən 2001-ci il 14 noyabr tarixədək “Azər İnterneyşnl A.G” Bakı Filialında əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh 2019-cu il 24 aprel tarixli məktubla iddiaçının müraciət inin “Əmək pensiyaları haqqında” Qanunun 22-1.2.1-ci maddəsinin tələblərinə uyğun olmadığını bildirərək imtina etmişdir. İddiaçı 2019-cu il 19 avqust tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin 2019-cu il 24 aprel tarixli **********6 nömrəli imtina məktubunun qanunsuz hesab edilməsi, ona yaşa görə əmək pensiyasının hüququnun yarandığı vaxtdan təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun 1975-ci il 23 sentyabr tarixdən 1976-ci il 11 fevral tarixədək Yüngül Sənaye Nazirliyi Komvol Birliyində, 1976-cı il 11 fevral tarixdən 1979-cu il 6 avqust tarixədək Bakı şəhəri Oktyabr Rayon Komitəsində, 1979-cu il 21 avqust tarixdən 1981 -ci il 16 mart tarixədək Bakı Məişət Kondisionerləri zavodunda, 1981-ci il 16 aprel tarixdən 1982-ci il 26 fevral tarixədək Şüşə zavodunda, 1982-ci il 4 mart tarixdən 1986-cı il 27 mart tarixədək Qeyristandart əşyaların hazırlanması və təmiri zavodunda, 1986-cı il 16 aprel tarixdən 1986-cı il 25 avqust tarixədək X3 zavodunda, 1986-cı il 28 noyabr tarixdən 1990-cı il 5 may tarixədək “AZON” zavodunda, 1990-cı il 8 may tarixdən 1990-cı il 31 avqust tarixədək Qeyri-standart cihazların təcrübi-eksperimental zavodunda, 1990-cı il 4 oktyabr tarixdən 1990-cı il 22 oktyabr tarixədək Metallurgiya zavodunda, 1991-ci il 1 may tarixdən 1995-ci il 14 fevral tarixədək “AZON” zavodunda, 1995-ci il 15 fevral tarixdən 2001-ci il 14 noyabr tarixədək “Azər İnterneyşnl A.G” Bakı Filialında işlədiyi illərin sos ial sığorta stajına daxil etməklə iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun 25 ildən artıq sosial sığorta stajı vardır və bu, əmək kitabçası ilə təsdiq olunur. İddiaçı göstərilənlərə və “Əmək pensiyaları haqqında” Qanunun 7 və 21.1-ci maddələrinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 9 oktyabr tarixli 2-1(82)3227/2019 nömrəli qərarı ilə iddi a təmin edilmiş, iddiaçının 1975-ci il 23 sentyabr tarixdən 1976-ci il 11 fevral tarixədək Yüngül Sənaye Nazirliyi Komvol Birliyində, 11976-cı il 1 fevral tarixdən 1979-cu il 6 avqust tarixədək Bakı şəhəri Oktyabr Rayon Komitəsində, 1979-cu il 21 avqust tarixdən 1981-ci il 16 mart tarixədək Bakı Məişət Kondisionerləri zavodunda, 1981-ci il 16 aprel tarixdən 1982-ci il 26 fevral tarixədək Şüşə zavodunda, 1982-ci il 4 mart tarixdən 1986-cı il 27 mart tarixədək Qeyri-standart əşyaların hazırlanması və təmiri zavodunda, 1986-cı il 16 aprel tarixdən 1986-cı il 25 avqust tarixədək X3 zavodunda, 1986-cı il 28 noyabr tarixdən 1990-cı il 5 may tarixədək “AZON” zavodunda, 1990-cı il 8 may tarixdən 1990-cı il 31 avqust tarixədək Qeyri-standart cihazların təcrübieksperimental zavodunda, 1990-cı il 4 o ktyabr tarixdən 1990-cı il 22 oktyabr tarixədək Metallurgiya zavodunda, 1991-ci il 1 may tarixdən 1995-ci il 14 fevral tarixədək “AZON” zavodunda, 1995-ci il 15 fevral tarixdən 2001-ci il 14 noyabr tarixədək “Azər İnterneyşnl A.G” Bakı Filialında işlədiyi illərin sosial sığorta stajına daxil etməklə ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiq olunur və onun 25 ildən artıq sosial sığorta stajı vardır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 17 dekabr tarixli 2-1(103)-2848/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı – “işlədiyi illərin sosial sığorta daxil edilməklə ona” sözlərindən sonra “2019-cu il 20 fevral tarixindən (61 yaş)” sözləri əlavə edilməklə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı cavabdehə 2020-ci il 7 yanvar tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2020-ci il 28 yanvar tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 4.2.7ci bəndində qeyd edilir ki, pensiya sektorunun əməkdaşı ərizəçi və ya onun nümayəndəsi tərəfindən təqdim olunan əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixədək olan dövrdə sığorta olunanın qeyri-dövlət müəssisələrində çalışmasını göstərən qeydlərin yerində qarşılıqlı yoxlanılmasını həyata keçirir. İddiaçıya məxsus əmək kitabçasındakı qeydlər arxiv arayışları əsasında öz təsdiqini tapmadığından, həmçinin həmin qeydlərin qarşılıqlı yoxlanılmasını həyata keçirmək mümkün olmadığından, cavabdehin imtinası əsaslı olmuşdur. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş e tdi. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından çıxışlarda iştirak etmədi. Əsaslandırma hissəsi: Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçının 1958-ci il 20 fevral tarixdə doğulduğu nəzərə alındıqda, onun 61 yaşının tamam olduğu 2019-cu il 20 fevral tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, idd iaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. 1992-ci ildə qəbul edilmiş və iddiaçının əmək fəaliyyətinin başa çatdığı vaxtda qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq olunur. İş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. İddiaçının əmək kitabçasının məlumatlarına əsasən, o, 1975 -ci il 23 sentyabr tarixdən əmək fəaliyyətinə başlamış, 2001-ci il 14 noyabr tarixədək işləmiş, 25 ildən artıq iş stajına malikdir. Cavabdeh 2019-cu il 24 aprel tarixli məktubla iddiaçının müraciətinin “Əmək pensiyaları haqqında” Qanunun 22-1.2.1-ci maddəsinin tələblərinə uyğun olmadığını bildirərək imtina etmişdir. Eyni mövqe cavabdehin iddiaya etirazında və apellyasiya şikayətində də ifadə edilmiş, lakin bu uyğunsuzluğun məhz nədə ifadə olunduğu qeyd edilməmişdir. Məhkəmə kollegiyası, məhz bu kimi halları nəzərə alaraq oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında da qeyd etmişdir ki, pensiya hüquqlarının reallaşdırılmasını bilavasitə təmin etmək vəzifəsi daşıyan cavabdeh inzibati orqan şəxslərin (hazırkı halda, iddiaçının) müraciəti ilə bağlı inzibati icraatın nəticələrinə dair yazılı cavabında müraciətin təmin olunmasından imtinanın səbəbləri ilə bərabər, müraciətdə istinad edilən (yaxud, belə istinad olmasa da, inzibati orqanın özünün xidməti vəzifəsinə görə müəyyən etdiyi) digər hallara da münasibəti aydın göstərilməlidir. Bu, həm də ona görə əhəmiyyət kəsb edir ki, maraqlı şəxs imtinanın əsaslarını, habelə onun müraciəti ilə bağlı hansı halların inzibati orqan tərəfindən ümumiyyətlə mübahisələndirilmədiyini cavab məktubunda aydın görmək, bununla da, cavabdehə qarşı irəli sürdüyü iddia tələbinin həcmini dəqiq müəyyən etmək imkanına malik olsun. Hazırkı işdə bu, baş verməmiş, iddiaçı da onun əmək kitabçasında təsbit olunmuş əmək fəaliyyətinə dair qeydlər nəzərə alınmaqla cavabdehin üzərinə ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulmasını tələb etmişdir. Cavabdehin şikayətində əsaslandığı müddəa Azərbaycan Respublikası Dövlət X5 Kollegiyasının 2011-ci il 21 noyabr tarixli, 17 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının (Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli, 17 nömrəli qərarı ilə ləğv edilmişdir) 4.2.7-ci bəndində (2012-ci il 13 iyul tarixdə edilmiş əlavələrlə) nəzərdə tutulmuşdu. Həmin bəndə əsasən, pensiya təyinatı sektorunun məsləhətçisi ərizəçi və ya onun nümayəndəsi tərəfindən təqdim olunan əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixədək olan dövrdə sı ğortaolunanın qeyri-dövlət müəssisələrində çalışmasını göstərən qeydlərin yerində qarşılıqlı yoxlanılmasını həyata keçirir. Cavabdehin şikayətində də qeyd olunduğu kimi, burada, söhbət əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixədək olan dövrdə sığortaolunanın qeyri-dövlət müəssisələrində çalışmasını göstərən qeydlərin yerində qarşılıqlı yoxlanılmasından gedir. İddiaçının əmək kitabçasının məlumatlarına əsasən, onun 1975-ci ildən 1995-ci il 14 fevral tarixədək çalışdığı iş yerləri dövlət müəssisələri olmuşdur. İddiaçının 1995-2001-ci illərdə çalışdığı iş yerinə gəldikdə, Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının tə yin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... Göründüyü kimi, hazırda qüvvədə olan Qaydalarda da 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. Digər tərəfdən, iddiaçının 1995-2001-ci illərdə çalışdığı müəssisədə əmək fəaliyyəti əmək kitabçası ilə bərabər həmin müəssisənin arayışları ilə də təsdiq olunur. Məhkəmə kollegiyası, nəzərə alır ki, “İnzibati icraat haqqında” Q anunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. İddiaçının əmək kitabçasındakı və arayışlardakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 17 dekabr tarixli 2-1(103)-2848/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrl ik edən: Hakimlər: imza imza imza Əsli ilə düzdür: Hakim İlqar Hüseynov İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar