Məhkəmə qərarları › İş №2-1(102)-936/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-936/2020

23.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-936/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Şəki rayonu Çayqaraqoyunlu Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin ayrılmasına dair bələdiyyə qərarının mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və X9 ibarət tərkibdə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Şəki rayonu Çayqaraqoyunlu Bələdiyyəsinə qarşı (üçüncü şəxs X10) “0,20 ha torpaq sahəsinin 0,07 ha hissəsinin satılmasına dair Şəki rayonu Çayqaraqoyunlu Bələdiyyəsinin 2012-ci il 24 fevral tarixli 02 nömrəli qərar ının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 19 dekabr tarixli 2-1(107)-639/2019 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 2017-ci il 8 avqust tarixdə Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Şəki rayonu Çayqaraqoyunlu Bələdiyyəsinin 0,20 ha torpaq sahəsinin 0,07 ha hissəsinin X3 dair 2012-ci il 24 fevral tarixli 02 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddianın əsaslarına görə, Şəki rayonu Çayqaraqoyunlu kəndi C.Cabbarlı adına kolxozun 1989-cu il tarixli 03 nömrəli protokol qərarı ilə İddiaçı ev tikmək üçün Əlçiy an çayının sol sahilindən əkinə yararsız yerdən 0,20 ha torpaq sahəsi verilmiş, kolxozun 1994-cü il 28 sentyabr 09 nömrəli protokol qərarı ilə iddiaçıya verilmiş torpaq sahəsi kənddə tikiləcək məscid üçün istifadəyə verildiyindən ona acı Dərədən əkinə yararsız sahədən 0,20 ha torpaq verilmişdir. Çayqaraqoyunlu Bələdiyyəsi həmin torpaq sahəsini 2012-ci il 21 sentyabr tarixdə hərracdan kənar X4, R.Hümbətova 2012-ci il 30 noyabr tarixdə həmin torpaq sahəsini X11 bağışlamış, nəticədə RX seriyalı ******* nömrəli çıxarış və 007812 nömrəli torpaq sahəsinin plan-ölçüsü hazırlanmışdır. Həmin torpaq sahəsinin ona ayrılmış 0,20 ha torpaq sahəsinin bir hissəsi olduğunu əsas gətirərək bələdiyyənin qərarının ləğv edilməsi üçün Çayqaraqoyunlu Bələdiyyəsinə ərizə ilə rəsmi müraciət etmiş, sonuncu hərəkəts izlik göstərərək ərizəyə münasibət bildirməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 30 noyabr tarixli 2-1(84)-18/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, Şəki rayonu Çayqaraqoyunlu bələdiyyəsinin qərarı ləğv edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh inzibati orqan hazırkı iş üzrə iddiaçının hüquqlarının pozulmasına gətirib çıxaran qərar qəbul etməklə haqlı olmamış və qanunsuz inzibati akt qəbul etmişdir. ”Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunu 48-ci maddəsinin 2-ci bəndinə əsasən, bələdiyyələrin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönələ bilməz. Üçüncü şəxs həmin qərardan apellyasiya şikayə ti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 1 may tarixli 2-1(107)-156/2019 nömrəli qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Kassasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 21 avqust tarixli 2-1(102)-2440/2019 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 1 may tarixli 2-1(107)-156/2019 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Şəki Apelly asiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 19 dekabr tarixli 2-1(107)-639/2019 nömrəli qərarı ilə üçüncü şəxs X7 apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-18/2018 saylı, 2018-ci il 30 noyabr tarixli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi Çayqaraqoyunlu Bələdiyyəsinin mülkiyyətinə ayrılmış torpaq sahəsinin tərkibinə daxil olmuş və Bələdiyyə də həmin torpaq sahəsini (0,07 ha) lazımi qaydada sənədləşdirib hərracdan kənar qaydada kənd sakini X1. Mübahisəli torpaq sahəsini iddiaçı da Bələdiyyədən ümumi qaydada (dəyərini ödəməklə və birbaşa alqı-satqı yolu ilə) ala bilərdi, lakin iddiaçı belə bir istəklə Bələdiyyəyə müraciət etməmiş, ona görə də Bələdiyyə Çayqaraqoyunlu kənd sakini Rahilə Hümbətovanın müraciətinə əsasən 0,07 ha torpaq sahəsini ona satmışdır. Məhkəmənin qərarı iddiaçıya 2020-ci il 6 yanvar tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardan 2020-ci il 4 fevral tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işi təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan başqa, şikayətdə qeyd edilir ki, Şəki rayonu Çayqaraqoyunlu Bələdiyyəsi həmin torpaq sahəsini X6 verə bilməzdi. Ona görə ki, sənədlərdən g öründüyü kimi həmin torpaq sahəsi iddiaçının istifadəsində və sahibliyindədir. Həm də Rahilə Hümbətova 0.07 ha torpaq sahəsini hərrac və ya müsabiqəyə çıxarılması həyata keçirilmədən qanunsuz yolla Çayqaraqoyunlu Bələdiyyəsinin havadarlığı ilə həmin ərazidə və ya kənddə yaşamayan X5 bilməzdi. Məhkəmə zamanı müəyyən olundu ki, Rahilə Hümbətova torpaq sahəsini qanunsuz yolla üçüncü şəxsə bağışlamışdır. Qeyd edilənlər qanunvericiliyin tələbləri aşkar sürətdə pozmaqla həyata keçirilmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün çıxışlarda iştirak etmədi. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırma hissəsi: Cavabdehin və üçüncü şəxsin məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və i ş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz. İddiaçının istinad etdiyi Şəki rayon X14 X2 1989-cu il tarixli 03 nömrəli protokol qərarının qəbul edildiyi vaxtda qüvv ədə olan Torpaq Məcəlləsində (Azərbaycan SSR-in 1970-ci il 7 iyul tarixli Qanunu ilə təsdiq edilmişdir) aşağıdakılar təsbit olunmuşdur: Maddə

78. Sovxozların və digər dövlət kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının əsas (istehsal) təyinatlı torpaqları və həyətyanı torpaqları Sovxozlara və digər dövlət kənd təsərrüfatı müəssisələrinə və təşkilatlarına, elmitədqiqat, tədris və digər kənd təsərrüfatı idarələrinə təhkim edilən torpaqlar əsas (istehsal) təyinatlı torpaqlardan və həyətyanı torpaqlardan ibarətdir. Maddə

80. Həyətyanı torpaqların istifadəyə verilməsi Kənd təsərrüfatı ehtiyacları üçün sovxozun və ya digər dövlət kənd təsərrüfatı müəssisəsinin, idarəsinin və təşkilatının istifadəsinə verilən torpaqlardan təsdiq edilmiş təsərrüfatdaxili yer quruluşu layihəsin ə uyğun surətdə, bu Məcəllənin 92-ci maddəsində müəyyən edilmiş normalar daxilində fəhlələrə və qulluqçulara həyətyanı torpaq sahələri verilməsi üçün həyətyanı torpaqlar ayrılır və mərzlənir. İşdən göründüyü kimi, Şəki rayon X14 X2 1989-cu il tarixli 03 nömrəli protokol qərarı ilə İddiaçı ev tikmək üçün Əlçiyan çayının sol sahilindən əkinə yararsız yerdən 0,20 ha torpaq sahəsi verilmişdir. Həmin vaxtda qüvvədə olan 1970-ci il Torpaq Məcəlləsinin yuxarıda qeyd edilən normaları nəzərə alınmaqla, X2 1989-cu il tarixli 03 nömrəli qərarının qanuniliyi mübahisələndirilməli deyil. 1991-ci il 9 noyabr tarixli Torpaq Məcəlləsinin 11-ci maddəsinə əsasən, bu Məcəllə qüvvəyə minənədək vətəndaşların qanuni istifadəsində olmuş həyətyanı sahə, fərdi mənzil, fərdi bağ və fərdi qaraj tikintisi üçün torpaq sahələri onların xüsusi mülkiyyətinə keçirilir. Normanın tələbi nəzərə alındıqda, iddiaçı Şəki rayon X14 X2 1989-cu il tarixli 03 nömrəli protokol qərarı ilə ona ayrılmış torpaq sahəsi üzərində qanundan irəli gələn mülkiyyət hüququ əldə etmişdir. Lakin həmin torpaq sahəsi kənddə tikiləcək məscid üçün istifadəyə verildiyindən Şəki rayonu Çayqaraqoyunlu kəndi C.Cabbarlı adına kolxozun 1994-cü il 28 sentyabr 9 nömrəli protokol qərarı ilə iddiaçıya əkinə yararsız digər sahədən 0,20 ha torpaq verilmişdir. Başqa sözlə, X2 1989-cu il tarixli 03 nömrəli protokol qərarı ilə ayrılmış və 1991-ci il Torpaq Məcəlləsinin 11-ci maddəsinə əsasən üzərində iddiaçının mülkiyyət hüququ yaranmış torpaq sahəsi kolxoza məxsus digər torpaq sahəsi ilə əvəzləşdirilmişdir. Həmin qərarın qəbul edildiyi vaxtda qüvvədə Torpaq Məcəlləsinin 4-cü maddəsinin üçüncü hissəsinə əsasən (Torpaq üzərində mülkiyyət və onun formaları), torpaq mülkiyyətçisi kimi Azərbaycan Respublikasının şəxsində dövlət, vətəndaşlar, kolxozlar, digər kənd təsərrüfatı kooperativlərinin və səhmdar cəmiyyətlərinin kollektivləri çıxış edir. Bu normanın tələbi nəzərə alındıqda, kolxozun iddiaçıya ayırdığı (dəyişdiyi) torpaq sahəsi kolxozun sərəncamında olmuş, torpaq sahəsi onun iradəsinə uyğun olaraq iddiaçının sahibliyinə verilmişdir. Buradan, iddiaçının həmin torpaq sahəsinə sahibliyi özbaşına olmamışdır. Bununla yanaşı, iddiaçının mübahisələndirdiyi bələdiyyə aktının qəbul edildiyi 2012-ci ildə qüvvədə olan Torpaq Məcəlləsinin (Azərbaycan Respublikasının xx xxxx 1999-cu il tarixli, 695-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 66-cı m addəsinin 2-ci bəndinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin müddəalarına əsasən, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır (maddənin 1-ci bəndi). Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir (maddənin 4-cü bəndi). Mübahisələndirilən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına hər hansı hüquqla qeydiyyata alınmamışdır. “Torpaq islahatı haqqında” xx xxxx 1996-cı il tarixli Qanunun 7.1-ci maddəsinə əsasən, müvafiq inzibati ərazi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir: ümumi istifadədə olan torpaqlar; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar; ehtiyat fondu torpaqları. İşdən göründüyü kimi, mübahisəli torpaq sahəsi üzərində Çayqaraqoyunlu Bələdiyyəsinin mülkiyyəti hüququ 2012-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, cavabdehin həmin (0.07 ha) torpaq sahəsinə mülkiyyət hüququ dövlət tərəfindən tanınmış və təsdiq edilmişdir. Torpaq Məcəlləsinin 8-ci maddəsinə əsasən, bələdiyyələr öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyə tində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi və s. səlahiyyətləri həyata keçirirlər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 4.0, 4.0.1-ci maddəsinə əsasən, torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək səlahiyyəti vardır. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azər baycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Beləliklə, mübahisəli 0.07 ha torpaq sahəsinə cavabdehin qanunla müəyyən edilmiş qaydada mülkiyyət hüququ tanındığından və bu, reyestrdə qeydiyyatla təsdiq edildiyindən, həmin torpaq sahəsinin mülkiyyətə verilməsinə dair bələdiyyənin qərarı qanuni olmuşdur. Apellyasiya instansiyası məhkəməsi qərarında iddiaçının ona ayrılmış torpaq sahəsinə sahibliyinə dair hüquqları ilə bağlı fərqli mövqe ifadə etsə də, mahiyyətcə dü zgün nəticəyə gəlmişdir. Şikayətin dəlilləri qərarın ləğvinə əsas vermir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 19 dekabr tarixli 2-1(107)-639/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Sədrlik edən: Hakimlər: imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova R.S.Nəbizadə Əsli ilə düzdür: Hakim İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar