Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-936/2021 08.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, güzəştli iş stajının düzgün müəyyən edilməsi meyarları, güzəştli arayış ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Hüseynova Zəmilə Əli qızının katibliyi, İddiaçı və cavabd ehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın təyin olunması tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-594/2021 nömrəli, 16 fevral 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür.
2. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi üçün cavabdehə müraciət etmişdir.
3. Cavabdeh 08 oktyabr 2019-cu il tarixli, **********8 saylı məktubla müraciətin təmin olunmasından imti na edərək bildirmişdir ki, iddiaçının 01.08.1990-15.04.1993-cü il tarixləri arasındakı dövr ərzində “Ramin” müstəqil kiçik müəssisəsində işləməsi barədə arxiv sənədləri saxlanılmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, işlədiyi müvafiq illəri sığorta stajı kimi nəzərə almaqla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1960-cı il tarixdə Bərdə rayonunun Mirzalıbəyli kəndində doğulmuşdur və orada qeydiyyatda olmaqla yaşayır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunm ası ilə əlaqədar Bərdə regional şəhər “ASAN xidmət” mərkəzinə ərizə ilə müraciət etmiş, ərizəsində 05.10.1989-cu il tarixli ******* nömrəli əmək kitabçasında qeyd olunan 01.08.1990-cı il tarixdən 15.04.1993-cü il tarixədək Bərdə rayonunda “Ramin” müstəqil kiçik müəssisəsində 4-cü dərəcə elektrik qaynaqçısı işlədiyi illərin iş stajı kimi nəzərə alınmaqla pensiyanın təyin olunmasını xahiş etmişdir. Lakin ona pensiya təyin olunmasından imtina edilmişdir.
6. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-776/2020 nömrəli, 02 mart 2020-ci il tarixli qərardadı ilə (hakim:E.T.Axundov) ərizə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4399/2020 saylı, 25 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakim: R.L.Kərimli) iddia təmin edilmiş, 01 avqust 1990-cı il t arixdən 15 aprel 1993-cü il tarixədək Bərdə rayonunda “Ramin” müstəqil kiçik müəssisəsində 4-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsində iş stajı sosial sığorta stajına daxil edilməklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı 1 yanvar 2006-cı il tarixədək güzəştli şərtlərlə pensiya hüququ verən 25 ildən artıq ümumi, o cümlədən 12 il 6 aydan artıq əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına malik olduğundan, onun «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq 57 yaşı tamam olduğu vaxt güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır.
9. Cavabdeh apelyasiya şikayəti verərək h əmin qərarın ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-594/2021 nömrəli iş üzrə 16 fevral 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: V.M.Ağayev, hakimlər: A.B.Nuriyeva və A.Ə.Hüseyn) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4399/2020 saylı, 25 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. K ASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətində göstərilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, mübahisəli dövr də qəbul edilsə belə, iddiaçının 01.01.2006-cı il tarixədək tələb olunan 12 il 6 ay güzəştli iş stajını toplamadığı aşkardır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
15. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin olunmamasını xahiş etdi.
16. İddiaçı məhkəmə kollegiyasının i clasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun çıxışı dinlənilmədən baxıldı. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 18 “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: (01.07.2017ci ilə qədər qüvvədə olan redaksiya) Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, v əzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə.9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 21.1 Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövl ət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
19. Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilə rin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7 Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhk əməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətdə şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən – qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəb lərdən irəli gəlir.
24. Birinci instansiya məhkəməsi və onun mövqeyi ilə razılaşan apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı 1 yanvar 2006-cı il tarixədək güzəştli şərtlərlə pensiya hüququ verən 25 ildən artıq ümumi, o cümlədən 12 il 6 aydan artıq əmək şəraiti zərərli və ağır olan işlərdə xüsusi iş stajına malik olduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə və «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq onun 57 yaşı tamam olduğu vaxt güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.
25. Cavabdeh apelyasiya məhkəməsinin qərarı ilə razılaşmayaraq həmin qərardan şikayət vermiş və bildirmişdir ki, iddiaçı 01.01.2006-cı il tarixinədək tələb edilən 12 il 6 ay güz əştli (xüsusi) iş stajını toplamamışdır.
26. Məhkəmə kollegiyası iş materiallarındakı sənədlərə və yuxarıda qeyd edilmiş normalara əsaslanmaqla hesab edir ki, cavabdehin kassasiya şikayətinin dəlili əsaslıdır. Belə ki, iddiaçının əmək kitabçasındakı qeydlərdən görünür ki, 02.10.1989-04.07.1990-cı illərdə (09 ay 02 gün) “Abadlıq” kooperativində elektrik qaynaqçısı; 01.08.199015.04.1993-cü illərdə (02 il 08 ay 14 gün) “Ramin” müstəqil kiçik müəssisəsində elektrik qaynaqçısı; 16.05.1993-15.05.1995-ci illərdə (02 il 29 gün) X1 müəssisəsində qaynaqçı; 13.06.1999-15.02.2000-ci illərdə (08 ay 02 gün) Bərdə 23 saylı Yol sahəsində qaynaqçı; 21.02.2000-02.10.2006-ci illərdə (06 il 07 ay 11 gün) Bərdə 28 saylı Yol İstismar İdarəsində qaynaqçı; 02.10.2006-16.10.2007-ci illərdə (01 il 14 gün) “xxxx” MM C-də qaynaqçı işləmişdir.Yəni, onun güzəştli iş stajı cəmi 13 il 10 ay 12 gün təşkil edir.
27. Belə olan halda, bu dövrün 01.01.2006-cı il tarixədək olan hissəsi, cavabdeh tərəfindən mübahisələndirilən (“Ramin” müstəqil kiçik müəssisəsində çalışdığı) dövr ( 02 il 08 ay 14 gün ) də daxil olmaqla, 11 il 03 ay 25 gün təşkil edir. Odur ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının 01.01. 2006-ci il tarixədək 12 il 06 ay güzəştli iş stajına malik olması barədə səhv nəticəyə gəlmişdir.
28. Qeyd olunmalıdır ki, iddiaçı 01.01.2006-ci il tarixədək 12 il 06 ay güzəştli iş stajını toplamasa da, 01.07.2017-ci il tarixədək bu stajı toplaması, aşağıdakı şərtlər də ödənildiyi halda, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə (01.07.2017-ci il tarixədək olan redak siya) əsasən onun güzəştli şərtlərlə əmək pensiyası hüququnun yaranmasına əsas verir.
29. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1ci maddəsinə əsasən, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 3 şərtin ödənilməsi tələb olunun: 1) 01.07.2017-ci il tarixədək 57 yaşının tamam olması; 2) həmin tarixədək azı 25 il ümumi; 3) azı 12 il 6 ay xüsusi iş stajına malik olması.
30. İddiaçı xx.xx.1960-ci ildə doğulmuş və 26.04.2017-ci ildə 57 yaşı tamam olmuşdur.
31. Odur ki, təkrar apelyasiya baxışında iddiaçının 01.01.2006-ci il tarixədək 12 il 06 ay xüsusi iş stajını toplaması müəyyən edilmədiyi halda, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin (01.07.2017-ci il tarixədək olan redaksiyada) yuxarıda sadalanan dispozisiya şərtlərinin ona münasibətdə ödənilib-ödənilməməsi də yoxlanılmalı, bunun nəticəsindən asılı olaraq müvafiq qərar qəbul edilməlidir. Bu zaman nəzərə almaq lazımdır ki, iddiaçının 01.01.2006-cı il tarixdən sonrakı əmək fəaliyyəti yalnız məcburi dövlət sosial sığorta haqqı ödənilməsi şərti ilə sosial sığorta stajına daxil edilə bilər. Bu, “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinin tələbindən irəli gəlir.
32. Həmçinin qeyd edilməlidir ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır.
33. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır.
34. Hazırki iş üzrə iddiaçı iş yerindən arayış təqdim etsə də, həmin arayışla onun güzəştli iş stajının olduğunu müəyyən etmək mümkün deyildir. Belə ki, arayışda sadəcə olaraq, iddiaçının 43N-li Yol İstismarı MMC-də qaynaqçı işlədiyi qeyd edilmişdir. Həmin işdə iddiaçının nə qədər işləməsi, həmçinin qeyd edilən peşənin güzəştli şərtlərlə pensiya hüququ verən zərərli işə aid olub - olmaması barədə hər hansı məlumat yoxdur. Odur ki, həmin arayış iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən zərərli işdə işləməsini müəyyən edən sübut kimi qəbul edilə bilməz. (iş vər 14)
35. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir.
36. Lakin onu da nəzərə almaq lazımdır ki, apelyasiya instansiyası məhkəməsi iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın mə zmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir.
37. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər.
38. Lakin apelyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən halları araşdırmadan iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
39. Göründüyü kimi, apelyasiya məhkəməs i tərəfindən iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmamış qalmışdır. İş üzrə zəruri olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətləndirilmədən qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanunauyğun aktı kimi qəbul etməyə imkan vermir.
40. Apelyasiya instansiyası məhkəməsinin qərarı yuxarıdakı əsaslara görə düzgün olmadığından, beləliklə də qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iş təkrar bax ılması üçün həmin məhkəməyə göndərilməlidir.
41. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2021-ci il tarixli 21(103)-594/2021 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.