Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-936/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yeni məlumat vərəqəsinin verilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 10.05.2024 hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1956-ci il, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı “yeni məlumat vərəqəsinin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası nın xx.xx.2023-cü il tarixli, 2-1(103)-2575/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 1993-1996-cı illərdə qulluq etdiyi vəzifə maaşına uyğun pensiya təyinatı üçün məlumat vərəqəsinin DSMF-nin XŞTMF-na göndərilməsi barədə cavabdehə müraciət etmişdir.
2. İddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, o, xx.xx.2011-ci il tarixində Penitensiar Xidmətin Qeydiyyat şöbəsinin inspektoru vəzifəsindən ehtiyata buraxılmışdır. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiyalarının məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5. maddəsində göstərilən təminat xərcliyindən hesablanır. Qeyd olunan maddəyə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1993-xx.xx.1996-cı il tarixlərində işlədiyi vəzifə maaşına uyğun pensiyanın hesablanaraq “Məlumat vərəq əsi”ni Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun qeyd olunan iddia ilə müraciətinə Penitensiar Xidmət “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinə istinad edərək imtina etmişdir. O, xx.xx.1982-ci il tarixindən xx.xx.2011-ci il tarixinədək Penitensiar Xidmətdə zabit rütbəsində müxtəlif vəzifələrdə təqvim hesabı ilə 29 il 9 ay 19 gün, güzəştli 37 il 4 ay 9 gün xidmət etmişdir.
5. Penitensiar Xidmət 1993-cü ildə Daxili İşlər Nazirliyinin tabeliyindən çıxarılaraq Ədliyyə Nazirliyinin tabeliyinə verilsə də xx.xx.2006-cı il tarixində “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanun qəbul edilənədək Penitensiar Xidmətin fəaliyyəti “Daxili İşlər Nazirliyi haqqında” Qanunla tənzimlənmişdir. Məhz həmin dövrdə Ədliyyə Nazirliyi tərəfindən Penitensiar Xidmətində aparılan struktur dəyişikliklərlə əlaqədar onun xx.xx.1993-cü il tarixindən xx.xx.1996-cı il tarixinədək olduğu “maddi-texniki təchizat və satış şöbəsinin rəisi vəzifəsi ləğv edilərək xidməti zərurətlə əlaqədar həmin idarədə “xüsusi şöbənin inspektoru” vəzifəsinə təyin edilmişdir.
6. Göründüyü kimi 2006-cı ildə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanun qəbul edildiyindən ona xx.xx.2011-ci ildə qulluq illərinə görə pensiya təyin edildikdə “Əmək pensiyaları haqqında” Qanunun 20.11-ci maddəsinə əsasən yəni xx.xx.1991-xx.xx.1996-cı illərdəki işlədiyi vəzifə maaşından sonrakı artımlar da nəzərə alınmaql a hesablanmalıdır. Mövcud qanunvericiliyə əsasən pensiyası təyin olunan tarixə vəzifə, rütbə maaşına, xidmət illərinə, məlumat dərəcəsinə görə, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından ibarət olmalıdır. Cavabdehin etirazları:
7. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etmiş və etirazda qeyd etmişdir ki, iddiaçı xx.xx.1982-xx.xx.1993-cü tarixlərdə DİN-nin İslah İşləri İdarəsində, xx.xx.1993-xx.xx.2011-ci tarixlərdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində xüsusi rütbəli əməkdaş kimi qulluq etmiş və xidməti fəaliyyəti aşağıdakı kimi olmuşdur: Azərbaycan Respublikası DİN-nin İslah İşləri İdarəsində texniki şöbəsinin mühəndisi - xx.xx.1982-xx.xx.1983-cü illər; Azərbaycan Respublikası DİN-nin İslah İşləri İdarəsinin 10 saylı cəzaçəkmə müəssisəsində istehsalat üzrə mühəndis-xx.xx.1983-xx.xx.1984-cü illər; Azərbaycan Respublikası DİN-nin İslah İşləri İdarəsinin istehsalat-texniki şöbəsinin mühəndisi - xx.xx.1989-xx.xx.1993-cü illər; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin kommunal-məişət, ticarət və intendant təminatı şöbəsinin rəis müavini - xx.xx.1993-xx.xx.1993-cü illər; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin maddi-texniki təchizat və satış şöbəsinin rəisi - xx.xx.1993-xx.xx.1996cı illər; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin xüsusi şöbəsinin baş inspektoru - xx.xx.1996-xx.xx.1999-cü illər; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin xüsusi şöbəsinin inspektoru - xx.xx.1999-xx.xx.2007-c i illər; Penitensiar Xidmətinin Qeydiyyat şöbəsinin inspektoru - xx.xx.2007-xx.xx.2011-ci illər.
8. İddiaçı ədliyyə orqanlarında qulluq keçməsinə Penitensiar xidmət üzrə xx.xx.2011-ci il tarixli 207 ş/h saylı əmrlə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 40.1.10-cu maddəsinə müvafiq olaraq (qulluqda olmanın yaş həddinə çatdıqda) pensiyaya çıxmaqla tutduğu vəzifədən (Penitensiar xidmətinin Qeydiyyat şöbəsinin inspektoru) azad edilərək xitam verilmişdir. 9. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 20.3-cü maddəsinə əsasən penitensiar və tibb xidmətlərin sıravi və rəis heyətinin xüsusi rütbələri Azərbaycan Respublikasının Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi rütbələrinə bərabər tutulur. Azərbaycan Respubl ikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 2-ci hissəsinə əsasən hərbi və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. İddiaçı xx.xx.2011-ci il tarixdə pensiyaya çıxmışdır və Penitensiar xidmətdə tutduğu son vəzifəsi Qeydiyyat şöbəsinin inspektoru olmuşdur. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin olunmaması xahiş olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
10. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112) -4143/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
11. Məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Belə ki, xx.xx.2006-cı il tarixdə qəbul edilmiş və xx.xx.2006-ci il tarixdə qüvvəyə minmiş “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 23.10-cu maddəsinə əsasən, ədliyyə orqanlarında qulluq etmiş şəxslərin, ədliyyə işçilərinin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 12. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.3. hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.4. xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; 1.0.5. təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla ) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir.
13. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.2011-ci il tarixdə pensiyaya çıxmış və onun Penitensiar xidmətində tutduğu son vəzifəsi Qeydiyyat şöbəsinin inspektoru olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olaraq iddiaçının xidmətdən buraxıldığı günə təminat xərcliyi (pul təminatı) hesablanaraq və buna uyğun məlumat vərəqi tərtib olunaraq pensiya təyin edən orqana göndərilmişdir.
14. İddiaçı həmin qərardan apellyasiya ş ikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-2575/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-4143/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. İddiaçı apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. K assasiya şikayətinin dəlilləri
18. Cavabdeh tərəfindən xx.xx.2011-ci il tarixdə pensiya təyini zamanı Daxili İşlər Nazirliyinin tabeliyində olan Baş İdarə Ədliyyə Nazirliyinin tabeliyinə verildikdə, struktur dəyişikliklə əlaqədar xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək qulluq etdiyi Maddi-Texniki Təchizat və Satış Şöbəsinin rəisi vəzifəsi ləğv edilmiş və xidməti zərurətlə əlaqədar iddiaçı rütbə dərəcəsi və vəzifə maaşı aşağı olan İdarənin Xüsusi Şöbəsinin inspektoru təyin edilmişdir. Birinci və apellyasiya instansiyası məhkəmələri işə baxarkən qanunvericiliyin bu tələblərinə əməl etməmişdir.
19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsini 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında ) iddialar üzrə həmin aktın qəbul e dilməsinin zəruri edən taktiki şərtləri mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
20. Həmin məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalınız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlara əsaslanmalıdır.
21. Həmin məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səb əb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
23. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahi sə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazır kı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın tələblərinə əməl edilmiş, iddiaçının xidmətdən buraxıldığı günə təminat xərcliyi (pul təminatı) hesablanaraq və buna uyğun məlumat vərəqi tərtib olunaraq pensiya təyin edən orqana göndərilmişdir.
29. Belə ki, iddiaçı pensiyaya çıxarkən tə rxis olunduğu xx.xx.2011-ci il tarixə vəzifəsi Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qeydiyyat şöbəsinin inspektoru olmuşdur, cavabdeh inzibati orqan tərəfindən də qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçının xidmətdən buraxıldığı günə həmin vəzifə və onun təminat xərcliyi (pul təminatı) qeyd olunmaqla müvafiq məlumat vərəqi tərtib olunaraq pensiya təyin edən orqana göndərilmişdir.
30. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2575/2023 nömrəli qərarı dəyişdirilməd