Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-937/2023 11.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə 57 yaşdan əmək pensiyasının təyin edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiаçı İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlə rlə Təyinat İdarəsinin Mərkəz Filialına qarşı “güzəştli şərtlərlə pensiya təyin edilməsi” tələbinə dair inzibati iş üzrə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 dekabr 2022-ci il tarixli, 21(103)-1211/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuş, xx.xx.1977-ci ildə Bakı şəhəri 2 nömrəli orta texniki peşə məktəbin daxil olmuş və xx.xx.1980-ci ildə “Refrejerator qatarlarında soyuducu və dizel avadanlıqlarının təmir çilingəri” ixtisası üzrə təhsil almış, xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü ilədək Sovet Ordusu sıralarında müəyyən edilmiş həqiqi hərbi xidmət müddətini keçmişdir. O, xx.xx.1980-ci ildə Tolyatti vaqonların cari təmiri sexinə 3-cü dərəcəli çilingər vəzifəsinə qəbul edilmişdir. xx.xx.1981-ci ildə vaqon-qaynaq sexinə hərəkət edən sostavın çilingəri vəzifəsinə keçirilmişdir. xx.xx.1982-ci ildə ƏM 31-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1982-ci ildə 3 saylı çörək zavoduna avadanlığın təmiri üzrə 3 dərəcəli çilingər vəzifəsinə qəbul edilmişdir. xx.xx.1982-ci ildə RSFSR ƏM 31-ci maddəsinə uyğun olaraq tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1982-ci ildə İstehsalat texnoloji kompleksə 2-ci dərəcəli takelajçı vəzifəsinə qəbul edilmişdir. xx.xx.1982-ci ildə Sovet Ordu sıralarına çağırışla əlaqədar tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1985-ci ildə vaqonyığma sexinə hərəkət edən sostavın 3-cü dərəcəli çilingər vəzifəsinə qəbul edilmişdir. xx.xx.1986 -cı ildə RSFSR ƏM 29.3 b. maddəsinə uyğun olaraq tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1986xx.xx.1988-ci illərdə qulluğu nəqliyyat milisində keçmişdir. xx.xx.1988-ci ildə Az.d.y yol emalatxanaları motobaza sahəsinə hərəkət edən sostavın 3-cü dərəcəli çilingər vəzifəsinə qəbul edilmişdir. xx.xx.1988-ci ildə teplovoz maşinistinin köməkçisi vəzifəsinə keçirilmişdir. xx.xx.1994-cü ildə hərəkət edən sostavın 5-ci dərəcəli çilingər vəzifəsinə qəbul edilmişdir. xx.xx.1997-ci ildə teplovoz maşinisti vəzifəsinə keçirilmişdir. xx.xx.2000-ci ildə istismar sexinə 4-cü dərəcəli hərəkət hissəsinin təmiri çilingər keçirilmişdir. xx.xx.2001-ci ildə Krandrezin maşinisti keçirilmişdir. xx.xx.2002-ci ildə maşinist köməkçisi keçirilmişdir. xx.xx.2002-ci ildə Kran və teplovoz təmiri üzrə 5-ci dərəcəli çilin gər keçirilmişdir. xx.xx.2002-ci ildə Yol maşınların təmiri üzrə 5-ci dərəcəli çilingər keçirilmişdir. xx.xx.2002ci ildə teplovoz maşinisti keçirilmişdir. xx.xx.2004-cü ildə İstismar sahəsinə yol maşınların təmiri üzrə 5 dərəcəli çilingər keçirilmişdir. xx.xx.2004-cü ildə teplovoz maşinisti keçirilmişdir. xx.xx.2008-ci ildə AR ƏMnin 69-cu maddəsinə əsasən işdən azad edilmişdir. xx.xx.2008-ci ildə "xxxx" ASC betonçu peşəsinə işə qəbul edilmişdir. xx.xx.2011-ci ildə 6-cı dərəcəli betonçu peşəsinə keçirilmişdir. xx.xx.2018-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2018-ci ildə "xxxx" MMC-yə müddətli əmək müqaviləsi ilə 6-cı dərəcəli betonçu peşəsinə qəbul edilmişdir. xx.xx.2018-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. 2. "xxxx" QSC İnfrastruktur Departamenti Motorlu-rels nəqliyya tı, maşın və mexanizmlərin təmiri yol emlatxanasının 08 nömrəli xx.xx.2019-cu il tarixli arayışdan müəyyən olunur ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.2008-ci il tarixədək "xxxx" QSC-nin Motorlu-rels nəqliyyatı, maşın və mexanizmlərin təmiri Yol Emalatxanasında çalışıb, o cümlədən əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası həssaslıq, zehni gərginliklə bağlı olan şəraitində teplovoz maşinisti və teplovoz maşinistinin köməkçisi peşələrində çalışıb. İşçiyə işlədiyi müddət ərzində əmək şəraitinə görə əlavə 11 təqvim günü məzuniyyət və 12% həcmində əlavə əmək haqqı verilib. Arayışda qeyd olunan məlumatlara əsasən iddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.1994-cü il tarixədək teplovoz maşinistinin köməkçisi vəzifəsində 5 il 4 ay 7 gün, xx.xx.1997-ci i l tarixdən xx.xx.2002-ci il tarixədək teplovoz maşinisti vəzifəsində 4 il 5 ay 27 gün, xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək teplovoz maşinisti vəzifəsində 1 il 7 ay 12 gün, xx.xx.2004-cü il tarixdən xx.xx.2008-ci il tarixədək teplovoz maşinisti vəzifəsində 3 il 4 ay 18 gün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrdə işləmişdir.
3. İddiaçı cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir cavab isə bundan imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajı na malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının Nəqliyyat bölməsində (21) Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) hərəkətdə olan tərkibin təmiri üzrə çilingərlər vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən 4 sentyabr 1980-ci il tarixli ******* nömrə li əmək kitabçasında xx.xx.1988-xx.xx.1988-ci il, xx.xx.1994xx.xx.1997-ci il, xx.xx.2000-xx.xx.2001-ci il və xx.xx.2002-xx.xx.2002-ci il tarixləri arasındakı dövrlər ərzində "xxxx" QSC-nin Motorlu-rels nəqliyyatı, maşın və mexanizmlərin təmiri Yol Emalatxanasında çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nında nəzərdə tutulmayıb. Bu səbəbdən də onun 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı 12 il 6 aydan az (9 il 7 ay 4 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pen siyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, 52 yaşı tamam olduğu, xx.xx.2014-cü il tarixdən yaşa görə güzəştli şərtlərə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş (fərq) məbləğin birdəfəlik verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, məhkəmədən onun 57 yaşının tamam olması ilə əlaqədar güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsаslаndırmışdır ki, o, xx xxxxxx 1962-ci ildə Cəbrayıl rayonunda anadan olub və ərizəsində göstərdiyi ünvanda yaşayır. 01 sentyabr 1977-ci ildən 22 iyul 1980-ci ilə kimi ünvan Peşə məktəbinin refrejerator qabarlarında soyuducu və dizel avadanlıqlarının təmir çilingəri peşəsi (ixtisası) üzrə təhsil alıb. Liseydə təhsil müddəti 2 (iki il) 10 (on) ay 22 (iyirmi iki) gün davam etmişdir. Bundan sonra 04 sentyabr 1980-ci ildən 06 fevral 1982-ci ilə kimi RF-nin X1 st. Tolyatti vaqon deposunda vaqon təmiri çilingəri, 24 fevral 1982-ci ildən 19 iyul 1982-ci ilə kimi Tolyatti Çörək zavodunda çilingər, 19 iyul 1982-ci ildən 16 avqust 1982-ci ilə kimi Avtovaztəmirtikinti trestində takelajnik (fəhlə) uişləyib, həqiqi hərbi xidmətə getməyi ilə əlaqədar işdən azad olunub. 27 oktyabr 1982-ci ildən 24 noyabr 1984-cü ilə kimi keçmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət edib. 18 yanvar 1985-ci ildən 21 yanvar 1986-cı ilə kimi X1 st. Tolyatti vaqon deposunda çilingər, 21 yanvar 1986-cı ildən 04 avqust 1988-ci ilə kimi SSRİ DİN-nin Sreqnovsk Dİİ-nin nəqliyyat milisində, 03 oktyabr 1988-ci ildən 16 noyabr 1988-ci ilə kimi "xxxx" QSC-də Yol Emalatxanasında çilingər, 16 noyabr 1988-ci ildən 23 mart 1994-cü ilə kimi teplovoz maşinist köməkçisi, 23 mart 1994-cü ildən 01 sentyabr 1997-ci ilə kimi çilingər, 01 sentyabr 1997-ci ildən 17 aprel 2000-ci ilə kimi teplovoz maşinisti, 17 aprel 2000-ci ildən 14 dekabr 2001-ci il kimi istismar sexində hərəkət hissəsinin təmiri üzrə çilingər, 14 dekabr 2001-ci ildən 16 yanvar 2002-ci ilə kimi kran-drezen maşinisti, 16 fevral 2002-ci ildən 01 mar t 2002-ci ilə kimi maşinist köməkçisi, 01 mart 2002-ci ildən 01 may 2002-ci ilə kimi kran və teplovoz təmiri çilingəri, 01 may 2002-ci ildən 18 noyabr 2002-ci ilə kimi yol maşınlarının təmiri üzrə çilingər, 18 noyabr 2002-ci ildən 01 iyul 2004-cü ilə kimi teplovoz maşinisti, 01 iyul 2004-cü ildən 18 avqust 2004-cü ilə kimi istismar sahəsində yol maşınlarının təmiri üzrə çilingər, 18 avqust 2004-cü ildən 07 yanvar 2008-ci ilə kimi teplovoz maşinisti peşəsində işləmişdir. 07 yanvar 2008-ci ildən 16 avqust 2018-ci ilə kimi "xxxx" Açıq Səhəmdar Cəmiyyətində betonçu, 17 avqust 2018-ci ildən 02 noyabr 2018-ci ilə kimi "xxxx" MMC-də botonçu (manqa başçısı), 02 noyabr 2018-ci ildən hal-hazıra kimi (hazırda X2 Korporasiyası "xxxx" ASC-də) betonçu vəzifəsində (peşəsində) işəyir və əmək haqqından sos al sığorta hesabına pul ödənilmişdir. Sorğu zamanı "xxxx" QSC-nin verdiyi 08 saylı 17 may 2019-cu il tarixli arayışından göründüyü kimi işlədiyi teplovoz, elektrovoz maşinisti və maşinist köməkçisi peşələri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən 14 il 4 ay 27 gün sosial sığorta stajı vardır. Bundan başqa da 07 yanvar 2008-ci ildən işlədiyi betonçu peşəsi də Nazirlər Kabinetinin 1993-cü il 21 iyul tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstərişlərin siyahısının XXVİİ bölməsinin 2290100а-11196 şifr əsinə əsasən güzəştli şərtlə pensiya təyin etmək hüququ verən peşələrə aiddir. Hal-hazırda kimi ümumilikdə on un 42 il, güzəştli iş stajı isə 29 ildən artıqdır. İddiaçı Azərbaycan Azprbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə fonduna müraciət edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyul tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstərişlərin Siyahısı” üzrə yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün tələb olunan ümumi (20 il) və güzəştli (10) iş stajından artıq stajını xx.xx.2006-cı tarixədək topladığı üçün 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsi tərəfindən müraciətdən imtina edilmiş, 01 yanvar 2006-cı il tarixədək ümumi stajı kifayət etsə də güzəştli iş stajının 12 il 6 aydan az təşkil etməsi göstərilmişdir. Faktiki olaraq xx.xx.2006-cı ilə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı” haqqında Azərbaycan Respublikası Qanunun 01 avqust 997-ci il tarixdək qüvvədə olmuş 13-cü maddəsinin “ a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçiləristehsalatların, peşələrin, vəzifələrin və göstərişlərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilən 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və ən azı 20 il iş stajı olduqda bu mü ddətin azı 10 ilini Həmin işlərdə çalışanlar axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər.
7. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim etmişdir.Etirazda qeyd edilmişdir ki, İddiaçı “52 yaşdan, yəni xx.xx.2014-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi” tələbi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəmədə iddia qaldırmışdır. Cavabdeh hesab edir ki, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. Belə ki, iddiaçı 07 oktyabr 2020-ci il tarixində Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9- cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Nəqliyyat bölməsində (21) Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) hərəkətdə olan tərkibin təmiri üzrə çilingərlər vəzifəsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, “məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir”. İddiaçının Mərkəzi Fili ala təqdim etdiyi 4 sentyabr 1980-ci il tarixli ******* nömrəli əmək kitabçasında xx.xx.1988-xx.xx.1988-ci il, xx.xx.1994xx.xx.1997-ci il, xx.xx.2000- xx.xx.2001-ci il və xx.xx.2002-17.11,2002-ci il tarixiləri arasındakı dövrlər ərzində "xxxx" QSC-nin Motorlu-rels nəqliyyatı, maşın və mexanizmlərin təmiri Yol Emalatxanasında çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nında nəzərdə tutulmayıb. Bu səbəbdən də iddiaçının 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı 12 il 6 aydan az (9 il 7 ay 4 gün) təşkil edir.
8. Bakı İnzibati Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2-1(112)-5348/2021 saylı qərarı (hakim-F.Mədətli) ilə iddia tələbi təmin edilərək, İddiaçı 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilməsi qərara alınmışdır.
9. Məhkəmə qeyd etmişdir ki, hazırki iş üzrə iddiaçının xx.xx.2006-cı il tarixədək "xxxx" QSC-də işlədiyi hərəkətdə olan tərkibin təmiri üzrə çilingər, teplovoz maşinist köməkçisi və teplovoz maşinisti peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 saylı Siyahının XXVİİİ. “Nəqliyy at” bölməsinin müvafiq olaraq 23001000-18450 kod nömrəli güzəştli iş stajı verən “hərəkətdə olan tərkibin təmiri üzrə çilingər peşəsi, 23001000-16878 nömrəli kod üzrə teplovoz maşinist köməkçisi peşəsi, 23001000-14241 nömrəli kod üzrə teplovoz maşinisti peşəsinə uyğundur və həmin dövr üzrə onun güzəştli iş stajı 17 il 2 ay 28 gündən ibarətdir.Beləliklə, iddiaçının 12 il 6 aydan artıq güzəştli iş stajının olması iş materialları ilə öz təsdiqini tapır. Beləliklə iddiaçı 2006-cı ilin yanvar ayının 1-dək 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahıda nəzərdə tutulduğund an və iş yerindən iddiaçının işlədiyi vəzifələrə uyğun arayış təqdim edildiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən onun 57 yaşdan (xx.xx.2019-cu il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.
10. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 dekabr 2022-ci il tarixli, 2-1(103)-1211/2022 nömrəli qərarı ilə (sədrlik edən – A.Hüseyn hakimlər – V.Baxışova və A.Hüseynov) apellyasiya şikayətinin təmin edilm əməsi, Bakı İnzibati Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2-1(112)-5348/2021 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
12. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəlilləri imtina məktubunun, iddia tələbinə qarşı etirazın və apellyasiya şikayətinin məzmunu ilə oxşardır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikası Konstitusiya sı Maddə
38. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 17. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müd dətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Maddə
67. Hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma v ə yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. 18. “Əmək pensiyaları haqqında” Qanun Maddə 1.0.2 Sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 21.2.3. Müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafi q icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Maddə 9.8 bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunan ların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 19. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. 20. “İnzibati icraat haqqında” Qanun Maddə
19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun o lmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
21. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə
87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri 87.1 İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir.
22. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qə rardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır.Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
26. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
27. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlill ər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
29. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
30. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
31. Nəzərə almaq lazımdır ki, şəxsin pensiya hüququnun reallaşdırılmasını təmin etməyə məsul olan inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından şəxsin müraciəti üzrə lazımi inzibati icraat aparmağa, həmin icraat nəticəsində qəbul etdiyi imtina qərarında şəxsin müraciətinin t əmin edilməsindən imtinasını qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırmağa borcludur. Şəxs inzibati orqanın onun müraciəti üzrə hansı halları müəyyən etdiyini, hansı halları, niyə müəyyən və qəbul etmədiyini, beləliklə də, imtinanın səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.
32. Bundan əlavə, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Bu, inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
33. Mübahisə ilə bağlı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 57 yaşının tamam olması ilə əlaqədar güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
34. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, iş materiallarında olan hərbi biletin, diplomun, əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətlərindən göründüyü kimi, 01 yanvar 2006-cı ilədək iddiaçının təhsil və hərbi xidmət müddəti də nəzərə alınmaqla, 25 ildən artıq ümumi iş stajı mövcud olmuşdur.
35. Bundan başqa iş materiallarında olan "xxxx" QSC-nin 12 avqust 2021-ci il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı "xxxx" QSC-nin İnfrastruktur departamentinin Motorlu rels nəqliyyatı, maşın və mexanizmlərin təmiri yol emalatxanası idarəsində xx.xx.1988 - xx.xx.1988-ci il tarixində, xx.xx.1994 - xx.xx.1997-ci il tarixində və xx.xx.2000ci il tarixindən xx.xx.2001-ci il tarixinədək hərəkətdə olan tərkibin təmiri üzrə çilingər, xx.xx.1988 - xx.xx.1994-cü il tarixinədək teplovoz maşinist köməkçisi, xx.xx.1997 xx.xx.2000-ci il tarixində, xx.xx.2002 - xx.xx.2004-cü il tarixində və xx.xx.2004-cü ildən xx.xx.2008-ci il tarixinədək teplovoz maşinisti peşələrində çalışmışdır. Bu peşələr üzrə İddiaçı iş stajı 18 il 2 ay 14 gün təşkil edir. Qeyd olunan peşələr Azərbay can Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmuşdur. Hərəkətdə olan tərkibin təmiri üzrə çilingər peşəsi 2 saylı Siyahının XXVİİİ. Nəqliyyat bölməsinin 23001000 - 18540 nömrəli kodu üzrə, teplovoz maşinist köməkçisi peşəsi 2 saylı Siyahının XXVİİİ. Nəqliyyat bölməsinin 23001000 - 16878 nömrəli kodu üzrə, teplovoz maşinisti peşəsi isə 2 saylı Siyahının XXVİİİ. Nəqliyyat -14241 nömrəli kodu üzrə əks olunmuşdur.
36. Eyni zamanda Apellyasiya baxışı zamanı verilmiş sorğuya "xxxx" QSC-nin 07 oktyabr 2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, İddiaçı ADY-də çalışdığı hərəkətdə olan tərkib in təmiri üzrə çilingər peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin 20-ci abzasında və Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 28-ci bölmənin 18-ci abzasında (kod: 23001000-18540) nəzərdə tutulmuşdur. Həmçinin, sözügedən peşə üzrə işlərin xüsusiyyətləri təmirə dayanmış hərəkət tərkibinə texniki ba xışın keçirilməsi və ya təmir edilməsi, böyük usta və yaxud usta tərəfindən verilən tapşırıq və göstərişlərin yerinə yetirilməsi, texniki baxış və təmir prosesi üzrə dəmir yolu nəqliyyatı üçün müəyyən edilən tələb və qaydalara riayət edilməsi, habelə fəaliyyətin həyata keçirilməsi zamanı təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına riayət edilməsindən ibarətdir.
37. Həmin məktuba əlavə edilmiş arayışda qeyd olunmuşdur ki, İddiaçı ondan ötrü ki, o, həqiqətən "xxxx" QSC-nin İnfrastruktur departamentinin Motorlu rels nəqliyyatı, maşın və mexanizmlərin təmiri yol emalatxanası idarəsində xx.xx.1988-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək, xx.xx.1994-cü il tarixindən xx.xx.1997-ci il tarixinədək və xx.xx.2000-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək hərəkətdə olan tərkibi n təmiri üzrə çilingər, xx.xx.1988-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək teplovoz maşinist köməkçisi, xx.xx.1997-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək,xx.xx.2002-ci il tarixindən xx.xx.2004cü il tarixinədək və xx.xx.2004-cü il tarixindən xx.xx.2008-ci il tarixinədək teplovoz maşinisti peşələrində çalışmışdır. Bu peşələr üzrə İddiaçı iş stajı 18 il 2 ay 14 gün təşkil edir. Hərəkətdə olan tərkibin təmiri üzrə çilingər, teplovoz maşinist köməkçisi və teplovoz maşinisti peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin müvafiq olaraq 7, 13, 17 və 20-ci abzaslarında, N azirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda isə 28-ci bölmənin müvafiq olaraq 8, 14 və 18-ci absazlarında (kod: 23001000—14241, 23001000—16878, 23001000-18540) nəzərdə tutulmuşdur.
38. Kollegiya apelyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək "xxxx" QSC-də işlədiyi hərəkətdə olan tərkibin təmiri üzrə çilingər, teplovoz maşinist köməkçisi və teplovoz maşinisti peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təs diq olunmuş 2 saylı Siyahının XXVİİİ. “Nəqliyyat” bölməsinin müvafiq olaraq 23001000-18450 kod nömrəli güzəştli iş stajı verən “hərəkətdə olan tərkibin təmiri üzrə çilingər peşəsi, 23001000-16878 nömrəli kod üzrə teplovoz maşinist köməkçisi peşəsi, 23001000-14241 nömrəli kod üzrə teplovoz maşinisti peşəsinə uyğundur və həmin dövr üzrə onun güzəştli iş stajı 17 il 2 ay 28 gündən ibarətdir. Bununla da iddiaçının 12 il 6 aydan artıq güzəştli iş stajının olması iş materialları ilə öz təsdiqini tapır.
39. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, iddiaçıya güzəştli şərtlərl ə əmək pensiyanın təyin olunması ilə bağlı apellyasiya instansiyası məhkəməsinın gəldiyi nəticə qanuni və əsaslıdır.
40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 dekabr 2022-ci il tarixli, 2-1(103)-1211/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.