Məhkəmə qərarları › İş №2-1(102)-937/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-937/2024

15.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-937/2024 15.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün adının daxil edildiyi siyahının göndərilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adı”nın və vəsiqəsinin verilməsi üçün adının daxil edildiyi siyahının göndərilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1 (103)3458/2023 nömrəli, 21 noyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2020-ci il tarixli əmrinə görə, Nəqliyyat İdarəsinin xx.xx.2020-ci il tarixli məktubuna əsasən “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” xx.xx.2020-ci il tarixli Sərəncamından irəli gələn məsələlərin həlli məqsədilə, 4 saylı Texnoloji Nəqliyyat Departamenti üzrə aşağıda qeyd olunan nəqliyyat vasitələrinə təhkim olunmuş işçilər aşağıda göstərilən tarixlərdə (Suraxanı RHK, Sabunçu RHK, Nizami RHK və Xəzər RHK-na cəlb olunmaqla) hərbi əməliyyatların aparıldığı bölgələrə ezam olunmuşlar.

2. İddiaçı “Kamaz-43114” markalı **-JO-*** dövlət qeydiyyat nişanlı avtomaşınla birlikdə xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək Sabunçu rayon hərbi komissarlığının sərəncamına verilmiş, N nömrəli hərbi hissə onun xx.xx.2020-xx.xx.2021ci il tarixlərdə həmin hərbi hissəyə ezam olunmasını rəsmiləşdirmiş, iddiaçı Füzuli, Cəbrayıl, Xocavənd rayonlarına ezam edilməklə döyüş əməliyyatlarında mülki sürücü kimi avtomobilin idarə edilməsi ilə məşğul olmuş, nailiyyətlərinə görə N nömrəli hərbi hissə tərəfindən mükafatlandırılmışdır.

3. İddiaçı KAMAZ 43114-1014-15 – 01-xx.xx.2020 - 4 saylı Texnoloji Nəqliyyat Departamentinin xx.xx.2023-cü il tarixli arxiv arayışınd an görünür ki, İddiaçı həqiqətən “Kamaz-43114” markalı **-JO-*** dövlət qeydiyyat nişanlı avtomaşınla birlikdə xx.xx.2020ci il tarixindən xx.xx.2020-ci il tarixinədək, xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək, xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək və xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək Sabunçu rayon hərbi komissarlığının sərəncamına verilmişdir. 4. xx.xx.2020-ci il tarixli, 2298 nömrəli, xx.xx.2020-ci il tarixli, 2475 nömrəli, xx.xx.2020-ci il tarixli, 2530 nömrəli və xx.xx.2021-ci il tarixli 78 nömrəli ezamiyyət vəsiqələrindən görünür ki, iddiaçı xüsusi döyüş əməliyyatlarında iştirak etmək, adamların daşınması məqsədilə xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək Sabunçu rayon hərbi komissarlığına ezam edilmiş, vəsiqədə iddiaçının gəliş və gedişi 4 saylı Texnoloji Nəqliyyat Departamenti və N nömrəli hərbi hissə tərəfindən təsdiq edilmişdir.

5. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 274 saylı əmrindən çıxarışdan görünür ki, “Azərbaycan Respublikası Dövlət neft şirkəti Nəqliyyat İdarəsinin 4 saylı Texnoloji Nəqliyyat Departamentinin” aşağıda adları qeyd olunan sürücü işçiləri Bakı şəhər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli İdarə Şöbə və Bölmələri tərəfindən Xüsusi döyüş əməliyyatlarında iştirak etmək məqsədi ilə xx.xx.2020ci il tarixdən N nömrəli hərbi hissəyə ezamiyyətə gəlmiş hesab edilmişlər: Mülki işçi İddiaçı Əbdül oğlu - N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli saylı əmrindən çıxarışdan görünür ki, “Azərbaycan Respublikası Dövlət nef t şirkəti nəqliyyat İdarəsinin 4 saylı Texnoloji Nəqliyyat Departamentinin” aşağıda adları qeyd olunan sürücü işçiləri N nömrəli hərbi hissədən ezamiyyətdən getmiş hesab edilmişlər:

6. N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 8 nömrəli arayışından görünür ki, Rəfiağayev X3, Cəbrayıl, Şuşa, Xocavənd istiqamətində gedən döyüş əməliyyatları zamanı arxa cəbhə təminat bölmələrində (mülki) sürücü kimi iştirak etmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 1589 nömrəli arayışından görünür ki, N nömrəli hərbi hissəyə “Azərbaycan Respublikası Dövlət neft şirkəti nəqliyyat İdarəsinin 4 saylı Texnoloji Nəqliyyat Departamenti" tərəfindən səfərbərliklə çağırılmış mülki işçi İddiaçı Əbülfət oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən Vətən mü haribəsi zamanı Füzuli, Cəbrayıl və Xocavənd rayonları istiqamətində gedən döyüş əməliyyatlarında maddi-texniki təminat üzrə tapşırıqları sürücü kimi yerinə yetirmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 2-ci Qarabağ müharibəsi zamanı iştirakının mülki şəxs kimi deyil, hərbi şəxs kimi qeydiyyata alınması, bununla bağlı onun adına həmin N saylı hərbi hissənin adından müvafiq arayış verilməsi və bunun üçün müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.

8. Daha sonra iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, ona “Müharibə veteranı” adı və vəsiqəsi verilməsi üçün adının daxil edildiyi siyahının razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər K abinetinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Socar) Nəqliyyat İdarəsinin balansında olan avtobus tipli “Kamaz” ilə N saylı hərbi hissənin təminat bölümünə sürücü kimi yollanmışdır. xx.xx.2020-ci ildən xx.xx.2021ci il tarixinə qədər Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut, Qubadlı, Şuşa və Laçın istiqamətində gedən döyüş əməliyyatları zamanı təminat bölmələrində mülki sürücü kimi xidmət etmiş və göstərilən tarix ərzində hərbi ezamiyyətdə olmuşdur. Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut və Şuşa istiqamətində gedən ağır döyüşlər zamanı mülki s ürücü kimi verilən bütün tapşırıqları layiqincə yerinə yetirmişdir. 2020-ci il noyabr ayının 3-dən 4-nə keçən gecə Daşaltı istiqamətində hərbi heyəti döyüş zonasına çatdırmış, geri qayıdan zaman yaxın kəndlərin birində idarə etdiyi avtobus tipli “Kamaz” ilə yaralıları və şəhid olmuş əsgərləri həmin zonadan çıxarmaq üçün yardım göstərmişdir. Bu zaman düşmən tərəfindən həmin kəndə minatan silahlardan atəş açılmış, zərbənin təsirindən dərəyə yıxılmış, başının sağ gicgah tərəfindən bərk zədə almışdır. Bu çətin vəziyyətə baxmayaraq, 17 yaralı və 9 şəhid əsgəri həmin zonadan çıxarıb idarə etdiyi “Kamaz”la Xocavənd istiqamətində təcilli tibbi maşınlarına çatdırmışdır. Başından aldığı zərbə səbəbilə bir müddət Mərkəzi Hərbi Klinik Hospitalında müalicə almışdır. xx.xx.2021ci il tarixində N saylı hə rbi hissədən təxris olunmuş, sonuncu olduğu yer Laçın rayonu olmuşdur. İdarə etdiyi avtobus tipli “Kamaz” heç bir kitaba qeydiyyata alınmamış, hərbi ezamiyyətdə olduğu müddət ərzində onun xidməti hərbi biletdə qeyd olunmamışdır. Halbuki, ağır döyüşlər gedən zonalarda iştirak etmiş, cəbhə xəttinə qədər hərbi heyət aparmışdır. Onun müharibə dövründə iştirakı N saylı hərbi hissənin komandiri polkovnikleytenant Faiq Əliyev tərəfindən hərbi şəxs kimi deyil mülki şəxs kimi qeydiyyata alınmışdır. Halbuki, sürücü kimi atışma gedən yerlərə qədər gedib çıxmışdır.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3605/2023 saylı, 08 iyun 2023-cü il tarixli qərarı ilə (hakim S.Salahova) iddianın təmin edilməsi, İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsi verilməsi üçün adının daxil edildiyi siyahının razılaşdır ılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır.

11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı mülki sürücü kimi 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Füzuli, Cəbrayıl, Şuşa, Xocavənd istiqamətində gedən döyüş əməliyyatları zamanı maddi texniki təminat üzrə tapşırıqları yerinə yetirmiş, bu hal iş materiallarında olan hərbi hissənin arayışı, əmrlərdən çıxarış, ezamiyyət vəsiqələri və hərbi biletində aparılan qeydlə öz təsdiqini tapmışdır.

12. Belə olan halda aydındır ki, iddiaçı Nazirlər Kabinetinin 216 saylı qərarı ilə ona Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün tələb olunan bütün şərtləri ödəmişdir. İşdən görünür ki, cavabdeh iddiaçının tələbini təmin etməmiş, bu zaman Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2021-ci il 30 dekabr tarixli 420 nömrəli Qərarının 1.1- ci, 1.2-ci və 1.3-cü yarımbəndlərində qeyd olunan tələblərə (meyarlara) uyğun gəlmədiyinə istinad etsə də, bu uyğunsuzluğun nədən ibarət olmasını əsaslandırmamışdır.

13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsinə, iddia rədd edilməsi dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3458/2023 nömrəli, 21 noyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: R.Səmədov /sədrlik edən və məruzəçi/, X.Cəmilova və A.Oruczadə) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxla nılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqdim edilmiş ezamiyyə vərəqələrindən görünür ki, iddiaçı adamların daşıması məqsədilə Füzuli, Cəbrayıl, Şuşa, Xocavənd rayonları istiqamətində gedən döyüş əməliyyatlarında madditexniki təminat üzrə tapşırıqları sürücü kimi yerinə yetirmişdir.

18. Qanunvericiliyinin tələblərinə əsasən döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığın ın və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə-hərbi bilet (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) ezamiyyə vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir.

19. İddiaçı döyüş əməliyyatları aparılan ərazilərə ezam olunmamışdır o, yalnız döyüş əməliyyatları zamanı arxa cəbhə təminat bölmələrində (mülki) sürücü kimi iştirak etmişdir, həmçinin ezam olunmuş hərbi hissə Güzdək rayonunda yerləşir.

20. Qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsi işə mahiyyəti üzrə tam və obyektiv baxılması üçün iddiaçının ezamiyyə tinin əsaslarını araşdırmadan yəni onun döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi barədə ezamiyyə vərəqələrinin verilməsi üçün əsas olan halları araşdırmalı, iddiaçının həmin bölgələrə fəaliyyətinin müvafiq Əsasnamədə qeyd olunan təminatın növlərinə uyğunluğu müəyyən edilməli və hazırki qərarın bəndində qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından işin hallarına qiymət verməliydi”.

21. İddiaçı hansı hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunması və bu barədə iddiaçının ezamiyyə vərəqələrində hansı təşkilat tərəfindən imza edilməsi və möhürlənməsi Məhkəmə araşdırmamışdır. b) Kassasiya şikay ətlərinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Veteranlar haqqında” Qanun: Maddə

3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.... Maddə

7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydala rı və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə”: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilin i və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə işti rakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv ar ayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd.

1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məs uliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və y a orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.

25. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində b axır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarı nı (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübah isələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. X4 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

31. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

32. Hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının hüquqi marağı ona “Müharibə veteranı adı”nın və vəsiqəsinin verilməsi üçün adının daxil edildiyi siyahın ın göndərilməsinə yönəlmişdir.

33. İlk öncə qeyd edilməlidir ki, hazırkı qərarın 17-ci bəndində qeyd edilən normanın məzmununa əsasən, mülki şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün:

1. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27- dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etməli, yəni döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmalı;

2. Bu fakt hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında öz təsdiqini tapmalıdır.

34. Mübahisəyə dair işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən qeyd edilməlidir ki, iddiaçı mülki sürücü kimi 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Füzuli, Cəbrayıl, Şuşa, Xocavənd istiqamətində gedən döyüş əməliyyatları zamanı maddi texniki təminat üzrə tapşırıqları yerinə yetirmiş, bu hal iş materiallarında olan hərbi hissənin arayışı, əmrlərdən çıxarış, ezamiyyət vəsiqələri və hərbi biletində aparılan qeydlə öz təsdiqini tapmışdır.

35. Göründüyü k imi məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Nazirlər Kabinetinin 216 saylı qərarı ilə ona Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün tələb olunan bütün şərtləri ödəmişdi.

36. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.

37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası: QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3458/2023 nömrəli, 21 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar