Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-938/2021 16.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (yaşa görə əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı yaş a görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-642/2021 nömrəli iş üzrə 02.02.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 16 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı ona 5 saylı “Azərtikinti” İdarəsində 01.08.1972-ci ildən 23.04.1973-cü ilə qədər, 1973-cü ilin aprel ayından 1975-ci ilin iyul ayına qədər hərbi xidmətdə olmuş, “Azərenerjitikintiquraşdırma” İdarəsində 15.09.1975-ci ildən 01.04.1981-ci ilə qədər, 15.04.1981-ci ildən 31.08.1981-ci ilə qədər Rusiya Federasiyasında mövsümi işlərdə, 02.10.1981-ci ildən 25.12.1982-ci ilə qədər Evtikmə Kombinatında, 15.03.1982-ci ildən 30.12.1982-ci ilə qədər “Azərkəndtikinti” Trestində, 28.01.1983-cü ildən 14.06.1983-cü ilə qədər “Azərkəndtikinti” Trestində, 11.07.1983-cü ildən 19.04.1984-cü ilə qədər Rusiya Federasiyasında Başkolxozsovxoztikinti 91 saylı səyyar mexanikləşdirilmiş dəstədə, 13.03.1985-ci ildən 23.06.1987-ci ilə qədər Rusiya Federasiyasında ayrı-ayrı işlərdə, 17.10.1987-ci ildən 01.06.1999-cu ilə qədər Azərbaycan DİES-nin nəzdində TQİdə ayrıayrı işlərdə işləməsinə görə ona əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 5 saylı “Azərtikinti” İdarəsində 01.08.1972-ci ildən 23.04.1973-cü ilə qədər, 1973-cü ilin aprel ayından 1975-ci ilin iyul ayına qədər hərbi xidmətdə olmuş, “Azərenerjitikintiquraşdırma” İdarəsində 15.09.1975-ci ildən 01.04.1981-ci ilə qədər, 15.04.1981-ci ildən 31.08.1981-ci ilə qədər Rusiya Federasiyasında mövsümi işlərdə, 02.10.1981-ci ildən 25.12.1982-ci ilə qədər Evtikmə Kombinatında, 15.03.1982-ci ildən 30.12.1982-ci ilə qədər “Azərkəndtikinti” Trestində, 28.01.1983-cü ildən 14.06.1983-cü ilə qədər “Azərkəndtikinti” Trestində, 11.07.1983-cü ildən 19.04.1984-cü ilə qədər Rusiya Federasiyasında Başkolxozsovxoztikinti 91 saylı səyyar mexanikləşdirilmiş dəstədə, 13.03.1985-ci ildən 23.06.1987-ci ilə qədər Rusiya Federa siyasında ayrı-ayrı işlərdə, 17.10.1987-ci ildən 01.06.1999-cu ilə qədər Azərbaycan DİES-nin nəzdində TQİ-də ayrı işlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Ona hal-hazırda əmək pensiyası təyin edilməlidir. O, pensiya təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Lakin, cavabdehdən ona pensiyası təyin edilməsindən 10.05.2020-ci il tarixli məktubla imtina edilmiş və onun əmək pensiyası almaq hüququnun olmaması bildirilmişdir. Hesab edir ki, cavabdeh tərəfindən 10.05.2020-ci il tarixli imtina məktubu qanunsuz və əsassızdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
3. Birinci instansiya məhkəməsinin 17.09.2020-ci il tarixli, 2-1(112)-5046/2020 nömrəli (sədrlik edən hakim Aygün Abdullayeva) qərarı ilə iddia tələbinin təmin edilməsi, İddiaçı yaş a görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə həvalə edilməsi qərara alınmışdır.
4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 7-ci maddəsinə, 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1, 2-ci hissələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1, 3-cü bəndlərinə istinad etməklə belə hesab etmişdir ki, iddiaçının tələbi qanuni və əsaslıdır.
5. Cavabde h həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 17.09.2020-ci il tarixli, 2-1(112)-5046/2020 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat
6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.02.2021-cu il tarixli, 2-1(103)-642/2021 nömrəli (hakimlər Valeh Ağayev - sədrlik edən və məruzəçi, Afaq Nuriyeva və Aida Hüseyn) qərarı ilə cavabdehin apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 17.09.2020-ci il tarixli, 2-1(112)-5046/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
7. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən birinci instansiya məhkəməsinin istinad etdiyi maddi və prosessual hüquq normalarını tətbiq etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri
8. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı əmək kitabçasındakı qeydlərinə əsasən onun sığorta stajı hərbi xidmətdə olduğu dövrlə birlikdə 22 il 24 gündür, iddiaçının 01.09.1970-ci il tarixdən 18 iyul 1972-ci il tarixədək olan 1 il 10 ay 18 günlük stajını da əlavə etdikdə, onun ümumi 23 il 11 ay 12 gün stajı olmuş olur ki, bu da pensiya təyin edilməsi üçün lazım olan minimum 25 illik stajdan daha az olur. Həmçinin qeyd edilməlidir ki, nə birinci instansiya məhkəməsi, nə də apelyasiya instansiyası məhkəməsi şəxsin stajını günbəgün toplamamış və ümumilikdə nə qədər stajı olduğunu öz qərarların da qeyd etməmişdir. İş üzrə icraat zamanı həmçinin iddiaçının nə qədər pensiya kapitalına malik olması və ona pensiya təyin olunması üçün minimum pensiya kapitalını toplayıb-toplamaması da öz əksini tapmamışdır.
9. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində, apelyasiya instansiyası məhkəməsinin 02.02.2021-ci il tarixli, 2-1(103)642/2021 nömrəli qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Kasasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiy ası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul etmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 02.02.2021-ci il tarixli, 2-1(103)-642/2021 nömrəli qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
12. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
13. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal bax ımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
14. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:
15. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 02.02.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəl ləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
17. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.
18. Ali Məhkəmənin İnzibati kollegiyası hesab edir ki, ca vabdehin kasasiya şikayətindəki dəlilləri əsassızdır.
19. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçı 5 saylı “Azərtikinti” İdarəsində 01.08.1972-ci ildən 23.04.1973-cü ilə qədər, 1973-cü ilin aprel ayından 1975-ci ilin iyul ayına qədər hərbi xidmətdə olmuş, “Azərenerjitikintiquraşdırma” İdarəsində 15.09.1975-ci ildən 01.04.1981-ci ilə qədər, 15.04.1981-ci ildən 31.08.1981-ci ilə qədər Rusiya Federasiyasında mövsümi işlərdə, 02.10.1981-ci ildən 25.12.1982-ci ilə qədər Evtikmə Kombinatında, 15.03.1982-ci ildən 30.12.1982-ci ilə qədər “Azərkəndtikinti” Trestində, 28.01.1983-cü ildən 14.06.1983-cü ilə qədər “Azərkəndtikinti” Trestində, 11.07.1983-cü ildən 19.04.1984-cü ilə qədər Rusiya Federasiyasında Başkolxozsovxoztikinti 91 saylı səyyar mexanikləşdirilmiş dəstədə, 13.03.1985-ci il dən 23.06.1987-ci ilə qədər Rusiya Federasiyasında ayrı-ayrı işlərdə, 17.10.1987-ci ildən 01.06.1999-cu ilə qədər Azərbaycan DİES-nin nəzdində TQİ-də işləmişdir. 20. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
21. Beləliklə iddiaçının xx.xx.1955-ci il tarixdə doğulduğu nəzərə alındıqda, onun 64 yaşının tamam olduğu vaxtdan, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərində ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. 22. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiy a təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.
23. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə müvafiq olaraq əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır.
24. Həmin Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fə aliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
26. Həmin Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
27. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.
28. Həmçinin iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan (01.10.1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş) “Dövlət pensiyaları” haqqında SSRİ Qanunun 1-ci maddəsinin v) bəndində qeyd olunmuşdur ki, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. Eyni zamanda, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yar ımbəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.
29. Məhkəmə kollegiyası birinci və apelyasiya instansiyası məhkəmələrinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçının əmək kitabçasına qeyd olunan müddəti və təhsil aldığı müddəti topladıqda iddiaçının yaşa görə pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajına malik olduğu müəyyən edildiyindən, iddiaçıya 64 yaşdan yaşa görə əmək pensiyası təyin edilməlidir.
30. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71).
31. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 02.02.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.02.2021-ci il tarixli, 21(103)-642/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.