Məhkəmə qərarları › İş №2-1(102)-938/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-938/2023

02.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-938/2023 02.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X11 və X9) “seriya RX1243069 n ömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın X5 aid hissədə ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2022-ci il tarixli, 2-1(106)-246/2022 nömrəli qərarından üçüncü şəxslər X11 və X9 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. X11 ilə İddiaçı1 xx.xx.1987-ci il tarixdə rəsmi nikaha daxil olmuş, nikahdan sonra arvada Kərimova soyadı verilmiş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmış, xx.xx.1987-ci il tarixli, İV-ЖГ 369931 nömrəli nikahın bağlanması haqqında şəhadətnamə tərtib edilmişdir.

2. Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.199 9-cu il tarixli, 03 nömrəli qərarı ilə X11 və Hüseynova (Kərimova) Səmayə Abdul qızının mülkiyyətinə 0,10 hektar həyətyanı torpaq sahəsi verilmiş və bu barədə JN-1775A (kod ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir.

3. Cəlilabad rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2007-ci il tarixli, 2612.2007 nömrəli qətnaməsi ilə həmin 0,10 hektar həyətyanı torpaq sahəsinin 0,05 hektar hissəsinin X3, 0,05 hektar hissəsinin isə X6 mülkiyyətinə verilməsi qət edilmişdir.

4. Qətnaməyə əsasən ünvan 2 evin plan üzrə 14,4 kv.m ölçüdə olan 4 saylı otağı tam, 19,2 kv.m ölçüdə olan 3 saylı otağın 12 kv.m hissəsi olmaqla cəmi 26,4 kv.m yaşayış sahəsi, ümumi sahədən 12,2 kv.m ölçüdə olan mətbəx, 5,1 kv.m ölçüdə pilləkən tam, 27,5 kv.m ölçüdə olan bağlı eyvanın 5, 1 kv.m sahəsi olmaqla cəmi 22,4 kv.m sahəsi X6, evin yaşayış sahəsindən 19,2 kv.m ölçüdə olan 2 saylı otaq tam olaraq, 19,2 kv.m ölçüdə olan 3 saylı otağın 7,2 kv.m sahəsi, 27,5 kv.m ölçüdə olan bağlı eyvanın 22,4 kv.m sahəsi X3 arasında real olaraq bölünməklə onların mülkiyyətinə verilməsi, ünvan 2 evin 0,10 hektar həyətyanı torpaq sahəsinin 0,05 hektar hissəsinin X3, 0,05 hektar hissəsinin X6 mülkiyyətinə verilməsi qət edilmişdir.

5. X10 Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(106)-05/2008 nömrəli qətnaməsi ilə Cəlilabad rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-612.2007 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

6. Cavabdeh inzibati orqan üçüncü şəxslərin təqdim etdiyi JN-1775A (kod ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və həmin şəhadətnamədə X7 adının X9 adına edilmiş düzəliş əsasında sözügedən 0,10 hektar torpaq sahəsinə X6 və X4 ümumi birgə mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə almış və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən seriya RX ******* nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarış vermişdir.

7. Cavabdeh tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Cəlilabad rayon şöbəsi tərəfindən tərtib edilmiş 0,10 hektar torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-1775A nömrəli şəhadətnamədə X3 adı həmin orqan tərəfindən dəyişdirilərək X1 qeyd olunmuşdur. Həmin səbəbdən ərazi idarəsi tərəfindən ünvan 1 ünvanda yerləşən 0,10 hektar torpaq sahəsinə xx.xx.2018-ci il tarixdə çıxarış veril ən zaman X11 ilə birgə X4 adı göstərilmişdir. Xidmətin 8 saylı Cəlilabad ərazi İdarəsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını təqdim edilmiş sənədlərə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunının tələblərinə uyğun aparır. Qanunun 2.4-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Göstərilən səbəblərə görə torpağın mülkiyyətə verilməsinə dair JN-1775 nömrəli şəhadətnamədə düzəliş edilməsi, torpaq sahəsinə verilmiş çıxarışın ləğv edilməsi və 0,05 hektar torpaq sahəsinə İddiaçı1 adına çıxarışın verilməsi Qanunun 15-ci maddəsinə əsasən mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

8. İddiаçı cаvаbdеhə qаrşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müra ciət edərək, xx.xx.2021-ci il tarixli, **********22 nömrəli imtina məktubunun əsassız hesab edilməsi və torpağın mülkiyyətə verilməsinə dair JN-1775A (kod ********) nömrəli şəhadətnamədə aparılmış düzəlişin, həmin düzəlişin əsasında verilmiş xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və Cəlilabad rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-612.2007 nömrəli qətnaməsinə əsasən ünvan 2 ünvanda yerləşən 0,05 hektar torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 nömrəli qərarı ilə Cəlilab ad şəhəri ərazisindən X6 və onun, yəni X3 mülkiyyətinə 0,10 hektar torpaq sahəsi verilmiş və bu barədə torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2005-ci il tarixli, JN-1775A (kod ********) nömrəli şəhadətnamə tərtib edilmişdir. Cəlilabad rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2612.2007 nömrəli qətnaməsi ilə ünvan 2 ev və həmin evin yerləşdiyi 0,10 hektar torpaq sahəsi İddiaçı1 ilə X11 arasında real olaraq bölünmüşdür. 2008-ci ilin fevral ayında torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin üzərində X7 adının “X9” kimi oxunması barədə qanunsuz edilmiş düzəliş əsasında cavabdeh inzibati orqan tərəfindən sözügedən 0,10 hektar torpaq sahəsinə xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və həmin çıxarışda da mülkiyyətçi kimi X11 ilə birgə X9 göstə rilmişdir. Qanunsuz edilmiş düzəliş əsasında ona məxsus torpaq sahəsinin (həmin torpaq sahəsinə mülkiyyət hüququnun) başqa şəxsə verilməsi onun mülkiyyət hüququnun kobud pozuntusudur. Qeyd edilən çıxarışın ləğv edilməsi barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin heç bir əsaslandırma olmadan ona imtina cavabı verilmişdir. Cavabdeh inzibati orqanın əsassız imtinası onu məhkəməyə müraciət etmək məcburiyyətində qoymuşdur.

10. Cavabdeh tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktuba əlavə edilmiş JN-1775A (kod ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 nömrəli qərarı ilə Cəlilabad şəhər sakinləri X6 və X3 mülkiyyətinə 0,10 hektar həyətyanı to rpaq sahəsi verilmişdir.

11. Həmin məktuba əlavə edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX ******* nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışda qeyd edilmişdir ki, Cəlilabad şəhəri, H.Aslanov küçəsi 129-da yerləşən 0,10 hektar torpaq sahəsinə X6 və X4 ümumi birgə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

12. Cavabdeh tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktuba əlavə edilmiş JN-1775A (kod ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Cəlilabad rayon şöbəsinin müdiri F.A.Hüseynov tərəfindən düzəliş edilərək X7 adının X1 oxunmalı olduğu qeyd edilərək təsdiq olunmuşdur.

13. Daşınm az Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktuba əlavə edilmiş Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli iclasının 03 nömrəli protokolundan çıxarışa əsasən, vahid torpaq fondunun bölüşdürülməsinə və özəlləşən torpaqların mülkiyyətə verilməsinə dair püşkatmanın nəticələri barədə “Bakı” sovxozunun Aqrar İslahat Komissiyasının qərarı təsdiq edilmişdir.

14. Həmin məktuba əlavə edilmiş Cəlilabad rayonunun “Bakı” sovxozunda vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, həmin cədvəlin 1775-ci sırasında iki nəfərdən ibarət ailə tərkibində X11 və İddiaçı1 qanuni istifadəsində 0,10 hektar həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir.

15. Şirvan İnzibati Məhkəməsinin 7 iyul 2022-ci il tarixli, 2-1(120)-148/2022 nömrəli qərarı ilə (hakim S.Həsənov) iddiaçının iddia tələbinin təmin edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilmiş RX1243069 reyestr nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın X5 aid hissədə ləğv edilməsi və həmin hissədə torpağın mülkiyyətə verilməsinə dair JN-1775A (kod ********) nömrəli şəhadətnamə əsasında İddiaçı1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq onun adına mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

16. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, hazırda iddiaçının mübahisələndirdiyi seriya RX ******* nömr əli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarış torpağın mülkiyyətə verilməsinə dair JN-1775A (kod ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında tərtib edilmişdir. Həmin şəhadətnamə isə Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 nömrəli qərarı və Cəlilabad rayonu Aqrar İslahat Komissiyası tərəfindən təsdiq edilmiş vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl əsasında tərtib edilmişdir. Həmin sənədlər torpağın mülkiyyətə verilməsinə dair ilkin hüquqmüəyyənedici sənədlər hesab olunur. İş materiallarında olan vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid həmin cədvəldən görünür ki, sözügedən torpaq sahəsi X6 və X3, yəni iddiaçının mülkiyyətinə verilmişdir. Hazırkı halda iddiaçı tərəfindən cavabdehin faktiki xarakterli hərəkətinin (fəaliyyətinin) nəticəsi mübahisələndirilir. Mübahisələndirilən qeydiyyat sənədlərində ifadə olunan hüquq inzibati akta, yəni Aqrar İslahat Komissiyasının qərarına əsasən əmələ gəlmişdir və hüququn qeydiyyatı da həmin akta əsaslanır. Belə ki, qanuni istifadədə olan torpaq sahələri vətəndaşların mülkiyyətinə rayon aqrar islahat komissiyalarının qərarına əsasən verilmişdir. Bundan sonra torpaq sahiblərinə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr tərtib edilmişdir. X3 və onun həyat yoldaşı X6 mülkiyyətinə 0,10 hektar həyətyanı torpaq sahəsi verilmiş və bu, torpağın mülkiyyətə verilməsinə dair JN-1775A (kod ********) nömrəli şəhadətnamə ilə rəsmiləşdirilmişdir. X4 adının torpağın mülkiyyətə verilməsinə dair JN-1775A (kod ********) nömrəli şəhadətnamədəki hüquq sahibləri sırasına daxil edilməsi və yaxud X3 adının həmin şəhadətnamədən çıxarılması rayon aqrar islahat komissiyasının qərarı ilə həll edilməli məsələdir. Başqa sözlə, X3 JN-1775A (kod ********) nömrəli şəhadətnaməyə hüquq sahibi kimi daxil edilməsi Aqrar İslahat Komissiyasının qərarı (inzibati aktı) əsasında həyata keçirilmişdir. Hazırkı vaxta kimi həmin qərardan şikayət verilməmiş və həmin qərar icra olunaraq torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Eyni zamanda, hazırda islahat işləri sona çatmış, müvafiq Aqrar İslahat Komissiyası ləğv olunmuş və hazırkı iş üzrə cavabdeh inzibati orqan Aqrar İslahat Komissiyasının hüquq varisi deyildir. Göründüyü kimi, mübahisələndirilən şəhadətnamənin əsasını təşkil edən akt hər hansı orqan tərəfindən ləğv edilməmiş, yaxud hər hansı digər səbəbə görə qüvvədən düşməmiş və hər hansı şəxs tərəfindən mübahisələndirilməmişdir. Cavabdeh inzibati orqan tərəfindən də bu barədə hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmiş və məhkəmə araşdırması zamanı da belə bir sübut aşkar olunmamışdır. İddia olunan şəhadətnamənin ləğv olunduğu və yaxud dəyişdirildiyi halda belə, inzibati aktın qüvvədə qaldığı zaman ərzində onun əsasında əldə edilən hüquq da qalır. Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 nömrəli qərarı və Cəlilabad rayon Aqrar İslahat Komissiyası tərəfindən təsdiq edilmiş vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl ləğv edilmədən və yaxud dəyişiklik olunmadan həmin sənədlər əsasında tərtib edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-1775A (kod ********) nömrəli şəhadətnamədə düzəlişlərin edilməsi və həmin düzəlişə uyğun mülkiyyət hüquqlarına dair çıxarışın verilməsi yol verilməzdir və qanunsuzdur. Bu səbəbdən məhkəmə hesab edir ki, torpağın mülkiyyətə verilməsinə dair JN-1775A (kod ********) nömrəli şəhadətnamə əsasında X4 adına çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqanın hərəkətləri qanunsuz və əsassızdır.

17. Qərardan üçüncü şəxslər X9 və X11 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

18. Şirvan Apellyasiya Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2-1(106)-246/2022 nömrəli qərardadı ilə üçüncü şəxslər X9 və X11 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Şirv an İnzibati Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2-1(120)-148/2022 nömrəli qərarının qismən, yəni torpağın mülkiyyətə verilməsinə dair JN-1775A (kod ********) nömrəli şəhadətnamə əsasında İddiaçı1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq onun adına mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinin üzərinə qoyulması hissəsində ləğv edilməsi, həmin hissədə İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 8 saylı Cəlilabad ərazi idarəsinə qarşı iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır.

19. İş üzrə apellyasiya instansiyası məhkəməsinin 30 noyabr 2022-ci il tarixli iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verə rək seriya RX1243069 nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın X5 aid hissədə ləğv edilməsini xahiş etmişdir.

20. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2022-ci il tarixli, 2-1(106)-246/2022 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair İddiaçı1 ərizəsinin icraata qəbul edilməsi qərara alınmışdır.

21. Cavabdeh tərəfindən Şirvan Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2022ci il tarixli məktubda qeyd edilmişdir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Cəlilabad rayon şöbəsi tərəfindən tərtib edilmiş 0,10 hektar torpaq sahəsinin torpağın mülkiyyətə verilməsinə dair JN-1775A nömrəli şəhadətnamədə X3 adı həmin şöbənin keçmiş müdiri Füzuli Hüseynov tərəfindən dəyişdirilərək X4 adı kimi qeyd olunmuşdur. Həmin səbəbdən ərazi idarəsi tərəfindən ünvan 6 ünvanda yerləşən 0,10 hektar torpaq sahəsinə xx.xx.2018-ci il tarixdə çıxarış verilən zaman X11 ilə birgə X4 adı göstərilmişdir. X11 torpağın mülkiyyətə verilməsinə dair JN-1775A nömrəli şəhadətnaməni Cəlilabad Ərazi İdarəsinə təqdim edərək öz adına və bacısı X4 adına Cəlilabad şəhərində yerləşən 0,10 hektar torpaq sahəsinə xx.xx.2018-ci il tarixli, **********39 reyestr nömrəli çıxarış və plan- ölçü sənədi almışdır. Odur ki, torpağın mülkiyyətə verilməsinə dair JN1775A nömrəli şəhadətnaməyə hansı əsasla düzəliş edilməsi barədə məlumat Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin arxiv sənədlərində aşkar edilməmişdir.

22. Apellyasiya instansiyası məhkəməsində şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, JN-1775A (kod ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə düzəliş onun tərəfindən edilməmişdir, yəni həmin düzəlişə dair qeyd onun tərəfindən yazılmamış və imzalanaraq təsdiq edilməmişdir. Həmin düzəlişə dair qeydi təsdiq edən imza ona məxsus deyildir. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə düzəlişin edilməsi üçün əsaslar olmalıdır. Sözügedən düzəliş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Cəlilabad rayon şöbəsinin düzəlişi kimi qəbul edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbələrində torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə düzəliş edilməsi üçün araşdırma aparılırdı, düzəliş ediləcəyi təqdirdə ilkin sənədlərdə, həmçinin həmin şəhadətn amənin müraciət edən şəxsdə olan nüsxəsi ilə yanaşı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbələrində saxlanılan ilkin arxiv nüsxəsində də bu barədə qeydiyyat aparılırdı. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və onun Cəlilabad rayon şöbəsi ləğv edilsə belə, qeyd edilən ilkin sənədlər hazırkı iş üzrə cavabdeh İdarəyə təhvil verilmişdir. Torpaq sahəsinə hüququn qeydə alınması ilə əlaqədar müraciət edən şəxs tərəfindən düzəliş edilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə təqdim edilsə belə, cavabdeh inzibati orqan həmin şəhadətnamədəki düzəlişin, həqiqətən, aparılıb-aparılmamasını ilkin sənədlərlə yoxlamalı idi.

23. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2022-ci il tarixli, 2-1(106)-246/2022 nömr əli (hakimlər: M.K.Həsənov /sədrlik edən və məruzəçi/ Z.M.Allahyarov və O.N.İsmayılov) qərarı ilə seriya RX1243069 nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın X5 aid hissədə ləğv edilməsi barədə iddia tələbinə münasibətdə üçüncü şəxslər X9 və X11 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2-1(120)-148/2022 nömrəli qərarı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilmiş RX1243069 reyestr nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın X5 aid hissədə ləğv edilməsi hissəsində dəyişdirilmədən saxlanılmış, Şirvan İnzibati Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2-1(120)-148/2022 nömrəli qərarının gir iş, təsviri-əsaslandırıcı və nəticə hissələrində göstərilən “İddiaçı1la qızı” ifadəsinin “İddiaçı1” kimi oxunması qərara alınmışdır.

24. Apellyasiya instansiyası məhkəməsi seriya RX ******* nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın X5 aid hissədə ləğv edilməsi barədə iddia tələbinə münasibətdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq həmçinin qeyd etmişdir ki, işə apellyasiya qaydasında baxılarkən JN-1775A (kod ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə düzəliş edilməsi, düzəlişin hansı əsaslarla və hansı vəzifəli şəxs tərəfindən edilməsi barədə aidiyyəti orqanlara sorğular verilmiş, lakin sözügedən şəhadətnaməyə qanuni əsaslarla düzəliş edilməsi halı müəyyən edilməmişdir. Həmçinin məhkəmə araş dırması nəticəsində sözügedən torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin üçüncü şəxslərdə olan nüsxəsindəki düzəlişin hansı əsaslarla aparılması barədə hər hansı bir məlumat və sənəd müəyyən edilməmişdir. Sözügedən düzəlişə dair qeyddə adı göstərilən və məhkəmə iclasında şahid qismində dindirilən ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Cəlilabad rayon şöbəsinin müdiri X2 ifadəsində göstərmişdir ki, sözügedən JN-1775A (kod ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə edilmiş düzəliş onun tərəfindən edilməmişdir, yəni həmin düzəlişə dair qeyd onun tərəfindən yazılmamış və imzalanaraq təsdiq edilməmişdir. Həmin düzəlişə dair qeydi təsdiq edən imza ona məxsus deyildir. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə düzə lişin edilməsi üçün əsaslar olmalıdır. Sözügedən düzəliş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Cəlilabad rayon şöbəsinin düzəlişi kimi qəbul edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbələrində torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə düzəliş edilməsi üçün araşdırma aparılırdı, düzəliş ediləcəyi təqdirdə ilkin sənədlərdə, həmçinin həmin şəhadətnamənin müraciət edən şəxsdə olan nüsxəsi ilə yanaşı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbələrində saxlanılan ilkin arxiv nüsxəsində də bu barədə qeydiyyat aparılırdı. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və onun Cəlilabad rayon şöbəsi ləğv edilsə belə, qeyd edilən ilkin sənədlər hazırkı iş üzrə cava bdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə təhvil verilmişdir. Torpaq sahəsinə hüququn qeydə alınması ilə əlaqədar müraciət edən şəxs tərəfindən düzəliş edilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə təqdim edilsə belə, cavabdeh inzibati orqan həmin şəhadətnamədəki düzəlişin, həqiqətən, aparılıbaparılmamasını ilkin sənədlərlə yoxlamalı idi. Göründüyü kimi, cavabdeh inzibati orqan X4 mülkiyyət hüququnun qeydə alınması ilə əlaqədar müraciətə baxarkən üçüncü şəxslər tərəfindən təqdim edilən düzəliş edilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədəki məlumatları cavabdeh inzibati orqanın özündə olan həmin şəhadətnamənin ilkin nüsxəsi, həmçinin müvafiq xəritə və adlı siyahıdakı məlumatlarla yoxlamalı, həmin düzəlişin, ilkin hüquqm üəyyənedici sənədlərdə aparılıb-aparılmadığını müəyyən etməli idi. Lakin cavabdeh inzibati orqan qeyd edilən məlumatlar yoxlanılmadan qanuni əsaslarla düzəliş edilməmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında İddiaçı1 mülkiyyətinə verilmiş torpaq sahəsinə X4 mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə alaraq bu barədə müvafiq çıxarış vermişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, İddiaçı1 seriya RX ******* nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı X5 aid hissədə mübahisələndirməklə yanaşı cavabdeh inzibati orqanın imtinasının əsassız hesab edilməsini və JN-1775A (kod ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə aparılmış düzəlişin ləğv edilməsini xahiş etmiş dir. İddiaçı tərəfindən hazırda seriya RX ******* nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış X5 aid hissədə mübahisələndirildiyindən, bununla bağlı cavabdeh inzibati orqanın imtinasının əsassız hesab edilməsinə və JN-1775A (kod ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə aparılmış düzəlişin ləğv edilməsinə dair ayrıca iddia tələbinin irəli sürülməsinə zərurət qalmır. Həmçinin məhkəmə araşdırması nəticəsində ilkin hüquqmüəyyənedici sənədlərdə müvafiq düzəlişin aparılmadığı müəyyən edildiyindən, sözügedən torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin üçüncü şəxslərdə olan nüsxəsindəki düzəlişin ləğv edilməsi əhəmiyyət kəsb etmir. Eyni zamanda, işə apellyasiya qaydasında baxılarkən İddiaçı1 iddia tələbini dəqiqləşdir ərək seriya RX ******* nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın X5 aid hissədə ləğv edilməsini xahiş etmişdir.

25. Üçüncü şəxslər kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2022-ci il tarixli, 2-1(106)-246/2022 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

26. Kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətlərinin məzmununa əsaslanır. kassasiya şikayətinə etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə

2. Daşınmaz əmlak a hüquqların dövlət qeydiyyatı 2.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə

12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri Mad də

16. Dövlət reyestrində düzəlişlər 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 16.1-1. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs eti raz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Maddə

23. Hüquqların dövlət qeydiyyatı haqqında qanunvericiliyinin pozulmasına görə məsuliyyət 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. 23.3. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. 29. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

30. İnzibati Prosessual Məcəllə Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasın da yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

31. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbləri göstərilmişdir.

32. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

33. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələləri n qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

35. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəm əsinin araşdırmaları yetərli hesab olunur.

36. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından mübahisələndirilən çıxarışın verilməsi üçün əsas olmuş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə düzəlişə dair qeydin mötəbərliyi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

37. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normaların ın tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

38. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

39. Nəzərə almaq lazımdır ki, daşınmaz əmlak üzərində hüquq bu qərarın 28-ci bəndində istinad olunan normalarda təsbit edilmiş hüquqmüəyyənedici sənədlər əsasında qeydiyyata alınır və bu barədə müvafiq çıxarış verilir. İstinad olunan normalar baxımından həmin sənədlər qeydiyyat aparılan tarixdə etibarlı və mötəbər olmalıdır. Hüquqmüəyyənedici sənəddə, eləcə də onun əsasında duran müvafiq sənədlərdə istənilən düzəliş və ya dəyişiklik həmin sənədlərin qəbul olunduğu qaydada və onu qəbul etmiş orqan və ya onun hüquqi varisi tərəfindən aparıldığı təqdirdə mötəbər hesab oluna bilər.

40. Hazırkı mübahi səyə münasibətdə işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin əsasında duran hüquqmüəyyənedici sənəddə, yəni Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 nömrəli qərarında, eləcə də həmin şəhadətnamənin arxiv nüsxəsində hər hansı düzəliş aparılmamışdır. Üçüncü şəxslər tərəfindən də məhkəməyə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə düzəlişin bu qərarın 39-cu bəndində qeyd olunan qaydada qanunvericiliyin tələblərinə uyğun aparıldığını təsdiq edən hər hansı sübut təqdim olunmamışdır. Bu baxımdan üçüncü şəxslərin təqdim etdiyi düzəliş olunmuş şəhadətnamə mötəbər sayıla və çıxarışın verilməsi üçün əsas qismində qəbul edilə bilməz.

41. Bununla bağlı nəzərə almaq lazımdır ki, Cəlilaba d rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 nömrəli qərarı ilə X11 və Hüseynova (Kərimova) Səmayə Abdul qızının mülkiyyətinə 0,10 hektar həyətyanı torpaq sahəsi verilmiş və bu barədə JN-1775A (kod ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Həmin şəhadətnamənin əslində və onun verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənəddə, yəni Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 nömrəli qərarında hər hansı dəyişikliyin edildiyi iş üzrə materiallarla təsdiq olunmur.

42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxslərin kassasiya şikayəti təmin edilmir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2022-ci il tarixli, 2-1(106)-246/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar