Məhkəmə qərarları › İş №2-1(102)-938/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-938/2024

15.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-938/2024 15.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pasport qeydiyyatına alınmadan imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə qarşı “pasport qeydiyyatına alınma” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3450/2023 nömrəli, 23 noyabr 2023-cü il tarixli qərarından iddiaçılar tərəfindən v erilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı2 yaşadıqları Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsi Ö/T 60D ünvanına qeydiyyata alınma tələbi ilə cavabdeh inzibati orqana müraciət etmişdir.

2. Cavabdeh inzibati orqan müraciəti təmin etməkdən imtina edərək qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixli imtina məktubunda bildirmişdir ki, X1, X2, X3 və İddiaçı5 ünvan 1 ünvanına qeydiyyata alınmaları ilə əlaqədar mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşadığınız ünvana, mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsi, order, kirayə və ya i carə müqaviləsi, eləcə də qanunvericilikdə nəzərdə tutulan digər sənədləri təqdim etməklə qeydiyyat həyata keçirilə bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıların Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsi Ö/T 60D ünvanına pasport qeydiyyata alınması öhdəliyinin Bakı şəhəri Səbail rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar ailə üzvü olmaqla hazırda ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi onların faktiki istifadəsindədir. Həmin fərdi yaşayış evi ilə bağlı bütün kommunal ödənişlər İddiaçı5 tərəfindən ödənilir. Onlar tərəfindən Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə müraciət edərək onların Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsi Ö/T 60 D ünvanına pasport qeydiyyatına alınmaları xahiş olunmuşdur. Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə onların Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsi Ö/T 60 D ünvanına pasport qeydiyyatına alınmasından imtina edilmişdir

5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8629/2023 nömrəli, 1 iyun 2023-cü il tarixli qərarı ilə (hakim E.Əliyev) iddia rədd edilmişdir.

6. Məhkəmə qeyd etmişdir ki, iddiaçılar hazırda başqa ünvanda yaşayış yeri üzrə qeydiyyatında olduqlarından, həmin ünvandan qeydiyyatdan çıxarılmadıqları müəyyən edildiyindən, həmçinin qanunvericilikdə şəxsin faktiki yaşayış yeri üzrə qeydiyyata alınması üçün sənədlər olmadığı təqdirdə onun cavabdehin iddiaçını yaşayış yeri üzrə qeydiyyata almaqdan imtinası qanuni və əsaslıdır.

7. Eyni zamanda iddiaçılar tərəfindən qanunvericiliklə müəyyən edilmiş sənədlərdən hər hansı biri Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə (eyni zamanda məhkəməyə) təqdim edilməmişdir.

8. İddiaçıların həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv olunmasını və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3450/2023 nömrəli, 23 noyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: K.Əkbərov /sədrlik edən və məruzəçi/, S.Bəhrəmzadə və M.Tağızadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya inst ansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. İddiaçılar həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

12. İddiaçıların kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıların faktiki yaşadığı ünvan ünvan 6 yaşamağa 2005-ci ildən başlamışıq. 2006-cı il tarixdə mənzil kirayəçisi kimi ərazi üzrə Mənzil Təsərrüfat Kontorunda qeydiyyata alınmışıq. Dövlət tərəfindən kommunal xidmətlər təmin edilmişdir..

13. İddiaçılar hazırda qeydiyyatda olduğu ünvanda uzun müddətdir ki, faktiki olaraq yaşamırlar. Dövlət idarələri onlara ünvanlanan məktub və sənədləri qeydiyyatda o lduğu ünvana məktub göndərirlər. Buna görə də qanunvericiliyin tələblərinə əsasən məhz yaşadıqları ünvana pasport qeydiyyatına alınmalıdırlar. İdarələr tərəfindən məhz bu Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsi Ö/T 60D ünvanını qəbul etməklə mənzil kirayəçisi kimi qeydə almış, kommunal – su, qaz, işıq, telefon xidmətləri üçün bu ünvanı qəbul etmiş, müvafiq ödənişlər 18 ildir ki, bu ünvan üzrə aparılır. 2024-cü ildə prezident seçkiləri də gəlir. Yenə də seçki hüquqlarının realizə edilməsində qeydiyyat və faktik ünvanlar arasında fərqə görə problemlər yaranacaqdır.

14. İddiaçıların sözügedən mənzildə yaşamasını və davamlı əlaqələrinin olmasını təsdiq edən sənədlər siyahısında nəzərdə tutulmuş başqa sənəd hesab edilməlidir. Apellyasiya məhkəməsi tərəfindən çıxarılan qərarda iddiaçılar ın qeydiyyata alınmamasının səbəbi və onun kommunal ödənişləri etməsinin qanunvericilikdə qeydiyyata alınma üçün əsaslardan biri olan “başqa sənəd” hesab edilib-edilməməsinə münasibət bildirilməmişdir.

15. Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsi Ö/T 60D mənzil üzərində iddiaçıların hüquqları mülkiyyət hüququ kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, həmin mənzilə istifadə və sahiblik hüquqları onlara əmlak hüquqlarından istifadə etmək üçün əsas verir.

16. Hazırda iddiaçılar uzun müddətdir ki, sözügedən mənzildə yaşayır və kommunal xidmətlərdən istifadə edir. Kommunal xidmətlərə görə müvafiq ödənişlər edir. Həmin evdə yetəri qədər bağlılığı və ətrafda yaşayan qonşularla əlaqəsi vardır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayəti nə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun: Maddə

1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunveric iliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Maddə

5. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.

19. Azərbaycan Respublikası Prez identinin 518 nömrəli 30 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi haqqında Əsasnamə»: Bənd 3.1.10. Daxili İşlər Nazirliyi daxili işlər orqanlarının səlahiyyətinə aid olan işlərin – Azərbaycan Respublikası vətəndaşlığına qəbul, vətəndaşlığa bərpa və vətəndaşlığa xitam verilməsi məsələlərinin həllində iştirak edir, vətəndaşlara pasportların və şəxsiyyət vəsiqələrinin verilməsini, yaşayış və olduğu yer üzrə qeydiyyat işini və bu məsələlərə dair mərkəzləşdirilmiş uçot sistemini təşkil edir.

20. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməs inin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütöv lükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə isti nad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Bununla yanaşı, məhkəmə kollegiyası kasasiya şikayətinin dəlillərinə əsasən aşağıdakıları qeyd etməyi zəruri sayır.

27. Hazırkı iş üzrə iddiaçıların hüquqi marağı Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsi Ö/T 60D ünvanına pasport qeydiyyata alınması ilə bağlıdır.

28. Mübahisə ilə bağlı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçılara məxsus şəxsiyyət vəsiqələrindən, həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktuba əsasən, xx.xx.1979-cu il təvəllüdlü İddiaçı3 xx.xx.2004-cü il tarixdən, xx.xx.1952ci il təvəllüdlü İddiaçı1 xx.xx.2003-cü il tarixdən, xx.xx.1959 İddiaçı4 xx.xx.2005-ci il tarixdən, xx.xx.1980-cı il təvəllüdlü İddiaçı5 xx.xx.2002-ci il tarixdən Salyan rayonu Qızılağac kəndində, xx.xx.1987-ci il təvəllüdlü İddiaçı2 xx.xx.2012-ci il tarixdən ünvan 7 ünvanında y aşayış yeri üzrə qeydiyyatdadırlar.

29. Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan sorğuya cavab məktubundan aydın olur ki, iddiaçılar hazırda başqa ünvanda yaşayış yeri üzrə qeydiyyatında olduqlarından, həmin ünvandan qeydiyyatdan çıxarılmadıqları müəyyən edildiyindən, həmçinin qanunvericilikdə şəxsin faktiki yaşayış yeri üzrə qeydiyyata alınması üçün sənədlər olmadığı təqdirdə onun cavabdehin iddiaçını yaşayış yeri üzrə qeydiyyata almaqdan imtinası qanuni və əsaslıdır.

30. Bundan başqa kassasiya şikayətinin dəlili olan kommunal, işıq, qaz və s xidmətlərindən istifadəyə görə çəkdiyi xərcləri ödəməsi ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, sadalanan xərclər qarşılıqlı müqavilə üzrə göstərilən xidmətlərə görə həyata keçirilən əvəzli ödənişlərdir. Ödənişləri ehtiva edən sənədlər evi n qanunla müəyyən edilmiş qaydada hüquqi qeydiyyatdan keçməsini əks etdirən hüquqmüəyyənedici sənəd formasını özündə əks etdirmir.

31. Beləliklə də iddiaçıların mübahisələndirilən ünvana qeydə alınmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Belə olan halda da cavabdeh tərəfindən iddiaçıların həmin evə qeydiyyata alınmasından imtina olunması qanunvericiliyə uyğun hərəkətdir və bu iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz.

32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçıların kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2023-cü il tarixli, 21(103)-3450/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar