Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-939/2020 05.06.2020 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə Açar söz: hərbi qulluqçunun pensiyasının yenidən hesablanması; təminat xərcliyi GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, iddiaçının vəkili və cavabdehin vəkili iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-2664/2019 saylı, 05.12.2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 05.06.2020-ci il tarixində açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı **.**.1949-cu il tarixində doğulmuş, 15.07.1983-04.11.1983-cü illərdə Bakı şəhər BPİ-nin Post-Patrul Xidməti Alayın **-ci rotasının komandiri, 04.11.1983-28.01.1985ci illərdə həmin alayın **-ci rotasının komandiri, 28.01.1985-09.02.1990-cı illərdə alay komandiri texniki təminat üzrə müavini və 06.04.1995-05.06.1995-ci illərdə isə Suraxanı RPİ-nin **-ci polis bölməsinin baş növbətçi-inspektoru vəzifələrində xidmət etmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyini n şəxsi heyət üzrə 05.06.1995-ci il tarixli, ***** nömrəli əmri ilə o, “DİO-nun sıravi və rəis heyətinin xidməti işdən xaric edilməsi barədə Müvəqqəti təlimat”ın 4-cü maddəsinin “E” bəndinə (öz xahişinə görə) əsasən Suraxanı RPİ-nin **-ci polis bölməsinin baş növbətçi-inspektoru vəzifəsindən xaric edilmiş, 1995-ci ilin iyun ayından iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş məlumat vərəqəsinə əsasən pensiya təyin edilmişdir. Pensiyaya çıxdıqdan bir müddət sonra iddiaçı ona hesablanan pensiya məbləğinin aşağı olduğunu hesab etmiş, buna görə də əmək pensiyasının yenidən hesablanması üçün cavabdeh orqana müraciət etmiş, sonuncunun 02.05.2018-ci il tarixli, ***** nömrəli məktubuna əsasən pensiyanın yenidən hesablanmasından imtina olunmuş və qeyd olunmuşdur ki, iddiaçı barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xətti ilə 06.06.1995-ci il tarixindən xidmət illərinə uyğun olaraq pensiya təyin olunmuşdur və Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən iddiaçının təminat xərcliyi 777,75 manat təşkil etdiyindən müvafiq olaraq 28 il xidmətə görə təminat xərcliyinin 74 faizi, yəni 575,54 manat məbləğində pensiya hesablanmışdır və hər ay ödənilir. Bununla razılaşmayan iddiaçı, cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, SSRİ Ali Soveti Rəyasət Heyətinin 17.01.1990-cı il tarixli Dağlıq Qarabağ Muxtar Vilayətində və bəzi başqa rayonlarda fövqəladə vəziyyətin elan edilməsi haqqında Fərmanın tələbləri nəzərə alınmaqla 15. 05.1990-01.03.1992-ci ilə qədər 2 il 4 ay 16 gün x 2 = 4 il 9 ay; 01.01.1993-cü ildən 30.04.1997-ci il tarixinədək 3 il 8 ay; institut 3 il; əsgərlik 2 il, cəmi 4 il 9 ay + 3 il 8 ay + 3 il + 2 il = 13 il 6 ay x 3% = 40,8% + 50% (20 il staja görə)=91% olmaqla ona pensiyanın göstərilən qaydada hesablanması və 91% həcmində pensiya təyin edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, inzibati orqan iddiaçının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin Post Patrul Xidməti Alayında 2 il tağım komandiri, 3 il alay komandirinin müavini, cəmi 5 il müddətində çalışdığı vəzifələr üzrə pensiya təyin etməmişdir. Həmçinin, 29.04.1992-ci il tarixli “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddə sinə əsasən, 20 ildən yuxarı xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi məbləğində təyin olunur. Odur ki, iddiaçıya əmək haqqının 98%-i məbləğində əmək pensiyası təyin olunmalı olsa da, cavabdeh orqan əsassız olaraq ona əmək haqqının 74%-i məbləğində pensiya ödənişi təyin etmişdir. Məhkəmələrin mövqeyi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi hazırki iddia tələbinin ona cavab verməli olmayan inzibati orqana qarşı qaldırıldığını hesab etmiş və 19.07.2018-ci il tarixli, 2-1(81)3004/2018 nömrəli qərardadı ilə iddianı mümkün saymamışdır. Məhkəmə hesab etmişdir ki, xidmət illərinin hesablanması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətidir və hazırkı iddia tələbi üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müd afiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi cavabdehlik daşımamalıdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19.07.2018-ci il tarixli, 2-1(81)3004/2018 nömrəli qərardadından iddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 31.08.2018-ci il tarixli, 2-1(103)-2278/2018 nömrəli qərardadına əsasən, iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19.07.2018-ci il tarixli, 21(81)-3004/2018 nömrəli qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının cavabdeh orqanı düzgün seçməməsinə əsaslanaraq iddianı qeyri-mümkün hesab etmiş, xidməti vəz ifəsinə görə mübahisələndirilən pensiya işinin məhkəməyə təqdim edilməsinin və ona iş materialları ilə birlikdə baxılmasının zəruriliyini nəzərə almamış, nəticədə işin faktiki hallarını tam, hərtərəfli araşdırmadan iddianın əsassız olaraq mümkün hesab edilməməsi barədə qərardad qəbul etmişdir. İşə təkrarən baxan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi əvvəlki mövqeyini dəyişməmiş, 24.01.2019-cu il tarixli, 2-1(81)109/2019 nömrəli qərardadına əsasən, iddia tələbini mümkün saymamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24.01.2019-cu il tarixli, 2-1(81)109/2019 nömrəli qərardadından iddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06.03.2019-cu il tarixli, 2-1(103)-773/2019 nömrəli qərardadına əsasən, apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24.01.2019-cu il tarixli, 2-1(81)109/2019 nömrəli qərardadının ləğv edilməsi, işin baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06.03.2019-cu il tarixli, 2-1(103)-773/2019 nömrəli qərardadından cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12.06.2019-cu il tarixli, 2-1(102)-1964/2019 nömrəli qərardadına əsasən, kassasiya şikayətinin icraatı mümkün sayılmamış və kassasiya şikayətinin qəbulundan imtina edilmişdir. Məhkəmə hesab etmişdir ki, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmamasına dair qərardadını ləğv edərək işi m ahiyyəti üzrə baxılması üçün göndərməklə, əslində iddianı mümkün hesab etmiş. İddianın mümkün sayılmasına dair qərardaddan şikayət verilməsi isə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmamışdır. İşə yenidən baxan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08.10.2019-cu il tarixli, 2-1(81)-109/2019 nömrəli qərarına əsasən, iddia tələbi təmin edilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08.10.2019-cu il tarixli, 2-1(81)109/2019 nömrəli qərarından iddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05.12.2019-cu il tarixli, 2-1(103)-2664/2019 nömrəli qərarına əsasən, apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati -İqtisadi Məhkəməsinin 08.10.2019-cu il tarixli, 2-1(81)-109/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, hazırkı cavabdeh tərəfindən iddiaçının tələbləri üzrə əmək pensiyasının yenidən hesablanmasını zəruri edən faktiki şərtlər, yəni qanundan irəli gələn öhdəliyi mövcud deyil. Belə olan halda, cavabdehin imtinası iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05.12.2019-cu il tarixli, 2-1(103)-2664/2019 nömrəli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə cavabdeh orqan yarananadək Nazirliklər (Dövlət Komitələri) işçilərlə bağlı əmək və pensiya münasibətlərini özləri həll edirdi, lakin cavabdeh orq an yarandıqdan sonra əmək, əhalinin məşğulluğu, işsizlikdən sığorta, demoqrafiya, əhalinin sosial müdafiəsi, əmək pensiyaları və sosial sığorta sahələrində yaranmış münasibətlərin tənzimlənməsi DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə olunmuşdur. Odur ki, iddiaçı iddianı məhz iddiaya cavab verməli olan (əmək pensiyasını yenidən hesablamaq səlahiyyətinə malik olan) cavabdehə qarşı qaldırmışdır. Kassasiya şikayətinin digər dəlilində iddiaçı qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.08.2007-ci il tarixli, 135 saylı qərarına və 07.02.2006-cı il tarixli “Əmək pensiyaları haqqında” Qanuna istinad etsə də, iddiaçının pensiya məsələsi ilə bağlı hüquq münasibətləri 1995-ci ildə yaranmışdır. Buna görə də, 1995-ci il tarixində yaranmı ş mübahisəyə məhkəmənin istinad etdiyi normativ aktlar yox, həmin dövrdə qüvvədə olan qanunlar, qərarlar və digər normativ xarakterli aktlar tətbiq edilməli idi. Bununla bağlı, iddiaçıya pensiya hesablanarkən SSRİ Ali Soveti Rəyasət Heyətinin 17.01.1990-cı il tarixli Dağlıq Qarabağ Muxtar Vilayətində və bəzi başqa rayonlarda fövqəladə vəziyyətin elan edilməsi haqqında Fərmanın, 29.04.1992-ci il tarixli “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.11.1992-ci il tarixli, 631 saylı Qərarının və Azərbaycan Respublikası Milli Məclisinin Fövqəladə vəziyyətin tətbiq olunması barədə 01.01.1993-cü il tarixli Qərarının tələbləri nəzərə alınmalıdır. Kassator, qeyd olunanlara istinad edərək və Azərbaycan Respublikası İnzibatiProssesual Məcəll əsinin 90.1, 96.5, 96.9-cu maddələrini rəhbər tutaraq Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05.12.2019-cu il tarixli, 2-1(103)-2664/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı Iddiaçı və iddiaçının vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05.12.2019-cu il tarixli, 2-1(103)-2664/2019 nömrəli qərarı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etm işdir. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır (maddə 96.2), kassasiya mümkün sayıldıqda, şikayətlə bağlı qərar Ali Məhkəmə tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir (maddə 96.4). Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05.12.2019-cu il tarixli, 2-1(103)-2664/2019 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Cavabdehə göndərilmiş məlumat vərəqi ilə razılaşmayan iddiaçı iki məsələni - daxili işlər orqanlarında onun 20 il (apellyasiya şikayətində həmin rəqəmin 19 il 6 ay olduğunu göstərir), Nazirlər Kabinetinin qeyd olunan 631 saylı Qərarına müvafiq hesablanan əlavə xidmətinin isə 13 il 6 ay (apellyasiya şikayətində həmin rəqəm 16 ilə çatdırılır) təşkil etməsini və Bakı şəhəri Baş Polis İdarəsinin Post Patrul Xidməti Alayında 2 il tağım komandiri, 3 il alay komandirinin müavini, cəmi 5 il müddətində çalışdığı müddət üzrə təminat xərcliyi nəzərə alınmaqla, cavabdeh tərəfindən əmək pensiyasının yenidən hesablanmasını mübahisələndirmiş, apellyasiya instansiya məhkəməsi isə belə qənaətə gəlmişdir ki, qeyd olunan hallar nəzərə alınmaqla iddiaçının pensiyasının yenidən hesablanması üçün, onun xidmət etdiyi orqan tərəfindən tam yeni bir məlumat vərəqinin hazırlanıb cavabdeh pensiya təyin edən orqana göndəri lməsi tələb olunur ki, yenidən hesablamanın həyata keçirilməsi mümkün olsun. Məhkəmənin bu mövqeyi ilə razılaşmayan iddiaçı, kassasiya şikayətinin dəlillərində pensiyanın təyin edilməsi səlahiyyətinin cavabdehə həvalə olunduğunu və iddia əsaslı olduğundan cavabdeh tərəfindən pensiyanın yenidən hesablanmalı olduğunu bildirmişdir. Məhkəmə kollegiyası iddiaçının bu dəlili ilə razılaşmayaraq qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”n 1-ci bəndinə (2-ci abzas) əsasən, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar t ərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Həmin «Qaydalar»ın 3-cü bəndinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Həmin «Qaydaları»ın 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. Göründüyü kimi, hərbi qulluqçular sırasından olan şəxsələrə pensiya təyin edilməsi zamanı həm ilkin pensiya təyinatı üçün, həm də təminat xərcliyində baş verən artımlarla bağlı pensiyanın yenidən hesablanması üçün iddiaçının xidmət etdiyi orqan tərəfindən məlumat vərəqinin tərtib olunaraq DSMF orqanına göndərilməsi tələb olunur. Yəni, iddiaçı yeni məlumat vərəqinin tərtib olunmasını tələb etdiyindən bununla bağlı xidmət etdiyi orqana müra ciət etməli, həmin orqan tərəfindən yeni məlumat vərəqi tərtib olunaraq DSMF-nin müvafiq qurumuna göndərilməlidir. Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, ona təqdim edilmiş çəlumat vərəqinə uyğun olaraq pensiya hesablamışdır. İddiaçının tələb etdiyi hallar, yəni çalışdığı vəzifələrin düzgün göstərilməsi və xidmət illərinin düzgün hesablanması isə cavabdehin səlahiyyətinə aid olmayıb, Daxili İşlər Nazirliyinin səlahiyyətinə aiddir. Kassasiya şikayətinin digər dəlilində iddiaçı hazırkı mübahisəyə 1995-ci ildə qüvvədə olan normaların tətbiq edilməli olduğunu bildirsə də, məhkəmə kollegiyası iddiaçının bu dəlilini də əsassız hesab edir. Belə ki, iddiaçı cavabdeh orqana 2018-ci ildə müraciət etmiş, pensiyanın yenidən hesablanması barədə hazı rkı mübahisə həmin vaxt yaranmışdır. Odur ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq hazırkı mübahisəyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nı tətbiq etmişdir. İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi hə min inzibati orqanın üzərinə düşür. Cavabdeh inzibati orqan iddiaçıya pensiyanın yenidən hesablanmasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apell yasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı Iddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2664/2019 saylı, 05.12.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-939/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-939/2020
05.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver