Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-939/2021 19.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (müharibə veteranı adının və vəsiqəsinin verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)600/2021 nöm rəli iş üzrə 16.02.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 19 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı ona, sabiq ədliyyə polis-polkovnik leytenantı İddiaçı “müharibə veteranı” vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.
2. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona “müharibə veteranı statusu və vəsiqəsi”nin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
3. İddiaçının iddia tələbi onunla əsaslandır ılmışdır ki, o, Penitensiar xidmətin 1 saylı cəza çəkmə müəssisəsində xidmət edərkən 05.05.1992-ci il 17 saylı əmrlə,13.05.1992-ci il tarixdən 25.05.1992-ci il tarixədək, sərhədlərin bütövlüyünün qorunması məqsədi ilə Zəngilan rayonuna-döyüş bölgəsinə ezam olunmuşdur. Zəngilandöyüş bölgəsində olduğuna görə ona Azərbaycan Vətən Müharibəsi Veteranları birliyi tərəfindən 14376 saylı 23.01.1997-ci il tarixli vəsiqə verilmişdir. 'Müharibə veteranı" vəsiqəsi verilməsi üçün Ədliyyə Nazirliyinə müraciət etmiş, lakin ona "Müharibə veteranı" vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İmtina onunla əsaslandırılmışdır ki, onun təqdim etdiyi arayışda ezamiyyənin məqsədi, habelə hansı hərbi hissəyə və ya orqana ezam olunmağı barədə məlumat qeyd edilməmişdir. Sənədləşmə ilə o məşğul olmamış, Zəngilan ş əhərinin müdafiəsi ilə bağlı döyüşlərdə iştirak etmiş, onun komandirlik etdiyi əməkdaşlardan bir neçə nəfərinə "müharibə veteranı" vəsiqəsi verilmişdir. Zərurət yaranarsa, şahid qismində həmin şəxsləri məhkəməyə dəvət edə bilər. Binəqədi Rayon Hərbi Komissarlığı üzrə xidmət müddətinin dəqiqləşdirilməsi üçün sorğu edilən hərbi vəzifələrin adlı siyahasında hərbi xidmət keçdiyi h/h-nin nömrəsi və müddəti aşağıdakı kimi göstərilmişdir:05.05.1992-25.05.1992-865 saylı h/h. Cavabdehin imtinasını əsassız hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsindəki icraat
4. Bakı İnzibati Məhkəməsinin 10.11.2020-ci il tarixli, 2-1(112)-207/2020 nömrəli (sədrlik edən hakim Nəriman Abıyev) qərarı ilə iddianın rədd edilməsi qərara alınmı şdır.
5. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən İPM-nin 2.2.2., 2.2.3, 34.1, 58.7, 68.1, 68.2-ci maddələrinə, Azərbaycan Respublikası Kostitusiyasının 76- cı maddələrinə, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 2-ci maddəsinə, Azərbaycan Respublikasının “Veteranlar haqqında” Qanunun 3 və 7-ci maddələrinə, Azərbaycan Respublikası “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 2 və 3-cü maddələrinə istinad etməklə belə hesab etmişdir ki, iddiaçının ona müharibə veteranı statusunun verilməsi barədə arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunun konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmişdir.
6. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 10.11.2020-ci il tarixli, 2-1(112)-207/2020 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.02.2021-ci il tarixli, 2-1(103)-600/2021 nömrəli (hakimlər Valeh Ağayev - sədrlik edən və məruzəçi, Afaq Nuriyeva və Aida Hüseyn) qərarı ilə iddiaçının apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 10.11.2020-ci il tarixli, 2-1(112)-207/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmişdır.
8. Birinci instansiya məhkəməsinin də istinad etdiyi maddi hüququ normalarını tətbiq etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki hallarını, tərəflərin münasibətləri və tətbiq edilməli o lan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. ASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Kasasiya şikayətinin dəlilləri
9. İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə ona “Müharibə veteranı” statusun və müvafiq olaraq “Müharibə veteranı vəsiqəsi” nin verilməsi üçün müraciətinə imtina edilmişdir.
10. Cavabdehin imtinasına əsasən Bakı İnziabti Məhkəməsinə müraciətinə məhkəmə də cavabdehin imtina səbəblərinə əsaslanaraq onun Zəngilan rayonuna ezam olunmağının səbəbi və hansı hərbi hissəyə ezam olunmağı barədə Binəqədi rayon Hərbi Komissarlığı tərəfindən sorğuya verdiyi cavabda 05.05.199225.05.1992-ci il tarixində hərbi hissə №865. Məhkəmə Penitensiar Xidməti 1 saylı CM-dən verilmiş 05.05.1992-ci il tarixli 17 №li əmrdən şıxarışına əsasən o, 13.05.1992 25.05.1992- ci il tarixlərdə Zəngilan şəhərində döyüş bölgəsinə ezam edilmişdir.
11. Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, məhkəmə kollegiyası Nazirlər Kabinetinin 22.09.1995- ci il tarixli 216№li Qərarına Nazirlər Kabineti 18.07.2006cı il tarixində 174 saylı Qərarla edilmiş dəyişikliyə əsasən Ədliyyə Nazirliyi tabeliyində olan müəssisə və qurumlarda “Müharibə veteranı və müvatıq vəsiqənin verilməsi Ədliyyə Nazirliyində yaradılmış komisiya tərəfindən icra edilir və vəsiqənin hazırlanması xərcləri Nazirlik tərəfindən ödənilir” Qərarı nəzərə alınmışdır.
12. Eyni zamanda qeyd etmək istəyir ki, Azərbaycan Respublikası Prezidentinin 31.03.1992-ci il tarixli 633 saylı Fərmanı yalnız döyüş əməliyyatlarında ərazi bütöv lüyü və müstəqilliyin qorunmasında iştirak etmiş şəxslərə bir iş günün üç iş günü kimi hesablanması və üç qat məbləğin ödənilməsini nəzərdə tutur.
13. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.02.2021-ci il tarixli, 2-1(103)600/2021 nömrəli qərarının ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kasasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırki işə baxarkən maddi və prosessu al hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul etmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 16.02.2021-ci il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
16. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
17. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesa b edilmişdir.
18. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:
19. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya məhkəməsinin 16.02.2021-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə ş ikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
21. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.
22. Məhkəmə kollegiyası iddiaçının kasasiya şikayətindəki dəlillərlə əlaqədar olara qeyd etməyi zəruri hesab edir ki, apely asiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən işdəki sübutların qiymətləndirilməsinə səthi və formal yanaşılmış, eyni zamanda işin halları tam və hərtərəfli araşdırılmamışdır ki, bu da İPM-nin 12.1, 58.7, 68.2, 82-ci maddələrinin pozulması anlamına gəlir.
23. Belə ki, apelyasiya instansiyası məhkəməsinin özü tərəfindən müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1956-cı ildə Quba rayonu, Rustov kəndində doğulmuşdur və ünvan 1 ünvanında qeydiyyatdadır. НЗ seriyalı ******* saylı hərbi biletin notarial qaydada təsdiq olunmuş surətinə əsasən iddiaçı 26.10.1974-cü ildən 19.11.1976cı ilə qədər həqiqi hərbi xidmətdə olmuşdur. Bakı şəhəri Binəqədi rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsi tərəfindən verilmiş Binəqədi rayon Hərbi Komissarlığı üzrə xidmət müddətinin dəqiq ləşdirilməsi üçün sorğu edilən hərbi vəzifələrinin adlı siyahısına əsasən İddiaçı hərbi xidmət keçdiyi h/h-nin nömrəsi və müddəti 05.05.1992-25.05.1992-ci il 865 h/h kimi qeyd edilmişdir. 1 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi vəzifəsini müvəqqəti icra edən ədliyyə polkovnik-leytenantı Emin Həsənov tərəfindən imzalanmış 05.05.1992-ci il tarixli 17 saylı əmrdən çıxarışın surətindən görünür ki, İddiaçı 13.05.1992-ci il tarixdən 25.05.1992-ci il tarixinədək Zəngilan şəhəri döyüş bölgəsinə ezam olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinin 16.03.2020-ci il tarixli 9/2-3535 saylı arxiv arayışında göstərilmişdir ki, N №li hərbi hissə komandirinin may 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində məlumat aşkar olunmamışdır.
24. Belə liklə apelyasiya instansiyası məhkəməsi iş üzə qəbul etdiyi 16.02.2021-ci il tarixli qərarda özü iddiaçının Zəngilan şəhəri döyüş bölgəsinə ezam olunmasını təsdiq edən ən azından 2(iki) rəsmi sənədi (Binəqədi rayonu Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin 12.06.2012-ci il tarixli, 974 saylı arayışı və 1 saylı cəza çəkmə müəssisəsinin 17 nömrəli 05.05.1992-ci il tarixli əmri) müəyyən etsə də, həmin mötəbər sübutları tam və hərtərəfli araşdırılmadan, Müdafiə Nazirliyinin işlər idarəsinin mərkəzi arxivinin “865 nömrəli hərbi hissə komandirinin 13.05.1992-ci il tarixli nizami hissə üzrə əmrlərində X1 barəsində məlumat aşkar olunmamışdır” məzmunlu 16.03.2020-ci il tarixli, 9/2-3535 saylı arxiv arayışına istinadən iddiaçının sözügedən hərbi hissəyə ezam olunması qənaətinə gəlir.
25. Bunu nla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, əvvəla, iddiaçı Müdafiə Nazirliyinin tabeçiliyində olan hərbi deyildir, o, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin işçisi olmuşdur ki, belə olan halda iddiaçı sözügedən hərbi hissənin şəxsi heyətinin tərkibinə daxil edilə bilməzdi.
26. Lakin apelyasiya instansiyası məhkəməsinin 16.02.2021-ci il tarixli qərarından göründüyü kimi, apelyasiya məhkəməsi özü inzibati mübahisə üzrə hər hansı bir obyektiv, tam və hərtərəfli araşdırma aparmadan, sadəcə olaraq birinci instansiya məhkəməsinin hüquqi mövqeyini 16.02.2021-ci il tarixli qərarına köçürməklə kifayətlənmişdir.
27. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəmə kollegiyasının 16.02.2021-ci il tarixli qərarı ləğv edilməli iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə, iş üzrə çoxlu sübutların araşdırılması zəruri olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.02.2021-ci il tarixli, 2-1(103)600/2021 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.