Məhkəmə qərarları › İş №2-1(102)-939/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-939/2023

11.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-939/2023 11.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlaka (bağ sahəsi) dair hüquqların dövlət qeydiyyatına alınması; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarş ı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 dekabr 2022-ci il tarixli, 2-1(103)42/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.2002-ci il tarixli xx.xx.2002-ci il tarixdə X7 Təsərrüfatı İdarəsinə ərizə ilə müraciət edərək, Türkan qəsəbəsində yerləşən və ona məxsus olan 0.24 ha 79 nömrəli bağ sahəsinin 0.12 ha tikili ilə olan hissəsini X1, qalan 0.12 ha hissəsinin isə X8 adına rəsmiləşdirilməsinə etiraz etməməsini bildirmişdir. 2. 02.04.2002-ci il tarixdə X5 Təsərrüfatı İdarəsinə ərizə ilə müraciət edərək Türkan qəsəbəsində yerləşən 0.12 ha 79 nömrəli bağ sahəsinin onun adına rəsmiləşdirilməsini xahiş etmişdir (arxiv sənədlərinə əsasən).

3. Eyni tarixdə X6 Bağlar Təsərrüfatı İdarəsinə ərizə ilə müraciət edərək, 79 nömrəli bağ sahəsinin 0.12 ha hissəsinin adına rəsmiləşdirilməsini xahiş etmişdir.

4. Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatı Məsələləri üzrə Komissiyasının 16 iyul 2002-ci il tarixli 452 nömrəli sərəncamı ilə vətəndaşların rəsmi-notarial qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçirilməsi, vətəndaşlara bağ sahələrinin ayrılması barədə X2 və İstismarı Birliyinin 12 iyul 2002-ci il tarixli 74 nömrəli protokolu təsdiq edilmişdir..

5. Həmin protokola əsasən Türkan qəsəbəsində yerləşən 79 nömrəli bağ sahəsi X8 adına sənədləşdirilməsi qərara alınmışdır.

6. X2 və İstismarı Birliyi ilə iddiaçı arasında bağlanmış 31 iy ul 2002-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən 79a saylı bağ sahəsi iddiaçının icarəsinə verilmişdir. Eyni tarixdə 79 nömrəli bağ sahəsinin 012 ha hissəsi X3 icarəsinə verilmişdir.

7. İddiaçı 0.12 ha sahəsi olan 79a nömrəli bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmişdir.

8. Cavabdeh 29 avqust 2018-ci il tarixli, **********25 nömrəli imtina məktubu ilə bildirmişdir ki, ərizəyə əlavə olunmuş sənədlər surətdir. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, iki bağ sahəsi bir hasar daxilindədir və mərzçəkmə işləri aparılmamışdır. Bundan əlavə, sözügedən bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, təqdim olunmuş müqavilə Yeni T ürkan qəsəbəsinə aid olduğundan, göstərilən ərazinin müqavilədə qeyd olunan bağ sahəsinə aidiyyəti yoxdur. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Mərzçəkmə işlərinin görülməsi, arxiv cizgisinə uyğun notarial qaydada təsdiq edilmiş bölgü sxeminin təqdim olunması məqsədəuyğundur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat 9. iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2002ci il tarixli icarə müqaviləsinə əsasən ona verilmiş Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən 79a saylı bağ sahəsinə dair plan-ölçünün tərtib edilməsi və xüsusi mülkiyyət kimi qeydə alınaraq, dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsas landırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən 79a saylı bağ sahəsi X2 və İstismarı Birliyi ilə bağlanmış 31 iyul 2002-ci il tarixli müqaviləyə əsasən iddiaçının icarəsinə verilmişdir. Sözügedən bağ sahəsi həmin tarixdən onun istifadəsindədir. İddiaçı həmin bağ sahəsinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən müvafiq çıxarışın verilməsi ilə bağlı hazırkı cavabdehə müraciət etmiş, lakin imtina cavabı almışdır. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. 11. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 4 iyun 2019-cu il tarixli, 2-1(82)294/2019 nömrəli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilərək Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən 79a saylı bağ sahəsi iddiaçının mülkiyyət hüququn un daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və Torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

12. Məhkəmə hesab etmişdir ki, iddiaçı bağ sahəsindən 16 ildir ki, istifadə edir və bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluğu cavabdehin problemidir. Sənədlərdə yazıların düzgün göstərilməməsi iddiaçının təqsiri deyil və bu uyğunsuzluq cavabdehin özü tərəfindən aradan qaldırılmalıdır. Ona verilmiş müqavilədə bağ sahəsinin sxematik xəritədə yerinin düzgün göstərilməməsi aradan qaldırılması mümkün olmayan məsələ deyil və həqiqətən də belə hal mövcuddursa, cavabdeh özü buna düzəliş etməlidir.

13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın t əmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 oktyabr 2019cu il tarixli 2-1(103)-2217/2019 nömrəli qərarı ilə (hakimlər: V.Məmmədov - sədrlik edən və məruzəçi, S.Seyidova və İ.Əhmədov) apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 iyun 2019-cu il tarixli 2-1(82)-294/2019 nömrəli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının faktiki bağ sahəsi ilə onun anası X4 verilmiş 79 saylı bağ sahəsi yan-yana və ümumi hasar daxilində yerləşməklə (cəmi 0.3393 ha), sxematik xəritədə qeyd olunandan şərq istiqamətdə və çox uzaqda, həm də 77, 78, 80, 83 və 84 nömrəli bağların yaxınlığında deyil, 228 nömrəli bağın şimal qonşuluğunda yerləşir. Göründüyü kimi, iddiaçı ilkin olaraq ona ayrılan ərazidə deyil, ona aid olmayan başqa ərazidə yerləşən torpaq sahəsinin 79a nömrəli bağ sahəsi adı ilə dövlət qeydiyyatına alınmasını istəyir ki, bu tələbi də qanuna ziddir.

16. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. c. Kassasiya instansiyası məhkəməsində icraat

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 04 fevral 2020-ci il tarixli,2-1(102)-430/2020 nömrəli qərarı ilə (hakimlər: K.Bədəlov - sədrlik edən və məruzəçi, A. Hüseynov və R.Nəbizadə) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 oktyabr 2 019-cu il tarixli 21(103)-2217/2019 nömrəli, qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.

18. İşə baxan məhkəmə kollegiyası hesab etmişdir ki, xəritədə torpaq sahələrinin nömrələrinin ardıcıl gəlməməsi barədə məhkəmə konkret sübuta deyil, ehtimala əsaslanmışdır. Bu hala əsaslanmaq üçün məhkəmə hər şeydən əvvəl torpaq sahələrinin mütləq sıra ardıcıllığı ilə yerləşməli olmasına dair konkret sübuta istinad etməli idi. İşdə isə belə sübutlar yoxdur. Yəni, məhkəmə torpaq sahələrinin mütləq sıra ardıcıllığı ilə yerləşməli olmasına dair mötəbər sübuta malik olmadığı halda, bu qaydanın pozulduğu nəticəsinə gəlmişdir. Qeyd olunmalıdır ki, torpaq sahələrinin nömrələrinin ardıcıl gəlməməsi həmin sahəyə çıxarış verilməsindən imtina üçün əsas ola bilməz. Bundan əlavə sxematik xəritədən görünür ki, xəritənin şimal-qərb hissəsində yerləşən 79 saylı torpaq sahəsinin ətrafında da 242, 244, 246 saylı torpaq sahələri yerləşir. Bu isə o deməkdir ki, nömrələr arasında uyğunsuzluq sırf iddiaçıya məxsus torpaq sahəsinə münasibətdə baş verməmişdir. Nəzərə almaq lazımdır ki, hətta nömrələr arasında hər hansı uyğunsuzluq olsa belə, bu hal iddiaçının təqsiri ilə bağlı olmayan məsələdir və onun hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Hazırkı iş üzrə aydınlaşdırılmalı olan məsələ hazırda iddiaçının faktiki istifadəsində olan bağ sahəsinin ona ayrılmış bağ sahəsi olub-olmasıdır. ç. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 sentyabr 2020-ci il tarixli 2-1(103)- 1308/2020 nömrəli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. İddiaçının hazırda faktiki istifadəsində olan Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən 79a saylı bağ sahəsi X2 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 31 iyul 2002-ci il tarixli müqavilə ilə icarəyə verilmiş bağ sahəsi ilə üst-üstə düşürmü?

2. Əgər düşmürsə hansı ölçüdə torpaq sahəsi həmin koordinatlar üzrə sahədən kənarda yerləşir?

3. İddiaçının hazırda faktiki istifadəsində olan Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən 79a saylı bağ sahəsi sxematik xəritə ilə uyğunluq təşkil edirmi?

4. İddiaçının hazırda faktiki istifadəsində olan Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən 79a saylı bağ sahəsi harada yerləşir?

5. İddiaçını n hazırda faktiki istifadəsində olan Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən 79a saylı bağ sahəsi Türkan yoxsa Yeni Türkan qəsəbəsində yerləşir?

6. Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən 79 saylı bağ sahəsi iddiaçının hazırda faktiki istifadəsində olan Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən 79a saylı bağ sahəsi ilə üst-üstə düşürmü?

20. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/2288 nömrəli Ekspert rəyində aşağıdakılar qeyd edilmişdir: Qərardadın birinci-ikinci və altıncı sualları üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsə bəsində yerləşən 79a saylı bağ sahəsinin qonşu olan 79 saylı bağ sahəsi ilə bir hasar daxilində yerləşdiyi, ara sərhəddin 4 (dörd) sıra mişar daşı düzülərək ayrıldığı, iki bağın yerləşdiyi hasar daxilindəki torpaq sahəsinin 0.3393 ha təşkil etdiyi müəyyən olundu. Qərardadın üçüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, sözügedən bağ sahəsinin naturada yerləşməsinin sxematik xəritəyə uyğun gəlmədiyi, həmçinin müqavilədə bağın nömrəsi 79a göstərilsə də, arxiv arayışında 79 kimi qeyd olunduğu müəyyən olundu. Qərardadın dördüncü və beşinci sualları üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publi k hüquqi şəxsi 1 saylı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, 79a saylı bağ sahəsinin Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşdiyi müəyyən olundu.

21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 dekabr 2022-ci il tarixli, 2-1(103)-42/2022 nömrəli qərarı ilə (hakimlər: A.Oruczadə - sədrlik edən və məruzəçi, X.Cəmilova və M.Tağızadə) apellyasiya şikayəti təmin edilmədən, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 04 iyun 2019-cu il tarixli, 2-1(82)-294/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, bağların bölgüsü ilə bağlı sxematik xəritə ilə uyğunsuzluq, yəni bağ sahəsinin başqa ba ğ sahəsinin ərazisinə uyğun gəlməsi iddiaçının iradəsindən asılı olan hal deyil və bu uyğunsuzluğun müvafiq şərtlər daxilində aradan qaldırılması birbaşa inzibati orqanın səlahiyyətlərindədir. Bununla yanaşı qeyd edilmişdir ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən, bu qəbildən olan işlərdə cavabdeh inzibati orqan tərəfindən imtina əsası kimi “bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi” göstərilsə də, bu istiqamətdə cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1415/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-cu il tarixli qərarı). Həmçinin, apellyasiya şikayətinin iki bağ sahəs inin bir hasar daxilində yerləşməsi və mərzçəkmə və hasarlanma işlərinin aparılmaması dəlili ilə bağlı qeyd edilmişdir ki, ekspert rəyindən də göründüyü kimi, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 79a saylı bağ sahəsinin qonşu olan 79 saylı bağ sahəsi ilə bir hasar daxilində yerləşdiyi, ara sərhədin 4 (dörd) sıra mişar daşı düzülərək ayrıldığı, iki bağın yerləşdiyi hasar daxilindəki torpaq sahəsinin 0.3393 ha təşkil etdiyi müəyyən olundu.

23. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Cavabdehin kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh kassasiya şikayətini imtina məktubu ilə oxşar məzmunda tərtib etmi ş və öz mövqeyini əsaslandırmaq üçün Torpaq Məcəlləsinin 65, 67, 68-ci maddəsinə, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 7.1, 8.0.7, 9 və 11.1-ci maddələrinə istinad etmişdir. c. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. İddiaçı kassasiya şikayətlərinə qarşı etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 dekabr 2022-ci il tarixli, 2-1(103)-42/2022 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

26. Torpaq Məcəlləsi: Maddə

65. Torpaq sahəsinin planı. Torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi

1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyekt lər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.

2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.

3. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.

4. Torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir.

5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir.

7. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır.... Maddə

68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır 27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə

10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi... 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur:... 10.2.2. torpaq sahəsinin planı və ölçüsü;

28. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutu lmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırm anın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qa ydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə tam və hərtərəfli araşdırma aparmadan, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları müəyyənləşdirmədən və Ali Məhkəmənin göstərişlərini tam icra etmədən yekun nəticəyə gəlmişdir.

32. Belə ki, hazırkı iş üzrə iddiaçını n tələbi, Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən 79A saylı bağ sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və Torpaq sahəsinin planı və ölçüsünün verilməsidir.

33. İş materialları ilə müəyyən olunur ki, mübahisələndirilən torpaq sahəsi X2 və İstismarı Birliyi ilə iddiaçı arasında bağlanmış 31 iyul 2002-ci il tarixli müqaviləyə əsasən onun icarəsinə verilmişdir.

34. Cavabdeh iddiaçının tələbini təmin edilməsindən imtina edərkən bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsini, göstərilən ərazinin müqavilədə qeyd olunan bağ sahəsinə aidiyyətı olmamasını və iki bağ sahəsi bir hasar daxilində yerləşməsi qeyd etmişdir.

35. Apellyasiya instansiya məhkəməsi bi rinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən saxlayarkən mövqeyini onunla əsaslandırmışdır ki, bağların bölgüsü ilə bağlı sxematik xəritə ilə uyğunsuzluq, yəni bağ sahəsinin başqa bağ sahəsinin ərazisinə uyğun gəlməsi iddiaçının iradəsindən asılı olan hal deyil və bu uyğunsuzluğun müvafiq şərtlər daxilində aradan qaldırılması birbaşa inzibati orqanın səlahiyyətlərindədir.

36. Lakin işdə olan apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş tikinti-texniki ekspertizası nəticəsində qəbul edilmiş ekspert rəyində məhkəmənin ekspert qarşısına “İddiaçının hazırda faktiki istifadəsində olan Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən 79a saylı bağ sahəsi sxematik xəritə ilə uyğunluq təşkil edirmi?” qoyduğu suala ekspert tərəfindən “sözügedən bağ sahəsinin naturada yer ləşməsinin sxematik xəritəyə uyğun gəlmədiyi, həmçinin müqavilədə bağın nömrəsi 79a göstərilsə də, arxiv arayışında 79 kimi qeyd olunduğu müəyyən olundu” cavabı verilmişdir.

37. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən ekspert rəyi, eləcə də iş materialları (1-ci cild, s. 106) ilə də müəyyən olunur ki, iddiaçı hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb etdiyi bağ sahəsi sxematik xəritədən kənarda yerləşir.

38. İddiaçının faktiki istifadə olunan bağ sahəsi ilə Türkan qəsəbəsində yerləşən sahəsi 0,12 ha olan 79 nömrəli bağın icarəyə verilməsi haqqında xx.xx.2002-ci il tarixli 12186 nömrəli müqavilə ilə onun anası X4 verilmiş 79 saylı bağ sahəsi yan-yana və ümumi hasar daxilində yerləşməklə (cəmi 0,3393 ha), sxematik xəritədə qeyd olu nandan şərq istiqamətdə və çox uzaqda, həm də 77, 78, 80, 83 və 84 nömrəli bağların deyil, 228 nömrəli bağın şimal qonşuluğunda yerləşir.

39. Apellyasiya instansiya məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.29-cu maddəsində qeyd olunmuşdur ki, Xidmətin vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifad əçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək öhdəliyi var.

40. Həmin maddi hüquq normanın tələbləri baxımından cavabdehin uyğunsuzluğun aradan qaldırılması vətəndaşın qanuni istifadəsindəki bağ sahələrinin sxematik xəritənin koordinatları çərçivəsində torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqların aradan qaldırılmaqla rəsmiləşdirmək öhdəliyi nəzərdə tutur.

41. Belə olan halda, apellyasiya məhkəməsi ilk öncə sxematik xəritənin hüdudları daxilində yerləşən 79 saylı bağ sahəsinin koordinatları çərçivəsində olan torpaq sahəsinin başqa şəxsin adına qeydiyyatdan keçib-keçməməyini araşdırmalı, belə bir qeydiyyatın aşkar olunduğu halda, hansı hüquqmüəyyənedici sənədlər həmin qeydiyyatın əsasını təşkil etməsini müəyyən etməli idi.

42. Qeyd olunmalıdır ki, bağları n bölgü sxeminin xəritəsində 79 saylı bağ sahəsi mövcuddur.

43. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının 79a nömrəli bağ sahəsinə dövlət qeydiyyatı üçün əsas sayılan hüquqmüəyyənedici sənədləri var və xəritədə 79 nömrəli bağ sahəsidə qeyd olunub və işdən görünür ki, iddiaçının hüquqmüəyyənedici sənədləri həmin bağ sahəsinə aiddir.

44. Lakin, apellyasiya instansiyası məhkəməsi qeyd edilən xüsusatları nəzərə almamış, həmin istiqamətdə müvafiq araşdırma aparmamış və iş üçün mühüm əhəmiyyət kəsb edən faktiki halları araşdırmadan qərar qəbul etmiş, bununla da hazırkı qərarın 28 a) bəndində göstərilən prosessual hüquq normalarının tələblərini pozmuşdur.

45. Məhkəmənin işin hallarını bu cür araşdırması, Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsində müəyyən olunmuş işin hallarının tam araşdırılması prinsipinə və 58-ci maddəsində müəyyən olunmuş sübutların araşdırılması qaydalarına cavab vermir.

46. Odur ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 dekabr 2022-ci il tarixli, 2-1(103)-42/2022 nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

47. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi qeyd edilən xüsusatları araşdırmalı və Ali Məhkəmənin yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olaraq sxematik xəritədə olan 79a saylı bağın koordinatlarını müəyyən etməli, həmin koordinatları hər hansı bir şəxsin adına qeydə alınıb-alınmaması üzrə araşdırma aparmalı və bundan sonra qanuni qərar qəbul etməlidir.

48. Məhkəmə kollegiyası onu da qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməməsi tələbinə dair hissədə təmin oluna bilməz.

49. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 dekabr 2022-ci il tarixli, 21(103)-42/2022 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar