Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-94/2022 18.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin bərpa edilməsi; işin hallarına düzgün qiymət verilməməsi; inzibati icraat aparılmadan əlverişsiz inzibati aktın qəbul edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçıya təyin edilmiş müddətsiz əlillik dərəcəsinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.08.2021-ci il tarixli, 2-1(103)-733/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının əlillik vəziyyəti “X2” QSC Sosial İnkişaf Dairəsinin MDX X3 Hissəsinin 4405003AAB6G saylı göndərişi əsasında 03.07.2018-ci il tarixdə cavabdeh tərəfindən qiymətləndirilmiş və iddiaçıya müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir
2. Sonradan “X2” QSC tərəfindən 4405003AAB6G saylı göndəriş etibarsız edildiyindən əlillik alt sistemində iddiaçının əlillik təyinatı ləğv edilmişdir. Daha sonra iddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin 2784003AABWJ saylı göndərişi əsasında 02.07.2019-cu il tarixində qiymətləndirilmiş və müddətsiz üçüncü dərəcə əlilliyin təyini barədə qərar verilmişdir.
3. Əlillik təyinatının ləğv olunması ilə razılaşmayan iddiaçı bununla bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh 26.12.2019-cu il tarixli **********5 nömrəli məktubla iddiaçıya bildirmişdir ki, Nazirlər Kabinetinin 05.02.2016-cı il tarixli 35 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”nin 4.26-cı bəndinə müvafiq olaraq əlilliyin təyini tibbi-sosial ekspert komissiy asının qərar verdiyi gündən hesab edilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı İbrahimov Əbülfət Yusif oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 29.01.2019-cu il tarixdən 02.07.2019-cu il tarixədək ona təyin edilmiş müddətsiz əlillik dərəcəsinin ləğv edilməsinin əsassız hesab edilməsi, 29.01.2019-cu il tarixdən 02.07.2019-cu il tarixədək ona təyin edilmiş müddətsiz əlillik dərəcəsinin bərpa olunması və əlilliyinin 03.07.2018-ci il tarixdən fasiləsiz hesab edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi yaninda olan Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin üzərinə qoyulması barədəqərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 03.07.2018-ci il tarixindən 2019-cu ilin mart ayına kimi göz xəstəliyinə görə 3-cü dərəcəli müddətsiz əlil kimi pensiya almışdır. Ona xəbərdarlıq etmədən, tibbi müayinə aparılmadan pensiya təyinatı 2019-cu ildən dayandırılmışdır. O əlillik dərəcəsinin ləğv olunma səbəbini aydınlaşdırmaq məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə müraciət etmişdir. Həmin xidmətdən şifahi və yazılı surətdə ona izah etmişlər ki, əlilliyin ləğv edilməsinin səbəbi “X4” QSC-nin Əhmədlidə yerləşən poliklinikasının verdiyi 4405003AAB6G nömrəli göndərişin etibarsız hesab edilməsidir. O yenə də Akademik Z.Əliyeva adına Oftolmoloji Klinikada 18.04.2019-cu ildə müayinə olunmuşdur. Müayinə nəticəsində onun gözünün diaqnoz u 2018-ci ildə verilmiş diaqnozdan fərqli olmamışdır. Yenidən yaşayış ünvanında olan poliklinikanın göndərişi ilə 02.07.2019-cu ildə əlillik dərəcəsi qiymətləndirilmiş ona yenidən müddətsiz 3-cü dərəcə əlillik təyin edilmişdir. Sonra o əlillik dərəcəsinin etibarsız hesab edildiyi “X4” QSC-nin sosial idarəsinə müraciət etmişdir, nəticədə ona Azərbaycan Respublikası ƏƏSMN-ın İnformasiya texnilogiyalar şöbəsinə rəsmi məktub verilmişdir ki, Əhmədlidə yerləşən poliklinikanın 2018-ci ildə verdiyi 4405003AAB6G nömrəli göndəriş etibarlı hesab edilir və onun əlillik dərəcəsinin bərpa olunmasına etiraz edilmir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
6. Cavabdeh təqdim etdiyi etirazda göstərmişdir ki, iddiaçının əlillik vəziyyəti “X2” QSC-nin Sosial İnkişaf İdarəsinin MDX X3 hissəsinin 405003AAB6G saylı göndərişi əsasında 03.07.2018-ci il tarixdə qiymətləndirilmiş və müddətsiz üçüncü dərəcə əlilliyin təyini barədə qərar verilmişdir.”Xəzər Dəniz Gəmiçiliyi” QSC tərəfindən 4405003AAB6G saylı göndəriş etibarsız edildiyindən Əlillik altsistemində iddiaçının əlillik müayinəsi ləğv edilmişdir.Bu zaman cavabdeh tərəfindən heç bir qanunsuz hərəkətə yol verilməmişdir. İddiaçı yaşayış yeri üzrə qeydiyyatda olduğu səhiyyə müəssisəsi tərəfindən müalicə və müayinə olunduqdan sonra 17.06.2019-cu il tarixdə 2784003AABWJ saylı göndəriş rəsmiləşdirilmiş, onun əsasında əlillik vəziyyəti şəxsin iştirakı olmadan 02.07.2019-cu ildə qiymətləndirilmiş və müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Nazirlər Kabinetinin 05.02.2016-cı il tarixli, 36 №li qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”nin 4.26-cı bəndinə əsasən əlilliyin təyini tibbi-sosial ekspert komissiyasının qərar verdiyi gündən hesab edilir. Cavabdeh göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 23.09.2020-ci il tarixli, 2-1(112)-2528/2020 nömrəli qərarı ilə (hakim Miminat Hacıbəyova) iddia tələbi təmin edilmiş, iddiaçıya 29.01.2019-cu il tarixindən 02.07.2019-cu il tarixinədək təyin edilmiş müddətsiz əlillik dərəcəsinin ləğv edilməsi əsassız hesab edilmiş, 29.01.2019-cu il tarixindən 02.07.2019-cu il tarixinədək ona təyin edilmiş müddətsiz əlillik dərəcəsinin bərpa olunması və əlilliyin 03.07.2018-ci il tarixindən fasiləsiz hesab edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
8. Məhkəmə qeyd etmişdir ki, sonucu dəfə 02.07.2019-cu ildə əlillik təyin edilməsi zamanı qərar qəbul edilməsi zamanı əsas götürülmüş diaqnoz iddiaçıya ilk dəfə əlillik təyin edilərkən əsas götürülmüş diaqnozla eynidir. Hal-hazırda da iddiaçıya ilk dəfə əlilliyi təyin edilməsi əsaslı olmuşdur. Odur ki, iddiaçıya 29.01.2019-cu il tarixindən 02.07.2019-cu il tarixinədək təyin edilmiş müddətsiz əlillik dərəcəsinin ləğv edilməsi əsaslı olmamışdır.
9. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın rədd olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.08.2021-ci il tarixli, 21(103)-733/2021 nömrəli qərarına əsasən (sədrlik edən və məruzəçi – Vidadi Məmmədov, hakimlər – Vüsalə Baxışova və Azər Hüseynov) Bakı İnzibati Məhkəməsinin 23.09.2020-ci il tarixli, 2-1(112)-2528/2020 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilməmişdir.
11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.1-ci bəndinə əsasən dövlət səhiyyə müəssisələrinin göndərişləri olmadan TSEK-də əlilliyin qiymətləndirilməsi aparıla bilməz, başqa ifadə ilə, dövlət səhiyyə müəssisələrinin göndərişləri yoxdursa, TSEK-də əlilliyin qiymətləndirilməsinin nə mümkünlüyündən, nə də mövcudluğundan bəhs oluna bilər. Hazırkı işdə də dövlət səhiyyə müəssisəsi olan “Azərbaycan X2” QSC-nin Sosial inkişaf idarəsinin MDX X3 hissəsinin göndərişi həmin təşkilatın özü tərəfindən etibarsız sayıldığından, mötəbərliyini itirmiş sənəd kimi artıq hüquqi nəticə doğurmur. İddiaçıya təyin edilmiş müddətsiz əlillik dərəcəsinin bərpa olunması və əlilliyinin 03.07.2018-ci il tarixindən fasiləsiz hesab edilməsi üçün onun barəsində dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib olunan mötəbər (etibarlı, qüvvədə olan) göndəriş olmalıdır ki, iş üzrə də belə bir göndərişin artıq olmadığı, sonradan etibarsız sayıldığı mübahisəsizdir.
12. Məhkəmə qərarı iddiaçıya 12.10.2021-ci il tarixində təqdim edilmişdir.
13. İddiaçı 12.10.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.08.2021-ci il tarixli, 2-1(103)-733/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLL ƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. İddiaçı qanunla müəyyən edilmiş qaydada tibbi müayinədən keçmiş və ona əlillik dərəcəsi təyin olunmuşdur. Cavabdeh inzibati orqan isə öz üzərinə düşən vəzifələri yerinə yetirməyərək hər hansı bir inzibati araşdırma aparmamış, iddiaçını müayinəyə cəlb etməmiş, göndərişdə qoyulmuş diaqnozun düzgün olmasına əhəmiyyət verməmiş, qanuni əsaslar olmadan pensiya verilməsini dayandırmışdır. Nəticədə “İnzibati icraat haqqında” Qanunun 64.2, 65-ci maddələrinin və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3-cü maddəsinin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinə dair etirazda qoyulan məsələləri və “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi haqqında” Qanunun 3.3-1-ci maddəsinin tələbini müzakirə etmədən və cavabdehin nüm ayəndəsinin bu məsələlərə münasibətini öyrənmədən qanunsuz qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.08.2021-ci il tarixli, 2-1(103)-733/2021 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etirazı belə əsaslandırmışdır ki, kassator heç bir dəlilə əsaslanmır. Maddi və prosessual hüquq normalarının tələbləri pozulmadığından apellyasiya instansiyası məhkəməsi haqlı olaraq əlilliyin bərpa edilməsi tələbinə dair iddia tələbini təmin etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiy mətləndirilməsi qaydası”nın 1.1-ci maddəsinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir.
17. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.
18. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəs sisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.
19. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür.
20. Həmin Qaydanın 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu gö ndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir.
21. Həmin Qaydanın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 22. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun t ələblərinə riayət etməyə borcludurlar.
23. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
24. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
25. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
26. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
27. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
28. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiy yət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
29. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
30. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
31. Həmin Məcəllənin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.
32. Həmin Məcəllənin 96.9-cu maddəsinə əsasən Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.
33. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KA SSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
34. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
35. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
36. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir.
37. Belə ki, hazırkı qərarın 16-21-ci bə ndlərində göstərilən normaların məzmunundan görünür ki, iddiaçı yalnız əyani müayinəyə cəlb edildikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən iddiaçının əlil olmadığı müəyyən edildiyi halda iddiaçının əlilliyi barədə inzibati aktın etibarsız hesab edilməsi məsələsinə baxıla bilərdi.
38. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından isə görünür ki, iddiaçı əyani müayinəyə cəlb edilmədən cavabdeh X1 iddiaçının əlillik təyinatı ləğv edilmişdir. Bununla da, cavabdeh işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadan, sübutlar toplamadan Əlillik alt sistemində iddiaçının əlillik təyinatı ləğv edilmişdir.
39. Halbuki, hazırkı qərarın 22-27-ci bəndlərində göstərilən normaların tələbləri baxımından inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir.
40. İnzibati akt aparılmış inzibati icraatın nəticəsində qəbul edilə bilər. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati ş ikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar.
41. Cavabdeh orqan isə həmin normaların tələbinə əməl etməyərək pensiyanın dayandırılmasından öncə inzibati icraatın başlanması barədə qəbul etməmiş, inzibati icraat barədə tərəflərə məlumat verməmiş, inzibati icraatda iddiaçının iştirakını təmin etməyərək Əlillik alt sistemində iddiaçının əlillik təyinatı ləğv etmişdir.
42. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır.
43. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini v ə bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi, eyni zamanda, səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.
44. Hazırkı işin sadalanan hallarından isə məlumdur ki, cavabdeh inzibati orqan tərəfindən belə bir icraat aparılmamış, iddiaçıya təyin edilmiş əlillik təyinatı ləğv edilsə də, bunun səbəbləri qanunvericiliyə istinad edilməklə əsaslandırılmamışdır.
45. Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsindən məlumdur ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən inzibati icraatın prinsiplərinin pozulması ilə əlilliyin etibarsızlığı barədə qərar qəbul edildiyi, yaxud əlillik təyinatının ləğv edildiyi hallarda cavabdehin hərəkətləri qanunsuz hesab edilməklə əlilliyin bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulur (bax: Ali Məhkəmənin 2-1(102)-2207/2021 nömrəli, 30.11.2021-ci il tarixli qərarı).
46. Apellyasiya instansiyası məhkəməsi tərəfindən isə göstərilən hüquqi mövqeyə zidd qərar qəbul edilmiş, iddiaçının tələbi əsaslı olduğu halda təmin edilməmiş, maddi hüquq normalarının işin hallarına tətbiqində səhvə yol verilmişdir. İnzibati orqan tərəfindən aparılan icraatda yol verilən pozuntulara apellyasiya instansiyası məhkəməsi münasibət bildirməmiş, nəticədə qanunsuz və əsass ız qərar qəbul etmişdir.
47. Odur ki, iddiaçının kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.08.2021-ci il tarixli, 2-1(103)-733/2021 nömrəli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməli, İddiaçı 29.01.2019-cu il tarixindən 02.07.2019-cu il tarixinədək təyin edilmiş müddətsiz əlillik dərəcəsinin ləğv edilməsi əsassız hesab edilməli, 29.01.2019-cu il tarixindən 02.07.2019cu il tarixinədək ona təyin edilmiş müddətsiz əlillik dərəcəsi bərpa olunmalı və əlilliyin 03.07.2018-ci il tarixindən fasiləsiz hesab edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.
48. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.08.2021-ci il tarixli, 21(103)-733/2021 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı 29.01.2019-cu il tarixindən 02.07.2019-cu il tarixinədək təyin edilmiş müddətsiz əlillik dərəcəsinin ləğv edilməsi əsassız hesab edilsin, 29.01.2019-cu il tarixindən 02.07.2019-cu il tarixinədək ona təyin edilmiş müddətsiz əlillik dərəcəsi bərpa olunsun və əlilliyin 03.07.2018-ci il tarixindən fasiləsiz hesab edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qə