Məhkəmə qərarları › İş №2-1(102)-94/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-94/2025

31.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-94/2025 31.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əlillik təyin edilməsi; işin hallarının araşdırılması prinsipinin pozulması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 iyun 2024-cü il tarixli, 21(104)-435/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2019-cu il tarixli, 1661 nömrəli xəstəlik şəhadətnaməsi ilə Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli, 1856 nömrəli göndərişinə əsasən qiymətləndirilmiş, ona “1) Anemiya və splenomeqaliya ilə fəsadlaşmış Beta heterozuqot talassemiya funksiyalarının mühüm dərəcədə pozulması ilə. Funksiyaların pozulması ilə müşayət olunmayan diafraqmanın qida borusu dəliyinin birinci tip, birinci dərəcə yırtığı. 2) Sağ diz oynağının ön çarpaz bağının hissəvi qopması və medial menis kinin buynuzunun cırılmasına görə 19.11.18-ci il tarixdə aparılmış “Ön çarpaz bağının rekonstruktiv bərpası və artrosk meniskektomiya” əməliyyatından sonrakı diz oynağının davamlı bükücü (bucaq 90 dərəcə), açıcı (bucaq 170 dərəcə) kontrakturası, aşağı ətraf əzələlərinin atrofiyası funksiyasının mülayim dərəcədə pozulması ilə” diaqnozu qoyulmuş, səbəb əlaqəsi “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi müəyyən edilmişdir.

2. Tibbi - Sosial Ekspert Komissiyasına göndərilməsi üçün iddiaçı barəsində Göygöl rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2022-ci il tarixli, E00029825RLK nömrəli göndəriş tərtib edilmişdir.

3. Həmin göndərişə əsasən, TSEK-ə göndəriş zamanı iddiaçının əsas diaqnozu: XBT 10 S83.5 “Diz oynağının xaçabənzər bağının (ön) (arxa) gərilməsi və cırılması, Sağ diz oynağının ön xaçabənzər bağının qopması, menisk cırılması, (2018) Artroskopik ön xaçabənzər bağının bərpası və meniskektomiya c/ə-dən sonrakı vəziyyət. Sağ diz oynağının açıcı-bükücü kontrakturası (açma 170 dərəcə, bükmə 90 dərəcə). Sağ diz oynağında daimi ağrılar, axsama yerişin pozulması ilə. Sağ aşağı ətraf əzələlərinin atrofiyası”, yanaşı xəstəlik: D563 “Talassemiya əlamətlərinin daşıyıcılığı” qeyd edilmişdir.

4. Həmin göndəriş TSEK-də xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş, “Diaqnozun əlillik əlaməti təyin etməməsi” səbəbi ilə iddiaçıya əlilliyin təyin olunmasından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, o na əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2008-ci il tarixdə Dövlət Sərhəd Xidməti Akademiyasına daxil olmuş, 2012-ci il tarixdə Akademiyanı bitirmiş, Dövlət Sərhəd Xidmətinin Aviasiya dəstəsində pilot qismində işləyərək xidmət etmişdir. 2017-ci il tarixdə hərbi xidmət zamanı paraşütçü hazırlıq kursu və praktiki tullanışları təlimində paraşütdən tullanış yerinə yetirən zaman xəsarət almışdır. Aldığı travma ön çarpaz bağının qopması, medial minsik arxa buynuzunun 2-ci dərəcəli yırtığı, həmçinin hərbi xidmət zamanı xəstəlik olaraq talassemiya xəstəliyi və qida borusunun yırtığı xəstəliyinə düçar olmuşdur. Etdiyi müraciətlər nəzərə alınaraq Həkim Komissiyası tərəfindən 2017-ci il tarixdə yekunda aldığı xəsarətin travma olduğu, xəstəliklərin mövcudluğu və travma, o cümlədən xəstəliklərin hərbi xidmət dövründə aldığı təsdiqlədikdən sonra xx.xx.2019-cu il tarixdən xəstəlik barədə şəhadətləndirilsə də, hələ də əlillik dərəcəsi təyin edilməmişdir. Xəstəlik barədə məlumatı xx.xx.2023-cü il tarixdə elektron olaraq, dəfələrlə şikayətindən sonra əldə etmişdir. Hələ də ona hərbi qulluq dövründə qazandığı, travma və xəstəliklərlə bağlı əlillik dərəcəsi təyin edilməmişdir. Xəstəliyi ilə bağlı aparılmış müayinə və müalicələr nəticəsində qoyulmuş diaqnozları ilə bağlı yuxarıda qeyd edildiyi kimi sənədlər göndərilsə də, ona əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı heç bir hərəkət edilməmişdir. Odur ki, cavabdehin imtinasını əsassız hesab edir.

7. Cavabdeh inzibati orqan y azılı etirazını belə əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyətini qiymətləndirmək üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. İddiaçının müraciəti əsasında əlavə əyani müayinə aparılaraq müəyyən olunmuşdur ki, ona Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2019-cu il tarixli, 1661 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Anemiya və splenomeqaliya ilə fəsadlaşmış Beta heteroziqot talassemiya funksiyaların mühüm dərəcədə pozulması ilə. Funksiyaların pozulması ilə müşayiət olunmayan diafraqmanın qida borusu dəliyinin birinci tip, birinci dərəcə yırtığı” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi və “Sağ diz oynağının ön çarpaz bağının hissəvi qopması və medial meniskinin arxa buynuzunun cırılmasına görə xx.xx.2018-ci il tarixdə aparılmış “Ön çarpaz bağının rekonstruktiv bərpası və artroskopik aşağı ətraf əzələlərinin atrofiyası (2.0 sm) funksiyaların mülayim dərəcədə pozulması ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı aşağı ətraflarda hərəkət məhdudluğundan şikayətlənmiş, talassemiya daşıyıcısı olduğunu bildirmişdir. Müayinə zamanı sağ diz nahiyəsində 5-6 sm ölçüdə keçirilmiş əməliyyata müvafiq yumşaq toxuma çapığı izlənilmiş, sağ dizdə 170-90 dərəcə arası hərəkət müşahidə edilmiş, atrofiya, parez, iflic izlənilməmiş, əzələ gücü v ə tonus normal, reflekslər canlı, D=Salınmışdır. Azərbaycan Respublikası Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli ********** nömrəli arayışında qeyd olunmuş diaqnoz obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Təqdim olunmuş, xx.xx.2022-ci il tarixli sağ diz MR müayinəsinin nəticəsi "Ön çarpaz bağ rekonstruksiya əməliyyatına bağlı sümük dəyişiklikləri izlənilmişdir. Mövcud dəyişikliklər xaricində sümük strukturlarda bariz görünümdə patoloji əlamət izlənilmədi. Rekonstrukte (yenidən qurulmuş) ön çarpaz bağ yolları dəyərləndirildikdə isə koronal ve sagital kəsimlərdə bariz görünümdə qalın görünümlü rekonstrukte bağ görüntüsü izlənilmişdir. Tərif edilən nəticələr ikinci mərhələdə sprain əlaməti lehinə dəyərləndirildi. Bu baxımdan pasientə kliniki n əticələr ilə birlikdə də dəyərləndirilmə məsləhət görülmüşdür” kimi qeyd olunsa da, əlillik təyinatına əsas verməmişdir. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin xx.xx.2022-ci il tarixli 969 nömrəli tibbi rəyində diaqnoz “Talassemiya əlamətlərinin daşıyıcılığı” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”na müvafiq olaraq diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul olunmuşdur.

8. Gəncə İnzibati Məhk əməsinin (hakim: E.T.Axundov) 06 mart 2024-cü il tarixli 21(114)-137/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”nda dəyişiklik edilməsi haqqında Qərarda əlillik təyin edilən xəstəliklərin siyahısında “Talassemiya əlamətləri daşımaq” (klinik diaqnoz XBT kodu 56.3) və “Diz oynağının (ön) (arxa) xaçabənzər bağının gərilməsi, cırılması və həddən artıq gərginləşməsi” (klinik diaqnoz XBT kodu 83.5) diaqnozları göstərilməmişdir. Qeyd olunanlardan o nəticəyə gəlinir ki, iddiaçının müayinəsi zamanı qoyulmuş diaqnozlar əlillik əlamə ti təyin etmir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıya xx.xx.2022-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə təyin edilmiş diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”nda dəyişiklik edilməsi haqqında Qərarda əlillik təyin edilən xəstəliklərin siyahısında mövcud olmadığından, cavabdehin mövqeyi haqlıdır və bu səbəbdən iddia təmin edilməməlidir.

10. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.V.Bayramov /sədrlik edən və məruzəçi/, R.Z.Mamedov və A.V.İsgəndərova) 04 iyun 2024-cü il tarixli, 2-1(104)-435/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, yeni qərar çıxarılaraq, iddia tələbi qismən təmin edilmiş, iddiaçıya xx.xx.2022-ci il tarixdən hərbi xidmət dövrü ilə əlaqədar orqanizmin funksiyalarının 40 faiz pozulmasına görə bir il müddətinə əlillik dərəcəsinin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

12. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspert rəyi ilə də, iddiaçının onun adına müvafiq tibb müəssisəsində tərtib olunmuş Forma-088 göndərişində qeyd edilən diaqnozların müəyyən edilməsi qeyd edilmi ş, lakin heç bir əsas göstərmədən iddiaçının əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığı üçün ona əlilliyin təyin edilməməsi qənaətinə gəlmişdir. İddiaçıya qoyulmuş diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”nın 6.10-cu bəndində göstərilmiş aşağı ətrafın periferik sinir sisteminin zədələnmələri, o cümlədən travmatik (tam anatomik cırılma) bəndində göstərilmiş xəstəliklərə uyğundur. Səhiyyə müəssisəsi tərəfindən göndərişdə göstərilmiş diaqnoz XBT-nin S84 (Baldır səviyyəsində sinirlərin travması) koduna uyğundur. İş materiallarından göründüyü kimi, iddiaçı hərbi xidmət dövründə zədələnmiş və nəticədə ona “Diz oynağının xaçabənzər bağının (ön) (arxa) gərilməsi və cırılması, sağ diz oynağının ön xaçabənzər bağının qopması, menisk cırılması. Artroskopik ön xaçabənzər bağın bərpası və meniskektomiya c/ə-dən sonrakı vəziyyət, sağ diz oynağının açıcı-bükücü kontrakturası (aşma 170 dərəcə, bükmə 90 dərəcə). Sağ diz oynağında daimi ağrılar, axsama yerişin pozulması ilə. Sağ aşağı ətraf əzələlərinin atrofiyası. Talassemiya əlamətlərinin daşıyıcılığı” diaqnozu qoyulmuşdur. Məhkəmə kollegiyası hesab etmişdir ki, qeyd edilən diaqnoz əlillik təyinatına əsas verən həcmdə olmuşdur. Odur ki, iddiaçının əlillik təyinatına əsas verən xəstəliklərin onun sonuncu dəfə qiymətləndirildiyi tarixdə qüvvədə olmuş “Əlilliyin müəyyən olunması Meyarları”nın 6.10.2-ci bəndinə əsasən, orqanizmin funksiyalarının pozulması faizi 40 faiz olmaqla, bir il müddətinə əlillik dərəcəsinə uyğun olması müəyyən edilir. Məhkəmə kollegiyası əlilliyin təyin edilməsi müddəti ilə bağlı qeyd etmişdir ki, iddiaçıya əlilliyin təyin edilməsi xx.xx.2022-ci il tarixli imtina ilə bağlı göndərişin tarixindən (xx.xx.2022-ci il) müəyyən edilməlidir.

13. Cavabdeh qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

14. Kassasiya şikayətinin dəlilləri iddiaçının müraciətindən imtinanın dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

15. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək şikayətin təmin olunmamasını xahiş etmişdir. TƏTBİQ E DİLƏN HÜQUQ

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”: Bənd 1.2. TSEK öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və qərarlarını, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnaməni, bu Əsasnaməni və digər hüquqi aktları rəhbər tutur. 1.3. TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin, Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. 1.4. Əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyala rını həyata keçirən Xidmət müəyyən edir. 1.5. Əlillik müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən müəyyən edilir.... 4.1. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır.... 4.3. Göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir.... 4.9. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosi al ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin Tibbi Sosial Ekspertiza və X3 (bundan sonra - TSERAS) ötürülür. 4.9-1. TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) gönd ərilir.... 4.16. TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbil ərə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsini tənzimləyir.... 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən mü ddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Bənd 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi ident ifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. 2.6. Bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası: 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnoz un dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra dərhal qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir.... 2.5. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnoz u, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən qərarın qəbul edildiyi gündən sonra 5 (beş) iş günü müddətindən gec olmayaraq göndəriş tərtib edilir. 2.6. Bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. … Maddə

58. Sübutların araşdırılması qaydası … 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. … Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olun duğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsini n qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

24. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona əlilliyin təyin edilməsinə nail olmaqdan ibarətdir.

25. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını ləğv edərək iddianı qismən təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya qoyulmuş diaqnoz “Əlilliyin müəyyən olunması Meyarları”nın 6.10-cu bəndində göstərilmiş aşağı ətrafın periferik sinir sisteminin zədələnmələri, o cümlədən travmatik (tam anatomik cırılma) bəndində göstərilmiş xəst əliklərə, səhiyyə müəssisəsi tərəfindən göndərişdə göstərilmiş XBT S84 (Baldır səviyyəsində sinirlərin travması) koduna uyğundur. Meyarların 6.10.2-ci bəndində əsasən, orqanizmin funksiyalarının pozulması faizi 40 faiz olmaqla, bir il müddətinə əlillik dərəcəsinə uyğun olması müəyyən edilir.

26. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq ilk növbədə qeyd edir ki, işə baxan apelyasiya instansiyası məhkəməsi iddiaçıya XBT S84 kodlu (Baldır səviyyəsində sinirlərin travması) xəstəlik əsasında əlilliyin təyin edilməli olması qənaətinə gəlmişdir, halbuki, həmin kodlu xəstəlik iddiaçı barəsində tibb müəssisəsi tərəfindən tərtib edilmiş göndərişdə qeyd edilməmişdir.

27. Belə ki, iddiaçı barəsində müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tari xli, E00029825RLK nömrəli göndərişdə (Forma-088) XBT-10 S kodlu xəstəliklərdən yalnız əsas diaqnoz olaraq S83.5 göstərilmişdir. 28. “X1 XBT-10” - dan da görünür ki, S83 və S84 kodlu xəstəliklər “Dizin və baldırın travmaları (S80-S89)” bölməsinin xəstəlikləri olsa da, tamamilə ayrı-ayrı xəstəliklərdir. Belə ki, S83 - diz oynağının kapsul-bağ aparatının çıxığı, gərilməsi və artıq dərəcədə gərginləşməsi, S84 - baldır səviyyəsində sinirlərin travmasıdır. 29. “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının yuxarıda sadalanan normalarının tələblərindən müəyyən edilir ki, göndərişdə şəxsin sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri olaraq aşkar edilən əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar göstərilir. 30. “Əlil liyin qiymətləndirilməsi” Qaydasının 2.1-ci bəndinə görə, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.

31. Yəni, şəxsin əlilliyi göndərişdə qeyd edilən xəstəliklər əsasında qiymətləndirilir, məhz həmin xəstəliklər qanunvericiliyin tələbinə əsasən əlilliyi n təyin edilməsinə əsas verdiyi halda, əlillik təyinatı aparılır.

32. Apellyasiya məhkəməsi isə bu qaydanın tələblərinə zidd olaraq, göndərişdə olmayan xəstəlik əsasında iddiaçıya əlilliyin təyin edilməli olması nəticəsinə gəlmişdir.

33. Hətta, S84 kodlu xəstəliyin iddiaçıda aşkar edildiyi halda belə, məhkəmə iddiaçıya tibb müəssisəsindən həmin xəstəliyin qeyd edildiyi yeni göndərişin alınması ilə bağlı hüquqlarını izah etməli idi.

34. Bundan əlavə, birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilərək, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsinə həvalə edilmiş, lakin ekspert qarşısında tibbi xarakterli deyil, hüquqi suallar (iddiaçıda aşkar edilən xəstəliklərin qanunver icilikdə əlilliyin təyin edilməsinə əsas verən xəstəliklərin əhatə dairəsinə düşüb-düşməməsi) qoyulmuşdur.

35. Məhkəmə ekspertizası fəaliyyətinin hüquqi, təşkilati əsaslarını və başlıca istiqamətlərini müəyyən edən, məhkəmə ekspertizasının təşkili və aparılması zamanı yaranan ictimai münasibətləri tənzimləyən “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun “Əsas anlayışlar” adlanan 1-ci maddəsində ekspertin rəyinə məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticə kimi qanuni anlayış verilmişdir.

36. Ekspertiza fəaliyyətinin əsaslarını müəyyən edən qanunvericiliyin, o cümlədən, prosessual qanunvericiliyin normaları vəhdətdə nəzərdən keçirilməklə qeyd edilir ki, ekspert yal nız iddiaçının sağlamlıq vəziyyətinin (xəstəlik və ağırlaşmalarının) müəyyən edilməsi ilə bağlı tibbi xarakterli sualları cavablandırmaq vəzifəsini daşımaqla, şəxsin sağlamlıq vəziyyəti, xəstəliklərin diaqnostikası və əlaqəli məsələlər də məhz hüquqi bilikləri istisna edən, bununla belə, tibbi bilikləri əhatə edən suallar əsasında aparılmış tədqiqatın nəticəsində müəyyənləşdirilir. Şəxsin əlilliyi onda mövcud olan xəstəliklərin, zədələrin və çatışmazlıqların, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərindən asılı olaraq təyin edildiyi üçün, fərqli subyektlərin fəaliyyət sahəsinə aid olan şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi ilə əlilliyin qiymətləndirilməsi (təyin edilməsi) anlayışları (birinci halda tib bi ekspertlərin, ikinci halda inzibati orqanın və ya məhkəmənin qiymətləndirməsi) eyniləşdirilməməlidir. Əlilliyin qiymətləndirilməsi tələbi üzrə hüquqi dəyərləndirmə hüquq tətbiqedicinin əlahiddə və müstəsna səlahiyyəti olmaqla, ekspert qarşısına yalnız şəxsin sağlamlıq vəziyyətinin müəyyən edilməsinə dair (göndərişdə qoyulmuş diaqnozun təsdiqini tapıb-tapmadığı, diaqnozun X1na uyğunluğu və sairə) suallar qoyula bilər.

37. Hazırkı halda ekspert qarşısında suallar düzgün qoyulmadığından, tədqiqat nəticəsində verilmiş ekspert rəyində, göndərişdə qeyd olunan xəstəliklərin iddiaçıda aşkar edilib-edilmədiyi qeyd olunmamış, yalnız göndərişdəki xəstəliklərin əlillik təyini səviyyəsində olmadığı və qanunvericilikdə əlilliyin təyin edilməsinə əsas verən xəstəliklərə aid olmadığı bildirilmişdir.

38. Bundan əlavə, ekspert rəyindən görünür ki, ekspertiza təkcə, Məhkəmə-Tibbi Ekspertiza və X2 publik hüquqi şəxsinin məhkəmə-tibb eksperti tərəfindən deyil, həmçinin, cavabdehin tibbi-sosial ekspertinin iştirakı ilə həyata keçirilmişdir. Bununla da rəyin verilməsində işin nəticəsində maraqlı olan şəxsin mövqeyinin nümayiş olunduğu göstərilir. Belə ki, ekspertiza aparılmasında cavabdehin nümayəndəsinin iştirakı və rəyi imzalaması prosessual qanunvericiliyin tələblərinin pozulmasıdır. 39. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən, məhkəmə ekspertizası aparılarkən ekspert müstəqildir, onun məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqandan və ya şəxsdən, tərəflərdən və işin nəticəsində marağı olan digər şəxslərdən hər hansı asılılığı ola bilməz. Ekspert özünün xüsusi biliyinə və daxili inamına əsaslanaraq aparılmış tədqiqatın nəticələrinə uyğun olaraq rəy verir. Məhkəmələr (hakimlər), təhqiqat aparan şəxs, müstəntiq, prokuror, habelə digər dövlət orqanları, təşkilatlar və ya ayrı-ayrı şəxslər tərəfindən proses iştirakçılarından hər hansı birinin maraqlarına cavab verən və ya digər şəxslərin xeyrinə olaraq rəy əldə etmək məqsədi ilə ekspertə hər hansı formada təsir göstərilməsi qadağandır. Ekspertə təsir göstərilməsində təqsirkar olan şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

40. Qeyd olunan normalardan göründüyü kimi, təkrar ekspertiza aparılması üçün əsasların dairəsinə ekspertiza aparılmasının prosessual qaydaları da aid edilmişdir. Ekspertin müstəqilliyi, onun m əhkəmə ekspertizasını təyin etmiş orqandan və ya şəxsdən, tərəflərdən və işin nəticəsində marağı olan digər şəxslərdən hər hansı asılılığının olmaması ekspertiza aparılmasının mühüm prinsiplərinə aiddir.

41. Cavabdehin nümayəndəsinin mübahisənin həlli üçün əhəmiyyət kəsb edən halın müəyyən edilməsi məqsədilə təyin olunmuş ekspertizada ekspert qismində iştirakı ekspertin şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran əsas hesab edilməklə, prosessual qanunvericilikdə ekspertə etirazın əsaslarından biri kimi göstərilmişdir.

42. Apellyasiya məhkəməsi isə iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin etmədən öz mülahizəsinə görə iddiaçıda S84 kodlu xəstəliyin aşkar olunduğunu müəyyən edərək, bu xəstəliyə görə ona əl illiyin təyin edilməli olması nəticəsinə gəlmişdir.

43. Bundan başqa, göndərişdə yanaşı xəstəlik olaraq D56.3 "Talassemiya əlamətlərinin daşıyıcılığı” göstərilmişdir.

44. Bununla bağlı kollegiya qeyd edir ki, həmin xəstəlik “Əlilliyin müəyyən olunması Meyarları”nın 5.1.1-1-ci bəndində əlilliyin təyin edilməsinə əsas verən xəstəlik kimi göstərilmişdir. Meyarların 5.1.1-1.1-5.1.1-1.3-cü bəndlərinin tələblərinə uyğun olaraq, D56 kodlu yanaşı xəstəlik 3 halda: 1) qanəmələgəlmə funksiyasının mülayim pozulması ilə, tələb olunanda dövri qan köçürmələrlə; 2) qanəmələgəlmə funksiyasının qabarıq nəzərəçarpan və ya ağır pozulması ilə, tez-tez (hər ay) qanköçürməyə ehtiyacla; 3) qanəmələgəlmə funksiyasının əhəmiyyətli dərəcədə təzahür edən pozulması ilə, uzunmüddətli, tez-tez (ayda bir neçə dəfə) qank öçürməyə ehtiyacla müşahidə olunan hallarda əlilliyin təyin edilməsinə əsas verir.

45. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, işə təkrar baxılarkən apellyasiya məhkəməsi tərəfindən cavabdeh inzibati orqanın ekspertləri cəlb edilmədən iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilməli və ekspert qarşısında iddiaçıda onun barəsində tərtib edilmiş göndərişdə qeyd edilən xəstəliklərin aşkar edilibedilmədiyi, eləcə də, D56 kodlu yanaşı xəstəliyin “Əlilliyin müəyyən olunması Meyarları”nın tələbinə əsasən iddiaçıda hansı qiymətləndirmə meyarına uyğun olduğu ilə bağlı suallar qoyulmalı, ekspertiza tədqiqatının nəticəsindən asılı olaraq iddia tələbinə hüquqi qiymət verilməlidir.

46. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, apelyasiya inst ansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan, barəsində şikayət verilən məhkəmə qərarı ləğv edilməli, İPM-in 12.1 və 58.7-ci maddələrinin tələblərinin yerinə yetirilməsi üçün iş təkrar apelyasiya baxışana göndərilməlidir. QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 iyun 2024-cü il tarixli, 2-1(104)-435/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar