Məhkəmə qərarları › İş №2-1(102)-940/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-940/2020

11.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-940/2020 11.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: iş illərinin sosial sığorta stajına hesablanmaqla əlilliyə görə əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Fuad Fərhadovun, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə qarşı əlilliyə görə əmək pensiyasının təyin edilmə si vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1936/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1970-ci ildə Ağdam şəhərində anadan olmuşdur. Cavabdeh dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə qarşı ona xx.xx.1988-ci ildən -xx.xx.1995-ci ilə qədər, xx.xx.1995-ci ildən - xx.xx.1997-ci ilə qədər, xx.xx.1998-ci ildən - xx.xx.200 2-ci ilə qədər, xx.xx.2002-ci ildən - xx.xx.2005-ci ilə qədər işlədiyi dövrü sosial sığorta stajına hesablanmaqla, xx.xx.2017-ci il tarixdən ikinci qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, digər işlərlə yanaşı xx.xx.1988-ci ildən xx.xx.1995-ci ilə qədər, xx.xx.1995-ci ildən xx.xx.1997-ci ilə qədər, xx.xx.1998-ci ildən xx.xx.2002-ci ilə qədər, xx.xx.2002-ci ildən xx.xx.2005-ci ilə qədər işləmişdir. O, əlilliyə görə əmək pensiyasının təyin edilməsi barədə DSMF-nin Binəqədi rayon Şöbəsinə ərizə ilə müraciət etmiş, lakin, cavabdeh müraciətinin təmin olunmam ası barədə ona məktubla cavab ünvanlamışdır. Həmin məktubda qeyd olunmuşdur ki, guya iş stajının qarşılıqlı yoxlanılması mümkünsüzdür. Birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(81)3232/2018 nömrəli (sədrlik edən hakim Tahirə Əsədova) qərarı ilə iddianın təmin edilməsi, İddiaçı xx.xx.1988-ci ildən xx.xx.1995-ci ilə qədər, xx.xx.1995-ci ildən - xx.xx.1997-ci ilə qədər, xx.xx.1998-ci ildən xx.xx.2002-ci ilə qədər, xx.xx.2002-ci ildən - xx.xx.2005-ci ilə qədər işlədiyi dövrü sosial sığorta stajına hesablanmaqla, xx.xx.2017-ci il tarixdən ikinci qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.201 8-ci il tarixli qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2019-cu il tarixli 2-1(103)-93/19nömrəli (hakimlər Elmira Nağıyeva - sədrlik edən və məruzəçi, Vüsalə Baxışova və Həmid Həmidov) qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cuil tarixli qərarının ləğv edilməsiniAzərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisad i Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(102)-1600/2019 nömrəli (hakimlər Sevda Hüseynova - sədrlik edən və məruzəçi, İlqar Dadaşov və Kəmaləddin Bədəlov) qərarı ilə kasasiya şikayətinin təmin edilməsi, iş üzrə apelyasiya instansiya məhkəməsinin xx.xx.2019-cuil tarixli 2-1(103)-93/2019 saylı qərarının ləğv edilməsi, işintəkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(103)-1936/2019 nömrəli (hakimlər Kəmalə Abiyeva - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Ülvi Mayılov) qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, vətəndaşın əmək kitabçasında qeyd olunmuş xx.xx.1988-ci il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək, xx.xx.1998-ci il tarixdən xx.xx.2002-ci il tarixədək, xx.xx.2002-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrün sosial sığorta stajının yoxlanılmasına zərurət yaranmış, lakin həmin dövrün sosial sığorta stajını yoxlamaq mümkün olmamışdır. Bu səbəbdən də həmin dövrün sosial sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün deyildir. İddiaçının təqdim etdiyi sənədlərə əsasən tələb olunan sosial sığorta stajı və pensiya kapitalı olmamışdır. İddiaçının tələb olunan pensiya kapitalı toplanmadığından əlilliyə görə əmək pensiyası təyin olunması qanunvericiliklə mümkün deyildir. Qeyd olunanlara əsasən cavabd ehin imtinası tam əsaslı olmuşdur. Göstərilənlərdən məlum olur ki, məhkəmə işi tam araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməyərək qanunsuz olaraq həmin dövrü sosial sığorta stajına daxil etmiş, düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da pozuntuya yol vermişdir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-1936/2019 saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yo l vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsi xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hü quq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki, vətəndaşın əmək kitabçasında qeyd olunmuş xx.xx.1988-ci il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1995-ci il tarixdən - xx.xx.1997-ci il tarixədək, xx.xx.1998-ci il tarixdən xx.xx.2002-ci il tarixədək, xx.xx.2002-ci il tarixdən - xx.xx.2005ci il tarixədək olan dövrün sosial sığorta stajının yoxlanılmasına zərurət yaranmış, lakin həmin dövrün sosial sığorta stajını yoxlamaq mümkün olmamışdır. Bu səbəbdən də həmin dövrün sosial sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün deyildir. İddiaçının təqdim etdiyi sənədlərə əsasən tələb olunan sosial sığorta stajı və pensiya kapitalı olmamışdır. İddiaçının tələb olunan pensiya kapitalı toplanmadığından əlilliyə görə əmək pensiyası təyin olunması qanunvericiliklə mümkün deyildir. Qeyd olunanlara əsasən cavabdehin imtinası tam əsaslı olmuşdur. Göstərilənlərdən məlum olur ki, məhkəmə işi tam araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməyərək qanunsuz olaraq həmin dövrü sosial sığorta stajına daxil etmiş, düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da pozuntuya yol vermişdir. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd edilən dəlillər əsassızdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2001-ci il 649 saylı Sərəncamı ilə Azneftkimyamaş” DŞ-i ləğv olunmuşdur. Şirkətin tabeliyində olmuş Təchizat və Satış Mərkəzi ləğv edilərək, Az ərbaycan Respublikasının 208-1Q nömrəli 1996-cı il 29 noyabr tarixli qanunu ilə təsdiq edilmiş “Dövlət müəssisəsinin Səhmdar Cəmiyyətinə çevrilməsi qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq Dövlət Əmlak Nazirliyinin 253 saylı xx xxxxx 2001-ci il Sərəncamına əsasən.Təchizat və Satış Mərkəzinin bazasında “xxxx” ASC yaradılmışdır. xx.xx.2002-ci il tarixli 03/K saylı əmrə əsasən təşkilatın adının dəyişdirilməsi ilə əlaqədar olaraq işdən azad edilmişdir. xx.xx.2002-ci il tarixli 04/K saylı əmrə əsasən mühasibat şöbəsinə mühasib vəzifəsinə təyin edilmişdir. xx xxxxx 2005-ci il tarixli 03/K saylı əmrlə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən vəzifədən azad edilmişdir. Göründüyü kimi, cavabdehin mübahisələndirdiyi dövrün bir hissəsi üzrə məhkəmə araşdırılması mümkün olmuşdur. Azə rbaycan Respublikası «Əmək pensiyaları haqqında» Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud şığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiya sı. Həmin Qanunun 11.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qusurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ qrup əllərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün ər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimu m məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlillik dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. (32.2) pensiya kapitalı müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; (1.0.10) Fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. (1.0.8). İddiaç ı xx.xx.1970-ci il təvəllüdlü olduğundan, xx.xx.2017-ci ildə (ona əlillik təyin edilərkən) 47 yaşı tamam olmuş şəxs kimi əlilliyə görə əmək pensiyası üçün ona 5 ildən az olmamaq şərti ilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı, yəni 10 6 ay (47-15 = 32 il; 32 il / 3 = 10 il 6 ay) olduqda təyin edilə bilər. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sos ial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir. Göründüyü kimi, mövcud “Qaydalar” "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. xx.xx.1988-ci ildən xx.xx.1995-ci ilə, qədər, xx.xx.1995-ci ildən xx.xx.1997-ci ilə qədər, xx.xx.1998-ci ildən xx.xx.2002-ci ilə qədər, xx.xx.2002-ci ildən xx.xx.2005-ci ildək iddiaçının əmək fəaliyyəti ilə məşğul olmasına dair qeydlər mövcuddur. İddiaçı müvafiq dövr üzrə stajını təsdiq edən əmək kitabçasını təqdim etsə də, cavabdeh müvafiq qeydləri mötəbər saymamışdır. Azərbaycan Respublikası “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədləri n və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Bu baxımdan da Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçıya məxsus pensiya işinə sözügedən dövrün qarşılıqlı yoxlanılmasının mümkün olmamasına dair hər hansı sübut əlavə olunmamışdır. «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanun 2018-ci ilin aprelin 1- dən qüvvəyə minir. Belə olan halda, iddiaçının əmək kitabçasında göstərilmiş müvafiq dövrlərin qarşılıqlı yoxlamasını həyata keçirmək mümkün olmasa belə, qanunvericiliklə bütün sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqları üzrə xx.xx.2006-cı il tarixə yaranmış borcları xx.xx.2018-ci il tarixdən silinmişdir. Bu baxımdan da Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, cavabdehin iddiaçının tələblərindən imtina etməsi əsassız olmuşdur. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İ nzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 21(103)-1936/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar