Məhkəmə qərarları › İş №2-1(102)-940/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-940/2021

19.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-940/2021 19.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Nərimanov rayon xidmət nümayəndəliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (əlilliyə görə pensiyanın verilməsi ) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Nigar Rəsulbəyova, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin vəkili Aygül Rəfiyevanın iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Nərimanov rayon xidmət nümayəndəliyinə qarşı əmək pensiyasının verilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-509/2020 nömrəli iş üzrə 02.12.2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 19 may 2021ci tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinə qarşı həqiqi hərbi xidmətdən əvvəl işlədiyi 2 il 8 ay 10 gün iş stajı kimi sayılaraq əmək pensiyasının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bund an sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İİ qrup Qarabağ Müharibəsi əlilidir. 1991-1996-cı illərdə Qarabağ uğurunda gedən döyüşlərdə 3 dəfə yaralanmışdır. Ailəlidir, 3 övladı var. Hazırda İİ qrup əlil kimi müavinat alır. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı Şəhəri Nərimanov Rayon Şöbəsinə əmək pensiyası almaq üçün müraciət etdikdə Əmək Kitabçasını tapa bilmədiyi üçün həqiqi hərbi xidmətdən əvvəl işlədiyi 2 il 8 ay 10 gün işləməyini təsdiq edə bilmədiyinə görə ona əmək pensiyası təyin olunmamışdır. Ona görə də, cavabdeh tərəfindən İİ qrup əlil kimi müavinət təyin olunmuşdur. İddiaçı 2017-ci ilin noyabr ayında Əmək Kitabçasını əldə edib Dövlət Sosial Müdafiə Fondunun Nərimanov Rayon Şöbəsinə təqd im etmiş, həqiqi hərbi xidmətdən əvvəl malyar vəzifəsində işlədiyi 2 il 8 ay 10 günü, hərbi xidmətdə olduğu 5 il 10 ay və sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu 4 ildən artıq müddəti də nəzərə alaraq ona əmək pensiyasının verilməsini xahiş etmiş, lakin Dövlət Sosial Müdafiə Fondunun Bakı Şəhəri Nərimanov Rayon Şöbəsinin 27 iyul 2018-ci il tarixli cavab məktubunda "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 4.2.7-ci bəndinə müvafiq olaraq əmək kitabçasında qeyd olunan 03.03.1989-cu il tarixdən 07.12.1992-ci il tarixədək iş stajının qarşılıqlı yoxlanması müəssisənin əmək haqqı ödəniş cədvəllərini və əmr kita blarını təqdim edə bilməməsi səbəbindən mümkün olmamışdır. Qeyd edilən səbəbdən iddiaçıya əlilliyə görə pensiya təyin edilməsindən imtina edilmişdir. Belə ki, “xxxx 2” kooperativi uzun müddət bağlanıbdır və əmək kitabçası kooperativ tərəfindən iddiaçıya verilsə də, əmr kitabları və əmək haqqı ödəniş cədvəlləri kooperativdədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat

3. Birinci instansiya məhkəməsinin 22.01.2019-cu il tarixli, 2-1(82)219/2019 nömrəli (sədrlik edən hakim Zaur Tağıyev) qərarı ilə iddia tələbinin rədd edilməsi qərara alınmışdır.

4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 11, 12, 32 və 33-cü maddələrinə istinad etməklə belə hesab etmişdir ki, iddia əsaslı deyildi r.

5. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 22.01.2019-cu il tarixli, 2-1(82)-219/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin isə təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat

6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07.06.2019-cu il tarixli, 2-1(103)-1058/19 nömrəli (hakimlər Mirzə Tağızadə - sədrlik edən və məruzəçi, Ülvi Mayılov və Kəmalə Abiyeva) qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 22.01.2019-cu il tarixli, 2-1(82)-219/2019 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

7. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Əmək Məcəlləsin in 42-ci maddəsinin, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 12.1-ci maddəsinə istinadən belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır.

8. İddiaçı kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin 07.06.2019-cu il tarixli, 2-1(103)-1058/19 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kasasiya instansiya məhkəməsindəki icraat

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19.11.2019-cu il tarixli, 2-1(102)-2872/2019 nömrəli qərarı ilə cavabdehin kasasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.06.2019-cu il tarixli qərarının ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəmə yə göndərilməsi qərara alınmışdır.

10. Ali Məhkəmənin İnzibati Kollegiyası həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə, “Veteranlar haqqında” Qanunun 3, 9.1-ci maddələrinə, İPM-nin 12.1, 12.2, 96.5.1-ci maddələrinə əsaslanmaqla belə hesab etmişdir ki, apelyasiya məhkəməsi işin faktiki hallarını araşdırmadan qərar qəbul etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.12.2020-ci il tarixli, 2-1(103)-509/2020 nömrəli (hakimlər Aida Hüseyn - sədrlik edən və məruzəçi, Cahangir Yusifov və Afaq Nuriyeva) qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 22.01.2019-cu il tarixli, 2-1(82)-219/2019 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara al ınmışdır.

12. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 1.0.2, 12.1 və 21.1-ci maddələrinə istinadən belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri

13. İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsi qərar qəbul edərkən qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə əmək kitabçasından çıxarışın surəti təqdim edilmiş, iddiaçıya məxsus əmək kitabçasından çıxarışın surətində qeyd olunan dövrlərin həqiqiliyinin yoxlanılması üçün əmək kitabçasının əslinin ba xış keçirilməsi üçün məhkəməyə təqdim edilməsi tələb edilsə də, iddiaçı tərəfindən əmək kitabçasının əsli təqdim edilməmişdir. Bildirmək istəyir ki, iddiaçı əmək kitabçasının əslini birinci instansiya məhkəməsinə təqdim etmiş və əmək kitabçası məhkəmə tərəfindən iddiaçıya qaytarılmamışdır. Birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verilərkən yəqin ki, əmək kitabçasında işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə göndərildiyi üçün işin içində olmalıdır. Bundan başqa, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin uçota alınması haqqında 1719 nömrəli, 14 aprel 1998-ci il tarixli şəhadətnamədən görünür ki, iddiaçı 14 aprel 1998-ci ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlamışdır və fasiləsiz olaraq 20 ildən artıq sahibkar kimi işləmişdir. Apelyasiya instansiyası məhkəməsində isə buna münasibət bildirilməyərək yalnız 01.01.2013-cü ildən - 01.11.2015-ci ilə kimi olan 2 il 1 ay müddəti götürmüşdür. Belə ki, apelyasiya instansiyası məhkəməsi işi düzgün araşdırmış olsaydı əgər, 14 aprel 1998-ci il tarixdən 01 yanvar 2006-cı il tarixə qədər olan vaxt, hərbi xidmətdə olduğu vaxt və 01 yanvar 2006-cı ildən bu yana olan müddəti hesablayıb iddiaçının iddia ərizəsini təmin etmiş olardı.

14. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində, apelyasiya instansiyası məhkəməsinin 02.12.2020-ci il tarixli, 2-1(103)-509/2020 nömrəli qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kasasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 02.12.2020-ci il tarixli, 2-1(103)-509/2020 nömrəli qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.

17. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili A.Rəfiyeva kasasiya şikayətində qeyd edilənləri rədd edər ək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 02.12.2020-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 02.12.2020-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

18. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsasla ndırıcı hissə:

20. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və cavabdehin vəkillərinin çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 02.12.2020-ci il tarixli qərarı ləğv edilməli, iş isə təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosess ual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

22. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.

23. Hazırkı inzibati mübahisə Ali Məhkəmənin İnzibati Kollegiyasının məhkəmə baxışında olduğu zaman Ali Məhkəmənin iş üzrə qəbul etdiyi 19 noyabr 2019-cu il tarixli qərarında hüquqi mövqeyi bildirərək qeyd etmişdir k i, apelyasiya instansiyası məhkəməsinin qeydiyyat orqanından əldə etdiyi, dövlət reyestrində “xxxx-2" Kooperativi barədə məlumatın aşkar edilməməsi məlumatından, həmçinin onu başa düşmək olar ki, həmin müəssisə ləğv olunmuş və sözügedən reyestrdən çıxarılmışdır. Bu da həmin müəssisənin 03.03.1989-07.12.1992-ci illərdə fəaliyyət göstərməsini təkzib etmir. Ona görə də, məsələnin dəqiq aydınlaşdırılmaması üçün apelyasiya instansiyası məhkəməsi Milli Arxiv orqanına müraciət etməlidir.

24. Ali Məhkəmənin İnzibati Kollegiyası 19 noyabr 2019-cu il tarixli qərarından göründüyü kimi, Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 07 iyun 2019-cu il tarixli qərarın ləğv edilməsinin başlıca səbəblərindən biri də, məhz işə baxan apelyas iya instansiya məhkəmənin “xxxx-2" Kooperativinin 03.03.1989-07.12.1992-ci illərdə fəaliyyət göstərməsi məsələsinin dəqiq aydınlaşdırılmaması olmuşdur ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə görə mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin hüququ mövqeyini nəzərə almamış, verilmiş göstərişləri isə tam icra etməmişdir.

25. Belə ki, işə əlavə edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 31.01.2020-ci il tarixli 5/179 saylı məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə ünvanlanan 23 yanvar 2020-ci il tarixli, 2-1(103)-509/2020 №-li vətəndaş İdd iaçı barəsində olan sorğuya cavab olaraq bildiririk ki, sorğuda qeyd olunan “xxxx-2” Kooperativinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir.

26. İşə əlavə edilmiş Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı MənzilKommunal Təsərrüfatı İdarəsinin 11.03.2020-ci il tarixli 23/14-05 saylı məktubunda qeyd edilmişdir ki, 2-1(103)-509/2020 nömrəli, 21 fevral 2020-ci il tarixli sorğuya cavab olaraq bildiririk ki, “xxxx” Mənzil Tikinti Kooperativinin (MTK) dövlət qeydiyyatı barədə sənədlər MTK-nın özünə aid olduğundan, həmin sənədlərin Milli Arxiv idarəsinə təhvil verilib-verilməməsi barədə BŞİH-nin Mənzil Kooperativ Təsərrüfatı İdarəsində məlumat yoxdur. Əlavə olaraq bildiririk ki, həmin sənədlər barədə məluma t almaq üçün “xxxx” MTK-nın rəhbərliyinə müraciət etməyiniz məqsədəmüvafıq hesab olunur.

27. Əmlak Məsələləri Dövlət Komitəsinin 04.02.2020-ci il tarixli **********84 saylı məktubunda isə sorğunda qeyd edilən “xxxx-2” Kooperativinin hüquqi və yaxud yerləşdiyi ünvanla bağlı ətraflı məlumatın verildikdən sonra müraciətə baxıla biləcəyi bildirilmişdir.

28. Qeyd edilən məktublardan görünür ki, “xxxx-2” kooperativinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmiş, “xxxx” Mənzil Tikinti Kooperativinin (MTK) dövlət qeydiyyatı barədə sənədlər MTK-nın özünə aid olduğundan, həmin sənədlərin Milli Arxiv idarəsinə təhvil verilib-verilməməsi barədə BŞİH-nin Mənzil Kooperativ Təsərrüfatı İdarəsində məlumatın olmadığı, həmin sən ədlər barədə məlumat almaq üçün “xxxx” MTK-nın rəhbərliyinə müraciət etməyiniz məqsədəmüvafiq hesab olunduğu və “xxxx-2” Kooperativinin hüquqi və yaxud yerləşdiyi ünvanla bağlı ətraflı məlumatın verildiyi halda müraciətə baxıla biləcəyi bildirilmişdir.

29. Göründüyü kimi, işə baxan apelyasiya instansiya məhkəməsi tərəfindən Ali Məhkəmənin iş üzrə qəbul etdiyi 19 noyabr 2019-cu il tarixli qərarında “xxxx-2" Kooperativinin 03.03.1989-07.12.1992-ci illərdə fəaliyyət göstərməsi məsələsinin dəqiq aydınlaşdırılması ilə bağlı qeyd etdiyi göstərişin tam icra edilməsi ilə bağlı apelyasiya instansiya məhkəməsinin prosessual imkanları tükənməmişdir və apelyasiya instansiya məhkəməsi hazırki işə təkrar baxarkən bundan əvvəl göndərdiyi sorğularda olan çatışmamazlığları aradan qaldırmalı, sorğunu ünva nladığı orqana axtarış üçün məlumatları tam və dolğun verməlidir.

30. Həmçinin apelyasiya məhkəməsi Dövlət Statistika Komitəsinə və müvafiq rayon İcra Hakimiyyətinə bu barədə sorğular göndərməmişdir, Ali Məhkəmənin məcburi xarakter daşıyan göstərişlərinə formal yanaşmışdır.

31. Daha sonra iddiaçı kasasiya şikayətində qeyd etmişdir ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin uçota alınması haqqında 1719 nömrəli, 14 aprel 1998-ci il tarixli şəhadətnamədən görünür ki, iddiaçı 14 aprel 1998-ci ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlamışdır və fasiləsiz olaraq 20 ildən artıq müddət sahibkar kimi işləmişdir. Apelyasiya instansiya məhkəməsində isə buna münasibət bildirilməyərək yalnız 01.01.2013-cü ildən 01.11.2015-ci ilə kimi olan 2 il 1 ay müddəti götürmüşdür. B elə ki, apelyasiya instansiya məhkəməsi işi düzgün araşdırmış olsaydı əgər, 14 aprel 1998-ci il tarixdən 01 yanvar 2006-cı il tarixə qədər olan vaxt, hərbi xidmətdə olduğu vaxt və 01 yanvar 2006-cı ildən bu yana olan müddəti hesablayıb iddiaçının iddia ərizəsini təmin etmiş olardı.

32. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçının kasasiya şikayətinin bu dəlili əsaslıdır.

33. Belə ki, apelyasiya instansiya məhkəməsi 02.12.2020-ci il tarixli 2-1(103)509/2020 nömrəli qərarında iş üzrə yekun nəticəyə gələrkən qeyd etmişdir ki, 07.04.2016-cı il tarixli sığortaolunanın fərdi uçot məlumatları əsasında sığorta stajı və pensiya kapitalı barədə arayışına əsasən İddiaçı 01.01.2013-cü il tarixdən - 01.11.2015-ci il tarixinədək 2 il 01 ay sığorta stajı və fərdi hesabının sığorta hissəs ində 01.01.2016-cı il tarixinədək istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla 755,64 manat pensiya kapitalı vardır.

34. İş materiallarından isə görünür ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi ilk dəfə 14.01.1998-ci il tarixdə Dövlət qeydiyyatına alınmışdır və vergi ödəyicisi kimi ona 10.01.2005-ci il tarixdə ********** sayda VÖEN verilmişdir.

35. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov rayon İdarəsinin 07 aprel 2016-cı il tarixli 128 saylı arayışından görünür ki, iddiaçı 16.12.1991-ci ildən - 15.07.1996-cı ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət etmişdir. 19.09.1992-ci ildən - 27.02.1993-cü ilədək Azərbaycan Respublikasının suverenliyi və ərazi b ütövlüyü uğrunda Dağlıq Qarabağda erməni hərbi birləşmələrinə qarşı gedən döyüşlərdə iştirak etmiş, 10.05.1995-ci ildən - 14.07.1996-cı ilədək Füzuli rayonu ərazisində xidməti döyüş tapşırığını yerinə yetirmiş, Qarabağ veteranıdır, cəbhədə döyüşərkən 3 dəfə yaralanmışdır.

36. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışından görünür ki, iddiaçıya 05.04.2016-cı il tarixdən ikinci dərəcəli əlillik təyin olunmuşdur.

37. Göründüyü kimi, apelyasiya instansiya məhkəməsi hazırkı iş üzrə 02.12.2020-ci il tarixli qərarı qəbul edərkən, iddiaçının 14.01.1998-ci il tarixdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi ilkin olaraq Dövlət qeydiyyatına aldığı, 10.01.2005-ci il tarixd ə isə vergi ödəyicisi kimi ********** saylı VÖEN əldə etdiyi hallarını ümumiyyətlə nəzərə almayaraq, sonuncunun sığorta stajı və pensiya kapitalının hesablanmasını əsassız olaraq yalnız 01.01.2013cü - 01.11.2015-ci illər üzrə aparmışdır.

38. Belə olan halda apelyasiya instansiyası tərəfindən işə təkrar baxılarkən iddiaçının sığorta stajı və pensiya kapitalının hesablanmasını buna dair onun qanunvericilikdə təsbit edilən hüququnun yarandığı tarixdən aparmalıdır.

39. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 02.12.2020-ci il tarixli qərarı ləğv edilməli, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən yol verilən pozuntuların aradan qaldırılması və məhkəmə araşdırmasının da vam etdirilməsinin zəruriliyi ilə bağlı iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.12.2020-ci il tarixli 21(103)-509/2020 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar