Məhkəmə qərarları › İş №2-1(102)-940/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-940/2025

07.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-940/2025 07.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışın ləğvi). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr i publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X32) “çıxarışın fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 noyabr 2024-cü il tarixli, 2-1(107)-435/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. X13 (iddiaçının anası) istifadəsində Zaqatala rayonu Gözbarax kəndində 0.06 ha torpaq sahəsi və onun üzərində 1895-ci ildə inşa edilmiş fərdi yaşayış evi olmuşdur. O, xx.xx.1995-ci il tarixdə vəfat etmişdir.

2. X13 fərdi yaşayış evində onun yaşadığı müddət ərzində və vəfatından sonra digər oğlu - X10 və arvadı X14 ilə birlikdə yaşamışdır. X10 xx.xx.2005-ci ildə, arv adı X14 isə xx.xx.2011-ci ildə vəfat etmişdir.

3. Üçüncü şəxs X2 Fatma Məhəmməd qızının bacısı oğludur.

4. Zaqatala rayon AİK-nın xx.xx.2003-cü il tarixli, 110 saylı qərarı əsasında torpaq payı almış subyektlər siyahısında X10 və onun ailə üzvləri (X14, X23 və X9) göstərilmişdir. 5. 2001-2005-ci illərdə, 2006-2010-cu illərdə və 2011-2015-ci illərdə Gözbarax kənd İƏVN-nin təsərrüfatbaşına kitablarında ailə başçısı X32 qeyd olunmuşdur.

6. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2016-cı il tarixli şəhadətnamələrə əsasən X32 X3 və X8 vərəsəsidir. 7. xx.xx.2016-ci il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Zaqatala rayonu Gözbarax kəndində yerləşən 0,2014 ha torpaq sahəsi üzərində X3 (3/8 hissə), X8 (3/8 hissə) və X4 (2/8) hissə, eləcədə 107.10 kv.m. fərdi yaşayış evi üzərində üçüncü şəxsin (tam hissə) mülkiyyət hüququ qeydə alınmışdır.

8. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(033)-944/2017 nömrəli qətnaməsi ilə İddiaçı mərhum anası X11 miras qalmış Zaqatala rayonu Gözbarax kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 1895-ci ildə inşa edilmiş, bir mərtəbəli, bir otaqlı fərdi yaşayış evini miras əmlak qismində qəbul etməsi və digər məsələlər müəyyən edilmişdir.

9. Həmin qətnamədən maraqlarına toxunan şəxs X32 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilərək ərizə baxılmamış saxlanılmışdır.

10. Zaqatala RİH Gözbarax kənd İƏD üzrə nümayəndəliyin məktubuna əsasən mərhum X13 istifadəsində olmuş 0,06 ha torpaq sahəsi ilə Zaqa tala rayon AİK-nın xx.xx.2003-cü il tarixli, 110 saylı qərarı ilə X6 ayrılmış 2142,37 kv.m torpaq sahəsi eyni ərazilərdir.

11. İddiaçı cavabdehə müraciət edərək X19 adına 13 dekabr 2016-cı il tarixdə, ********** qeydiyyat nömrəsi ilə 24 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın fərdi yaşayış evinə dair hissədə ləğv edilməsini xahiş etmişdir.

12. Cavabdeh xx.xx.2021-ci il tarixli imtina məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmiş və aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

13. İ ddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Zaqatala rayon Gözbarax kəndində yerləşən daşınmaz əmlakla bağlı X19 adına 13 dekabr 2016-cı il tarixdə, ********** qeydiyyat nömrəsi ilə 24 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1995-ci ildə vəfat etmiş, mərhum X15 istifadəsində Zaqatala rayonu Gözbarax kəndində 0.06 ha torpaq sahəsi və onun üzərində 1895-ci ildə inşa edilmiş fərdi yaşayış evi ol muş, 2012- ci ildə Zaqatala rayonunda baş vermiş zəlzələ nəticəsində fərdi yaşayış evi qəzalı vəziyyətə düşmüş və həmin yaşayış sahəsinin yerində Fövqaladə Hallar Nazirliyi tərəfindən yeni fərdi yaşayış evi tikilmişdir. Fərdi yaşayış evi tikildikdən sonra Gözbarax kəndində yerləşən, Fövqaladə Hallar Nazirliyi tərəfindən yeni inşa edilmiş fərdi yaşayış evlərinin sənədləşdirilməsi üçün Zaqatala Rayon İcra Hakimiyyəti tərəfindən fərdi yaşayış evləri adlarına rəsmiləşdiriləcək şəxslərin siyahısı DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə göndərilmiş, müvafiq siyahıda həmin fərdi yaşayış evinə heç bir aidiyyəti olmayan Lətif İsayevin adı 253-cü sırada qeyd edilmişdir. Eyni zamanda Zaqatala Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(033)- 944/2017 nömrəli, qanuni qüvvəyə minmiş qətnaməsi ilə İddiaçı mərhum anası X11 miras qalmış Zaqatala rayonu Gözbarax kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 1895-ci ildə inşa edilmiş, bir mərtəbəli, bir otaqlı fərdi yaşayış evini miras əmlak qismində qəbul etməsi və digər məsələlər müəyyən edilmişdir. Bundan sonra Zaqatala Rayon İcra Hakimiyyəti tərəfindən DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə xx.xx.2019-cu il tarixdə məktub ünvanlanaraq Fövqaladə Hallar Nazirliyi tərəfindən tikilmiş yeni fərdi yaşayış evilə bağlı RİH tərəfindən DƏDRX-nin 18 saylı Ərazi İdarəsinə təqdim olunmuş müvafiq siyahıda və aktda texniki səhv olaraq İddiaçı əvəzində X19 adının qeyd olunmasını bildirmişdir. İddiaçı müvafiq siyahıda və aktda texniki səhv olaraq Lətif İsayevin adının qeyd olunması barədə Zaqatala rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli məktubuna və Zaqatala rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(033)-944/2017 nömrəli, qanuni qüvvəyə minmiş qətnaməsinə istinad edərək RX seriyalı ******* nömrəli çıxarışda fərdi yaşayış evinə münasibətdə üçüncü şəxsin adına aparılmış qeydiyyatın ləğv edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir.

15. Cavabdeh, iddia tələbinə etirazında qeyd etmişdir ki, iddia ərizəsi ilə bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, Zaqatala rayonu, Gözbarax kəndində yerləşən fərdi yaşayış evi tam X19 və həmin evin yerləşdiyi 0,2014 ha torpaq sahəsi paylı mülkiyyət hüququ ilə digərlərinin adlarına vahid daşınmaz əmlak kimi xx.xx.2016-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rə smiləşdirilmişdir. Həmin çıxarışın verilməsi üçün əsas Zaqatala rayon Aqrar İslahatı Komissiyasının xx.xx.2003-cü il tarixli, 110 saylı qərarı ilə hazırlanmış AN 276950 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi, Zaqatala Rayon İcra Hakimiyyəti başçısının məktubu ilə təqdim olunmuş FHN tərəfindən tikilmiş evlərin siyahısı (X19 adı 253 sırada göstərilmişdir) və digər sənədlər olmuşdur.

16. Şəki İnzibati Məhkəməsinin 22 aprel 2022-ci il tarixli 2- 1(116)-483/2022 nömrəli qərarı ilə (hakim V.Musayev) iddia tələbi təmin edilmiş, cavabdehin üzərinə Zaqatala rayon Gözbarax kəndində yerləşən daşınmaz əmlakla bağlı X19 adına 13 dekabr 2016-cı il tarixdə, ********** qeydiyyat nömrəsi ilə 24 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdiri lməsinə dair RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi öhdəliyi qoyulmuşdur.

17. Birinci instansiya məhkəməsi iddianı təmin edərəkən aşağıdakıları qeyd etmişdir:... üçüncü şəxsin həmin fərdi yaşayış evinə heç bir aidiyyəti olmamışdır. Belə ki, o, həmin fərdi yaşayış evinə heç bir aidiyyəti olmayan mərhum X7 bacısı oğludur. Gözbarax kəndi üzrə qeyd olunan təsərrüfatın 1985-2000-ci illərə aid təsərrüfatbaşına kitablarında üçüncü şəxsin adı ümumiyyətlə yoxdur. Mübahisəli fərdi yaşayış evinin isə təsərrüfat başçısı olmuş mərhum Mominət Həsənovanın istifadəsində olması işin mübahisəsiz halıdır. 2012-ci ildə yenidən inşa edilmiş yeni yaşayış evi və Zaqatala rayon AİK-nın xx. xx.2003-cü il tarixli 110 saylı qərarı əsasında X3 adına tərtib edilmiş plan ölçü sənədində qeyd olunan 2142,37 kv.m torpaq sahəsi, mərhum X15 istifadəsində olmuş 0.06 ha torpaq sahəsi ilə eyni ərazidə yerləşdiyindən, cavabdeh orqan müvafiq torpaq sahəsində yerləşən fərdi yaşayış evinə münasibətdə Zaqatala rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş, xx.xx.2017-ci il tarixli 2(033)-944/2017 nömrəli qətnaməsinin tələblərini yəni, İddiaçı mərhum anası X11 miras qalmış, Zaqatala rayonu Gözbarax kəndində yerləşən 0,06 ha torpaq sahəsi üzərində yerləşən 1895-ci ildə inşa edilmiş, bir mərtəbəli, bir otaqlı fərdi yaşayış evini miras əmlak qismində qəbul etməsini, qanun üzrə birinci növbə vərəsə kimi mülkiyyət hüququ üzrə həmin daşınmaz əmlaklara sahiblik, ondan istifadə etmə və sərəncam verməsi ilə bağlı hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsini nəzərə almalı idi. Bundan başqa fərdi yaşayış evi üzərində üçüncü şəxsin mülkiyyət hüququnu dövlət qeydiyyatına alan cavabdeh, Zaqatala Rayon İcra Hakimiyyəti başçısının məktubu ilə təqdim olunmuş FHN tərəfindən tikilmiş evlərin siyahısında üçüncü şəxsin adının qeyd olunmasını nəzərə aldığı kimi, həmin siyahıda texniki səhvə yol verilərək, İddiaçı əvəzində X19 adının qeyd olunması ilə bağlı Zaqatala Rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli məktubunu da nəzərə almalı, texniki səhv nəticəsində aparılmış müvafiq qeydiyyatı ləğv etməli idi. Odur ki, Zaqatala Rayon İcra Hakimiyyəti başçısının məktubu ilə təqdim olunmuş FHN tərəfindən tikilmiş evlərin siyahısında səhvə yol verilməsi (iddiaçının adının qeyd edilməli olması ilə ba ğlı) Zaqatala rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş, xx.xx.2017-ci il tarixli 2(033)-944/2017 nömrəli qətnaməsi ilə sübuta yetirildiyindən, cavabdeh orqanın ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışda fərdi yaşayış evi üzərində X19 tam mülkiyyət hüququnu dövlət qeydiyyatına alması əsassız olmuşdur.

18. Həmin qərardan üçüncü şəxs apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. b. apellyasiya instansiya məhkəməsində birinci icraat

19. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 noyabr 2024-cü il tarixli, 2-1(107)-435/2024 nömrəli qərarı ilə (hakimlər: R.Rəfiyev - sədrlik edən və məruzəçi, V.Məlikov və Ə.Kərimov) apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 22 aprel 2022-ci il tarixli q ərarı ləğv edilmiş və iddia rədd edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən aşağıdakıları qeyd etmişdir: - ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışda - fərdi yaşayış evi üzərində X19 tam xüsusi mülkiyyət hüququnun qeydə alınmasına əsas Zaqatala rayon Aqrar İslahatı Komissiyasının xx.xx.2003-cü il tarixli, 110 saylı qərarı ilə hazırlanmış AN 276950 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi və Zaqatala Rayon İcra Hakimiyyəti başçısının məktubu ilə təqdim olunmuş FHN tərəfindən tikilmiş evlərin siyahısı olmuşdur. - Cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş siyahıda torpaq payı almış subyektlər siyahısından çıxarışda X10, X14, X23, X1 adları qeyd edilmişdir. -2005-ci ildə X10, 2011-ci ildə isə X14 vəfat etdikdən sonra 2006-cı ildən 2015-ci ilə qədər Gözbarax kənd İƏVN-nin təsərrüfatbaşına kitablarında ailə başçısı kimi X19 adı, ailə tərkibi kimi isə X12-arvadı, X33-qızı, X30 adı qeyd edilmişdir. 1985-2000-ci illərə aid təsərrüfatbaşına kitablardan çıxarışlara əsasən, X15 adına 1986-1990-cı illərin, 1991-1995-ci illərin təsərrüfatbaşına kitabında ayrıca təsərrüfat olduğu qeyd edilsə də, həmin təsərrüfatbaşına kitabda adının qarşısında torpaq sahəsinin və fərdi yaşayış evinin olması qeyd edilməmişdir. -X32 həmin mülki iş üzrə maraqlı tərəf kimi cəlb edilməmişdir. X29 Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə, maraqlarına toxunan şəxs X32 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(033)-944/2017 nömr əli qətnaməsi ləğv edilmiş, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini əsaslandırarkən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8, 15.1-ci maddələrinə, “İnzibati icraat haqqında” Qanunun 11.1, 11.2, 17-ci maddələrinə

22. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı kassasiya şikayətində qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərarından belə başa düşülür ki, 2001-ci ildən sonrakı dövrə olan (əsas AR Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı) münasibətlərdə yalnız statistik əhəmiyyətə məxsus 2006-cı ildən 2015-ci illərə dair təsərrüfatbaşına uçot kitablarında X19 adı təsərrüfat üzvü kimi qeyd olunduğu üçün, zəlzələ nəticəsində məhv olmuş fərdi yaşayış evinin yerinə yeni inşa edilmiş fərdi yaşayış evi də ona məxsus olmalıdır. İstər kolxozçu, istərsə də kənd təsərrüfatında fərdi əmək fəaliyyəti ilə məşğul olan vətəndaşların təsərrüfatında həyətin üzvünün ölümündən sonra həyətin başqa üzvləri qalmasa, həyətin əmlakına ümumi vərəsəlik qaydaları tətbiq olunur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası etiraf edir ki, kənd yerində 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə münasibətdə təsərrüfatbaşına kitablardan çıxarış hüquqların dövlət qeydiyyatı üçün əsasdır. İşin mübah isəsiz halıdır ki, 2001-ci il tarixinədək olan təsərrüfatbaşına kitablarda evin sahibi – İddiaçı anası X24 olmuşdur və zəlzələ nəticəsində məhv olmuş fərdi yaşayış evinin yerinə yeni inşa edilmiş fərdi yaşayış evi 2012-ci ildən sonra inşa edilmişdir. Yəni, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən hazırki iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsas kimi istinad olunan maddi hüquq normasının (Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının) hazırkı işə heç bir aidiyyəti olmamaqla yanaşı, İddiaçı tələbinin əsaslı olmasını sübut edir. İddiaçının anası X16 məxsus olmuş (istinad - təsərrüfat başına uçot kitabları) fərdi yaşayış evinə heç bir aidiyyəti olmayan iş üzrə üçüncü şəxs X19 adının Zaqatala Rayon İcra Hakimiyyəti tərəfindən tərtib olunmuş siyahılarda texniki səhv nəticəsində qeyd olunmasına və həmin texniki səhvin daha sonradan Azərbaycan Respublikası Zaqatala Rayon İcra Hakimiyyəti 25 aprel 2019-cu il tarixli, 8/601/11-17 nömrəli məktubu ilə aradan qaldırılmasına baxmayaraq Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası əsassız və qanunsuz olaraq fərdi yaşayış evinin X25 məxsus olması qənaətinə gəlmişdir.

24. Kassator hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən “Azərbaycan Respublikasının ərazisində baş vermiş təbii fəlakətlərin, texnogen qəzaların və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzilləri üzərində hüquqların rəsmiləşdirilməsi, habelə onların y erləşdiyi torpaq sahələri ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 aprel 2022-ci il tarixli, 1656 nömrəli Fərmanının, 01 mart 1965-ci il tarixdən 01 sentyabr 2000-ci il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119- 125 və 564-cü maddələrinin tələbləri pozulmuş və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan RespublikasınınQanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı hazırki işdə düzgün tətbiq olunmamışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə yazılı etir az təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.;... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiy yatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 27. ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbay can Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənəddir.

28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məc əlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə da ir iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayətlər əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

32. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

33. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından çıxarışın ləğv edilməsi üçün tələb olunan hüquqi əsasın mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmış, məhkəmə bununla bağlı istinad etdiyi sübutla rı prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

34. İş materiallarından görünür ki, Zaqatala rayon AİK-nın xx.xx.2003-cü il tarixli, 110 saylı qərarı əsasında torpaq payı almış subyektlər siyahısında X10 və onun ailə üzvləri (X14, X23 və X9) göstərilmişdir.

35. Bundan əlavə işin müəyyən edilmiş hallarına görə, xx.xx.1995-ci il tarixdə vəfat etmiş X15 istifadəsində olmuş 0.06 ha torpaq sahəsi ilə Zaqatala rayon AİK-nın xx.xx.2003-cü il tarixli 110 saylı qərarı əsasında X6 ayrılmış 2142,37 kv.m torpaq sahəsi eyni ərazilərdir. X15 fə rdi yaşayış evində onun yaşadığı müddət ərzində və vəfatından sonra oğlu X10 və arvadı X14 yaşamışdır. Hazırkı üçüncü şəxs X8 bacısı oğludur. X10 xx.xx.2005-ci ildə, arvadı X14 isə xx.xx.2011-ci ildə vəfat etmişdir.

36. X10 və arvadı X14 xx.xx.2003-cü il tarixli 9№ vəsiyyətnamə ilə Zaqatala rayonu Gözbarax kəndində yerləşən fərdi yaşayış evini və torpaq sahəsini X25 vəsiyyət etmişlər.

37. Həmçinin işdən müəyyən edilmişdir ki, 2012-ci ildə mübahisələndirilən ərazidə baş vermiş zəlzələ nəticəsində fərdi yaşayış evi yararsız hala düşmüş və yerində üçüncü şəxsin adına sahəsi 131 kv.m olan 3 otaqlı, 1 mərtəbəli ev tikilmişdir. Belə ki, Gözbarax kəndində FHN tərəfindən tikilmiş yaşayış evlərinin siyahısında 253 nömrəsinin qarşısında X19 adı qeyd edilmişdir.

38. Bundan sonra, Zaqatala rayon Aqrar İslahatı Komissiyasının xx.xx.2003-cü il tarixli, 110 saylı qərarı ilə hazırlanmış AN 276950 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi və Zaqatala Rayon İcra Hakimiyyəti başçısının məktubu ilə təqdim olunmuş FHN tərəfindən tikilmiş evlərin siyahısına əsasən xx.xx.2016-cı il tarixli RX ******* nömrəli çıxarış tərtib edilmişdir. Həmin çıxarışa əsasən Zaqatala rayonu Gözbarax kəndində yerləşən 0.2014 ha torpaq sahəsinin 3/8 hissədə X3, 3/8 hissədə X8, 2/8 hissədə X4 adına, torpaq sahəsində yerləşən fərdi yaşayış evi X19 adına tam mülkiyyət hüququ ilə dövlət reyestrində qeydiyyata alınmışdır 39. xx.xx.2016-cı il tarixli 377 və 378 nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrə əsasən xx.xx.2005-ci il tarixdə ölmüş X3 və xx.xx.2011-ci il tarixdə ölmüş X8 vərəsəsi - X26r.

40. Haz ırda iddiaçının hüquqi marağı üçüncü şəxsin adına verilmiş 2016-cı il tarixli çıxarışın fərdi yaşayış evinə dair hissədə ləğv edilməsinə yönəlmişdir.

41. İddianı təmin edən birinci instansiya məhkəməsi Zaqatala Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(033)-944/2017 nömrəli qətnaməsinə istinad etmişdir. Lakin işə baxmış apellyasiya instansiyası məhkəməsi bununla bağlı araşdırma aparmış və müəyyən etmişdir ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi Şəki Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilmiş və İddiaçı ərizəsi baxılmamış saxlanılmışdır.

42. Beləliklə yuxarıda göstərilənlərdən müəyyən edilir ki, üçüncü şəxs Zaqatala rayonu Gözbarax kəndində yerləşən fərdi yaşayış evi və torpaq sahəsindən uzun illərdir istifadə edir və bu işdə olan təsərrüfatbaşına kitablar ilə öz təsdiqini tapır.

43. Belə ki, iş materiallarında olan arxiv arayışlarına əsasən, 2001-2005-ci illərdə, 2006-2010-cu illərdə və 2011-2015-ci illərdə Gözbarax kənd İƏVN-nin təsərrüfatbaşına kitablarında ailə başçısı hazırkı üçüncü şəxs X32 qeyd olunmuşdur.

44. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış hüquqların dövlət qey diyyatına alınması üçün zəruri sənəddir.

45. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh mübahisələndirilən çıxarışı verərkən qanunvericiliyin tələblərinə riayət edərək üzərinə düşən vəzifəni icra etmiş, ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparmış, üçüncü şəxsin daşınmaz əmlak üzərində mülkiyyət hüququnu qeydə almışdır.

46. Məhkəmə kollegiyası əlavə olaraq iddiaçıya izah edir ki, mübahisəli daşınmaz əmlaka çıxarışın alınması üçün iddiaçının ilk növbədə həmin əmlaka dair miras payı müəyyən edilməlidir. Həmin məsələyə isə ümumi (mülki) məhkəmə qaydasında baxılmalıdır. Qeyd edilən məsələnin müsbət həllindən sonra iddiaçı pay hüququ ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində çıxarı şda dəyişikliklərin edilməsini tələb edə bilər.

47. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən cavabdeh iddiaçının tələbinin təmin edilməsindən imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilə bilməz.

48. Nəticə etibarı ilə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 noyabr 2024-cü il tarixli, 21(107)-4 35/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar