Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-941/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1 və İddiaçı2 Cavabdeh Bakı şəhər Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddia müddəti; iddianın mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 06.06.2022 hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhər Cavabdehə qarşı (üçüncü şəxs "xxxx" MMC) “sərəncamın ləğv edilməsi, maddi və mənəvi ziyanın tutulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-167/2022 nömrəli, 19 yanvar 2022-ci il tar ixli qərardadından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində istifadədə olan 0,010854 ha torpaq sahəsində yerləşən 29/46 nömrəli, 329.05 kv.m ümumi, 270.81 kv.m əsas, 58.24 kv.m köməkçi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış binası ümumi birgə mülkiyyət hüququ üzrə xx.xx.2008-ci il tarixli ayrı-ayrı çıxarışlara əsasən iddiaçıların adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. Cavabdehin 24 oktyabr 2016-cı il tarixli sərəncamı ilə rayonun Tələt Şıxəliyev, Qarabağ, Əhmədbəy Ağaoğlu və Xətai prospektinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə, rayonun Tə lət Şıxəliyev, Qarabağ, Əhmədbəy Ağaoğlu və Xətai prospektinin küçələrinin kəsişməsində 2,99 ha torpaq sahəsinin "xxxx" MMC-nin daimi istifadəsinə verilmiş, həmin sərəncamın 3-cü bəndinə əsasən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq rayonun Tələt Şıxəliyev, Qarabağ, Əhmədbəy Ağaoğlu və Xətai prospektinin kəsişməsində yerləşən yaşayış binalarının sökülməsi "xxxx" MMC-yə həvalə edilmişdir.
3. Cavabdehin xx.xx.2017-ci il tarixli sərəncamı ilə Tələt Şıxəliyev 6, Qarabağ 32, 30 və ünvan 1 ünvanlarda yerləşən, qəzalı vəziyyətdə olan bir və iki mərtəbəli binaların sökülərək yerində yeni yaşayış binalarının tikintisi nəzərə alınmaqla Tələt Şıxəliyev, Qarabağ və Xətai prospektinin ərazi planlaşdırma sənədləri təsdiq edilmişdir.
4. Cavabdehin xx.xx.2017-c i il tarixli 390 nömrəli sərəncamı ilə "xxxx" MMC-yə Tələt Şıxəliyev, Qarabağ və Xətai prospektinin kəsişməsində sökülmüş qəzalı binaların yerində yaşayış binalarının tikintisinə icazə verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar 25 dekabr 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2016cı il tarixli, 350 saylı sərəncamının hissəvi olaraq hüquqlarına toxunan hissədə (0,01088 ha torpaq sahəsi çıxmaq şərti ilə) ləğv edilməsini və cavabdehdən 10,000 manat maddi və mənəvi ziyan qismində tutularaq iddiaçılara ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
6. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, Bakı şəhəri, Nərima nov rayonu, Xətai prospektində istifadədə olan 0.010854 ha torpaq sahəsində yerləşən 29/46 nömrəli, 329.05 kv.m ümumi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış binası ümumi birgə mülkiyyət hüququ üzrə onların adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və xx.xx.2008-ci il tarixdə çıxarışlar verilmişdir. Bir müddət öncə onlara heç bir məlumat verilmədən 3-cü şəxs "xxxx" MMC-nin əməkdaşları tərəfindən mülkiyyətlərində olan ərazi qanunsuz olaraq zəbt edilmiş və hal-hazırda hasarla dairəyə alınmışdır. Bundan əlavə olaraq, onların binasına xidmət edən kommunikasiya xətləri (su, kanalizasiya, telefon, internet və s.) dağıdılmışdır. Bu məsələnin araşdırılması zamanı məlum olmuşdur ki, Bakı şəhəri Cavabdeh Başçısının 350 saylı xx.xx.2016-cı il tarixli sərəncamı ilə Nərimanov r ayonu Qarabağ küçəsi, T.Şıxəliyev küçəsi, Xətai prospekti kəsişməsində 1.706 hektar torpaq sahəsi “Yaşayış binasının tikintisinin layihələndirilməsi” üçün "xxxx" MMC-yə istifadəyə verilib və bu sərəncama əsasən 013 saylı xx.xx.2016-cı il tarixli Ayrıc aktı verilmişdir.
7. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçılar maddi və mənəvi ziyanın təsdiqi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Bundan əlavə, üçüncü şəxsə ayrılmış 1.706 ha torpaq sahəsindən iddiaçıların hüquqlarına toxunan torpaq sahəsinin çıxarılması ilə bağlı iddiaçıların tələbləri məhkəməyə təqdim edilmiş sənədlər əsasında araşdırılmalı və bu məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin rəyi alınmalıdır. 8. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-942/2019 saylı 08 avqust 20 19-cu il tarixli qərarı ilə (hakim R.M.Daşdəmirov) iddia qismən təmin edilmiş, Bakı şəhəri Cavabdehin 350 saylı24 oktyabr 2016-cı il tarixli sərəncamı iddiaçıların hüquqlarına toxunan hissədə (0,01088 ha torpaq sahəsi çıxmaq şərti ilə) ləğv edilmiş, iddia qalan hissədə rədd edilmişdir.
9. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. b) Yuxarı instansiyası məhkəmələrində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-116/2020 saylı 15 yanvar 2020-ci il tarixli qərarı ilə (hakimlər A.B.Nuriyeva /sədrlik edən və məruzəçi/, V.M.Ağayev və C.A.Yusifv) apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2- 1(82)-942/2019 saylı 08 avqust 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Həmin qərardan narazı qalan cavabdeh və 3-cü şəxs "xxxx" MTK tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-1176/2020 saylı 10 sentyabr 2020-ci il tarixli qərar ilə (hakimlər K.N.Bədəlov /sədrlik edən və məruzəçi/, İ.K.Hüseynov və İ.K.Xəlilov) 3cü şəxs "xxxx" MMC tərəfindən verilmiş şikayətinin qəbulundan imtina edilmiş, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti isə qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-116/2020 saylı 15 yanvar 2020-ci il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
12. Bakı Apelyasiya Məhkəməsinin İnz ibati Kollegiyasının 2-1(103)-1928/2020 saylı 27 noyabr 2020-ci il tarixli qərardadı ilə (hakimlər E.E.Nağıyeva /sədrlik edən və məruzəçi/, N.Ş.Cəfərov və X.Ə.Sarıyev) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-942/2019 saylı 08 avqust 2019- cu il tarixli qərarı ləğv edilmiş, iddia tələbi mümkün sayılmamışdır.
13. İddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-831/2021 saylı 26 may 2021ci il tarixli qərarı ilə (hakimlər R.S.Nəbizadə /sədrlik edən və məruzəçi/, Z.M.Quliyev və İ.Ə.Şəfiyev) kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1928/2020 saylı 27 noyabr 2020-ci il tarixli qərar dadı ləğv edilmiş və iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-167/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə (hakimlər X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və A.P.Oruczadə) cavabdeh Bakı şəhər Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(82)-942/2019 saylı 08 avqust 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır.
15. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, hazırki iş üzrə iddiaçılar (həmçinin onların nümayəndəsi və vəkili) dəfələrlə bildirmişlər ki, mübahisələndirdikləri sərəncam üzrə tikinti iş lərinin aparılmasına 2016-cı ilin noyabr-dekabr aylarından başlanılsa da, ərazidə gedən işlərin onlara aidiyyəti olmadığı üçün bunun fərqinə varmamışlar. Deməli, iddiaçılar mübahisələndirilən sərəncamın mövcudluğundan 2016-cı ilin noyabr-dekabr aylarından məlumatlı olmuşlar. Hətta Cavabdehin xx.xx.2021-ci il tarixli sorğuya cavab məktubuna əlavə olunmuş 37 saylı MKİS-nın xx.xx.2017-ci il tarixli bildirişindən görünür ki, ünvan 2 ünvanda yaşayan Əfəndi Yusifov mülkiyyətində olan yaşayış binasının istismar olunduğu müddət ərzində təmirbərpa və gücləndirmə işlərinin aparılmaması səbəbindən qəzalı vəziyyətə düşməsi, evin istismarını dərhal dayandırılması, onun digər ailə üzvləri ilə birlikdə həmin yaşayış binasından çıxarılmalı olması, həmin əraziyə gələn kommunikasiya xətlərinin kəsilməsi, hə mçinin Bakı şəhəri Cavabdeh başçısının 350 saylı 24 oktyabr 2016-cı il tarixli sərəncamı ilə rayonun Tələt Şıxəliyev və Qarabağ küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasının "xxxx" MMC-yə həvalə edilməsi barədə məlumatlandırılmışdır. Bu fakt bir daha onu təsdiq edir ki, inzibati orqan tərəfindən müvafiq inzibati akt qəbul edildikdən sonra tikinti həyata keçiriləcək ərazidə daşınmaz əmlakları olan mülkiyyətçilərə həmin tikinti işlərinin görülməsi barədə müvafiq məlumatlandırma aparılmışdır.
16. İddiaçılar kassasiya şikayəti verərək Bakı Apellyasi ya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-167/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətlərinin dəlilləri
17. Kassasiya şikayətində iddiaçılar işin faktiki hallarını və iddia tələbinin dəlillərini təkrarlamış, eyni zamanda apellyasiya instansiya məhkəməsi tərəfindən iddianın mümkünlük şərtlərinə düzgün qiymət verilmədiyini qeyd etmişlər. Belə ki, iddiaçılar 2018-ci ilin sonunda Cavabdehdə icra başçısının müavini ilə görüşdükdən sonra mübahisəli sənədlərin bir qismini əldə edə bilmişlər. İddiaçıların daha əvvəl sərəncamın mövcudluğu ilə maraqlanmamalarının səbəbi tikinti işlərini digər küçələrdə a parılması olmuşdur. Cavabdehin “İnzibati icraat haqqında” Qanunun 62-ci maddəsinə uyğun olaraq qəbul etdiyi inzibati akt barədə iddiaçıları məlumatlandırmasına dair sübut yoxdur. İşə baxan apellyasiya instansiya məhkəməsinin istinad etdiyi məktublarda qeyd olunanlar isə hər hansı mötəbər sübuta söykənmir. Bundan əlavə, istinad olunan məktubda cavabdeh özü qeyd etmişdir ki, iddiaçılar Bakı şəhərində yaşamır. Bu hal isə onu təsdiq edir ki, mübahisələndirilən sərəncam iddiaçılara təqdim edilməmişdir. İddiaçılar mübahisələndirilən sərəncamın mövcudluğu ilə bağlı öz təşəbbüsləri ilə apardığı araşdırma nəticəsində məlumatlı olmuşlar. Qeyd edilənlərə əsasən işə baxan apellyasiya instansiya məhkəməsi iddianın mümkünlük şərtlərinə düzgün qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “İnzibati icraat haqqında” Qanun: Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir.
20. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarı: 1.1-ci bənd. Məhkəməl ər nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır.... 1.4-cü bənd. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir.... 2.3-cü bənd. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
21. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqa nın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər (inzibati akt qəbul edilən zaman qüvvədə olan redaksiya). Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə tam və hərtərəfli araşdırma aparmadan, mübahisənin d üzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları müəyyənləşdirmədən və qiymətləndirmədən iddianın mümkün sayılmaması barədə yekun nəticəyə gəlmişdir.
25. İşin hallarına, iddiaçıların tələbinə, məhkəmələr tərəfindən mübahisə üzrə qəbul edilmiş aktlara və kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
26. İşə bundan əvvəl kassasiya qaydasında baxarkən Ali Məhkəmə qərarında (Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-831/2021 saylı 26 may 2021-ci il tarixli qərarı) bildirmişdir ki, işə baxan apellyasiya instansiya məhkəməsi cavabdehin qəbul etdiyi 24 oktyabr 2016-cı il tarixli 350 saylı sərəncamla iddiaçılara məlumat verib-vermədiyini müəyyən etməmiş, apellyasiya instansiya məhkəməsi iddiaçıların iddia müddətini buraxması nəticəsinə gəlsə də, iddiaçıların inzibati aktdan nə vaxt məlumatlı olmalarını, iddia müddətinin başlanğıcını qərardadda göstərməmişdir.
27. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi Ali Məhkəmənin göstərişlərinin icrası istiqamətində, başqa sözlə, iddiaçıların 24 oktyabr 2016-cı il tarixli 350 saylı sərəncam barədə nə vaxt məlumatlı olmaqları, onlara bu sərəncamın təqdim edilib-edilməməsi, yaxud bu və ya digər formada məlumatlandırılıbməlumatlandırılmadıqlarının müəyyən edilməsi məqsədi ilə cavabdehə müvafiq sorğu ilə müraciət etmişdir.
28. Sorğuya cavab olaraq Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuş məktubun məzmununda qeyd edilmişdir ki, sərəncamla mübahisəli ərazidə Nazirlər Kabinetinin 86 saylı xx.xx.2016-cı il tarixli qərarına uyğun Qərarın icrası üçün yaşayış binasının layihələndirilməsinə icazə verilmişdir. Sərəncamla ayrılmış olan torpaq sahəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyinin Təsisdənkənar Dövlət Baş Ekspertiza İdarəsindən Xüsusi Rəyin alınması "xxxx" MMC-yə həvalə edilmişdir. Daşınmaz əmlak mülkiyyətçiləri ilə qarşılıqlı razılaşmalar əsasında müqavilələrin bağlanması MTK-ya tapşırılmışdır. Sərəncamın 5-ci bəndində isə bu sərəncamın yalnız layihələndirmə üçün əsas olması imperativ olaraq bildirilmişdir. Mübahisə predmeti olan sərəncamın yalnız layihələndirmə üçün əsas olması, mübahisəli ərazidə 500-dən yuxarı yaşayış və qeyri-yaşayış sahəsi mülkiyyətçilərinin yaşaması və fəaliyyət göstərməsi, əksər qeyri-yaşayış sahəsi mülkiyyətçilərinin Bakı şəhərinin hüdudlarından kənarda yaşaması (o cümlədən İdd iaçı1 Abdurrəhman oğlunun yaşayış yeri Balakən rayonunun Qullar kəndidir) və daşınmaz əmlakın digər şəxslər tərəfindən icarəyə götürülməsi, prosesin özünün kütləvi xarakterli olması və s. mülkiyyətçilərin RİH tərəfindən birbaşa inzibati icraata cəlb edilməsini çətinləşdirmiş, buna baxmayaraq inzibati icraata cəlb edilmə başqa formada ərazi aidiyyətli Mənzil Kommunal İstismar Sahələri (MKTB) və Rayon Təsərrüfat Şöbəsinin (RİH) əməkdaşları tərəfindən həyata keçirilmişdir. Dövlət Proqramının tərkib hissəsi olan Nazirlər Kabinetinin sözügedən qərarının icrası ilə bağlı müddətin müəyyən edilməsi, tikinti işləri ilə əlaqədar müvafiq razılaşdırmalar üçün vaxt məhdudiyyəti, köçürülmə ilə əlaqədar iri məbləğli pul kompensasiyalarının MTK tərəfindən ödənilməsi, Qərarın icrasına nəzarətin bilavasitə RİHnə həvalə olunması, bu barədə müvafiq məlumatların Nazirlər Kabinetinə və Prezident Administrasiyasına təqdim edilməsi tələb olunduğundan sərəncam verildiyi andan sözügedən ərazidə müvafiq məlumatlandırılma işlərinə başlanılmışdır. Belə ki, ərazi aidiyyətli 37 No-li MKİS işçiləri tərəfindən bütün ərazidə fəaliyyət göstərən yaşayış və qeyriyaşayış sahəsi mülkiyyətçiləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin sözügedən qərarı və Nərimanov RİH Başçısının xx.xx.2016-cı il tarixli 350 No-li sərəncamının mövcudluğu barədə məlumatlandırılmış, həmin Qərar və Sərəncamın kütləvi kserosurətləri onların fəaliyyət göstərdiyi yaşayış və qeyri-yaşayış sahəsində yaşayan və fəaliyyət göstərən işçilərə təqdim edilmiş, yaşayış və qeyri-yaşayış sahələrinin qapılarına, yüngül konstruksiya (taxta) plak atlar ilə əhatəyə alınmış ərazi hissəsinin divarlarına yapışdırılmış və mülkiyyətçilərin, həmin ərazidə fəaliyyət göstərən "xxxx" MTK-nin ofisinə gələrək qarşılıqlı razılaşmalar üçün müqavilələr bağlanmasını bildirmişlər. Bir sözlə, 2017-ci ilin yanvar ayında artıq ərazidə yerləşən bütün daşınmaz əmlak mülkiyyətçiləri bu barədə məlumatlı idilər. İddiaçılara münasibətdə inzibati icraata cəlb olunmaqla bağlı bildirilmişdi ki, sərəncamın qəbul olunduğu andan, yəni 2016-cı ilin noyabr ayından etibarən iddia tərəfinə məxsus qeyri-yaşayış sahəsində fəaliyyət göstərən və özlərini həmin mülkiyyətə dair bütün hüquqlara malik şəxslər kimi təqdim edən şəxslər Nərimanov RİH Başçısının xx.xx.2016-cı il tarixli 350 No-li sərəncamının mövcudluğu barədə məlumatlı olmuşlar. Hazırki iş üzrə məhkəmə icraat ında bu və ya digər şəxslər qismində iştirak edənlər dəfələrlə Nərimanov RİH Başçısının 1-ci müavini Şahmar İbadovun qəbulunda olmuş, köçürülmənin detalları ilə tanış olmuş, ilkin razılaşma əldə edilmiş, razılaşma ətrafında uzunmüddətli müzakirələr aparılmış, veriləcək (əvəzlənəcək) qeyri-yaşayış sahəsinin sahəsi ilə bağlı iddia tərəfinin astronomik məbləğdə pul tələbindən sonra yekun razılaşma əldə edilməmişdir. Bu proseslər 2016-cı ilin noyabrından hazırki vaxta qədər davam etməkdədir. Mübahisəli ərazidə fəaliyyət göstərən bütün mülkiyyətçilərin bu formada inzibati icraata cəlb olmalarına dair qanuni qüvvəyə minmiş məhkəmə aktlarını və aidiyyətli MKİS bildirişi məktuba əlavə edilmişdir.
29. Həmçinin sorğuya cavab olaraq Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş m əktubda göstərilmişdi ki, iş üzrə iddiaçıların (X1 və qeyrilərinin) Bakı şəhərində yaşamaması səbəbindən Nərimanov RİH Başçısının xx.xx.2016-cı il tarixli 350 No-li sərəncamı iddiaçılara rəsmi qaydada verilməmişdir. Lakin onların nümayəndələri 2016-cı ilin noyabr-dekabr aylarından başlayaraq köçürülmə ilə əlaqədar RİH Başçısının 1-ci müavini Şahmar İbadovun dəfələrlə qəbulunda olmuş, köçürülmənin detallarını müzakirə etmişlər. Bir sözlə, Nərimanov RİH-nin hazırki mübahisə predmeti olan sərəncamında iddia tərəfi və onları təmsil edən şəxslər həmin tarixdən məlumatlı olmuşlar. Ərazi aidiyyətli 37 saylı MKİS-in iddiaçılara münasibətdə mübahisəli ərazidə köçürülmə ilə əlaqədar müvafiq bildirişləri iş materiallarında saxlanılmadığından onların məhkəməyə təqdim edilməsi mümkün olmamış, lakin 37 saylı MKİS-in həmin ərazidə- Xətai prospekti 29 ünvanda qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Ə.Yusifova münasibətdə bildirişi MKİSin arxiv sənədlərində aşkar edilərək götürülmüş və əlavə sübut kimi iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 32 saylı xx.xx.2000-ci il tarixli Sərəncamına əsasən Yerli icra hakimiyyəti başçıları tərəfindən təsdiq edilmiş iş nomenklaturasına uyğun olaraq ərizələr 5 ildən, məktublar 3 ildən sonra məhv edilir.
30. İşə baxan apellyasiya instansiya məhkəməsi yuxarıda qeyd edilən iki məktubun məzmununa istinad etməklə belə nəticəyə gəlmişdir ki, hazırki iş üzrə iddiaçılar (həmçinin onların nümayəndəsi və vəkili) dəfələrlə bildirmişlər ki, mübahisələndirdikləri sərəncam üzrə tikinti işlərinin aparılmasına 2016-cı ilin noyabr-dek abr aylarından başlanılsa da, ərazidə gedən işlərin onlara aidiyyəti olmadığı üçün bunun fərqinə varmamışlar. Deməli, iddiaçılar mübahisələndirilən sərəncamın mövcudluğundan 2016-cı ilin noyabr-dekabr aylarından məlumatlı olmuşlar. Hətta Cavabdehin xx.xx.2021-ci il tarixli sorğuya cavab məktubuna əlavə olunmuş 37 saylı MKİS-nın xx.xx.2017-ci il tarixli bildirişindən görünür ki, ünvan 2 ünvanda yaşayan Əfəndi Yusifov mülkiyyətində olan yaşayış binasının istismar olunduğu müddət ərzində təmir-bərpa və gücləndirmə işlərinin aparılmaması səbəbindən qəzalı vəziyyətə düşməsi, evin istismarını dərhal dayandırılması, onun digər ailə üzvləri ilə birlikdə həmin yaşayış binasından çıxarılmalı olması, həmin əraziyə gələn kommunikasiya xətlərinin kəsilməsi, həmçinin Bakı şəhəri Cavabdeh başçısının 350 saylı 24 oktyabr 2016cı il tarixli sərəncamı ilə rayonun Tələt Şıxəliyev və Qarabağ küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasının "xxxx" MMC-yə həvalə edilməsi barədə məlumatlandırılmışdır. Bu fakt bir daha onu təsdiq edir ki, inzibati orqan tərəfindən müvafiq inzibati akt qəbul edildikdən sonra tikinti həyata keçiriləcək ərazidə daşınmaz əmlakları olan mülkiyyətçilərə həmin tikinti işlərinin görülməsi barədə müvafiq məlumatlandırma aparılmışdır.
31. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi iddianın mümkünlü yü ilə bağlı işin hallarını hərtərəfli araşdırmamışdır.
32. İddianın mümkünlüyü ilə bağlı ilk növbədə qeyd edilməlidir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mübahisələndirmə haqqında iddialarda da iddianın xüsusi mümkünlük şərtlərindən biri müddətə riayət edilməsidir (İPM-nin 38.1-ci maddəsində təsbit edilmiş müddət). Belə ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədb irlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir.
33. Hazırkı iş üzrə iddiaçı xx.xx.2018-ci il tarixdə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2016-cı il tarixli sərəncamını mübahisələndirir.
34. İddiaçı sərəncamdan iddia qaldırmamışdan çox qısa zaman öncə məlumatlı olduğunu bildirmiş, cavabdeh isə iddiaçının 2016-cı ilin noyabr-dekabr aylarından məlumatlı olduğunu bildirir.
35. Göründüyü kimi, iddiçanın mübahisələndirilən sərəncamdan nə vaxt məlumatlı olması halı tərəflər arasında mübahisələndirilir.
36. İşə baxan apellyasiya instansiya məhkəməsi bu halın araşdırılması məqsədi ilə cavabdehə müvafiq sorğu ünvanlamışdır. İş materiallarında olan və yuxarıda istinad olunan cavabdehin məktublarında iddiaçının 2016-cı ilin sonunda sərəncamdan məlumatlı olması ilə bağlı dəlillər irə li sürülmüşdür (iddiaçıların 2016-cı ilin noyabr-dekabr aylarından başlayaraq köçürülmə ilə əlaqədar RİH Başçısının 1-ci müavini Şahmar İbadovun dəfələrlə qəbulunda olmaları və köçürülmənin detallarını müzakirə etmələri, inzibati icraata cəlb edilmənin başqa formada - ərazi aidiyyətli Mənzil Kommunal İstismar Sahələri (MKTB) və Rayon Təsərrüfat Şöbəsinin (RİH) əməkdaşları tərəfindən həyata keçirilməsi). İşə baxan apellyasiya instansiya məhkəməsi də bu dəlillərə istinadən iddia müddətinin ötürüldüyü, başqa sözlə, iddiaçıların 2016-cı ilin noyabr-dekabr aylarından məlumatlı olmaları nəticəsinə gəlmişdir.
37. Halbuki, cavabdehin qeyd etdiyi dəlillər iş üzrə hər hansı sübutla təsdiqlənmir və mülahizələrdən ibarətdir. Əksinə olaraq, cavabdeh özü də etiraf etmişdir ki, sərəncam iddiaçılara təqdi m edilməmişdir. Hətta, cavabdeh məktubunda bildirmişdir ki, əksər qeyriyaşayış sahəsi mülkiyyətçiləri, o cümlədən İddiaçı1 Abdurrəhman oğlu Bakı şəhərinin hüdudlarından kənarda yaşadığından (onun yaşayış yeri Balakən rayonunun Qullar kəndidir), mülkiyyətçilərin birbaşa inzibati icraata cəlb edilməsini çətinləşdirmişdir. Bununla da, müəyyən olunur ki, iddiaçılar inzibati icraata cəlb edilməmişlər.
38. Digər tərəfdən, cavabdehin dəlillərindən belə nəticəyə gəlmək olur ki, yaşadığı və ya fəaliyyət göstərdiyi ərazinin yaxınlığında və ətrafında tikinti işləri başladığı anda şəxslər müvafiq orqanlara müraciət etməklə bu barədə məlumat almalı və ya bu tikinti işlərinin başlanması artıq onların məlumatlı olması mənasına gəlir. Halbuki, ilk növbədə, inzibati icraatı aparan inzibati orqan icraatın m araqlı şəxslərini məlumatlandırmalı, eyni zamanda məlumatlandırma barədə sübutetmə yükü də inzibati orqanın üzərindədir. Əksinə bir mövqe, inzibati icraatın iştirakçılarının üzərinə əlavə sübutetmə yükü qoyulması ilə nəticələnər. Hazırkı iş üzrə inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun 21.1,62.1-ci maddələrinin tələblərinə riayət etməsi iş üzrə sübutlarla təsdiqlənmir.
39. Belə ki, cavabdeh iddiaçıların mübahisələndirilən sərəncamdan məlumatlı olmaları ilə bağlı irəli sürdüyü dəlilləri təsdiq edən hər hansı sübut təqdim etməmiş, işə baxan apellyasiya instansiya məhkəməsi də yalnız cavabdehin dəlillərinə istinad etməklə və İPM-nin 12.1 və 58.7-ci maddələrinin tələblərini pozmaqla iddianın mümkünsüzlüyü nəticəsinə gəlmişdir.
40. Əlavə olaraq, iddiaçılar kassasiya şikayə tində həm də iddianın əsaslı olması ilə bağlı dəlillərini ətraflı qeyd etmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmə olduğundan və iddia mümkün sayıldığı halda iddianın əsaslılığı yoxlanıldığından, hazırkı vəziyyətdə mübahisə iddianın mümkünlük şərti olan iddia müddəti ilə bağlı olduğundan, iddianın əsaslılığı barədə şikayətin dəlilləri kasasiya məhkəməsinin araşdırma predmeti olmamışdır.
41. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni işin faktiki hallarına və prosessual hüquq normalarına uyğun hesab etmir. Kassasiya şikayətində irəli sürülmüş dəlillər apellyasiya instansiyası məhkəməsinin hazırda mübahisələndirilən qərardadının ləğv olunması üçün əsas dır. Odur ki, apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normaları pozulduğundan, kassasiya şikayəti təmin edilməli, apelyasiya məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
42. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi məhkəmənin yuxarıda qeyd olunan mövqeyini nəzərə almaqla qərar qəbul etməlidir.
43. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçıların kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-167/2022 nömrəli, 19 yanvar 2022-ci il tarixli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.