Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-941/2023 19.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X14 üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarın ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X14 üzrə Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi və şəxsi hesab vərəqindən maliyyə sanksiyasının azaldılması” tələbinə d air iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2277/2022 saylı, 22 dekabr 2022-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin xx.xx.2018-ci il tarixli **********8161 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən xx.xx.2018-ci il tarixdə iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat ŞTQ, ünvan 1 ünvanda yerləşən “Panda market” adlı mağazada operativ vergi nəzarəti həyata keçirilərək aşağıdakı aktlar tərtib olunmuş və nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti üzrə nöqsan aşkar edilərək, xx.xx.2018-ci il tarixli VN-17 seriyalı 010264 nömr əli “Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” akt; 2. 11 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə (xidmətlərin göstərilməsinə) cəlb edildiyi aşkar edilərək, "Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması ilə bağlı operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2018-ci il tarixli VN-11 seriyalı 012786 nömrəli akt; 3. 307113,39 manat dəyərində malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaiməfaktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura olmadan alınması faktı aşkar edilərək, “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaiməfaktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi əsasında alınması, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olması üzrə keçirilmiş operativ vergi nəzarətinin keçirilməsi haqqında” VN-16 seriyalı 009193 nömrəli akt.
4. Həmin aktlar əsasında cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarları ilə, iddiaçı barəsində aşağıdakı maliyyə sanksiyaları tətbiq olunmuşdur: birinci akt əsasında xx. xx.2018-ci tarixli **********0398 nömrəli qərarı ilə 400,0 manat, ikinci akt əsasında xx.xx.2018-ci tarixli **********1050 nömrəli qərarı ilə 11000,0 manat üçüncü akt əsasında xx.xx.2018-ci tarixli **********1040 nömrəli qərarı ilə isə 30711,40 manat məbləğində maliyyə sanksiyası tətbiq olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Vergilər Nazirliyi yanında Bakı şəhəri X14 Departamenti tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli, **********0398 nömrəli, xx.xx.2018-ci il tarixli, **********1040 nömrəli və **********1050 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat ŞTQ, ünvan 1 ünvanında “Panda” marketi xx.xx.2018-ci il tarixdə fiziki şəxs X1 icarəyə götürmək üçün müqavilə bağlamış, bundan sonra sonuncunun işçilərlə köhnə əmək müqaviləsinə xitam verildikdən sonra yeni əmək müqaviləsi bağlayaraq fəaliyyətə başlamaq üçün obyekti olduğu yer üzrə qeydə aldırmaq, kassa aparatlarını qeydiyyata saldırmaq və malgöndərən şəxslərlə müqavilələr bağlamaq məqsədilə işlərə başlamışdır. xx.xx.2018-ci il tarixdə isə icarəyə götürdüyü həmin “Mağaza” adlı təsərrüfat subyekti vergi orqanında uçota aldırmış, o cümlədən, xx.xx.2018-ci il tarixdə isə Merkuri-130F-01 kassa aparatı qeydiyyata götürülmüşdür. İddiaçı fəaliyyətə başlayandan az sonra, yəni, xx.xx.201 8-ci il tarixdə Vergilər Nazirliyi yanında Bakı şəhəri X14 Departamenti tərəfindən **********8161 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarı ilə vergi nəzarəti tədbiri keçirilmiş, xx.xx.2018-ci il tarixli VN17 seriyalı 010264 nömrəli “Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” akt tərtib edilmişdir. Həmin akta əsasən xx.xx.2018-ci il tarixdə saat 17:17-də müştəri tərəfindən alınmış 3,06 manat dəyərində mal üçün çek vurulub verilməmiş və bunun təsdiqi kimi həmin məbləğə həmin tarixdə qeydiyyata alınmamış Merkuri-130F-01 markalı NKA-dan bərpa çeki çıxarılmış, xx.xx.2018-ci il tarixdə, saat 14:30-da keçirilmiş operativ vergi nəzarəti zamanı 11 (on bir) nəfərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilərək, nəticəsi xx.xx.2018-ci tarixli, VN-11 seriyalı, 012786 nömrəli “Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüququ qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunmuşdur. İddiaçı mağazada cəmi 5 gün işləmiş, 6-cı gün mağazanı bağlamaq məcburiyyətində qalmışdır. İddiaçı əmək müqaviləsi bağlamaqla, işə götürdüyü işçilərin hamısını işdən azad etmişdir. Akta imza etməyi isə onu vergi işçiləri məcbur etmişlər və bildirmişlər ki, bu, sadəcə heç bir hüquqi nəticəsi olmayan aktdır. Bu zaman, konkret olaraq 2018-ci ilin noyabr ayının 05-də cavabdehin əməkdaşları obyektə bir növ hücum çəkərək müqavilə üzrə başqa hüquqi şəxsin bəzi işçilərini onun işçiləri kimi t əqdim etməklə guya əmək müqavilələri olmamaları barədə xx.xx.2018-ci il tarixli, VN seriyalı 012786 nömrəli akt yazaraq nəticədə iddiaçıya “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında’' xx.xx.2018-ci il tarixli, **********1050 nömrəli qərarla 11000 manat cərimə tətbiq etmişlər. Halbuki, on bir nəfər şəxsdən X5, X9, X2 və X10 "xxxx" MMC-nin rəsmi əmək müqaviləsi üzrə işçiləri olmaqla, həmin MMC-nin 01 noyabr 2018-ci il tarixli, 018 k/m nömrəli məktubuna və 03 noyabr 2018-ci il tarixli, 007k nömrəli əmrinə əsasən müəssisənin satdığı və istehsal etdiyi məhsulları yerində tanıtmaq məqsədilə iddiaçının fəaliyyət göstərdiyi mağazada təcrübə keçmək məqsədilə 05 noyabr 2018-ci il tarixdən 25 gün müddətinə ezam edilmiş şəxslər olmuşlar. "xxxx" MMC ilə iddiaçı arasında xx.xx.2018-ci il tarixli (əslində xx.xx.2018-ci il tarixli) “Ticarət yerinin idarə edilməsi" müqavilə olmuşdur. Həmin müqavilə ilə də iddiaçının qeyd etdikləri bir daha təsdiq olunur. Lakin vergi orqanının əməkdaşları səhvən, bəlkə də bilərəkdən həmin şəxsləri iddiaçı tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürülmüş şəxs kimi adlarını yuxarıda qeyd olunan akta daxil edərək, nəticədə iddiaçı barəsində 162-1.1-ci maddəsinin tələblərini pozmasında şübhəli durum yaratmışlar. Bununla bağlı 10 dekabr 2018-ci il tarixdə “AZCAKE" MMC-nin rəhbərliyinə sorğu ilə müraciət edilmiş və qeyd edilmiş halları təsdiq edən müvafiq sənədlər alınmışdır. Vergi orqanı tərəfindən xx.xx.2018-ci il tarixdən başlayaraq, keçirilmiş operativ vergi nəzarətinin nəticələ rinə dair tərtib etdiyi aktda göstərilən mallar həqiqətən də iddiaçının fəaliyyət göstərdiyi obyektdə olsa da bu mallar ona məxsus olmamış və bu, mümkün də deyildir. Belə ki, fiziki şəxs A.S.Əliyevaya məxsus və mağazada mal göndərmiş şəxslərə qaytarılmaq üçün saxlanılan təxminən 310.000,00 manatlıq malı iddiaçıya məxsus və sənədsiz mal kimi yazaraq, nəticədə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2018-ci il tarixli, **********1040 nömrəli qərarla iddiaçıya əsassız olaraq 30.711,40 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlama keçirilən təsərrüfat subyektində mövcud olan malların elektron vergi-hesab fakturası və digər sənədlər olmadan alındığı və mağazada alış qiyməti ilə 307113,40 manat dəyərində malların olduğu qəna ətinə gəlinir.
7. Cavabdeh iddia tələbinə etiraz verərək bildirmişdir ki, İddiaçı xx.xx.2016-cı il tarixdə əsas fəaliyyət növü “İxtisaslaşdırılmış mağazalarda digər ərzaq məhsullarının pərakəndə satışı” olmaqla vergi orqanında vergi ödəyicisi kimi uçota alınmışdır. Vergi orqanının xx.xx.2018-ci il tarixli **********8161 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən xx.xx.2018-ci il tarixdə İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Bakı şəhəri, Sabunçu rayonu, Zabrat ŞTQ, ünvan 1 ünvanda yerləşən “Panda market” adlı mağazada keçirilmiş operativ vergi nəzarəti zamanı nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti üzrə nöqsan aşkar edilərək, xx.xx.2018-ci il tarixli VN-17 seriyalı 010264 nömrəli “Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” akt tərtib edilmişdir. Bundan əlavə, qeyd olunan obyektdə həmin qərara əsasən keçirilmiş operativ vergi nəzarəti zamanı 11 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə (xidmətlərin göstərilməsinə) cəlb edildiyi aşkar edilərək, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması ilə bağlı operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2018-ci il tarixli VN-11 seriyalı 012786 nömrəli akt, həmçinin 307113,39 manat dəyərində malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura olmadan alınması faktı aşkar edilərək, “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi əsasında alınması, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olması üzrə keçirilmiş operativ vergi nəzarətinin keçirilməsi haqqında” eyni tarixli VN-16 seriyalı 009193 nömrəli akt tərtib edilmişdir. Operativ vergi nəzarəti zamanı İddiaçı və 11 nəfər fiziki şəxs izahat verərək işçilərlə əmək müqaviləsinin bağlanılmadığı nı, həmçinin İddiaçı izahatında obyektdə müəyyən edilmiş 307113,39 manat dəyərində malların alışını təsdiq edən sənədlərin olmadığını, malların alış və satış qiymətlərinin onun tərəfindən yoxlamaya bildirildiyini qeyd etmiş və operativ vergi nəzarətinin nəticələrinə dair tərtib edilmiş bütün aktları imza edərək nüsxələrini qəbul etmişdir. Tərtib edilmiş aktlar əsasında Baş İdarə tərəfindən xx.xx.2018-ci tarixli **********0398 nömrəli, xx.xx.2018-ci il tarixli **********1040 və **********1050 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarlar qəbul olunaraq, vergi ödəyicisinə müvafiq olaraq 400,0 manat, 11000,0 manat və 30711,4 manat olmaqla, ümumilikdə 42111,4 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı qeyd edilən qərarlardan Vergilər Nazirliyinə xx.xx.2019-cu il tarixdə **********110800 və **********110801 nömrəli şikayət məktubları ünvanlamışdır. Vergilər Nazirliyi tərəfindən inzibati şikayətlər araşdırılmış və xx.xx.2019-cu il tarixli, **********247000 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” Qərar çıxarılmışdır. İddiaçı xx.xx.2019-cu il tarixdə **********110800 və **********110801 nömrəli şikayət məktublarında göstərdiyi əsaslara istinad etməklə iddia tələbi irəli sürmüşdür. Halbuki Vergilər Nazirliyi tərəfindən inzibati şikayətlər üzrə aparılmış araşdırmada vergi ödəyicisinin istinad etdiyi faktların əsassız olduğu müəyyən edilmişdir. Aparılmış araşdırma zamanı İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Sabunçu rayonu, Zabrat ŞTQ, Babək küçəsi, ev 223-də yerləşən "P anda” mağazasında 11 (on bir) nəfərin Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən müxtəlif işlərin yerinə yetirilməsinə cəlb olunması barədə toplanmış 18200442 nömrəli materialların Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirildiyi və hazırda ibtidai istintaqının aparıldığı müəyyən edilmişdir. Bundan əlavə, inzibati şikayətdə vergi ödəyicisi X6 vergi borcuna görə siyahıya alınmış əmlakının qaytarılması məsələsi üzrə aparılan araşdırma zamanı Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2018-ci il tarixli **********8 nömrəli “Vergi öhdəliyini yerinə yetirməmiş vergi ödəyicisinin əmlakın ın siyahıya alınması haqqında” qərarına əsasən A.Əliyevanın vergi borcuna görə əmlakının siyahıya alındığı və bu barədə xx.xx.2018-ci il tarixli **********8 nömrəli “Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış öhdəlikləri yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” protokol tərtib edildiyi, bu zaman A.Əliyeva yazılı iltizam verərək, əmlakın siyahıya alındığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 2 ünvanda yerləşən “Panda” marketdə mövcud olan bütün əmlakların ona məxsus olduğunu bildirərək, tərtib edilmiş bütün aktları imzası ilə təsdiq etdiyi, vergi borcunun dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi məqsədi ilə vergi orqanı tərəfindən xx.xx.2019-cu il tarixli **********136500 nömrəli “Siyahıya alınmış əmlakın açıq hərracda satıl ması barədə” iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edildiyi və məhkəmənin xx.xx.2019-cu il tarixli e-2-2(083)-200/2019 nömrəli “Mülki işi məhkəmədə baxılmağa hazırlamaq haqqında" qərardadına əsasən iddia ərizəsinin məhkəmə icraatının mümkün hesab edildiyi müəyyən edilmişdir. Müraciətin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə fərdi sahibkar İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 və vergi orqanı əməkdaşlarının izahatları alınmışdır. Vəkil1 araşdırmaya təqdim etdiyi xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli izahatlarında əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunması məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında aktda adları qeyd edilmiş 4 nəfər fiziki şəxsin "xxxx" MMC-nin işçiləri olduğunu, operativ vergi nəzarətinin keçirildiyi gün, yəni xx.xx.2018-ci il tarixdən həmin şəxslərin 25 gün müddətinə mağazaya ezam edildiklərini, araşdırmaya təqdim etdiyi xx.xx.2018-ci il tarixli əmrə əsasən həmin işçilərin qeyd edilən mağazaya təcrübə üçün göndərildiyini göstərmiş, lakin xx.xx.2018-ci il tarixdən əmək müqaviləsi (bağlanılmış) hüquqi qüvvəyə minmiş şəxslərin 2 gün əvvəl, yəni xx.xx.2018-ci il tarixdən ezam edilmələri barədə əmr verilməsini əsaslı səbəblərlə izah edə bilməmişdir. Həmçinin iddiaçı iddia ərizəsində 11 nəfər fiziki şəxslərin 4 nəfərinin ezam olunduğunu iddia etsə də, digər 7 nəfərlə bağlı operativ vergi nəzarətinin hansı əsaslarla ləğv edilməli olduğunu isə ümumiyyətlə qeyd etməmişdir. Bundan əlavə, operativ vergi nəzarəti zam anı İddiaçı izahatının vergi orqanı əməkdaşlarının sözləri əsasında yazıldığını, İddiaçı və 11 nəfər fiziki şəxslərin izahatların mahiyyətini başa düşmədən imzaladıqlarını, İddiaçı və fiziki şəxslərə psixoloji təsir göstərdiklərini, izahatları vergi orqanı əməkdaşlarının dedikləri kimi yazmayacaqları təqdirdə mağazanı bağlatdıracaqlarını və onları həbs etdirəcəklərini deyərək hədə-qorxu gəldiklərini bildirmiş, lakin bunu təsdiq edən sübutlarının olmadığını qeyd etmişdir. İzahatında həmçinin operativ vergi nəzarəti zamanı mağazada olmuş malların digər vergi ödəyicisi X8 məxsus olduğunu, A.Əliyeva həmin mağazada sahibkarlıq fəaliyyətini dayandırdığı üçün həmin malların müvəqqəti olaraq bir neçə günlük saxlanmasını xahiş etdiyini, malların A.Əliyeva tərəfindən İddiaçı verilməsi və ya həmin ma lların A.Əliyevaya məxsus olmasını təsdiq edən, həmçinin malların alışına dair sənədlərin olmadığını bildirmiş və bu səbəbdən də araşdırmaya təqdim edə bilmədiyini göstərmişdir. Bundan əlavə, A.Əliyevanın vergi borcuna görə siyahıya alınmış əmlakların bir hissəsinin “SKAY Ekspress" MMC-yə məxsus olduğunu bildirsə də, araşdırmaya "xxxx" MMC (VÖEN **********) ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Verilmiş tapşırığın icra edilməsi haqqında” müqavilə və həmin tarixli, lakin ciddi hesabat sənədi olmayan, sərbəst formada tərtib edilmiş “Təhvilqəbul aktı” təqdim edilmişdir ki, həmin aktda göstərilən malların adlarının və fərqləndirici əlamətlərinin xx.xx.2018-ci il tarixli **********8 nömrəli protokolda qeyd edilən əmlaklarla eyniliyini dəqiqləşdirmək mümkün olmamışdır. Bu fakt səlahiyyətli nümayəndə tərəfindən araşdırmaya təqdim edilmiş xx.xx.2019-cu il tarixli izahatda etiraf edilmiş, bundan əlavə siyahıya alınmış əmlakın "xxxx" MMC-yə məxsus olmasına dair araşdırmaya digər sübutlar təqdim ediləcəyi bildirilsə də, təqdim edilməmişdir. Baş İdarənin əməkdaşları araşdırmaya təqdim etdikləri xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli izahatlarında operativ vergi nəzarəti zamanı İddiaçı və ya digər şəxslərə qarşı qanunsuz hərəkətlərə yol vermədiklərini, etibarnamə üzrə səlahiyyətli nümayəndə Vəkil1 izahatında göstərdiklərinin həqiqətə uyğun olmadığını, operativ vergi nəzarəti zamanı İddiaçı və digər şəxslərin izahatları sərbəst formada yazdıqlarını, onlara heç bir təsir göstərilmədiyini və ya hədəqorxu edilmədiyini, mağazadakı bütün malların ona məxsus olduğunu və malların alış və satış qiymətlərinin İddiaçı tərəfindən bildirildiyini və bu barədə İddiaçı izahatında ətraflı məlumat verildiyini bildirmişlər. Bundan əlavə, operativ vergi nəzarəti zamanı 11 nəfər fiziki şəxsin sərbəst olaraq izahat yazdıqlarını, izahatlarında İddiaçı işçiləri olduqlarını və onlarla əmək müqaviləsinin bağlanmadığını etiraf etdiklərini göstərmişlər. Vergi ödəyicisi İddiaçı operativ vergi nəzarətinin nəticələrinə dair tərtib edilmiş aktlarla razılaşaraq, imzası ilə təsdiq etmiş, izahat verərək vergi qanunvericiliyinin tələblərini pozduğunu etiraf etmiş, inzibati şikayət əsasında aparılan araşdırmaya vergi orqanı əməkdaşlarının qanunsuz hərəkətlərə yol verməsini və siyahıya alınmış əmlakların "xxxx" MMC-yə məxsus olmasını təsdiq edən sübutlar təqdim edilməmiş, A.Əliyeva iltizam verərək əmlakın siyahıya alınması zamanı “Panda market”də olan malların ona məxsus olduğunu bildirmişdir. Həmçinin iddiaçı iddia ərizəsində hansı səbəbdən xx.xx.2018-ci il tarixli **********0398 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın ləğv edilməli olduğunu bildirməmişdir.
8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-163/2021 saylı qərarı ilə (hakim P.Hüseynov) iddia qismən təmin edilmiş, Vergilər Nazirliyi yanında Bakı şəhəri X14 Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 15 noyabr 2018-ci il tarixli **********1050 nömrəli qərarı qismən, yəni İddiaçı 4000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğ v edilmiş, Vergilər Nazirliyi yanında Bakı şəhəri X14 Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 15 noyabr 2018-ci il tarixli **********1040 nömrəli qərarı qismən, yəni İddiaçı 29.987,60 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilmiş, iddia digər hissədə təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, keçirilmiş operativ vergi nəzarəti zamanı nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti üzrə nöqsan aşkar edilərək, “Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” xx.xx.2018-ci il tarixli VN-17 seriyalı 010264 nömrəli akt (akt iş materiallarına əlavə edilmişdir) tərtib edilmişdir. Həmin akta əsasən xx.xx.2018-ci il tarixdə saat 17:17-də müştəri tərəfindən alınmış mala görə kassirə 3,06 manat nağd pul ödənilmişdir, ödəniş müqabilində çek vurulmamış və müştəriyə təqdim olunmamışdır. Cavabdehin əməkdaşları tərəfindən bərpa çeki çıxarılmışdır. Tərtib edilmiş akt əsasında cavabdeh tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2018-ci tarixli **********0398 nömrəli Qərar qəbul olunaraq iddiaçıya 400 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Göründüyü kimi, müştəri tərəfindən alınmış mala görə nağd pul ödənilsə də, iddiaçının əməkdaşları tərəfindən ödəniş müqabilində çek vurulmamışdır. Bununla əlaqədar olaraq cavabdehin əməkdaşları tərəfindən bərpa çeki çıxarılmış və bu hal öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2018-ci tarixli **********0398 nömrəli qərarın ləğv edilməsi hissəsində əsassızdır və iddia tələbi bu hissədə təmin edilməməlidir
10. Eyni zamanda keçirilmiş operativ vergi nəzarəti zamanı 11 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə (xidmətlərin göstərilməsinə) cəlb edilməsi üzrə, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması ilə bağlı operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2018-ci i l tarixli VN-11 seriyalı 012786 nömrəli akt (akt iş materiallarına əlavə edilmişdir) tərtib edilmişdir (11 nəfər – Tağıyev Hüseyn, İsayeva Kəmalə, Canıyeva Gülnarə, Əliyeva Arzu, Əzizov Məhəmməd, Süleymanova Zəminə, Kərimova Aytən, Əlizadə Nizami, Əmrahov Əmrah, Osmanov Novruz, Tağıyev Elvin). Tərtib edilmiş akt əsasında cavabdeh tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2018-ci tarixli **********1050 nömrəli Qərar qəbul olunaraq iddiaçıya 11000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Lakin iş materiallarına əlavə edilmiş əmək müqaviləsi bildirişlərindən görünür ki, X5, X9, X3 və X10 iddiaçının işçiləri deyillər, onlar əmək müqaviləsi üzrə "xxxx" MMC-nin işçiləridirlər. İddiaçı "xxxx" MMC arasında bağ lanmış xx.xx.2018-ci il tarixli Ticarət yerinin idarə edilməsi müqaviləsindən də görünür ki, iddiaçı özünə məxsus ticarət obyektlərində "xxxx" MMC-yə şirniyyat məhsullarının satışı üçün xüsusi yer ayırır, "xxxx" MMC isə bunun müqabilində həmin yerdə ticarəti həyata keçirir, "xxxx" MMC malların satışlarının həyata keçirilməsi və bununla bağlı bütün digər lazım olan hərəkətlərin (malların yerləşdirilməsi, alıcılara təqdim edilməsi və s.) edilməsini öz hesabına edir və bunun üçün öz işçisini və ya işçilərini ona Marketlərdə ayrılmış yerlərə təyin edir. Belə olan halda qeyd olunan şəxslərə aid hissədə qərar əsassızdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2018-ci tarixli ********* *1050 nömrəli qərarın ləğv edilməsi hissəsində qismən təmin edilməli, həmin qərar iddia
11. Məhkəmə həmçinin qeyd etmişdir ki, keçirilmiş operativ vergi nəzarəti zamanı 307113,39 manat dəyərində malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura olmadan alınması faktı üzrə, “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi əsasında alınması, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin ol ması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2018-ci il tarixli VN-16 seriyalı 009193 nömrəli akt (akt iş materiallarına əlavə edilmişdir) tərtib edilmişdir. Tərtib edilmiş akt əsasında cavabdeh tərəfindən xx.xx.2018-ci tarixli **********1040 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq iddiaçıya 30711,40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Lakin iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi ilə müəyyən edildi ki, X6 fəaliyyət göstərdiyi obyektdə aparılmış operativ vergi nəzarəti zamanı xx.xx.2018-ci il tarixdə tərtib edilmiş malların siyahısındakı mallarla İddiaçı xx.xx.2018-ci il tarixdə tərtib edilmiş “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədil məsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi-hesab faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi əsasında alınması, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” aktda qeyd edilən mallar əsasında eyniadlı, eyni markalı, eyniçəkidə, eyniölçüdə malların yazılması halları vardır və həmin malların ümumi məbləği 299.875,98 manat və həmin məbləğə tətbiq edilmiş maliyyə sanksiyasının məbləği 29.987,60 manat müəyyən edilir. Məhkəmə qeyd edir ki, digər şəxsin fəaliyyət göstərdiyi obyektdə aparılmış ope rativ vergi nəzarəti zamanı tərtib edilmiş malların siyahısındakı mallarla eyniadlı, eyni markalı, eyniçəkidə, eyniölçüdə olan malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaiməfaktura və ya elektron vergi hesab-faktura olmadan saxlanılmasına görə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın qəbul olunaraq maliyyə sanksiyasının tətbiq edilməsi əsassızdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2018-ci tarixli **********1040 nömrəli qərarın ləğv edilməsi hissəsində qismən təmin edilməli, həmin qərar iddiaçının 29.987,60 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilmə lidir.
12. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2277/2022 saylı 22 dekabr 2022-ci il tarixli qərarı ilə (hakimlər C.Yusifov - sədrlik edən və məruzəçi, A.Tanrıverdiyev və İ.Şirinov) Bakı İnzibati Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətinin dəlillərinə görə, Bakı Apellyasiya Məhkəməsi Qərarında birinci instansiya məhkəməsinin mövqeyini təkrarlayaraq qeyd edilmişdir ki, iş materiallarına əlavə edilmiş əmək müqaviləsi bildirişlərindən görünür ki, X7, X9, X4 və X10 iddiaçının işçiləri deyildir, onlar əmək müqaviləsi üzrə "xxxx" MMC-nin işçiləridirlər. İddiaçı "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli Ticarət yerinin idarə edilməsi müqaviləsindən də görünür ki, iddiaçı özünə məxsus ticarət obyektlərində “Azcake'’ MMCyə xüsusi yer ayırır, "xxxx" MMC isə bunun müqabilində ticarət fəaliyyəti həyata keçirir.
17. Qeyd olunanın əksinə bildiririk ki, xx.xx.2018-ci il tarixli 012786 nömrəli akt saat 14:30-da tərtib olunsa da, "xxxx" MMC tərəfindən həmin 4 nəfər fiziki şəxslə olan əmək müqaviləsi bildirişləri vergi orqanı əməkdaşları obyektə daxil olduqdan sonra ƏƏSMN-nin elektron informasiya sisteminə daxil edilmişdir. Məhkəmə qərarında istinad olunmuş ticarət yerinin idarə edilməsi müqaviləsi sözügedən faktın qiymətləndirilməsi baxımından mötəbər sübut hesab oluna bilməz. Ekspert öz rəyində hansı tədqiqat metodlarından istifadə edilməsi barədə məlumat verməmiş, sadəcə vergi orqanı tərəfindən tərtib edilmiş siyahıları müqayisə etmiş və bununla da tədqiqatını yekunlaşdırmaqla öz rəyini məhkəməyə təqdim etmişdir. Ekspert rəyindən açıq görünür ki, ekspert ikinci sualı cavablandırarkən yekunda 299875,98 manat məbləğində eyniadlı, eynimarkalı, eyniölçülü və eyniçəkili məhsulların olduğunu bildirsə də, həmin məbləğə daxil o lan məhsulların dəqiq siyahısı, çəkisi və məbləğini qeyd etməmişdir.
18. Yuxarıda qeyd olunan sadəcə bir neçə müqayisədən də göründüyü kimi, mallar eynilik təşkil etmir və ekspert rəyi tamamilə əsassızdır. Ekspert öz rəyində X6 obyektində olan mallarla İddiaçı məxsus obyektdə olan mallar (299.875,98 manat məbləğində) eyniadlı, eynimarkalı, eyniölçülü və eyniçəkili məhsullar olduğunu qeyd etmiş, sırf həmin mallar olmasını göstərməmişdir. Çünki bu mümkün deyil, yəni həmin mallardan yüz minlərlə mövcud olmuş, unikal mallar olmamışdır. Bu da öz növbəsində müvafiq sətirdəki malların həm X6, həm də İddiaçı məxsus obyektdə olduğu(eynimarkalı, eyniölçülü və eyniçəkili başqa mallar) reallığını göstərir. İddiaçı fəaliyyəti ilə bağlı aktda qeyd olunan malların qiyməti 307 113,4 manat, Əliyeva Aynurun fəaliyyəti ilə bağlı aktda qeyd olunan malların qiyməti isə 815 234,40 manat təşkil etmişdir.
19. Yuxarıda qeyd olunan hallar apellyasıya şikayətində qeyd olunaraq, məhkəmənin diqqətinə çatdırılsa da məhkəmə bu dəlillərə ümumiyyətlə münasibət bildirməyərək prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli 'Verilmiş tapşırığın icra edilməsi haqqında" müqavilə və həmin tarixli, lakin ciddi hesabat sənədi olmayan, sərbəst formada tərtib edilmiş ‘Təhvil-qəbul aktı” məhkəmə tərəfindən dəlil qismində tanımış və həmin sənədi hüquq müəyyənedici sənəd hesab edərək onun əsasında məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir (baxmayaraq ki, müvafiq sənəd ciddi-hesabat blankı deyil). Lakin yuxanda sadalanan qanunvericili k aktlarından açıq-aydın görünür ki, mallar təhvil- təslim edilərkən müvafiq qanunvericilik aktlarının tələblərinə əməl edilməmişdir. Belə ki, mallar təhvil-təslim edilərkən; təchizatçının (malgöndərənin) rekvizitləri, daxil olmuş malın miqdarı, qiyməti və ümumi məbləği əks etdirilməli; Hüquqi və fiziki şəxslər malların qəbulunu müvafiq sənədlərə və qüvvədə olan qanunvericiliyə uyğun olaraq həyata keçirməli(ciddi-hesabat blankları); Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq zəruri sənədləri ciddi hesabat blanklarının forma və rekvizitlərində göstərilən tələblərə uyğunlaşdırmalıdır.
20. Lakin əfsuslar olsun ki, məhkəmə ciddi-hesabat blankı hesab edilməyən kağız parçasını hüquq müəyyənedici sənəd hesab etmiş, bunun əsasınd a məhkəməmühasibatlıq ekspertizası təyin etmişdir. Hesab edirik ki, məhkəmə kollegiyası üzərinə düşən vəzifələri icra etməmiş, iş materiallarında olan sübutları qiymətləndirməmiş, mötəbər hesab etdiyi sübutları qiymətləndirməyərək, sadəcə qərarda sadalamaqla kifayətlənmişdir. Məhkəmə kollegiyası sübutları qiymətləndirərkən sadəcə bir sübutu, digər sübutdan üstün tutmuş, lakin bunu əsaslandıracaq heç bir hərəkət və addım atmamışdır. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2277/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilmiş hissədə rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı e tiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
22. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5 Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Maddə 96.5.1 apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Mə hkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə 96.11 Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiya məhkəməsinin qəra rı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, nəzərə alaraq ki, cavabdeh kassasiya şikayətində apellyasiya məhkəməsinin 2-1(103)-2277/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilmiş hissədə rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edir, məhkəmə kollegiyası hazırkı işin birinci və apellyasiya instansiyalarında həll edilməsinə dair qısa xatırlatma xarakterli məlumatı göstərməyi zəruri hesab edir.
26. Belə ki, məlum olduğu kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X14 üzrə Baş İdarə sinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X14 Departamenti tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli, **********0398 nömrəli, xx.xx.2018-ci il tarixli, **********1040 nömrəli və **********1050 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
27. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-163/2021 saylı qərarı ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X14 Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 15 noyabr 2018-ci il tarixli **********1050 nömrəli qərarı qismən, yəni İddiaçı 4000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X14 Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 15 noyabr 2018-ci il tarixli **********1040 nömrəli qərarı qismən, yəni İddiaçı 29.987,60 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilmiş, iddia digər hissədə təmin edilməmişdir.
28. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(103)-2277/2022 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-163/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
29. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi həmin nəticəyə gələrkən, Vergi Məcəlləsinin 50.1, 50.1.7, 50.1.13-cü maddələrinə, 58.10-cu maddəsinin xx.xx.2019-cu il tarixədək qüvvədə olan tələblərinə, 58.8.2-ci maddəsinə istinad edərək müəyyən etmişdir ki, cavabdehin xx.xx.2018-ci il tarixli **********8161 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən xx.xx.2018-ci il tarixdə iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat ŞTQ, ünvan 1 ünvanda yerləşən “Panda market” adlı mağazada operativ vergi nəzarəti həyata keçirilərək aşağıdakı aktlar tərtib olunmuşdur: - nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti üzrə nöqsan aşkar edilərək, xx.xx.2018-ci il tarixli VN-17 seriyalı 010264 n ömrəli “Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” akt; -11 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə (xidmətlərin göstərilməsinə) cəlb edildiyi aşkar edilərək, "Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması ilə bağlı operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2018-ci il tarixli VN-11 seriyalı 012786 nömrəli akt; - 307113,39 manat dəyərində malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaiməfaktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura olmadan alınması faktı aşkar edilərə k, “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi əsasında alınması, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olması üzrə keçirilmiş operativ vergi nəzarətinin keçirilməsi haqqında” VN-16 seriyalı 009193 nömrəli akt”.
30. Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, həmin aktlar əsasında cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarları ilə, iddiaçı b arəsində aşağıdakı maliyyə sanksiyaları tətbiq olunmuşdur: birinci akt əsasında xx.xx.2018-ci tarixli **********0398 nömrəli qərarı ilə 400,0 manat”, ikinci akt əsasında xx.xx.2018-ci tarixli **********1050 nömrəli qərarı ilə 11000,0 manat, üçüncü akt əsasında xx.xx.2018-ci tarixli **********1040 nömrəli qərarı ilə isə 30.711,40 manat məbləğində maliyyə sanksiyası tətbiq olunmuşdur.
31. Apellyasiya instansiyası məhkəməsi xx.xx.2022-ci il tarixli qərarında qeyd etmişdir ki, “cavabdehin sözügedən ikinci və üçüncü qərarlarının əsaslılığı qismən sübuta yetirilir. Belə ki, cavabdehin xx.xx.2018-ci tarixli **********1050 nömrəli qərarı ilə iddiaçının, 11 nəfər fiziki şəxsin Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən m üxtəlif işlərin yerinə yetirilməsinə görə (bir nəfərinə görə 1000 manatdan olmaqla) ümumilikdə, ona 11000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilsə də, həmin şəxslərin dördünə münasibətdə maliyyə sanksiyasının tətbiq olunması tamamilə əsassızdır”.
32. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin sözügedən qənaəti ilə razılaşaraq qeyd edir ki, işə əlavə olunmuş əmək müqaviləsi bildirişlərindən görünür ki, zamin şəxslərdən X5, X9, X3 və X10 İddiaçı deyil, "xxxx" MMC-nin işçiləridir.
33. Eyni zamanda İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Ticarət yerinin idarə edilməsi haqqında” müqavilədən görünür ki, İddiaçı özünə məxsus ticarət obyektlərində "xxxx" MMC-yə, şirniyyat məhsullarının satışı üçün xüsusi yer ayırır, "xxxx" MMC isə bunun müqabilində həmin ye rdə ticarəti həyata keçirir, "xxxx" MMC malların satışlarının həyata keçirilməsi və bununla bağlı bütün digər lazım olan hərəkətlərin (malların yerləşdirilməsi, alıcılara təqdim edilməsi və s.) edilməsini öz hesabına edir və bunun üçün öz işçisini və ya işçilərini ona marketlərdə ayrılmış yerlərə təyin edir.
34. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, “iddiaçıya məxsus obyektdə "xxxx" MMC-yə ayrılan xüsusi yerdə sonuncunun sözügedən əməkdaşının aşkar edilməsi, heç də iddiaçının işçiləri olması anlamını verə bilməzdi. Cavabdeh isə sözügedən işçilərin "xxxx" MMC-nin işçiləri olması ilə bağlı heç bir araşdırma aparmamışdır. Onların izahatlarına istinad olunan dəlillərinə gəldikdə, cavabdeh həmin şəxsləri m əhkəməyə şahid qismndə təqdim etdikdə yalnız, məhkəmə tərəfindən onların vergi orqanının nümayəndələrinin diktəsi altında alınmış izahatlarının həqiqiliyi müəyyən edilə bilər. Bununla bağlı, sübut etmə yükü, İPM-in 14.1-ci maddəsinin tələbi baxımından da, məhz, cavabdeh inzibati orqanın üzərinə düşür”.
35. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, mübahisəli operativ vergi nəzarəti keçirilərkən, iddiaçı tərəfindən 307.113,39 manat dəyərində malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura olmadan alınması faktı üzrə tərtib olunmuş xx.xx.2018-ci il tarixli VN-16 seriyalı 009193 nömrəli akt əsasında da cavabdeh tərəfindən xx.xx.2018-ci tarixli **********1040 nömrəli “Vergi ödə yicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı ilə həmin dəyərin tam həcminin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilməsi qərara alınmışdır.
36. Apellyasiya instansiyası məhkəməsi cavabdehin sözügedən qərarını da qismən əsassız hesab etmişdir, belə ki, apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə “sözügedən mallar iddiaçının fəaliyyət göstərdiyi obyektdə olsa da, həmin malların əksər hissəsi, başqa fiziki şəxs X8 məxsus olmuşdur. İşdən görünür ki, bununla bağlı iş üzrə Məhkəmə Ekspertizası Mərkəzinə ekspertiza təyin edilmiş və Mərkəzin 16 iyun 2021-ci il tarixli 9/1207 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, həmin mallar A.S.Əliyevaya məxsus olan və mağazada mal göndərmiş şəxslərə qaytarılmaq üçün saxlanılan mallardır. Belə ki, ekspert tədqiqatı ilə müəyyən olunmuşdur ki, vergi orqanı tərəfindən fiziki şəxs A.S. Əliyevanın fəaliyyət göstərdiyi obyektdə aparılmış operativ vergi nəzarəti zamanı xx.xx.2018-ci il tarixdə tərtib edilmiş malların siyahısında təsbit olunan mallarla, İddiaçı obyektində aparılan operativ nəzarətin nəticələrinə dair xx.xx.2018-ci il tarixdə tərtib edilmiş aktda qeyd edilən 307.113,39 manat dəyərində malların malların 299.875,98 manat dəyərində hissəsi eyniadlı, eyni markalı, eyniçəkidə, eyniölçüdə mallar təşkil edir”.
37. Bununla əlaqədar, yəni həmin faktla bağlı məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, adıçəkilən malların A.S.Əliyevaya məxsus olması mötəbər sübutlarla öz təsdiqini tapmır. Belə ki, ekspertin xx.xx.2021-ci il tarixli, 9/1207 saylı rəyində xx.xx.2018-ci il tarixdə tərtib edilmiş aktda qeyd edilən 307.113,39 manat dəyərində malların 299.875,98 manat dəyərində hissəsi eyniadlı, eyni markalı, eyniçəkidə, eyniölçüdə malların təşkil etməsinin göstərilməsi, həmin malların İddiaçı deyil, A.Əliyevaya məxsus olması barədə qənaətə gəlməsi üçün yetərli deyil, çünki əvvəla ekspert rəyində malların dəqiq sırası, çəkisi və məbləği qeyd edilməmiş, digər tərəfdən sözügedən mallar unikal mallar deyildir.
38. Bundan başqa həmin malların üzərində, onların A.Əliyevaya məxsusluğunu təsdiq edən hər hansı bir sənəd (qaimələr, möhürlər) mövcud deyildir.
39. Bununla yanaşı İddiaçı mallara dair hər hansı bir mötəbər sənədlərin olubolmaması apellyasiya məhkəməsi tərəfindən müəyyən edilməmişdir.
40. Digər tərəfdən, qey d edilməlidir ki, iddiaçı cavabdehin sözügedən yoxlamasından həmin obyektdə yalnız 5 gün öncə işə başlamasına dair bildirməsi, cavabdehin orada operativ yoxlama aparmasını məhdudlaşdıran amil kimi qiymətləndirilə bilməz, belə ki, Vergi Məcəlləsində buna dair heç bir hüquq norması yoxdur.
41. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, işin İ cildinin 153-cü səhifəsində olan cavabdehin operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında əlavələr (dəyişiklər) edilməsi haqqında qərarında cavabdehin 3 (üç) nəfər yeni müfəttişin nəzarəti həyata keçirən obyektdə yoxlamaya cəlb edilməsi qərara alınmışdır.
42. Lakin apellyasiya məhkəməsi sözügedən qərar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilib-edilməməsini araşdırmamışdır, halbuki bu hal mübahisənin b axılmasında həlledici rol oynayır.
43. Yeri gəlmişkən həmin qərarın tarixi və nömrəsi yoxdur.
44. Həmçinin apellyasiya məhkəməsi sözügedən malların, onlar həqiqətən A.Əliyevaya məxsus olduğu halda, hansı hüquqi əsasla ən azından (saxlanc müqaviləsi) iddiaçıda saxlanılması, iddiaçının özündə malların A.Əliyevadan saxlanca götürülməsinə dair qaimələrin olub-olmaması ümumiyyətlə araşdırılmamışdır.
45. Halbuki, məlum olduğu kimi, istənilən mallar dükanda saxlanıldığı zaman, həmin mallara onların əsasını təşkil edən sənədlər olmalıdır.
46. Bu baxımdan qeyd edilməlidir ki, əgər mallar A.Əliyeva tərəfindən iddiaçıya saxlanca verilibsə, bunun Vergi Məcəlləsinin 71-1.5.7-ci maddəsinə əsasən uyğun qaimələrin verilib-verilməməsi araşdırılmalıdır.
47. Həmçinin qeyd edilməlidir ki, işin İ cildinin 15 5-ci səhifəsində olan sənəddən görünür ki, cavabdeh tərəfindən yoxlamanın əsası üçün Vergi Məcəlləsinin 50.2.2-ci maddəsinə istinad edilsə də, lakin buna dair heç bir açıqlama verilməmiş, lakin apellyasiya məhkəməsi həmin məsələni də araşdırmamışdır.
48. Eyni zamanda həmin Məcəllənin 58.8.2-ci maddəsinin tələbləri də (yeni redaksiyada) nəzərə alınmamışdır.
49. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı qismən – yəni cavabdehin “xx.xx.2018-ci il tarixli **********1040 nömrəli qərarı qismən, yəni İddiaçı 29.987,20 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilsin” hissəsi ləğv edilməli, iş həmin hissədə təkrar baxılması üçün ape llyasiya məhkəməsinə göndərilməli, qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
50. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(103)-2277/2022 nömrəli qərarı qismən, yəni “cavabdehin “xx.xx.2018-ci il tarixli **********1040 nömrəli qərarı qismən, yəni İddiaçı 29.987,20 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilsin” hissəsi ləğv edilsin. İş həmin hissədə təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qalan (mübahisələndirilən) hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.