Məhkəmə qərarları › İş №2-1(102)-942/2020

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-942/2020

11.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-942/2020 11.03.2020 ALİ MƏHKƏMƏ Kasasiya şikayətinin mümkün sayılmaması barədə QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Zakir Quliyev, iş üzrə İddiaçı kasasiya şikayətini nəzərdən keçirərək müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (üçüncü şəxs Heydər Əliyev adına Azərbaycan Hərbi Məktəbinin iştirakı ilə) qarşı onun barəsində imzalanmış AR Müdafiə nazirinin xx xxxxxx 2017-ci il tarixli, 091 saylı əmrinin əsassız sayılıb ləğv edilməsini, əmrin imzalanmasında bir sıra qanunsuz hərəkətlərə (hərəkətsizliyə) səbəb olmuş üçüncü şəxs Heydər Əliyev adına Azərbaycan Hərbi Məktəbinin komandanlığının inzibati məsuliyyətə cəlb edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İ qtisadi Məhkəməsinə müraciət etmişdir. Həmçinin iddiaçı inzibati aktdan şikayət verilmə müddətinin bərpa edilməsi barədə ərizə təqdim etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-1(82)218/2018 saylı qərardadı ilə müddətin bərpası barədə ərizənin rədd edilməsi, iddianın mümkün sayılmaması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2018-ci il tarixli, 2-1(103)-982/18 saylı qərardadı ilə iddiaçının apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2018-ci il tarixl qərardadının surətini xx xxxx 2018-ci il tarixdə almışd ır. Həmin qərardaddan xx xxxxxxx 2019-cu il tarixdə kasasiya şikayəti vermişdir. Göründüyü kimi iddiaçı qanunla müəyyən edilmiş 10 günlük şikayət vermə müddətini ötürmüşdür. Bununla bağlı Ali Məhkəmə tərəfindən iddiaçıya İPM-nin 13-cü maddəsinə müvafiq olaraq yardım edilmiş və göstərilən nöqsanları aradan qaldırmaq təklif edilmişdir. Lakin iddiaçı tərəfindən bu məsələ həll edilməmişdir. Kasasiya şikayəti nəzərdən keçirilərək hesab olunur ki, kasasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildiyi üçün kasasiya şikayəti mümkün sayılmamalı, onun qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 90.3-cü maddəsinə görə bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş şikayətin verilməsinin formasına və məzmununa dair tələblər, müvafiq prosessual qaydalar və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kasasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 133.1.-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göründüyü kimi, iddiaçı tərəfindən kasasiya şikayətinin verilmə müddəti buraxılmış və buraxılmış müddətin bərpası barədə ərizə verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 90.3, 94.1, 96.2, 96.3-cü maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı kasasiya şikayəti mümkün sayılmasın və onun icraata qəbulundan imtina edilsin. İş Bakı Apelyasiya Məhkəməsinə geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar