Məhkəmə qərarları › İş №2-1(102)-942/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-942/2021

01.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-942/2021 01.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X2 cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunma) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Cavabdehin nümayəndəsi X1, Cavabdehin vəkili X3 iştirakları ilə, İddiaçı X2 cavabdeh Vergilər Nazirliyi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (hüquqi varisi Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı “qərarla rın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 15 fevral tarixli, 2-1(103)-1995/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı 2019-cu il 22 noyabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********777100 saylı, 2019-cu il 25 oktyabr tarixli qərarının və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanmas ı barədə” **********050400 saylı, 2019-cu il 22 noyabr tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

2. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 17 mart tarixli, 2-1(112)-645/2020 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

3. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mübahisələndirilən qərarların məzmunundan, müvafiq olaraq 2019-cu il 25 oktyabr tarixdə və 2019-cu il 25 noyabr tarixdə məlumatlı olması, həmin qərarların ləğv edilməsi tələbinə dair müvafiq ərizə ilə yalnız 2020-ci il 12 fevral tarixdə məhkəməyə müraciət etməsi və bununla da, iddiaçı tərəfindən mübahisələndirmə haqqında iddia növü üçün xüsusi mümkünlük şərtlərindən birinə, yəni prosessual müddətə əməl etməməsi iş materialları ilə öz təsdiqini tapmışdır. Beləliklə, iddiaçı mübahisələndirilən inzibati aktların ləğv edilməsi tələbinə dair müvafiq ərizə ilə mövcud qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir.

4. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 02 noyabr tarixli, 2-1(103)-1995/2020 nömrəli qərardadı ilə Vergilər Nazirliyi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 23 noyabr tarixli, 2-1(103)-1995/2020 nömrəli qərardadı ilə apellyasiya şikayətinin qəbul olunmasından imtina edilmişdir.

7. İddiaçı 2021-ci il 08 yanvar tarixdə həmin qərardaddan kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunma barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 15 fevral tarixli, 2-1(103)-1995/2020 nömrəli qərardadı ilə dövlət hesabına vəkillə təmin olunma barədə ərizə təmin edilməmişdir.

9. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək dövlət hesabına vəkillə təmin olunma barədə ərizənin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

10. Kassasiya şikayətində göstərilmişdir ki, iddiaçı “xxxx” LTD MMC-nin direktorudur və MMC Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4190/21 saylı iş üzrə 2 019cu 06 dekabr tarixdən iddiaçı qismində iştirak etməkdədir. İddiaçının məhkəmədə iştirak etməsinə görə işinə xitam verilməmişdir. Lakin MMC-nin fəaliyyəti 2018-ci il 20 noyabr tarixdən dayandırılmışdır. Bu səbəbdən iddiaçı “Asan Xidmət” mərkəzindən işsizliklə bağlı arayış əldə edə bilməmişdir. b. məhkəmə icraatı iştirakçılarının izahatları

11. İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi).

12. Cavabdehin vəkili və nümayəndəsi məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdilər. TƏTBİQ EDİLƏN HÜQUQ

13. İPM: Maddə 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüqu q normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkə məsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

14. MPM: Maddə 67.2. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir. Maddə 121.2. Bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən vəkil maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına göstərir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNL ÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

16. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin yuxarıda istinad edilən normalarının məzmunundan göründüyü kimi işdə iştirak edən şəxslər dövlət büdcəsinin vəsaiti hesabına vəkillə o halda təmin olunurlar ki, vəkilin xidmətlərini ödəmək üçün həmin şəxsin kifayət qədər vəs aiti olmasın.

19. Məhkəmə kollegiyası qeyd edir ki, dövlət vəsaiti hesabına vəkil ilə təmin olunma barədə vəsatətdə şəxsin bu xidməti ödəyə bilməməsi əsaslandırılmalıdır. Belə ki, qanunvericilikdə hər hansı bir şəxsin kifayət qədər imkana malik olmamasının meyarları müəyyən edilmədiyindən, belə imkanın olmaması məhkəmə tərəfindən qiymətləndirilir. Yuxarıda qeyd edilən normanın məzmunundan göründüyü kimi, dövlət vəsaiti hesabına vəkillə təmin olunma üçün əsas meyar vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitin olmaması, yəni ərizəçinin aztəminatlı şəxslərə aid olmasıdır.

20. İşin materiallarında iddiaçının hüquqi xidmət üçün hər hansı vəkilə müraciət etdiyinə, həmin xidmət üçün ödənilməli olan vəsaitin məbləğinə və həmin məbləğin ödənilməsi üçün iddiaçının iqtidarsızlığına dair mə lumat yoxdur.

21. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 15 fevral tarixli, 2-1(103)-1995/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar