Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-942/2022 13.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaşqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: “məcburi köçkün” statusunun verilməsi, tam fəaliyyət qabiliyyəti əldə etmiş şəxsin icraata cəlb olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.2001-ci il təvəllüdlü; FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Qaşqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və onu təsdiq edən sənədin verilmə si” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-342/2022 nömrəli, 10 fevral 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı X5 ərizə ilə cavabdehə müraciət edərək 2001-ci il 31 avqust təvəllüdlü İddiaçı “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsini xahiş etmişdir.
2. Cavabdeh 2019-cu il 29 yanvar tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər ik i valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış (16 yaşlı) uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi nəzərdə tutulmuşdur.
3. Bundan sonra iddiaçı məhkəməyə müraciət edərək xx.xx.2001-ci il təvəllüdlü qızı İddiaçı “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ilə Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmişdir.
4. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-661/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir.
5. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-612/2019 saylı, 12 noyabr 2019-cu il tarixli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085) -661/2019 saylı,xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-618/2020 saylı, 03 mart 2020-ciil tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 12 noyabr tarixli, 2-1(105)-612/2019 nömrəli qərarı ləğv edilmiş, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
7. Sumqayıt Apellyasiya Məhkəməsinin 07 avqust 2020-ci il tarixli, 2-1(105)339/2020 saylı qərardadı ilə X5 əsl İddiaçı ilə əvəz edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-661/2019 saylı, 20 iyun 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir.
8. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1332/2020 saylı, 23 noy abr 2020ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-247/2021 saylı, 19 aprel 2021-ci il tarixli qərardadı ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2- 1(118)-1332/2020 saylı, 23 noyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iddiaçının cavabdehə qarşı “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi” tələbinə dair inzibati mübahisə ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
10. İddia tələbi onunla əsaslandırmışdır ki, X5 xx.xx.1993-cü il tarixdə Qubadlı rayonundan məcburi köçkün düşmüş və hal-hazırda Xızı rayonu, Saf-Bulaq kəndində övladı İddiaçı ilə birlikdə yaşayırlar. Qeyd edilmişdir ki, Z.Ə.X1 ilə 10 noyabr 2000-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və birgə nikahdan xx.xx.2001-ci il təvəllüdlü İddiaçı dünyaya gəlmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuş və qızının onun himayəsində qalması müəyyən edilmişdir. Həmin vaxtdan qızı onunla birlikdə yaşayır. Bildirmişdir ki, qızı İddiaçı “məcburi köçkün” statusunun və onu təsdiq edən vəsiqənin verilməsi üçün cavabdehə müraciət etsə də xx.xx.2019-cu il tarixli imtina məktubu almışdır. Qeyd etmişdir ki, qızının adı artıq 2005ci ildən etibarən məcburi köçkün kimi Xızı rayonu üzrə ərzaq yardımı siyahısına daxil edilmişdir.
11. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikasında qaçqınların və məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Rezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Əsasnaməsinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 05 iyun 2013-cü il tarixdə qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydala r”ına uyğun olaraq həyata keçirilir. İddiaçı X5 25 dekabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə ərizə ilə müraciət etmiş və xx.xx.2019-cu il tarixli 01/929 nömrəli məktubla cavab verilərək bildirilmişdir ki, “Qaçqınlara və məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndində qeyd olunur ki, valideynlərindən yalnız atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış (16 yaşlı) uşaqlara məcburi köçkün statusu verilir. İddiaçı X5 2000-ci ildə məcburi köçkün statusu olmayan şəxslə nikaha daxil olmuş və 2003-cü il də nikahı pozulmuşdur. Həmin nikahdan İddiaçı doğulmuşdur. Qaydaların 4.1.6-cı bəndinin tələbinə əsasən İddiaçı atası məcburi köçkün olmadığından ona məcburi köçkün statusu verilə bilməz. “Qaçqınlara və məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndində qeyd olunur ki, valideynlərindən yalnız atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusu verilir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının 21 may 1999-cu il Qanununun 1-ci maddəsinin 3 -cü bəndində də göstərilir ki, əsasən məcburi köçkün - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi məhkəmədən xahiş edilmişdir.
12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7465/2021 saylı, 30 iyul 2021-ci il tarixli qərarı ilə (hakim A.Ə.Əhədova) iddia təmin edilməsi, iddiaçı xx.xx.2001-ci il təvəllüdlü İddiaçı “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması qərara alınmışdır.
13. Birinci instansiya məhkəməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respubli kası Qanununun 1, 9, 10 və 12-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, ““Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1999-cu il tarixli Fərmanının 2-ci bəndinə əsasən "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində, 11-ci maddəsinin ikinci hissəsinin beşinci abzasında və 12-ci maddələrinin ikinci hissələrində nəzərdə tutulmuş "Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; həmin Qanunun 1-ci maddəsinin ikinci hissəsində 10-cu maddəsinin birinci hissəsində (ikinci halda), 12-ci maddəsinin birinci hissəsində (ikinci halda) nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi həyata keçirir.
14. Məhkəmə bildirmişdir ki, qeyd edilən normalarla müəyyən olunur ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Məcburi köçkün statusunun verilməsi üçün isə hər hansı bir qaydaların müəyyən edilməsinə görə digər hüquqi aktın qəbul edilməsi bu Qanunda nəzərdə tutulmamışdır. Bunu n əksinə olaraq qaçqın statusunun verilməsi qaydasının Azərbaycan Respublikası Prezidentinin müvafiq aktı ilə tənzimlənməsi göstərilmişdir. Məcburi köçkün statusunun verilməsi isə onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcısı olur. Belə ki, istinad edilmiş Qanunun İİ fəsli “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmaqla sadalanmış sonrakı müddəalar bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təminatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. O cümlədən, həmin Qanunun 6-cı maddəsində müəyyən olunmuşdur ki, qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir.
15. Bundan başqa, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın (dövlət qeydiyyatına 2013-cü ildə **********0001 nömrə ilə alınmışdır) 4.1.6-cı maddəsində nəzərdə tutulmuşdur ki, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir.
16. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərc i müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydasının 2.6cı maddəsinə əsasən valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara aylıq müavinət şamil edilmir. İşin hallarından müəyyən olunur ki, iddiaçının anası X5 2000-ci ildən məcburi köçkün statusuna malikdir və 2001-ci il təvəllüdlü İddiaçı onun himayəsində olmuşdur. Yuxarıda göstərilmiş Qanunun normalarına uyğun olaraq iddiaçı məcburi köçkün statusunun alınmasının nəticəsi kimi dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququnu qazanmışdır. Bu hüququn tərkib hissəsi kimi şəxsə yemək xərci ilə bağlı aylıq müavinətin verilməsi nəzərdə tutulmuş və bu məsələlər istinad olunmuş Qaydalarda tənzimlənmişdir. Hər iki hüquqi aktın y uxarıda istinad edilmiş əlaqəli təhlili isə o nəticəyə gəlməyə əsas yaradır ki, müvafiq yemək xərcini alan şəxs məcburi köçkün kimi artıq müvafiq qeydiyyata alınmış və onun məhz məcburi köçkün statusunun mövcudluğu dövlətin təyin etdiyi yardımların alınması hüququna təminat vermişdir.
17. Bundan başqa, iş materiallarında olan Qubadlı Rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli cavab məktubunda qeyd edilmişdir ki, X5 ilə X2 arasında rəsmi nikah məhkəmənin xx.xx.2005-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Həmin vaxtdan Z.Şərifovaya və qızı İddiaçı aylıq yemək xərci verilmişdir.
18. Məhkəmə hesab etmişdir ki, İddiaçı “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanmasına dair” Təlimatın (dövlət qeydiyyatına 2002-ci ildə 27440 nömrə ilə alın mışdır) “İV. Yemək xərci üçün aylıq müavinət aşağıdakı məcburi köçkün statusu almış şəxslərə verilir” adlı bölməsinin 4.4-cü bəndinə əsasən (ər və ya arvaddan biri “məcburi köçkün” statusuna malik olmuş ailələrdə nikahın pozulması zamanı məhkəmə qaydasında “məcburi köçkün” statusuna malik olan şəxsin himayəsində qalan uşaqlar) məcburi köçkün statusu olan anası Z.Şərifovanın himayəsində olan uşaq kimi müvafiq yemək xərcini almaqla artıq məcburi köçkün kimi müvafiq qeydiyyata alınmış və onun məcburi köçkün statusunun mövcudluğu dövlətin təyin etdiyi yardımların alınması hüququna təminat vermişdir.
19. Cavabdehin imtina cavabında istinad etdiyi “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın (dövlət qeydiyyatı na 2013-cü ildə **********0001 nömrə ilə alınmışdır) 4.1.6-cı maddəsi isə sonradan qəbul edildiyindən və iddiaçının vəziyyətini ağırlaşdırdığından onlara münasibətdə geriyə tətbiq edilə bilməz.
20. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-342/2022 nömrəli iş üzrə 10 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər: C.A.Yusifov /sədrlik edən/, H.Ü.Həmidov və E.E.Nağıyeva) apellyasiya şikayəti təmin edilməmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
23. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərardadın ləğv olunmasın ı və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
24. Kassasiya şikayətində işin halları və iddia tələbinə etirazın dəlilləri sadalanmışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
26. Azərbaycan Respublikası Konstitusiyası: Maddə
25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən,siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabə rliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Maddə
148. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktlar: Qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir: - Konstitusiya; - referendumla qəbul edilmiş aktlar; - qanunlar; - fərmanlar; - Azərbaycan R espublikası Nazirlər Kabinetinin qərarları; - mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları.
27. Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair qaydaları 4.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir:... 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara;... 28.
1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi... Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiya sı məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
30. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİN İN MÖVQEYİ
31. Məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının iş üzrə qəbul etdiyi 2-1(103)-342/2022 nömrəli, 10 fevral 2022-ci il tarixli qərarla və həmin qərardan cavabdeh tərəfindən verilmiş kassasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının anası X5 1993-cü ildən Qubadlı rayonundan məcburi köçkün düşmüş, Qubadlı rayonu Başarat kədində pasport qeydiyyatdadır. Məcburi köçkün statsuna malik olan şəxsdir və 1997-ci ildən Xızı rayonu Saf-Bulaq kəndində yaşayır. 02 oktyabr 2006-cı il tarixindən isə Xızı rayonu İcra Hakimiyyətində məcburi köçkün kimi qeydiyyata alınmış və ona məcburi köçkünlər üçün yemək xərcləri ödənilir.
32. Həmçinin apellyasiya məhkəm əsi tərəfindən müəyyən edilmişdir ki, X5 ilə X2 arasında 10 noyabr 2000-ci il tarixində nikah bağlanmış, həmin nikahdan onların xx.xx.2001-ci il təvəllüdlü İddiaçı (iddiaçı) anadan olmuş, xx.xx.2003-cü il tarixində onlar arasındakı həmin nikah qeydi pozulmuş və İddiaçı (iddiaçı) anası X3 himayəsində yaşayır və ona məcburi köçkünlərə ödənilən yemək xərcləri ödənilir.
33. Eyni zamanda apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2001-ci il təvəllüdlü İddiaçı da həmçinin Qubadlı rayonu Başarat kədində pasport qeydiyyatındadır, Xızı rayonu Saf-Bulaq kəndində məcburi köçkün stasuna malik olan anası X3 himayəsində yaşayır.
34. Bununla yanaşı apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, 01/929 nömrəli imtina məkubunda (ca vabdehin kassasiya şikayətinin əsas dəlili də ondan ibarətdir. Qeyd Ali Məhkəmənindir) cavabdeh Komitə, Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin 23 may 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş və 05 iyun 2013-cü il tarixində Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6cı bəndinə istinadən, valideynlərindən atası məcburi köçkün statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi almış (16 yaşlı) uşaqlara məcburi köçkün statusu və bu barədə vəsiqənin verilməsi nəzərdə tutulduğunu qeyd edərək, dolayısı ilə iddiaçıya məcburi köç kün statusu verilməsi»ni mümkünsüz sayır.
35. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili əsassızdır və apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, cavabdehin qeyd olunan əsasla iddiaçıya məcburi köçkün statsunun verilməsindən imtina etməsi Azərbaycan Respublikasının Konstitusiyasına ziddir.
36. Belə ki, işin tədqiq olunan sübutlarla müəyyən edilən hallarından göründüyü kimi, iddiaçının anası da Qubadlı rayonundan gəlmiş məcburi köçkündür və cavabdeh orqan tərəfindən ona məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilmişdir.
37. Belə olan halda, cavabdeh Komitənin özü tərəfindən təsdiq edilmiş “ sözügedən Qaydalar”ın 4.1.6-cı bəndi hazırkı mübahisəli hüquq münasibətlərinə tətbiq ediliyi təqdirdə iddiasçının konstitusion hüquqları pozulmuş olar.
38. Belə ki, Azərbayc an Respublikasının Konstitusiyasının 25-ci maddəsinə əsasən: “ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyaz ların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir...”
39. Konstitusiyanın qeyd olunan normasının ehtiva etdiyi müddəalarının mənası baxımından, kişi ilə qadın eyni hüquqlara malikdir. Qadın cinsinə mənsub olduğuna görə onun hüquqları məhdudlaşdırıla, güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Kişi ilə bərabər qadının da dövlət orqanlarına və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hüquqları təmin edilir.
40. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi doğru olaraq belə qənaətə gəlmişdir ki, cavabdeh tərəfindən məcbur köçkün statusuna malik olan anasının himayəsində yaşayan (və məcburi köçkün kimi yemək xərcləri də ödənilən) - İddiaçı məcbur kiçkün statusu verilməsindən imtina olunması Konstitusiyaının qeyd olunan normasının tələblərinə ziddir.
41. Apellyasiya məhkəməsi haqlı olaraq Konstitusiyanın qeyd olunan 25-ci maddəsinin tələbləri baxımından, cavabdehin istinad etdiyi “Qaydaları”ın sonradan qəbul edilmiş 4.1.6-cı maddəsinin iddiaçının vəziyyətini ağırlaşdırdığını nəzərə alaraq, ona münasibətdə həmin normanın geriyə tətbiq edilməsini mümkün hesab etməmişdir. 42. “Qaydaların” qeyd olunan 4.1.6-cı bəndi isə 16 noyabr 2020-ci il tarixində cavabdeh Komitənin qərarı ilə əlavə edilmiş və 1 dekabr 2020-ci il tarixində reyestrə daxil edilmişdir. xx.xx.2001-ci il təvəllüdlü iddiaçının isə 16 yaşı xx.xx.2001-ci il il tarixində tamam ol ur. Göründüyü kimi, məcburi köçkün statusunu almaq üçün qanunvericiliklə müəyyən edilən 16 yaş həddinə çatdığı anda, “Qaydalar”ın qeyd olunan bəndi qüvvədə olmamışdır. Sonradan (2020-ci ildə) qəbul edilən həmin norma isə iddiaçının vəziyyətini ağırlaşdırmışdır.
43. Apellyasiya məhkəməsi öz qərarında həmçinin birinci instansiya məhkəməsinə istinadən onu da düzgün olaraq qeyd etmişdir ki, “...Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının “iddiaçı Yaqut Şıxəliyevanın cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı” 21(102)-506/16 nömrəli iş üzrə 2016-cı il 25 may tarixli qərarına istinad edərək oxşar mübahisə ilə bağlı digər işlər üzrə də Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüqu quna aid tələblər nəzərə alınmaqla məhkəmə kollegiyasının mövqeyinin hazırkı məzmunda olduğunu vurğulamışdır...”
44. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdeh tərəfindən ayrı-seçkiliyə yol verilərək hər kəsin hüquq və azadlıqlarının qanun və məhkəmə qarşısında bərabərliyinə təminat verilməsi barədə Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə riayət edilməmişdir.
45. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi kollegiyasının 13 mart 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 25 fevral 2014-cü il tarixli qərarında vurğulamışdır ki, “Konstitusiyanın 25-ci maddəsinin İ hissəsin ə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır.
46. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ə dalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur.
47. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir.
48. Konstitusiya Məhkəməsi Plenumunun bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. 49. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiə si haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 14-cü maddəsinə əsasən bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir.
50. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliy in ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86)”.
51. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin qərarları işığında mübahisəyə baxan məhkəmə kollegiyası hesab edir ki, eyni statusda olan məcburi köçkün şəxslərə (kişilərlə qadınlara) cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə görə cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır.
52. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-342/2022 nömrəli, 10 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
53. Şərh edilə nlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-342/2022 nömrəli, 10 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.