Məhkəmə qərarları › İş №2-1(102)-942/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-942/2024

15.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-942/2024 15.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qərarın ləğv edilməsi; kameral vergi yoxlaması; ləğv edilmiş inzibati aktın mübahisələndirilməsinin mümkünlüyü; dəqiqləşdirilmiş bəyannamə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ya nında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 16 noyabr tarixli, 2-1(103)-2382/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********341500 saylı qərarı ilə 2019-cu il yanvar ayı üçün 129.128,33 manat ƏDV hesablanmışdır.

2. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********342200 saylı qərarı ilə 2019-cu ilin fevral ayı üçün 78.661,98 mana t ƏDV hesablanmışdır.

3. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********344600 saylı qərarı ilə 2019-cu ilin mart ayı üçün 48.115,68 manat ƏDV hesablanmışdır.

4. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********347700 saylı qərarı ilə 2019-cu ilin aprel ayı üçün 25.519,45 manat ƏDV hesablanmışdır.

5. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********350500 saylı qərarı ilə 2019-cu ilin may ayı üçün 29.561,83 manat məbləğində ƏDV hesablanmışdır.

6. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********359800 saylı qərarı ilə 2019-cu ilin iyun ayı üçün 25.213,32 manat ƏDV hesablanmışdır.

7. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********362600 saylı qərarı ilə 2019-cu il sentyabr ayı üçün 17.173,30 manat ƏDV hesablanmışdır.

8. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********366400 saylı qərarı ilə 2019-cu ilin oktyabr ayı üçün 2.876,70 manat ƏDV hesablanmışdır.

9. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********368800 saylı qərarı ilə 2019-cu ilin noyabr ayı üçün 8.829,55 manat ƏDV hesablanmışdır.

10. Cavabdehin “Vergilərin, sosial s ığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********373000 saylı qərarı ilə 2019-cu ilin dekabr ayı üçün 25.820,60 manat ƏDV hesablanmışdır.

11. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********209800 saylı qərarı ilə 2020-cu ilin yanvar ayı üçün 66.684,51 manat ƏDV hesablanmışdır.

12. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********214000 saylı qərarı ilə 2020-cu il fevral ayı üçün 34.151,05 manat ƏDV hesablanmışdır.

13. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********216400 saylı qərarı ilə 2020-cu il mart ayı üçün 210.502,43 manat ƏDV hesablanmışdır.

14. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********217100 saylı qərarı ilə 2020-cu ilin aprel ayı üçün 115.728,21 manat ƏDV hesablanmışdır.

15. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********218800 saylı qərarı ilə 2020-cu ilin may ayı üçün 115.110,01 manat ƏDV; -xx.xx.2021-ci il tarixli **********790000 saylı qərarı ilə 2020-cu ilin noyabr ayı üçün 454.658,64 manat ƏDV hesablanmışdır.

16. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********606100 saylı qərarı ilə 2019-cu il üçün 429.992,67 manat mənfəət vergisi hesablanmışdır.

17. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********562600 №-li qərarı ilə 2020-ci il üçün 1.056.957,85 manat mənfəət vergisi hesablanmışdır.

18. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********528500 №-li qərarı ilə 2020-ci il üçün 1.056.957,85 manat mənfəət vergisi hesablanmışdır.

19. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********013600 saylı qərarı ilə 2020-ci il üçün 1.056.957,85 manat mənfəət vergisi hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

20. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2020-ci il tarixli **********341500, **********342200, **********344600, **********347700, **********350500, **********359800, **********362600, **********366400, **********368800 və **********373000 nömrəli, xx.xx.2020-ci il tarixli **********606100 nömrəli, xx.xx.2020-ci il tarixli **********209800, **********214000, **********216400, **********217100 və **********218800, xx.xx.2021-ci il tarixli **********790000 nömrəli, xx.xx.2021-ci il tarixli **********562600 nömrəli və xx.xx.2021-ci il tarixli **********013600 nömrəli qərarların ləğv edilməsini xahiş etmişdir.

21. İddia onunla əsas landırılmışdır ki, iddiaçı xx.xx.2018-ci il tarixdən əsas fəaliyyəti “meyvə və tərəvəzlərin topdan satışı” kimi vergi ödəyicisi kimi uçota alınmış, lakin hesabat dövrlərində faktiki olaraq meyvə və tərəvəzlərin pərakəndə satışı fəaliyyətini göstərmişdir. Fəaliyyəti həyata keçirdiyi ünvan 1 ünvanda əsas sahəsi 150 kv.m, əlavə sahəsi 75 kv.m olan təsərrüfat subyekti “Topdan satış” obyekti kimi qeydiyyata alınmış və həmin təsərrüfat subyektində xx.xx.2018-ci il tarixdə NKA qeydiyyata alınmışdır. Fəaliyyət göstərdiyi müddətdə idxal olunmuş mallar alıcılara nəzarət kassa aparatı tətbiq olunmaqla pərakəndə formada satılmışdır. Topdansatış kimi uçota alındığı halda pərakəndə satış göstərməsi barədə vergi orqanına əlavə məlumat verilməsinin zəruriliyini bilmədiyinə görə cavabdehə məlumat verilməmi şdir. Vergi ödəyicisi Vergi Məcəlləsi ilə ona verilmiş hüquqlardan istifadə edərək, qanunvericiliyin tələblərinə uyğun olaraq təqdim olunmuş əlavə dəyər vergisi bəyannamələri uçot məlumatları ilə təkrar yoxlanıldığı zaman təqdim olunmuş bəyannamələrdə səhv (cari bəyannamələrdə dövriyyə məbləği səhv göstərilmişdir) aşkar olunduğuna görə dəqiqləşdirilmiş bəyannamələr təqdim olunmuşdur. Dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannamələrinə görə vergi orqanı tərəfindən göndərilmiş uyğunsuzluq məktubunda və çıxarılmış “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarda təqdim olunmuş dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannamələrində dövriyyə məbləğinin əsassız olaraq azaldıldığı qeyd olunur. İddiaçıdan “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqq ında” vergi orqanı tərəfindən xx.xx.2020-ci il tarixli **********653500 nömrəli məktub göndərilməklə, müvafiq dövr üzrə vergiyə cəlb olunan dövriyyənin azaldılmasına əsas verə biləcək müvafiq təsdiqedici sənədlərin təqdim olunması bildirilmişdir. Bu məktub iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixli **********677600 nömrəli məktubla cavablandırılaraq təsdiqedici sənədlər kimi bank hesabından çıxarışlar və NKA-nın dövrü hesabatları (belə ki, iddiaçının satışı nəzarət kassa aparatı tətbiq etməklə aparıldığından hesabat ayları üzrə satış dövriyyəsini müəyyən etmək üçün NKA-nın dövrü hesabatları əsas götürülməlidir) əlavə olunmaqla müvafiq izahat verilmişdir. Həmin məktuba vergi orqanı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli cavab məktubunda “Sizin 2019-ci ilin yanvar-iyun və avqust-dek abr ayları üzrə təqdim etdiyi ƏDV bəyannamələri barədə izahat məktubuna İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal gəlirlər Baş idarəsində baxılmışdır. İzahat məktubuna da qeyd olunanlara aparılacaq kameral vergi yoxlaması zamanı münasibət bildirəcəkdir” bildirilmişdir. Kameral vergi yoxlamasını aparan əməkdaş, təqdim olunmuş izahat və sənədlərlə tanış olmaqla, Vergi Məcəlləsinin 37.3-cü maddəsinə əsasən əlavə məlumat və sənədlər tələb etməli olduğu halda bununla əlaqədar əlavə sənəd və ya məlumatların tələb edilməsi ilə bağlı məktub göndərməmişdir. Belə ki, Vergi Məcəlləsinin 37.3.-ci maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, ve rgi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Tərəflərindən verilmiş sənədlər və izahat məktubu ilə əlaqədar vergi əməkdaşı hər hansı əlavə uyğunsuzluq müəyyən etməmişdir. Yəni, kameral vergi yoxlamasını aparan əməkdaş hesablama aparılanadək kameral vergi yoxlamasının predmeti üzrə üzərinə düşən vəzifələri düzgün yerinə yetirməmişdir. Bunlara baxmayaraq, yuxarı vergi orqanı məsələyə birtərəfli baxaraq, çıxartdığı “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarda tərəfindən cavab kimi əsaslandırılmış izahat, müvafiq təsdiqedici sənədlərin təqdim olunmadığı bildirilmişdir. Bu hal özü də, vergi ödəyicisinin hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Bundan əlavə, tərəfindən vergi qanunvericiliyinin vermiş olduğu hüquqlardan (Vergi Məcəlləsinin 72.5.-ci maddəsinə əsasən) istifadə edərək 2020-ci ilin yanvar, fevral, mart, aprel və may ayları üzrə təqdim olunmuş dəqiqləşdirilmiş əlavə dəyər vergi bəyannamələri təqdim olunmuşdur. Lakin vergi orqanı təqdim olunmuş bəyannamələrdə hər-hansı bir kənarlaşma aşkar etmədən, sadəcə olaraq ehtimallara əsaslanaraq “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********286400 nömrəli məktub göndərərək, müvafiq dövr üzrə vergiyə cəlb olunan dövriyyənin azaldılmasına əsas verə biləcək müvafiq təsdiqedici sənədlərin təqdim olunmasını bildirmişdir. Bu məktub da iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixli **********818600 nömrəli məktubla cavablandırılaraq təsdiqedici sənədlər kimi bank hesabından çıxarışlar və NKA-nın dövrü hesabatla rı (iddiaçının satışı nəzarət kassa aparatı tətbiq etməklə aparıldığından hesabat ayları üzrə satış dövriyyəsini müəyyən etmək üçün NKA-nın dövrü hesabatları əsas götürülməlidir) əlavə olunmaqla müvafiq izahat verilmişdir. İddiaçı Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq, malları onların maya dəyərinə (malların alınması, daşınması və gömrük rəsmiləşdirilməsi zamanı çəkilən xərclər nəzərə alınmaqla) əsasən mədaxil etmişdir. Lakin “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarda yanlış olaraq xx.xx.2020-xx.xx.2020-ci il tarixlərində idxal əməliyyatları nəticəsində 14027782,86 manat məbləğində mal əldə edildiyi qeyd olunmuşdur. Eyni zamanda “həmin dövr üçün təqdim edilmiş əlavə dəyər vergisi bəyannamələri üzrə daxil olma üzrə dövriyyənin ********.53 manat (ƏDV -siz) olduğu və nəticədə ticarət əlavəsi nəzərə alınmaqla 495850.79 manat məbləğində əlavə dəyər vergisinin az hesablandığı müəyyən edildiyi” bildirilsə də, həmin məbləğin hesablanması əsaslandırmamışdır (bu halda da Vergi Məcəlləsinin 12-ci və 94-cü maddəsinin müddəalarını pozulmuşdur). “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” vergi orqanının xx.xx.2020-ci il tarixli **********697600 nömrəli məktubu da xx.xx.2021-ci il tarixli **********030200 nömrəli məktubla cavablandırılaraq təsdiqedici sənədlər kimi bank hesabından çıxarışlar və NKA-nın dövrü hesabatları əlavə olunmaqla müvafiq izahat verilmişdir. Yenə də vergi orqanı göndərilmiş sənədlərlə münasibət bildirmədən, sənədlərdə aşkar edilmiş kənarlaşmalar barədə məktub göndərmədən, hər hansı bir hesablamaya söykənmədən 454658.64 manat əlavə vergi məbləği hesablamışdır.

22. Cavabdeh iddia tələbinə yazılı etirazında işin hallarına istinad etmiş və əlavə olaraq qeyd etmişdir ki, uçot-baza məlumatlarına əsasən, vergi ödəyicisinin təsərrüfat subyektində keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində mal qalığı aşkar edilməmişdir. Vergi ödəyicisi tərəfindən 2019-cu il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən xx.xx.2020-ci il tarixə mal qalığı 221806,28 manat olmuşdur. Eyni zamanda, xx.xx.2020 - xx.xx.2020-ci il tarixə olan dövrdə e-qaimələrə əsasən alışı olmamış, idxal isə 14027782,86 manat olmuşdur. Bundan əlavə xx.xx.2020-xx.xx.2020-ci il dövrlər üçün təqdim edilmiş ƏDV bəyannamələrində daxil olma üzrə dövriyyə 11494862,53 manat (ƏDV-siz) olması k ənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunan kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********697600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2020-ci ilin noyabr ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə 454658,64 ma nat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2021-ci il tarixli **********790000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Vergi ödəyicisi tərəfindən 2019-cu il ərzində aparılmış idxal əməliyyatları zamanı malların faktiki qiymətləri ilə statistik qiymətləri arasında 2061711,29 manat fərq yaranmışdır ki, bu da xərclərin (mal, xammal, amortizasiya və s.) şişirdilməsi kimi qiymətləndirilmiş və kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunan kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********719500 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Vergi ödəyicisi tərəfindən dəqiqləşmiş bəyannamə təqdim edilərək müvafiq dövr üzrə aparılmış idxal əməliyyatları zamanı malların faktiki qiymətləri ilə statistik qiymətləri arasında yaranmış kənarlaşmanın aradan qaldırılmasına baxmayaraq, müvafiq dövr üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində dövriyyə azaldılaraq 4047887,94 manat olmuşdur. Vergi ödəyicisi tərəfindən müvafiq dövr üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində dövriyyənin azalması ilə bağlı əsaslandırılmış yazılı izahat və zəruri sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019-cu il üçün mənfəət vergisi bəyannaməsi üzrə 429992,67 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2020-ci il tarixli **********606100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. 2020-ci il üzrə təqdim edilən mənfəət vergisi bəyannaməsinin 200-cü (Malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir) sətrində 9011860.67 manat + 201-ci (Amortizasiya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir) sətrində 0 manat + 202-ci (Amortizasiya olunmayan aktivlərin təqdini edilməsindən gəlir) sətrində 0 manat + 203-cü (Daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir) sətrində 0 manat + 206-cı (Əvəzsiz əsasla təqdim edilmiş aktivlərin dəyəri) sətrində 0 manat + 217- ci (Yuxarıdakı bəndlərdə nəzərdə tutulmayan digər gəlirlər (o cümlədən mənfəət vergisindən azad edilən gəlirlər) sətrində 0 manat + bəyannamənin 1 №-li Əlavəsinin 2.2.1.2-ci (Alınmış avanslar) sətrinin hesabat ilinin əvvəli ilə müqayisədə hesabat dövrünün sonuna artan 0.00 manat, cəmi 9011860.67 manat məbləğində gəlir göstərməyinə baxmayaraq bəyannamənin aid olduğu ilin müvafiq ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində bu məbləğdən 5284789.24 manat artıq, yəni ********.91 manat dövriyyə məbləğləri göstərilmiş, lakin bəyannamənin 1 №-li Əlavəsinin 1.4.2-ci sətrində (Sair debitor borcları) əks etdirilmiş debitor borclarının məbləği hesabat ilinin əvvəli ilə müqayisədə hesabat dövrünün sonunda cəmi 0 manat artdığı üçün gəlir məbləğlərində 5284789.24 manat kənarlaşma yaranmışdır. Qeyd olunan kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********755800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi bildirilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2020-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə 1056957,66 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx. xx.2021-ci il tarixli **********562600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2020-ci il tarixdə 2019-cu ilin yanvar iyun, avqust- dekabr ayları üzrə təqdim edilmiş dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannamələrində vergiyə cəlb olunan dövriyyə azaldılmışdır. Vergi Məcəlləsinin 37.3-ci maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Qeyd olunanlarla əlaqədar, müvafiq dövr üzrə vergiyə cəlb olunan dövriyyənin azaldılmasına əsas verə biləcək müvafiq təsdiqedici sənədlərin (bank hes ablarından çıxarışlar, kassa mədaxil orderləri, NKA çekləri, qəbz, müəssisənin mühasibatlıq kitabları, baş kitab, azaldılmış dövriyyəyə uyğun qalıqda qalmış mallar barədə ətraflı məlumatlar və s.) 5 gün ərzində vergi orqanına təqdim olunması vergi ödəyicisinə bildirilmişdir. Qeyd olunan kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********855800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi bildirilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqlə şmiş vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019-cu ilin yanvar ayı üzrə 129000 manat, fevral ay üzrə 78661 manat, mart ayı üzrə 48115 manat, aprel ayı üzrə 25520 manat, may ayı üzrə 29561 manat, iyun ayı üzrə 25213 manat, sentyabr ayı üzrə 17173 manat, oktyabr ayı üzrə 2875 manat, noyabr ayı üzrə 8830 manat və dekabr ayı üzrə 25820 manat hesablama aparılmış və vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********342200, **********362600, **********347700, **********359800, **********344600, **********366400, **********350500, **********368800, **********373000, **********341500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar gönd ərilmişdir. Həmçinin, vergi ödəyicisi tərəfindən xx.xx.2020-ci il tarixdə təqdim edilmiş 2020-ci ilin yanvar-may ayları üçün ƏDV bəyannamələri üzrə müvafiq olaraq 66684,51 manat, 34151,05 manat, 210502,43 manat, 115728,21 manat, 115110,01 manat məbləğində azalma aparılmışdır. Qeyd olunan kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********286400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi bildirilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiql əşmiş vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2020-ci ilin yanvar ayı üzrə 66685 manat, fevral ay üzrə 34150 manat, mart ayı üzrə 210503 manat, aprel ayı üzrə 115728 manat, may ayı üzrə 115110 manat hesablama aparılmışdır. Bu barədə xx.xx.2020-ci il tarixli **********342200, **********362600; **********347700, **********359800, **********344600, **********366400, **********350500, **********368800, **********373000, **********341500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar göndərilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə Dövlət Vergi Xidmətinə inzibati qaydada müraciət etmiş v ə inzibati şikayətin təmin edilməməsi haqqında xx.xx.2021-ci il tarixli **********185700 qərar qəbul edilmişdir.

23. Bakı İnzibati Məhkəməsinin 02 avqust 2022-ci il tarixli qərardadı ilə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və 08 dekabr 2022-ci il tarixli 9/6003 saylı ekspert rəyində qeyd edilmişdir ki, mübahisələndirilən qərarlar ilə hesablanmış vergilərin düzgünlüyü təsdiqini tapmamış, bu cür hesablamanın aparılması mühasibat uçotu və vergi qanunvericiliyi ilə nəzərdə tutulmamış, iddiaçının mühasibat uçotu məlumatları ilə cəmiyyət tərəfindən təqdim olunmuş bəyannamələrdə kənarlaşma aşkar olunmamış və hazırki tədqiqatla iddiaçının vergilərin hesablanması ilə bağlı qeyd etdiklərindən fərqli hallar müəyyən olunmamışdır.

24. Bakı İnzibati Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, 2-1(112)-276/2023 nömrəli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilmiş, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2020-ci il tarixli **********341500, **********342200, **********344600, **********347700, **********350500, **********359800, **********362600, **********366400, **********368800 və **********373000 nömrəli, xx.xx.2020-ci il tarixli **********606100 nömrəli, xx.xx.2020-ci il tarixli **********209800, **********214000, **********216400, **********217100 və **********218800, xx.xx.2021-ci il tarixli **********790000 nömrəli, xx.xx.2021-ci il tarixli **********562600 nömrəli və xx.xx.2021-ci il tarixli **********013600 nömrəli qərarları ləğv edilmişdir.

25. Məhkəmə ekspert rəyini mötəbər hesab edərək o nəticəyə gəlmişd ir ki, iddiaçı 2020-ci ilin yanvar, fevral, mart, aprel və may ayları üzrə dəqiqləşdirilmiş əlavə dəyər vergi bəyannamələrini təqdim etmiş olsa da, cavabdeh vergi orqanı təqdim olunmuş bəyannamələrdə hər-hansı bir kənarlaşmanı aşkar etmədən, formal ehtimallara əsaslanaraq “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********286400 nömrəli məktub göndərərək, müvafiq dövr üzrə vergiyə cəlb olunan dövriyyənin azaldılmasına əsas verə biləcək müvafiq təsdiqedici sənədlərin təqdim olunmasını bildirmişdir. Bu məktub da iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixli **********818600 nömrəli məktubla cavablandırılaraq, təsdiqedici sənədlər kimi bank hesabından çıxarışlar və NKA-nın dövrü hesabatları əlavə olunmaqla müvafiq izah at verilmişdir. “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” cavabdeh orqanın xx.xx.2020-ci il tarixli **********697600 nömrəli məktubunu da iddiaçı xx.xx.2021-ci il tarixli **********030200 nömrəli məktubla cavablandıraraq, təsdiqedici sənədlər kimi bank hesabından çıxarışlar və NKA-nın dövrü hesabatları əlavə olunmaqla müvafiq izahat verilmişdir. Bundan əlavə, vergi orqanı iddiaçının xx.xx.2020- xx.xx.2020-ci il tarixədək idxal olunan malların dəyərinin ********.86 manat olmasının hansı əsasla hesablanmasını əsaslandırmamışdır. Bu barədə cavabdehin uyğunsuzluq məktubu iddiaçı tərəfindən cavablandırılmaqla həmin rəqəmlərin yanlış olduğu bildirilməklə vergi orqanından əsaslandırılması xahiş olunmasına baxmayaraq, heç bir əsaslandırma aparılma mışdır. Əlavə olaraq, cavabdehin digər dəlillərinə görə 2019-cu il üzrə təqdim olunmuş mənfəət vergisi bəyannaməsində dövriyyənin azalması ilə bağlı əsaslandırılmış izahat və zəruri olan sənədlər təqdim olunmadığından 429992,67 manat əlavə vergi məbləği hesablanmış, 2019-cu ilin yanvar - iyun, avqust-dekabr ayları üzrə təqdim edilmiş əlavə dəyər vergisi bəyannamələrində vergiyə cəlb olunan dövriyyə azaldılmış, həmçinin vergi ödəyicisi tərəfindən 2020-ci ilin yanvar-may ayları üzrə ƏDV bəyannamələrində azalma aparılmışdır. Halbuki, vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 72.5-ci maddəsinə əsasən dəqiqləşdirilmiş bəyannamələr təqdim olunmuş, bununla əlaqədar vergi orqanı tərəfindən göndərilmiş uyğunsuzluq məktubları da cavablandırılmaqla aylar üzrə NKA-nın dövrü hesabatları və bank çıx arışları göndərilmişdir. Göndərilmiş sənədlərlə bağlı hərhansı əlavə uyğunsuzluq müəyyən olunmadığı halda əsassız olaraq əlavə hesablama aparılmışdır. Həmçinin, cavabdehin dəlillərinə görə 2019-cu il ərzində aparılmış idxal əməliyyatları zamanı malların faktiki qiyməti ilə statistik qiymətləri arasında 2061711,29 manat fərq yaranmışdır ki, bu da xərclərin şişirdilməsi kimi qiymətləndirilmişdir. İş materiallarından göründüyü kimi 2019-cu ilin müvafiq hesabat dövrləri üzrə ƏDV və illik mənfəət vergisi bəyannaməsi real satış və maya dəyəri nəzərə alınmadan təqdim olunduğundan iddiaçı dəqiqləşdirilmiş bəyannamə ilə bu uyğunsuzluğu aradan qaldırmışdır. Beləliklə, iddiaçı tərəfindən hesabat dövründə bir neçə dəfə dəqiqləşdirilmiş ƏDV bəyannamələri təqdim edilsə də, sonda mübahisələndirilən qər arlar (inzibati aktlar) qəbul edilmişdir. Vergi Məcəlləsinin 37.4-cü maddəsinə əsasən vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır (maddə 61.1.). Həmin qanuna əsasən yazılı inzibati aktın əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir (maddə 61.2.). İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsasla ndırmalıdır (maddə 61.3.). Yuxarıda da qeyd olunduğu kimi vergi orqanı yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında kameral vergi yoxlaması keçirməli və əsas olduqda əlavə vergi məbləği hesablamalıdır. Məhkəmədə aparılan icraat zamanı cavabdeh vergi orqanı mübahisələndirilən inzibatı aktların qəbul edilməsinin hüquqi əsasını və qanuniliyini sübut edə bilməmişdir. Bununla əlaqədar olaraq, hazırkı inzibati mübahisə üzrə sübutetmə vəzifəsi iddiaçının deyil, məhz cavabdehin üzərinə düşür.

26. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. a) apellyasiya inst ansiyası məhkəməsindəki icraat

27. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 16 noyabr tarixli, 2-1(103)-2382/2023 nömrəli qərarı ilə (hakimlər C.Yusifov /sədrlik edən və məruzəçi/, P.Hüseynov və Ş.Məmmədova) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, 2-1(112)-276/2023 nömrəli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir.

28. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçının dəqiqləşdirilmiş bəyannamələri üzrə aparılmış kameral yoxlamanın nəticələri üzrə qəbul edilən “Vergilərin, sosial sığorta, işsizlik sığortası haqlarının hesablanması” barədə qərarların qəbulunu zəruri edən şərtlərin mövcudluğu kifayət qədər əsaslandırılmışdır. Belə ki, iş materialları üzrə iddiaçının dəq iqləşdirilmiş bəyannamələri üzrə azalmalarının əsaslılığını sübuta yetirən sənədlərə rast gəlinmir. Məhkəmənin iş üzrə təyin olunmuş məhkəmə mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08 dekabr 2022-ci il tarixli 9/6003 saylı rəyinə istinad olunan mövqeyinə gəldikdə, iddianın həmin rəyə əsaslanaraq təmin edilməsi əsassızdır. Çünki rəy tədqiq olunduqda, burada ekspertin konkret olaraq, hansı əsaslandırıcı sənədlər əsasında əvvəlki hesabat sənədlərinə münasibətdə hesablanmış vergilərin azaldılmasının əsaslılığı sübuta yetirilmir, ekspert faktlara, sənədlərə və sübutlara istinad etmədən öz səlahiyyətinə aid olmayan hüquqi məsələlərə toxunmaqla, o cümlədən Vergi Məcəlləsinin normalarına tələblərini rəydə göstərməklə kifayətlənmiş və tədqiqat metodlarına uyğun olmayan ümumi xarakterli kəlmələrlə iddiaçının təqdim etdiyi bəyannamələrdə kənarlaşma aşkar olunmadığını qeyd etmişdir. Əslində konkret halda, iş materialları üzrə sənədlər araşdırıldıqda, kameral yoxlama ilə müəyyən edilən hallar öz təsdiqini tapır, yəni burada ekspertiza təyin edilməsi zərurəti də görünmür. Belə ki, mahiyyət etibarı ilə cavabdeh vergi orqanı iddiaçının əsaslandırılmamış dəqiqləşdirilmiş vergi bəyannamələri üzrə azalmalarını əsaslandırılmadığından qəbul etməmiş, mübahisələndirilən qərarları ilə həmin azalmalar miqdarında da əvvəlki vergi hesabatları üzrə təqdim etdiyi hesabat göstəricilərini bərpa etmişdir. Ən azından Vergi Məcəlləsinin 108.1-ci maddəsi nəzərdə tutur ki, bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Vergi qanunvericiliyinin qeyd olunan normalarından göründüyü kimi, malın satınalma qiyməti xərcə salınmalı olan dəyərdir və aktivlərin dəyərinə onun alınması zamanı olan dəyər daxildir. Malın alınması zamanı olan dəyərinə gəldikdə bu öz əksini invoys, yəni hesab-faktura göstəricilərində öz təsdiqini tapı r ki, bu da beynəlxalq təcrübədə satıcının alıcıya təqdim etdiyi və göndərilən malların (xidmətlərin, illərin) siyahısını, onların miqdarı və qiymətini, malların xüsusiyyətlərini (rəng, çəki, ölçü və s) çatdırılma şərtlərini, satıcı və alıcı barədə məlumatları əks etdirən sənəddir. Qanunvericiliyin qeyd olunan normaları ilə ehtiva olunan tələbi ondan ibarətdir ki, vergi ödəyicisi məhz faktiki çəkdiyi xərclərini gəlirindən çıxmalıdır. Vergi ödəyicisi nəzərə almalıdır ki, malın gömrük dəyərini xərclərə aid etməklə xərcləri şişdirib bu yolla vergiləri azaltması yol verilməzdir. Çünki, xərclər yalnız və yalnız faktiki çəkilmiş xərclərdən formalaşır.

29. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QA RŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

30. İddiaçı kassasiya şikayətində işin hallarına və iddia ərizəsindəki dəlillərə istinad etmiş, əlavə olaraq qeyd etmişdir ki, 2019-cu il üçün təqdim olunmuş mənfəət vergisi bəyannaməsinin xərc hissəsində malların dəyərinin statistik qiymətlə göstərilməsi xərclərin şişirdilməsi kimi qiymətləndirilmiş, kənarlaşmanın yaranması səbəbi ilə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. Həmin uyğunsuzluq məktubunda qeyd olunanlar vergi ödəyicisi tərəfindən mühasibat uçotu məlumatları ilə üzləşdirilməklə yoxlanılmış və bəyannamələrin tərtibatında bir sıra nöqsanlar aşkar edilmişdir. Daha sonra, uçot məlumatlarına əsasən 2019-cu ilin müvafiq hesabat dövrləri üçün ƏDV bəyann amələri və 2019-cu ilin mənfəət vergisi üzrə dəqiqləşdirilmiş bəyannamələr göndərilməklə uyğunsuzluq aradan qaldırılmışdır. Vergi orqanı tərəfindən kameral vergi yoxlamasının hesablanması xərclərin şişirdilməsi halı ilə əlaqədar deyildir. Vergi hesablanması zamanı, hesabat ilində gəlir məbləği əsassız olaraq şişirdilməklə səhv vergi məbləği hesablanmışdır. İddiaçının xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək fəaliyyət göstərdiyi müddətdə müvafiq hesabat dövrləri üzrə təqdim olunmuş əlavə dəyər vergisi bəyannaməsində tərəfindən idxal olunmuş malların pərakəndə satış qaydasında satışının həyata keçirildiyi bəyan olunmasına baxmayaraq vergi orqanı tərəfindən bu halın qanunsuz və yolverilməz olması barədə hər-hansı bir xəbərdaredici məlumatın iddiaçıya göndərilməsi, habelə müvafiq h esabat dövrləri üzrə təqdim olunmuş əlavə dəyər vergisi bəyannamələrində bu halla (NKA tətbiq etməklə pərakəndə qaydada satılması) əlaqədar uyğunsuzluq məktublarının göndərilməsi barədə cavabdeh orqan heç bir sübut təqdim etməmişdir. Qanunvericiliyin tələbinə əsasən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Göründüyü kimi Bakı İnzibati Məhkəməsi tərəfindən iş üzrə ekspertiza təyin edilmişdir. Ekspert tərəfindən işin halları üzrə və iş materiallarında olan sənədləri tədqiq edərək ekspert qənaətə gəlmişdir ki, vergi orqanı tərəfindən hesablanma düzgün aparılmamışdır. Lakin apellyasiya instansiya məhkəməsi qərarında göstərir ki, ekspert rəyi məhkəmə üçün məcburi deyildir. Doğrudur, qanunvericiliyin tələblərinə əsasən ekspert rəyi m əhkəmə üçün vacib olmaya bilər. Amma işin hallarından görünür ki, bu məbləğlərin tədiyyə və hesabat dövrləri üzrə hesablanması xüsusi biliyə malik olan şəxs tərəfindən həyata keçirilə bilər. Məhkəmə isə yalnız vergi orqanının istinad etdiyi rəqəmləri göstərməklə nəticəyə gəlmişdir.

31. Vergi Məcəlləsinin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Vergi Məcəlləsinin bu maddəsinin tələblərindən göründüyü kimi kameral vergi yoxlamasının aparılması yalnız, vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari verg i ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə aparılır. Digər hallarda isə kameral vergi yoxlamasının aparılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Vergi Məcəlləsinin 72.5ci maddəsinə uyğun olaraq dəqiqləşdirilmiş bəyannamənin verilməsi isə uyğunsuzluq kimi qəbul oluna bilməz və kameral vergi yoxlamasının aparılması üçün şərt ola bilməz. Bu halda hər hansı uyğunsuzluğun olmadığına baxmayaraq tərəfimizdən məktub cavablandırılmış və hesabat dövrləri üzrə satış dövriyyəsinin təsdiqi üçün müvafiq təsdiqedici sənədlər (bank çıxarışları, NKA-nın dövrü hesabatları) təqdim olunmuşdur. Məhz tərəfimizdən təqdim olunmuş bu sənədlərlə də bağlı hər hansı kənarlaşma müəyyən olunmamış və bu barədə bizə hər hansı əlavə uyğ unsuzluq göndərilməmişdir. Vergi Məcəlləsinin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. Xatırladıram ki, yaranmış bu vəziyyətdə təqdim olunmuş sənədlərlə bəyannamə arasında hər hansı ziddiyyət və kənarlaşma müəyyən olunmamışdır.

32. Məhkəmə öz qərarının 7-ci səhifəsinin 3-cü abzasında göstərir ki, iddiaçı tərəfindən 2020-ci il üzrə təqdim edilən mənfəət vergisi bəyannaməsinin gəlir hissəsində cəmi 9.011.860.67 manat məbləğində gəlir göstərməyinə baxmayaraq, bəyannamənin aid olduğu ilin müvafiq ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində bu məbləğdən 5.284.789.24 manat artıq, yəni 14.296.649.91 manat dövriyyə məbləğləri göstərilmişdir. Halbuki, iddiaçı tərəfindən bəyannamənin aid olduğu ilin müvafiq ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində 14.296.649.91 manat dövriyyə göstərilməmişdir. Bu məbləği vergi orqanı haradan götürdüyü məlum deyildir. 33. 2020-ci ilin noyabr ayı üçün təqdim olunmuş əlavə dəyər vergisi bəyannaməsinə göndərilmiş “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” uyğunsuzluq” məktubunda xx.xx.2020-xx.xx.2020-ci il tarixədək idxal olunmuş malların dəyərinin ********.86 manat olduğu bildirilmişdir. Lakin, həm vergi orqanı ilə yazışmalarda, həm də məhkəmə prosesində bu məlumatlar təsdiqini tapmamışdır. Həmin uyğunsuzluq məktubu da tərəfimizdən, həmin məbləğin yanlış olduğu bildirilmiş və həmi n məbləğin dəqiqləşdirilməsi üçün iddiaçının iştirakı ilə birgə araşdırmanın aparılması xahiş edilmişdir. Lakin cavabdeh müraciətdə qeyd olunanları və təqdim olunmuş sənədləri araşdırmadan öz şəxsi mülahizələrinə əsasən əlavə vergi hesablamışdır. 34. 2019-cu ilin mənfəət vergisi bəyannaməsi ilə əlaqədar göndərilmiş “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli uyğunsuzluq məktubunda malların dəyərinin statistik dəyərlə göstərilməsinin yolverilməz olduğu və bunun vergidən yayınma halı kimi qiymətləndirildiyi bildirilsə də, sonrakı hesablamalarının əsası kimi cavabdehin əməkdaşı statistik dəyərin götürüldüyünü bildirmişdir.

35. Məhkəmə qərarın 9-cu səhifəsinin 4-cü abzasında malın alınması zamanı olan dəyərinə gəldikdə bunun öz əksini invoys, yəni hesab-faktura göstəricilərində öz təsdiqini tapdığı bildirilsə də, işin hallarını araşdırmamış, vergi orqanının idxal olunmuş malların dəyərinin onların invoys dəyəri ilə deyil, statistik dəyərinə uyğun götürülməsinə hüquqi qiymət verməmişdir. İdxal olunmuş malların dəyərinin invoys dəyəri ilə deyil, onların statistik dəyəri ilə götürülməsi malların vergitutma bazasının təhrif olunmasına və vergi məbləğinin səhv hesablamasına gətirib çıxarmışdır.

36. Bundan əlavə, məhkəmə işin hallarını hərtərəfli araşdırmamış, mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********562600 nömrəli qərarın ləğv edildiyini nəzərə almamışdır. Belə ki, 2020-ci ilin mənfəət vergisi ilə bağlı “Vergilərin, sosial sığort a və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********562600 nömrəli qərarı ləğv edilərək ilk öncə xx.xx.2021-ci il tarixli analoji qərar qəbul edilmiş, daha sonra həmin qərar da ləğv edilərək xx.xx.2021-ci il tarixli **********013600 saylı qərar qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Cavabdeh tərəfindən kassasiya şikayətinə yazılı etiraz təqdim edilərək kassasiya şikayətinin təmin edilməməsi xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

38. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdi m olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, hə min qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

39. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

40. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbinin “ “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021 -ci il tarixli **********562600 saylı qərarın ləğv edilməsi”nə dair hissəsi istisna olmaqla, digər iddia tələbləri üzrə işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Odur ki, apellyasiya instansiya məhkəməsinin qərarı qismən ləğv edilməklə, iddia tələbi ““Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********562600 saylı qərarın ləğv edilməsi” hissəsində mümkün sayılmamalı, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********562600 saylı qərarla bağlı

42. Hazırkı işə baxan birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsi 2020-ci ilin mənfəət vergisi ilə bağlı qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********562600 saylı qərarın ləğvinə dair iddia tələbini mümkün sayaraq mahiyyəti üzrə qiymətləndirmə aparsalar da (birinci instansiya məhkəməsi həmin hissədə iddianı təmin etmiş, apellyasiya instansiya məhkəməsi isə rədd etmişdir), işin hallarından görünür ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********562600 nömrəli qərar ləğv edilərək ilk öncə xx.xx.2021-ci il tarixli analoji qərar qəbul edilmiş, daha sonra həmin qərar da ləğv edilərək xx.xx.2021-ci il tarixli **********013600 saylı qərar qəbul edilmişdir.

43. Məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 64.1-ci m addəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

44. İstinad olunan hüquq normalarının tələbləri baxımından mübahisələndirilən inzibati akt xx.xx.2021-ci il tarixli qərarla ləğv edildiyindən hüquqi qüvvəsini itirmişdir.

45. Nəzərə alınmalıdır ki, İnzibati Prosessual Məcəl lənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 46. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarına əsasən inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş f əaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur.

47. Plenum qərarında həmçinin qeyd edilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərə kəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.

48. Göründüyü kimi, iddianın mümkünlük şərtlərindən biri də cavabdehin inzibati aktın qəbul edilməsində ifadə olunan hərəkətlərinin şəxsin hüquqlarına müdaxilə təşkil etməsidir.

49. Nəzərə alınmalıdır ki, hazırkı işin kontekstində qeyd edilən tərzdə hüquqlara müdaxilə o halda baş verəcək ki, iddiaçının mübahisələndirdiyi inzibati akt hüquqi qüvvəsində olsun.

50. Qeyd edilənlərə əsasən, xx.xx.2021-ci il tarixli **********562600 saylı qərar hüquqi qüvvəsini itirdiyindən iddiaçı üçün hər hansı hüquqi nəticəsi yoxdur və maraqlarına toxunmur. Odur ki, iddia bu hissədə mümkün sayılmamalıdır. İddia tələbinin digər hissəsi ilə bağlı

51. Məhkəmə kollegiyası hesab edir ki, iddia çının "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2020-ci il tarixli **********341500, **********342200, **********344600, **********347700, **********350500, **********359800, **********362600, **********366400, **********368800 və **********373000 nömrəli, xx.xx.2020-ci il tarixli **********606100 nömrəli, xx.xx.2020-ci il tarixli **********209800, **********214000, **********216400, **********217100 və **********218800, xx.xx.2021-ci il tarixli **********790000 nömrəli və xx.xx.2021-ci il tarixli **********013600 nömrəli qərarların ləğv edilməsinə dair iddia tələbinə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilən zaman maddi və prosessual hüquq normalarının tələblərinə əməl olunduğundan məhkəmə qərarı bu hissədə dəyişdirilmədən s axlanılmalıdır.

52. Apellyasiya məhkəməsi tərəfindən iddia tələbinin yuxarıda qeyd edilən hissəsi üzrə zəruri olan həcmdə, eləcə də tərəflərin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

53. Mübahisələndirilən qərarla hesablanan vergilərin qanuniliyi və əsaslılığı ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin mü əyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

54. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə əlavə olaraq qeyd edir ki, hazırkı iş üzrə iddiaçının əsas dəlillərindən biri odur ki, faktiki olaraq pərakəndə satışla məşğul olduğu üçün dövriyyəsi NKA və bank əməliyyatlarına uyğun olaraq bəyan edilməli idi ki, bu səbəbdən bəyannamələrə sonradan dəqiqləşmə verilərək, əvvəl bəyan edilmiş məbləğlərdə səhvlik olduğu müəyyən edilmiş və dəyişiklik edilmişdir.

55. Nəzərə alınmalıdır ki, vergi orqanına bəyan edilmiş dövriyyəni azaltmaqla dəqiqləşdirilmiş bəyannamələrin təqdim edilməsi ilkin bəyannamədəki məbləğlərin az aldılmasının əsaslılığını və zəruriliyini sübutetmə yükünü ilkin olaraq iddiaçının üzərinə qoyur.

56. Qeyd edilməlidir ki, qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat uçotu sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyicisinin borcudur (VM-nin 16.1.3 və 16.1.7-ci maddələri). Vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur (VM-nin 130.2).

57. İddiaç ının hətta faktiki olaraq pərakəndə satış ilə məşğul olması qəbul edilsə belə, “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 130.1-1-ci maddəsinə əsasən hazırlanmışdır və pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması ilə bağlı münasibətləri tənzimləyir. Həmin Qaydanın 2.1-ci bəndinə görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, pərakəndə ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, həmin Məcəlləyə əsasən tətbiq edilən uçot metodundan asılı olaraq, gəlirlərini və xərclərini onların ə ldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə və bu fəaliyyətlə bağlı bütün əməliyyatların başlanmasını, gedişini və başa çatmasını müəyyənləşdirməyə imkan verən uçot aparılmasını təmin etməyə borcludurlar. Bundan başqa, Qaydaların 3-cü bəndinə pərakəndə ticarət sahəsində malların mədaxilinin sənədləşdirilməsinə, 4-cü bəndində pərakəndə ticarət sahəsində malların təqdim edilməsinin sənədləşdirilməsinə, 5-ci bəndində isə pərakəndə ticarət fəaliyyəti göstərən vergi ödəyicisinin gəlirlərinin və xərclərinin müəyyən edilməsinə dair tənzimləmələr öz əksini tapmışdır.

58. Hazırkı iş üzrə materiallarda yalnız iddiaçının idxal-gömrük məlumatları vardır və iddiaçı bəyannamələrdəki məlumatların NKA və bank məlumatları ilə uyğun olduğunu iddia edir. Lakin, iddiaçı dəqiqləşdirilmiş bəyannamələri təqdim etməsinə baxmayaraq ilkin bəyannamələrdəki məbləğlərin azaldılmasının əsaslılığına və zəruriliyinə dair mötəbər sübutları, eləcə də fəaliyyəti ilə bağlı bütün əməliyyatların başlanmasını, gedişini və başa çatmasını müəyyənləşdirməyə imkan verən müvafiq uçot sənədlərini təqdim etməmişdir.

59. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 noyabr 2023-cü il tarixli, 2-1(103)-2382/2023 saylı qərarı qismən, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********562600 saylı qərarın ləğvinə dair iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilsin. İddia həmin hissədə mümkün s ayılmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 noyabr 2023-cü il tarixli, 2-1(103)-2382/2023 saylı qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar