Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-943/2020 05.06.2020 ALİ MƏHKƏMƏ “X” MMC-nin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar söz: çıxarışın və texniki pasportun verilməsi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçının vəkili, iddiaçının nümayəndəsi iştirakı ilə, İddiaçı “X” MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2712/2019 saylı, 10.12.2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 05.06.2020-ci il tarixində açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhər İcra Hakimiyyətinin Başçısının “Tikinti obyektinin istismarına icazə verilməsi haqqında” 70 saylı, 21.02.2017-ci il tarixli sərəncamına əsasən, ünvanlarında yerləşən “X” MMC-nin sifarişi ilə tikintisi qeydiyyatdan keçirilmədən müvafiq olaraq 20102015-ci və 2014-2015-ci illərdə inşa edilmiş və “X” kompleksinə daxil olan “ X”ının müstəsna hal kimi mövcud (artıq istifadəyə verilmiş) vəziyyətdə istismarına icazə verilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Tikinti obyektinin isti smarına icazənin vahid formasının təsdiq edilməsi haqqında” 302 saylı, 11.09.2014-cü il tarixli, 302 nömrəli qərarına uyğun qaydada müvafiq icazə sənədinin hazırlanması qərara alınmışdır. Bundan sonra, Xx xx xx xx xx xx xx xx xx”na Bakı şəhər İcra Hakimiyyəti tərəfindən tikinti obyektinin istismarına **** nömrəli, 21.02.2017-ci il tarixli icazə verilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 70 saylı, 21.02.2017-ci il tarixli sərəncamı və Bakı şəhər İcra Hakimiyyətinin **** saylı 21.02.2017-ci il tarixli “Tikinti obyektinin istismara verilməsinin icazə”si əsasında “X” MMC-yə məxsus ünvanlarında yerləşən “ xx xx xx” istismara verilmişdir. İddia ərizəsinə görə, Bakı şəhər İcra Hakimiyyətinin həmin daşınmaz əmlakların hüquqi əsaslarını təşkil edən sənədlərində zavodların ümumi tikinti sahəsi 30173 m2 (17093 m2 “X”, 13080 m2 “X) olaraq müəyyən edilməsinə baxmayaraq cavabdeh orqan tərəfindən hər iki zavodun birlikdə sahəsi 26052,3 m2 olaraq göstərilmiş, “X”nun ərazisində tikilmiş və istifadəsinə icazə verilən inzibati bina, yeməkxana, metal əritmə - naqil çəkmə, radiator hazırlanma – rəngləmə sexlərinin sahələri Dövlət reyestrindən verilən çıxarışda nəzərə alınmamışdır. Bununla bağlı olaraq iddiaçı */*** saylı, 03.04.2018-ci il tarixli ərizə ilə cavabdeh orqana müraciət edərək yeni texniki pasport və çıxarışların verilməsini xahiş etmiş, cavabdeh isə iddiaçının müraciətindən imtina edərək 24.04.2018-ci il tarixli, ***** nömrəli cavab məktubunda qeyd etmişdir ki, ünvanlarında yerləşən əmlaka dair iddiaçıya qanunvericiliyə uyğun dövlət reyestrindən çıxarış və texniki pasp ort verilmişdir. Bununla razılaşmayan iddiaçı, cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “X” MMC-yə AR ƏMDK yanında DƏDRX tərəfindən ünvanında yerləşən 2,63363 ha. torpaq sahəsinə və əmlak kompleksi müəssisəsinə dair hüquqların dövlət reyestrində 20 nömrəli reyestr kitabının **** nömrəli vərəqində aparılmış qeydiyyatda və bununla bağlı verilmiş **** nömrəli, 29.01.2018-ci il tarixli çıxarışa dəyişiklik edilərək “X” MMC-yə ünvanlarında yerləşən ümumi tikinti sahəsi 30173 m2 olan (“X” 17093 m2, “X” 13080 m2) əmlak kompleksi kimi müəssisəyə dair “X” MMC-yə məxsus “X” Zavodu və “X Zavoduna mülkiyyət hüququna dair yeni qeydiyyatın aparılmaqla, dövlət reyestrindən yeni çıxarışın və yeni texnik i pasportun verilməsi vəzifəsinin (tikinti sahəsi 30173 m2 göstərilməklə) cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini belə əsaslandırmışdır ki, bütün ilkin sənədlərdə, eskiz layihəsində də iddiaçıya məxsus tikintinin sahəsi 30173 m2 göstərilsə də, çıxarışda tikintinin sahəsi 26052,3 m2 göstərilmişdir. Məhkəmələrin mövqeyi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26.07.2018-ci il tarixli, 2-1(82)2841/2018 nömrəli qərarına əsasən, iddia tələbi təmin edilmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh, iddiaçının ümumi istehsal ərazisinə dair hüquqlarını qeydə alaraq zavodunun ərazisində tikilmiş və istismarına icazə verilən inzibati bina, yeməkxana, metal əritmə-naqil çəkmə, radiator hazırlama-rəngləmə sexlərini texniki səhvliyə yol verilməklə qeydə almamış, həmin səhv cavabdeh inzibati orqan tərəfindən təkrarlanaraq Dövlət reyestrindən çıxarışda əmlak kompleksi kimi müəssisənin ümumi sahəsinə daxil edilməmişdir və cavabdeh nəzərə almamışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin 21.02.2017-ci il tarixli **** nömrəli istismara icazə vərəqəsində iddiaçıya məxsus zavodların istehsal sahələrini ayrılıqda göstərməklə yanaşı zavodların ümumi tikinti sahəsi istismarına icazə vermişdir ki, qeyd olunan tikinti sahələri vahid əmlak kompleksi kimi iddiaçının mülkiyyətinə daxil edilməli idi. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26.07.2018-ci il tarixli, 2-1(82)2841/2018 nömrəli qərarından cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnz ibati-İqtisadi Kollegiyasının 13.11.2018-ci il tarixli, 2-1(103)-2594/2018 nömrəli qərarına əsasən, cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26.07.2018-ci il tarixli, 2-1(82)2841/2018 nömrəli qərarının ləğv edilməsi, iddianın rədd edilməsi qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı, ona məxsus olan mübahisəli əmlakın sahəsinin cavabdeh tərəfindən verilmiş çıxarışdakı göstəricilərdən fərqli olduğunu hər hansı texniki sənədlə sübut edə bilməmiş, birinci instansiya məhkəməsi isə bu halı nəzərə almayaraq iddianı təmin etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13.11.2018-ci il tarixli, 2-1(103)-2594/2018 nömrəli qərarından iddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09.07.2019-cu il tarixli, 2-1(102)-1261/2019 nömrəli qərarına əsasən, kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13.11.2018-ci il tarixli, 2-1(103)-2594/2018 nömrəli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh orqan imtinanın əsaslarında sözügedən sənədlərin mövcud olmadığını əsas gətirərək yeni çıxarış və texniki pasport verməkdən imtina etmiş, lakin daha əvvəl ilkin sənədlər əsasında həmin sahəyə çıxarış və texniki pasport vermişdir. Deməli, mübahisəli torpaq sahəsi ilə bağlı ilkin sənədlərlə tanış olsa da, belə sənədlərin olmadığına əsas gətirərək qanunsuz olaraq imtina etmiş və ya hazırkı çıxarış və texniki pasportu da əvvəllər heç bir təsdiqedici sənəd olmadan vermişdir. Apellyasiya instansiya məhkəməsi isə bu ziddiyətli məqamı araşdırmamışdır. Həmçinin, məhkəmə qeyd etmişdir ki, hazırki işə yenidən baxacaq apellyasiya instansiya məhkəməsi ərazidə baxış keçirməli və ya müvafiq ekspertiza vasitəsilə MMC-nin ərazisində cavabdeh İdarə tərəfindən qeyd edilən natamam tikililərin olub-olmaması məsələsinə hüquqi qiymət verməlidir. İşə təkrarən baxan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisdai Kollegiyasının 10.12.2019-cu il tarixli, 2-1(103)-2712/2019 nömrəli qərarına əsasən, cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26.07.2018ci il tarixli, 2-1(82) -2841/2018 nömrəli qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilərək iddianın rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişlərini nəzərə alan məhkəmə mübahisəli əraziyə yerində baxış keçirmiş, baxış zamanı mübahisəli ərazidə əlavə tikililər müəyyən edilmiş, bununla bağlı mütəxəssis rəyinə ehtiyac olmuş, mütəxəssis rəyinə görə iddia tələbində qeydə alınması göstərilən tikililərin ümumi tikintialtı sahəsi 30173,0 m2 qeyd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisdai Kollegiyasının 10.12.2019-cu il tarixli, 2-1(103)-2712/2019 nömrəli qərarından cavabdeh orqan kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə iddiaçının reyestrdən çıxarışa daxil edilməsini tələb etdiyi 30173 kv.m. tikilaltı sahəİcra Hakimiyyətinin istismara icazə sənədində (0098 saylı, 21.02.2017-ci il tarixli) qeyd olunsa da, cavabdeh orqan bu halı mübahisələndirir və çıxarış verməkdən imtina edir. İddiaçı 4837,4 m2 yox, 30173 m2 tikintialtı sahənin reyestrə daxil edilməsini tələb edir, bu əlavə sahədə isə zavod tikilib (Yüksək Gərginlikli Avadanlıqlar”) və onun reyestrə daxil edilməsi üçün aidiyyatı sənədlərlə Reyestr xidmətinə ayrıca müraciət olunacaqdır. Cavabdeh orqan əlavə olaraq bildirmişdir ki, istismara icazə sənədində hər zavod üçün sahələr ayrı-ayrılıqda verilmişdirsə və hər bir zavod üçün aidiyyatı orqanlardan sənədlər ayrı-ayrılıqda alınmışdırsa, reyestrlərdən çıxarışın hər bir zavod üçün fərqli nömrələrlə verilməsi mümkündür. Kassator, Azərbaycan Respublikası İnzibati-Prossesual Məcəl ləsinin 90.1, 94.1, 95.3, 96.5-ci maddələrini rəhbər tutaraq Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisdai Kollegiyasının 10.12.2019-cu il tarixli, 2-1(103)-2712/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və iddiaçının nümayəndəsi kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə Ali Məhkəmə k assasiyanın mümkünlüyü əsaslarını yoxlayır (maddə 96.2), kassasiya mümkün sayıldıqda, şikayətlə bağlı qərar Ali Məhkəmə tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir (maddə 96.4). Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisdai Kollegiyasının 10.12.2019-cu il tarixli, 2-1(103)-2712/2019 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallarından görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin sözügedən daşınmaz əmlakların hüquqi əsaslarını təşkil edən sənədlərində zavodların ümumi tikinti sahəsi 30.17 3 kv.m (17.093 kv.m “X”, 13.080 kv.m “X) olaraq müəyyən edilməsinə baxmayaraq, cavabdeh tərəfindən hər iki zavodun birlikdə ümumi sahəsi 26.052,3 kv.m olaraq göstərilmişdir. Belə ki, “X”nun ərazisində tikilmiş və istifadəsinə icazə verilən inzibati bina, yeməkxana, metal əritmə - naqil çəkmə, radiator hazırlanma - rənglənmə sexlərinin sahələri Dövlət reyestrindən verilən çıxarışda nəzərə alınmamışdır. Bundan narazı qalan iddiaçı “X” MMC 03.04.2018-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək, iddiaçı “X” MMC-yə məxsus “X”nun və “X”nun hər birinin fəaliyyətinin fərqli qaydada müstəqil olaraq təşkil edildiyini nəzərə alaraq, hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində nəzərə alınmayan sahələrin Dövlət Reyestrinə daxil olmasının yenidən baxılmasını və id diaçı MMC-yə məxsus yuxarıda adları çəkilən zavodların hər birinin ayrı-ayrılıqda Texnik Pasportların hazırlanmasını və Dövlət reyestrindən Çıxarışlarının verilməsini xahiş etmiş, həmin inzibati orqan isə “X” MMC-nin müraciətinin təmin edilməsindən imtina etmiş və qeyd etmişdir ki, istənilən sənədlər “X” MMC-yə artıq verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 25.11.2016-cı il tarixli, **/***** saylı istismara hazırlıq aktında sözügedən obyektin əsas göstəriciləri kimi əsas istehsalat korpusu, sendviç sexi, sarğı-dolaq sexi, sarğı dolaq sexi 2a, tavlama sahəsi, metal konstruksiyalar sexi, istehsalat sahəsi (metaltökmə və rəngləmə), radiator yığma sahəsi, metal konstruksiyalar sexi, istehsalat sahəsi olmaqla ümumi tikili sahəsi S=17093,0 kv.m., ümumi həcmi V=13763,0 kub.m., 25.11.2016-cı il tarixli, **/***** saylı istismara hazırlıq aktında isə obyektin əsas göstəriciləri kimi istehsalat korpusu, yeməkxana binası, nəzarət buraxılış məntəqəsi olmaqla ümumi tikinti sahəsi S=13080,00 kv.m, ümumi həcm V=211872,0 kub.m., Bakı Şəhər İcra Hakimiyyətinin 21.02.2017-ci il tarixli, **** saylı“tikinti obyektinin istismarına” icazəsində Xnun ümumi tikinti sahəsi 17093,0 kv.m. və X 13080,0 kv.m. qeyd olunmuşdur. Lakin, cavabdeh inzibati orqan hər iki zavodun birlikdə ümumi sahəsini 29.01.2018-ci il tarixli, **** saylı xx seriyalı çıxarışda 26052,3 kv.m. qeyd etmişdir. Bununla da məlum olmuşdur ki, istismara icazə vərəqində hər iki əmlak kompleksinin ümumi istehsal sahələri ayrıca qeyd edilmiş, nəticədə isə müəssisənin ümumi sahələri, yəni əmlak kompleksinə aid bütün ti kililəri (istehsal sahəsi, inziabti bina və yeməkxana sahəsi) düzgün qeyd olunmamışdır. Lakin, cavabdeh orqan bunu nəzərə almamış, iddiaçının ümumi istehsal ərazisinə dair hüquqlarını qeydə alaraq, zavodunun ərazisində tikilmiş və istismarına icazə verilən inzibati bina, yeməkxana, metal əritmə-naqil çəkmə, radiator hazırlama-rəngləmə sexlərini texniki səhvə yol verməklə Dövlət reyestrindən çıxarışda əmlak kompleksi kimi müəssisənin ümumi sahəsinə daxil edilməmişdir. Kassasiya şikayətinin dəlillərini əsaslı hesab edən məhkəmə kollegiyası iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyini haqlı hesab edərək bildirir ki, Bakı Şəhər İcra Hakimiyyətinin 21.02.2017-ci il tarixli, **** saylıistismara icazə vərəqəsində iddiaçıya məxsus zavodların istehsal sahələrini ayrılıqd a göstərməklə yanaşı zavodların ümumi tikinti sahəsi istismarına icazə verilmişdir ki, qeyd olunan tikinti sahələri vahid əmlak kompleksi şəklində iddiaçının mülkiyyətinə daxil edilməli idi. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzəri ndə hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. İddiaçı, göstərilən qanunvericilik normalarının tələbləri baxımından hazırkı tələblə müraciət etmiş, cavabdeh orqan isə əsassız olaraq müraciəti təmin etməkdən imtina etmişdir. Belə ki, həmin Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmla ka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Göstərilənləri nəzərə alaraq qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia məcburetmə haqqında idd ia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Cavabdeh inzibati orqan isə göstərilən prosessual normaların tələblərini pozmuş, inzibati icraat zamanı formal dəlillərə əsaslanaraq iddiaçını n ərizəsini təmin etməmişdir. Apellyasiya instansiya məhkəməsi də iddiaçı tərəfindən təqdim olunan sübutları nəzərə almadan əsassız olaraq iddianın rədd edilməsi barədə qərar qəbul etmişdir. İşə apellyasiya instansiya məhkəməsində baxılarkən isə məhkəmə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallarını nəzərə almadan iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını ləğv edərək iddianın rədd edilməsi barədə əsaslandırılmamış qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əsasən, şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edil ən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Şikayət əsaslı olduğundan apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. İPM-in 96.5.1 və 96.5.2-ci maddələrində nəzərdə tutulan hallar hazırkı işdə mövcud olmadığından, işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi üçün əsaslar yoxdur. Beləliklə, Ali Məhkəmə Kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya M əhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10.12.2019-cu il tarixli, 21(103)-2712/2019 nömrəli qərarı ləğv edilməli, AR ƏMDK yanında DƏDRX tərəfindən hüquqların dövlət reyestrində 20 nömrəli reyestr kitabının **** nömrəli vərəqində aparılmış qeydiyyatda və bununla bağlı verilmiş **** nömrəli, 29.01.2018-ci il tarixli çıxarışda dəyişiklik edilərək ünvanlarında yerləşən ümumi tikinti sahəsi 30173 m2 olan (“X” 17093 m2, “X” 13080 m2) əmlak kompleksi kimi müəssisəyə dair “X” MMC-yə məxsus “X” Zavodu və “XZavoduna mülkiyyət hüququna dair yeni qeydiyyat aparılmaqla, dövlət reyestrindən yeni çıxarışın və yeni texniki pasportun verilməsi vəzifəsi (tikinti sahəsi 30173 m2 göstərilməklə) cavabdehin üzərinə qoyulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəll əsinin 96.5.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı “X” MMC-nin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10.12.2019-cu il tarixli, 2-1(103)-2712/2019 nömrəli qərarı ləğv edilsin. AR ƏMDK yanında DƏDRX tərəfindən hüquqların dövlət reyestrində 20 nömrəli reyestr kitabının **** nömrəli vərəqində aparılmış qeydiyyatda və bununla bağlı verilmiş **** nömrəli, 29.01.2018-ci il tarixli çıxarışda dəyişiklik edilərək ünvanlarında yerləşən ümumi tikinti sahəsi 30173 m2 olan (“X” 17093 m2, “X” 13080 m2) əmlak kompleksi kimi müəssisəyə dair “X” MMC-yə məxsus “X” Zavodu və “X” Zavoduna mülkiyyət hüququna dair yeni qeydiyyat aparılmaqla, dövlət reyestrindən yeni çıxarışın və yeni texniki pasportun verilməsi vəzifəsi ( tikinti sahəsi 30173 m2 göstərilməklə) cavabdehin üzərinə qoyulsun.
Məhkəmə qərarları › İş №2-1(102)-943/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-943/2020
05.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver